Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

82 
 
Lakin  ispan  qüvvələri  yüksəkliklərə  geri  çəkildilər  və  San  Martin  onları 
izləməyi bacarmadığından, Bolivarla məsləhətləşməyi qərara aldı.  
26  iyun  1822-ci  ildə  iki  sərkərdə  Ekvadordakı  Quayakil  liman  şəhərində 
görüşdü və onların söhbəti o vaxtdan ziddiyyət mənbəyinə çevrildi. Yəqin ki, San 
Martin  Bolivardan  hərbi  kömək  xahiş  etdi  və  üstəlik  istəyirdi  ki,  Latın 
Amerikasının  sərhədləri  və  siyasi  gələcəyi  barədəki  problemləri  onun  başa 
düşməsinə nail olsun. Onların arasında azacıq hüsn-rəğbət var idi. Bolivar parlaq, 
ambitsiyalı, eqosentrik olmaqla inandırılmışdı ki, o, bir “seçilmiş oğuldur”, Allah 
tərəfindən öz xalqının müstəqilliyini tamamlamaq üçün seçilmişdir. San Martin isə 
sakit, dinməz və mülayim adam idi. Bolivara təsir göstərməkdə onun uğursuzluğu, 
demək olar ki, qabaqcadan qəbul edilmiş bir qərar idi və Quayakildən qayıtdıqdan 
sonra  Limadakı  vəzifəsindən  istefa  verdi  və  sürgünə  yollandı.  Bəlkə  də  o,  bu 
hərəkəti ilə Bolivarın əlini sərbəst qoymaq istəmişdi. 
Bolivarı  tam  ambitsiyalara  aparan  yol  artıq  açıq  idi.  1823-cü  ilin 
sentyabrında o, Limaya gəldi. İspan ordusu Limadan şərqdə Sierranı işğal etmişdi 
və  onların  mövqeyi  hücuma  əlverişli  olmayan  hesab  edilirdi.  Lakin  sınaqlardan 
uğurla keçdikdən sonra bu, Bolivar üçün çətin deyildi. Adamlar, atlar, qatırlar və 
sursat  ardıcıl  olaraq  ordu  düzəltmək  üçün  yığılırdı  və  1824-cü  ilin  yayında  o, 
ölkənin  uca  tacına  çıxdı.  Qərargahın  başçısı  kimi  Sukre  yenə  də  onun  fərasətli 
köməkçisi  olaraq  qalırdı.  İlk  baş  döyüşdə  Bolivar  asan  qələbə  çaldı,  sonra  isə 
kampaniyanın  uğurlu  mərhələsini  Sukreyə  qoyub  getdi.  4  dekabr  1824-cü  ildə 
ispan vitse-kralı mühüm döyüşü uduzdu və bütöv ordusu ilə birlikdə təslim oldu. 
Bolivar bu vaxt Kolumbiya və Perunun prezidenti  idi. Qitənin yalnız kiçik 
hissəsi  –  Yuxarı  Peru  hələ  də  royalist  qoşunları  tərəfindən  müdafiə  olunurdu. 
Regionun  azad  olması  Sukrenin  üzərinə  düşdü  və  1825-ci  ilin  aprelində  o, 
vəzifəsinin  başa  çatdığı  barədə  məlumat  verdi.  Yeni  millət  bu  vaxt  “Xilaskar” 
adından  sonra  “Boliviya”  adlanmağını  seçdi.  Onun  dühasının  bu  uşağı  üçün 
Bolivar  konstitusiya  layihəsini  hazırladı.  Bu  bir  daha  onun  avtoritarizmə  meylini 
nümayiş  etdirirdi:  ömürlük  prezident,  hakimiyyəti  olmayan  qanunvericilik 
orqanının  yaradılması  və  səs  hüququnun  yüksək  dərəcədə  azaldılması.  Bolivar 
özünü bu yaratdığına həsr etmişdi, lakin sosial alət kimi o uğursuz idi. 
Bolivar  bu  vaxt  öz  karyerasının  zirvəsinə  çatdı.  Onun  hakimiyyəti 
Kariblərdən Argentina-Boliviya sərhədinə qədər uzanırdı. O, sərt xəstəliyinə qalib 
gəldi, qısa müddətə Peruda olduqda xəstəlik onu bir neçə aylığa praktiki olaraq əlil 
etmişdi. Onun digər sevimli layihəsi olan İspan-Amerikan Dövlətləri Liqası 1826-
cı ildə öz bəhrəsini verdi. O, uzun müddət Amerika respublikaları arasında ittifaq 
müqaviləsi bağlanmasını təbliğ etmişdi, lakin bunun zəifliyini o, dəqiq olaraq dərk 
edirdi.  1824-cü  ildən  belə  müqavilələr  Kolumbiya,  Peru,  Meksika,  Mərkəzi 
Amerika respublikaları və Rio de la Plata birləşmiş əyalətləri tərəfindən imzalandı 
və ratifikasiya edildi.  
Bolivarın orijinal təklifləri ilə müqayisə edildikdə, bu fraqmentar xarakterli 
bir  iş  idi.  O  vaxtdan  yalnız  Kolumbiya,  Peru,  Mərkəzi  Amerika  və  Meksika  öz 
nümayəndələrini  göndərmişdi.  Birləşmiş  Ştatlardan  olan  nümayəndə  heyəti  heç 
vaxt Panamaya gəlib çıxmadı. İttifaq müqaviləsini imzalamağa gəlmiş dörd millət 


