298-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük xahiş
ŞİMALİ KOREYA: QONAQ GƏLƏN MÜJDƏÇİ
Oğlan qonaq gələn “biznesmeni” mehmanxanada tapanda onun yanına qaçdı və əlindən tutdu.
Mat qalmış qonaq əlini kənara çəkməyə çalışdı, amma tezliklə aşkar etdi ki, oğlan barmağı ilə
ovcunda səssizcə çarmıx işarəsini çəkir. Məbəd ilə əlaqə saxlamaq üçün dua edən bu müjdəçi
arıq oğlanın sifətinə baxıb dərhal anladı ki, “Şimali Koreyada məbəd sağdır!”
Növbəti gün müjdəçi oğlanla gizlicə gö-
rüşdü. O öyrəndi ki, oğlanın atası neçə illər
əvvəl həbs edilmiş məsihçidir. Oğlanın ailəsi
qəddar hökumətin rəhbərliyi altında çox
əzab çəkmiş və sağ qalmaq üçün başqaların-
dan yemək istəyirdilər. İndi quraqlıq olduğu
üçün hər yerdə
insanlar pis qidalanmadan
ölürdülər.
Müjdəçi oğlan üçün nə edə biləcəyini so-
ruşanda əmin idi ki, oğlan ondan ailəsi üçün
yemək istəyəcək. Amma oğlan ondan ancaq
dörd şey istədi: oğlanın neçə illər yığıb sax-
ladığı ondabirini götürüb onu vəftiz etsin,
ona Rəbbin Süfrəsini versin və yaxşı bir
Müqəddəs Kitab versin.
Kişi oğlanın müdrikliyini görəndə göz yaş-
ları ilə doldu. Fiziki yardım ona yalnız bir-
iki
gün kömək edə bilərdi, sonra o, yenidən
həmin vəziyyətə qayıdacaqdı. Ruhani kömək
isə onu əbədiyyət üçün hazırlayacaqdı.
Nəsə istəmək və nəyəsə ehtiyacı olmaq
bir çox insanlar üçün tamamilə fərqli şey-
dir. Onların istədikləri onların ehtiya-
cı olduqları şeylər deyil. Amma onların
ehtiyacı olduqları şeylər onların ən çox
istəmədikləri şeylərdir. Ona görə bir çox
insanlar hirslənirlər. Bu hekayədə olan
uşaq bizə öyrədir ki, bütün istəklərimiz
bütün ehtiyaclarımız ilə bir olanda nə baş
verir. O, düzgün şeyləri istəyirdi. O özünə
ən çox lazım olan əsas şeyi istəmişdi:
İsa Məsihi. Sizin bütün istəkləriniz bü-
tün ehtiyaclarınız olanda siz böyük
məmnunluq əldə edəcəksiniz. Siz, ola
bilsin ki, pul istəyirsiniz, amma tezliklə
aşkar edəcəksiniz ki, pul yalnız bir çox
ehtiyacları ödəyir. Sizə, ola bilsin ki, pul
lazımdır, amma tezliklə başqa şeyləri də
istəyəcəksiniz. Yalnız İsa eyni vaxtda həm
istəklərinizi, həm də ehtiyaclarınızı təmin
edə bilər.
Sizin hər ehtiyacınızı isə Allahım
Məsih İsada olan Öz izzətli
zənginliyinə görə ödəyəcək.
Filip. 4:19
299
gün
BÖYÜK
SADİQLİK
-cu
Böyük duruş
NİGERİYA: SARATU TURUNDU
“Mən qaçmayacağam. Mən dayanmağa hazıram.”
Saratu Turundunun otuz beş yaşı var idi
və ərdə deyildi. O, uşaqları çox sevirdi və çox
istəyirdi ki, öz uşaqları olsun, amma Allah
onun duasına cavab vermədi.
Saratu
özünü Allaha və məbədə həsr
etməyə qərar verdi. O, məbəd ailəsini bü-
tün ürəyi ilə qəbul etdi. O, xüsusilə dirilmə
məktəbində dərs keçməyi sevirdi. Onun uşaq-
lar ilə qarşılıqlı ünsiyyəti və onlara Məsihə
gedən yolu göstərmək imkanı Saratunu ağla-
sığmaz sevinc ilə doldurmuşdu. O bilirdi ki,
Məsihsiz heç vaxt xoşbəxt ola bilməz.
Amma onun şəhəri Kadunaya hökmran-
lıq edən fanatik
müsəlmanlar məsihçiləri
təqib etməyə başladılar. O, başqa kəndlərdə
məsihçilərin təqib olunduğunu, evlərinin və
əmlaklarının yandırıldığını eşitmişdi. Onlar-
dan bəziləri hətta döyülüb öldürülmüşdülər.
Ona görə də izdiham Kaduna şəhərində
məsihçilərə hücum edəndə Saratu artıq
qərara gəlmişdi ki, orada qalacaq və Məsihi
müdafiə edəcək. Saratunun qardaşları ona
yalvardılar ki,
onlarla birlikdə meşəyə qaç-
sın. Amma o, hirsli izdihamın onun sevim-
li məbədini yandırdığını görsə də, getmək
istəmədi. Müsəlmanlar binanın ətrafına ben-
zin töküb alışdırarkən o, öz evində diz çöküb
dua edirdi.
Ailəsi və dostları Saratunu mehriban, hər
bir kəsə məhəbbət göstərən rəhmli bir insan
kimi xatırlayırlar. O, Xilaskarını sevərək öl-
dü.
İnsan gücündən artıq güc haqqında
danışılan hekayələr maraqlı olduqla-
rı halda, həm də ruhlandırıcıdırlar. Biz
ağır yol qəzalarında anaların yanan ma-
şınlardan uşaqlarını çıxarmalarına dərin
hörmət bəsləyirik. Adrenalinin hesabına
insan bədəni heyrətamiz igidliklər etməyə
qadirdir. Adrenalin insan əzələlərimizə
təsir göstərdiyi kimi imanımız da heç
vaxt mümkün ola bilməyəcəyini düşündü-
yümüz şeyləri həyata keçirməkdə ruhani
əzələlərimizə güc verir. Saratu öz şəhərində
Məsihi müdafiə etməyi qərara gələndə ru-
hani əzələlərini əymişdi. O, ola bilsin ki,
həmin ana qədər heç vaxt düşünməmişdi
ki, bunu etməyə gücü var. Amma Allah ona
bu gücü verdi. Həyatda elə bir şey olubmu
ki, siz heç vaxt edə bilməyəcəyinizi düşün-
müsünüz? Bu gün Allaha sadiqliyinə görə
minnətdarlığınızı bildirin ki, sizi möhkəm
saxlasın.
Xidmətçi haqlı çıxacaq,
çünki Rəbb
onu haqlı çıxarmağa qadirdir.
Roma. 14:4
300
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük intiqam
İSPANİYA: BARTOLOMİ MARKİZ
“Mən səndən xahiş edirəm, intiqam alasan…”
İspaniyalı şəhid Bartolomi Marki-
zin məktubunu oxuyanlar onun sonuncu
məktubunda intiqam almaq sözlərini görəndə
məəttəl qaldılar. Sonra onlar gördülər ki, bu
sözlərlə o özünə görə qisas almaq üçün qan
tökməyi deyil, amma daha çox insanın İsanın
qanının altına gəlməsini xahiş edir.
“Mən
sizdən xahiş edirəm ki, mənə pislik
edənlərə yaxşılıq etməklə məsihçi intiqamı-
nı alasınız” – Markiz başqa imanlıları ruh-
landırırdı. “Mən tezliklə gedəcəyim yerdə,
cənnətdə sizi görəcəyimə ümid edirəm.”
İspan kommunistlər 1939-cu ildə bir neçə
pastor ilə birlikdə Markizi öldürdülər. Onun
sonuncu məktubu həyat yoldaşı və məsihçi
bacı-qardaşları üçün sevinc məktubu idi.
“Bir neçə saatdan sonra Xeyir-dualının iz-
har olunmaz sevincini yaşayacağam. Məsih
naminə təqib olunanların ölümü necə də
asandır! Allah mənə layiq olmadığım imtiya-
zı verir: Onun lütfündən həzz alaraq ölmək.
O, həyat yoldaşına yazırdı: “Nə qədər
ki, mənim ürəyim döyünür, o,
sənə sev-
gi ilə döyünəcək. Mən dinin, vətənin və
ailənin yüksək ideallarının müdafiəsi uğrun-
da məhkum edilərkən göylərin qapısı mənim
üçün açıldı. İndi daha çox olan sevgimizin
xatirəsinə görə səndən xahiş edirəm ki, ca-
nının xilasını ali borcun hesab edəsən. Bu-
nunla biz cənnətdə əbədiyyət üçün birləşmiş
olacağıq. Orada heç kəs bizi bir-birimizdən
ayırmayacaq.”
Məsih üçün əzab çəkənlər daha böyük
mənzərəni görmək bacarığına malik olmalı-
dırlar. Müqəddəs Kitab bizə fərdi həyatlar
barədə öyrədən hekayələr ilə doludur.
Amma həmin həyatlar daha böyük plana
– Allah ilə şər arasında döyüşə uyğunla-
şır. Daha böyük mənzərə imkan verir ki,
müqavimətin və əzabın arxasında şeytanın
necə durduğunu görək; ona görə də bizə
qarşı duranlardan intiqam almalıyıq. On-
lar, sadəcə olaraq, şeytanın planında şah-
mat oyununda olan piyada kimidir. Markiz
kimi şəhidlər bizə xatırladır ki, şeytanın
hücumlarına görə qisas almaq üçün hü-
cumçuları Məsihə gətirməkdən daha bö-
yük intiqam ola bilməz. Dövlətin qəddar
rəhbərləri və rejimlər üçün dua edin. Elə
insanlara Müjdəni paylaya bilmək im-
kanı olan müjdəçiləri və başqa insanları
dəstəkləyin.
Sülh qaynağı olan Allah Şeytanı
tezliklə ayaqlarınızın altında əzəcək.
Roma. 16:20