288-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük ciddi tədbirlər
SƏUDİYYƏ ƏRƏBİSTANI: TƏQİB OLUNMUŞ MƏSİHÇİLƏR
“Mənim adım siyahıda varmı?” Səudiyyə Ərəbistanının Ciddə şəhərində dini polis məsihçinin
evinə basqın edib həmin ərazidəki məsihçilər barədə məlumat olan şəxsi kompyuteri müsadirə
edəndən sonra hər bir məsihçinin fikrindən bu sual keçirdi. “Görəsən indi mənim qapımı
döyəcəklər?”
Prabhu İshaq
mutavadan və ya polisdən
məktub alan ilk şəxs idi. İshaq
Hindistan
vətəndaşı idi, amma Səudiyyə Ərəbistanında
islamdan başqa hansısa imanı dəstəkləmək
qeyri-qanuni idi. Hətta çarmıxı göstərmək
belə cinayət idi. Polis narahat idi ki,
Səudiyyə vətəndaşları məsihçilər ilə qarşılıqlı
ünsiyyətdə olurlar. Onlar beynəlxalq qanunun
tələblərinə baxmayaraq, İshaqa öz ölkəsinin
konsulluğuna girməyə icazə vermədilər. Po-
lis, həmçinin, onun həyat yoldaşını
sorğu-su-
al etdi və başqaları ilə ünsiyyət saxlamamağı
ona xəbərdarlıq etdi.
Sonra başqa bir imanlı İsgəndər Mengis
İshaqın kompyuterində adı tapıldıqdan son-
ra həbs olundu. Növbəti həbs olunan şəxs
Uilfredo Qaliyaq oldu. O, həbsdən dərhal
sonra xəstəxanaya göndərildi, belə deyilirdi
ki, onu “gün vurma”dan müalicə almaq üçün
göndəriblər. Amma Qaliyaqa baş çəkən in-
sanlar
deyirdilər ki, onun bədəni döyülüb və
göyərib, sanki polis onunla pis rəftar edib.
Səudiyyə Ərəbistanı Müjdə üçün bağlı-
dır, amma cəsarətli məsihçilər müsəlman
ölkələrində dostlarında və iş yoldaşlarında
iman toxumunu əkməyə başlayıblar. Bu iş
çətindir və risklər isə böyükdür. Amma Xoş
Xəbər padşahlığı irəliyə doğru aparır.
Səudiyyə Ərəbistanında məsihçilər qor-
xurlar ki, onların adları dini polisin cid-
di tədbirlər siyahısında olar. Amma onla-
rın kompyuterləri müsadirə olunmazdan
və adları bir hədəf kimi sadalanmazdan
qabaq adları fərqli, daha vacib bir siya-
hıda aşkar edilib. Müqəddəs Kitab bizə
öyrədir ki, göylərdə “Həyat Kitabı” var, bu-
rada imanlıların adları bir-bir sadalanır.
Həyat Kitabında adları yazılmış insanlar
xilas olacaqlar. Adları həmin kitabda ol-
mayan insanlar əbədi olaraq məhv olacaq-
lar. Əgər siz İsa Məsihi Xilaskarınız kimi
qəbul etmisinizsə, qoy sizin adınız qorxu
olmadan qarşıdurmanın istənilən forması
ilə qeyd edilmiş olsun. Hər şeydən öncə siz
Məsih ilə siyahıya alınmısınızmı?
Qalib gələn hər kəs də ağ paltar
geyinəcək. Mən onun adını həyat
kitabından əsla silməyəcəyəm, Atamın
və Onun mələklərinin önündə adını
iqrar edəcəyəm.
Vəhy 3:5
289
gün
BÖYÜK
SADİQLİK
-cu
Böyük cəza
ƏFQANISTAN: YARDIM EDƏN XARİCİ İŞÇİLƏR
Talibançılar.
Əfqanıstanın radikal islam hökumətinin adı bütün dünyada tanınıb. Talibançılar
tərəfindən idarə olunan bu zülmkar ölkədə məsihçiliklə məşğul olmaq həmişə cinayət olub.
Əfqan hökuməti qərara gəldi ki, onlara
uşaqlar lazım deyil. Onlar uşaqların atala-
rını istəyirdilər.
Uşaqlara məsihçilik barədə
öyrədilmişdi və buna görə də onları həbs
etmişdilər. Xalqa humanitar yardım payla-
mağa icazə almış xarici qruplar, eləcə də,
məsihçi kitabları və materialları gətirmişdilər.
Bir çox xalqlarda humanitar yardım Müjdə
üçün yeganə açıq qapıdır. Amma hökumət
materialları cəld ələ keçirdi.
Hökumət qərara gəldi ki, məsihçilik
təliminin öyrədilməsinə görə uşaqları günah-
landırmaq lazım deyil. Valideynlər uşaqlarının
qayğısına qalmamışdılar və onları nəzarətsiz
qoymuşdular. “Həbslər
valideynlər üçün bir
dərs olmalıdır ki, uşaqlarına nəzarət etsinlər
və nə işlə məşğul olduqlarını bilsinlər” – yax-
şılığın inkişafı və pisliyin qarşısının alınması
üzrə Talibanın nazir müavini demişdi.
Ən azı işçilərdən ikisi amerikalı
məsihçilərdir, bu prosesdə onların ədalətsiz
cəzaları fəlakət kimi görünür. Amma fəlakət
kimi görünən bir şey, əslində, Allahın bö-
yük məqsədlərinə çevrilə bilir. Sadəcə, İsa-
nın həyatına baxın. İlk baxışdan Məsihin
ölümü baş verəcək ən pis bir şey kimi gö-
rünürdü. Onun xidməti, elə bil ki, qurtar-
mışdı. Amma Allah onun ədalətsiz cəzasını
bizə xilas gətirmək üçün istifadə etmişdi.
Beləcə, başqalarına Xoş Xəbəri çatdırmaq
üçün böyük cəzaya dözməyə razı olan
bu işçilər haqqında bütün dünya eşidib,
bu, bir çoxlarını Məsihə iman etməyə və
digər imanlıları isə ruhlandırmağa yar-
dım edib. Siz ədalətsiz vəziyyətlərə görə
əzab çəkirsinizmi? Bu, Allahın səciyyəvi
xüsusiyyətidir.
Bizim əmin-amanlığımız üçün o,
cəza aldı.
Yeşaya 53:5
290
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük “yuva”
RUMINİYA: ŞENİYA KOMAROV
İt öz ipini dartaraq qabağa qaçdı, o, iti dişlərini qıcamışdı. Onun sahibi, kapitan Nudni itin
üstünə qışqırdı: “Hücum et!”
“Rəbbim, mənə mərhəmət elə!” – deyə,
məsihçi məhbus Şeniya Komarova dua et-
di. O bilirdi ki, azğın
mühafizə itləri bir çox
məhbusları öldürmüşdü və dua edirdi ki, Al-
lah onu xilas etsin.
Böyük alman iti ona doğru qaçdı, am-
ma birdən dayandı. İt qorxdu, məsihçini
dişləmək istəmədi. Nudni itə əmr etdi ki,
dala çəkilməsin və hətta iti döydü, amma it
Komarova hücum etmədi.
Məhbuslara, demək olar ki,
yeməyə heç
nə verilmirdi və Komarov təvazökarlıqla bir
az yemək istəyəndə onun xahişinə Nudninin
qəzəbi cavab verdi.
Bir neçə gün sonra Komarov dua etdi.
“Rəbbim, acından ölürəm, ələ salınıram və
kədər içindəyəm. Xahiş edirəm, hər şeyə son
qoy. Qoy ölüm və rahatlıq tapım, ya da İlyas
üçün etdiyin kimi bir möcüzə törət.”
Dərhal Nudni ona yaxınlaşdı – düzdür, bu
dəfə o, itsiz gəlmişdi. Komarov düşündü ki,
Allah onun duasına cavab verdi və o,
tezliklə
ölər. Əksinə, mühafizəçilərin başçısı məsihçini
mətbəxə apardı və ona şorba və çörək ver-
di. O, eləcə də başqa məsihçi məhbusları da
yeməklə təmin etdi.
“Sənə hücum etmək üçün üstünə it
göndərdiyimə görə məni bağışla” – Nudni
məsihçiyə dedi. “İndi bu, mənə əzab verir.”
Komarov mühafizəçini bağışladı və bu
möcüzəyə görə Allaha minnətdarlığını bildirdi.
Bir çox insanlar Daniel və şirlərin yu-
vası haqqında hekayəni danışa bilər. On-
ların ən ağır vəziyyətləri şərin əlində əzab
çəkməli olan Danielin taleyinə oxşayır.
Danielin hekayəsi qələbə hekayəsidir. O,
dəhşətli vəziyyətindən cəsarətlə çıxdı, çün-
ki Allaha etibar edirdi ki, Allah onu xi-
las edəcək. Buna oxşar olaraq, biz də öz
gücümüzdən kənar olan bəzi vəziyyətlərə
düşə bilərik – bəziləri hətta həyatımızı
təhlükə altına sala bilər. Allah bizi qor-
xudan gerçəklikdən xilas edə bilər və
bizə sülh verə bilər. Biz sadəcə problemlər
olan “yuvamızın” həllində Ona etibar
etməliyik. Sizi qorxudan hansı vəziyyət ilə
üzləşirsiniz? Allahdan xahiş edin ki, sizə
Öz qoruyucu hüzurunu hiss etdirsin. Sizi
çətinliklərinizdən təhlükəsiz halda çıxara-
cağına etibar edin.
Allahım Öz mələyini göndərib
şirlərin ağzını bağladı və onlar mənə
toxunmadı, çünki mənim Allahın
önündə təqsirsiz olduğum bilindi. Ey
padşah, sənə qarşı da heç bir cinayət
etməmişəm.
Daniel 6:22