83 
 
digər  millətləri  də  onlara  qoşulmağa  dəvət  etdi.  Ümumi  ordunun  və  hərbi-dəniz 
donanmasının  olması  planlaşdırılırdı  və  nəzərdə  tutulurdu  ki,  federal  dövlətlərin 
təmsilçilik  assambleyası  iki  ildən  bir  toplansın.  Onun  çox  kiçik  nəticələrinə 
baxmayaraq,  dövlətlər  arasındakı  bütün  mübahisələrə  girişməkdə  Panama 
konqressi  yarımkürənin  gələcək  həmrəyliyi  və  qarşılıqlı  anlaşması  üçün  künc 
daşına  çevrildi.  Amerika  Dövlətləri  Təşkilatı  və  Birləşmiş  Millətlər  Bolivara, 
beynəlmiləl birliyin müdafiə və tətbiq edilməsində dünyada buna səmimi qaydada 
maraqlı olan birinci dövlət xadimlərindən biri kimi baxa bilərdilər. 
Lakin  Bolivara  məlum  idi  ki,  onun  yarımkürə  təşkilatı  barədəki  planları 
yalnız  məhdud  şəkildə  qarşılanır.  Onun  müasirləri  fərdi  milli  dövlət  həddlərində 
düşünürdülər,  Bolivar  isə  yalnız  qitə  həddində  düşünürdü.  Daxili  siyasətdə  o,  bir 
avtoritar  respublikaçı  kimi  hərəkət  etməkdə  davam  edirdi.  Onun  tərəfdarlarından 
çoxu  ona  tac  təklif  edirdilər,  lakin  Xilaskar  köhnə  “Birinci  Simon”  tituluna 
üstünlük verirdi. 
Venesuela  və  Yeni  Qranada  öz  birliklərinin  faydaları  üstündə  hirslənməyə 
başlamışdılar.  Hər  iki  ölkədəki  təbliğatçılar  –  Venesueladakı  Paes  və  Yeni 
Qranadadakı  Santander  bir-birinə  zidd  idilər  və  uzun  sürən  vətəndaş  müharibəsi 
ərzində bu qarşılıqlı etimadsızlıq daha da gücləndi. Bolivar Limanı tələsik tərk etdi 
və  müəlliflərin  çoxu  razılaşır  ki,  Peruda  onun  üç  illik  hökmranlığının  sona 
çatmasına  və  Kolumbiya  təsirindən  azad  olmasına  sevinirdilər.  Boqotada  Bolivar 
Santanderin  Kukuta  Konstitusiyasını  müdafiə  etdiyindən  və  Paesi  qiyamçı  kimi 
cəzalandırmağı  təkid  etdiyindən  hali  oldu.  Lakin  Bolivar  Kolumbiyanın  birliyini 
qoruyub  saxlamağı  qət  etmişdi  və  ona  görə  də  hələ  1827-ci  ildə  barışdığı  Paesi 
sakitləşdirməyə hazır idi. Paes Xilaskarın ali hakimiyyətinə baş əydi və əvəzində 
Bolivar yeni konstitusiyanı vəd etdi. Ona görə Venesuelanın regional müstəqilliyi 
ədalətli sayılacaqdı. 
O,  prezidentliyi  götürdü  və  milli  qurultayı  1828-ci  ilin  aprelində  çağırdı. 
Bolivar seçkilərə təsir göstərməkdən imtina etdi, ona görə də Santanderin başçılığı 
altında  liberallar  çoxluğu  əldə  etdilər.  Bolivar  ümid  edirdi  ki,  Kukuta 
Konstitusiyası  təftiş  ediləcək  və  prezident  hakimiyyəti  möhkəmlənəcəkdir.  Lakin 
liberallar istənilən belə cəhdlərin qarşısını alırdı. Pat vəziyyəti inkişaf etdi. Köhnə 
Konstitusiyanın  artıq  yararlı  olmadığını  və  heç  bir  yenisinin  onun  yerini 
tutmayacağını  sübut  etməklə,  Bolivar  diktator  hakimiyyətinə  yiyələndi.  O,  özünü 
tərifləyərək deyirdi ki, “bütöv millət mənim hakimiyyətimi tanıyır”. Lakin tezliklə 
acı  həqiqət  ona  məlum  oldu.  Federalistlərdən  ibarət  gizli  qrup  25  sentyabrda 
prezident  sarayına  hücum  edib,  mühafizəçiləri  öldürdülər.  Bolivar  qatilin  xəncər 
zərbəsindən  yalnız  Manuela  Saensin  iti  reaksiyası  nəticəsində  möcüzəli  şəkildə 
xilas ola bilmişdi. 
Onun həyatına bu qəsd cəhdi uğursuz olsa da, tufan siqnalı güclənirdi, lakin 
əhali  onun  tərəfində  idi.  Bolivarın  etibarlı  olmayan  səhhəti  pisləşməyə  başladı. 
Quayakili özünə anneksiya etmək niyyəti ilə Kolumbiyaya müdaxilə etdi. Sukre bir 
daha Kolumbiyanı xilas etdi və peruluları məğlub etdi. Bir neçə ay sonra Bolivarın 
ən  vicdanlı  generallarından  biri,  Xose  Maria  Kordoba  qiyam  qaldırdı.  Qiyam 
darmadağın  edildi,  lakin  Bolivar  artıq  öz  keçmiş  ardıcıllarının  intriqalarından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə