Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

76 
 
və  nailiyyətini  rəmzləndirən  günün  50  illik  yubileyinə  qədər  yaşamaq  istəyirdi. 
Onların bu istəyi uğurlu oldu. Cefferson 4 iyul 1826-cı ildə, günorta saat 1-dən bir 
qədər  əvvəl  öldü. Adams  isə  bir  neçə saat sonra  öldü, onun son  sözü  deyilənlərə 
görə  belə  olmuşdu:  “Cefferson  hələ  sağdır”.  Cefferson  Montiçelloda  dəfn  edildi. 
Qəbir  daşı  üzərindəki  epitafiya  belə  idi:  “Burada  Amerikan  İstiqlaliyyəti 
Deklarasiyasının,  dini  azadlıq  barədəki  Virciniya  Qanununun  müəllifi,  Virciniya 
Universitetinin atası Tomas Cefferson dəfn edilmişdir”. 
Birləşmiş  Ştatların  bani-atalarından  biri  də  həyatdan  getdi.  Bu  banilər 
arasında Tomas Cefferson, heç şübhəsiz, daha çox filosof idi. Platonun vaxtilə arzu 
etdiyi Ceffersonun şəxsində öz əksini tapmışdı, dövləti filosof idarə etmişdi.  
 
Simon Bolivar 
Xoşbəxtliyə  yalnız  bir  yol  mövcuddur,  ondan  ötəri  bizim  iradəmizə  tabe 
olmayan şeylər barədə narahat olmağımızı dayandırmalıyıq. 
Epiktet 
Great crises produse great men, and great deeds of conrage (ingilis dilində) 
– Böyük böhranlar böyük insanlar və böyük igidlik işləri əmələ gətirir. 
Con F.Kennedi 
Simon  Bolivar,  sərkərdə  və  dövlət  xadimi  olmaqla  yanaşı,  Latın 
Amerikasının  altı  respublikası  ispan  ağalığından  azad  olmaqda  məhz  ona 
borcludur. Həm də o, ispan-amerikan dünyasının meydana çıxardığı ən böyük düha 
kimi  qiymətləndirilir.  Simon  Bolivar  Amerikada  ispan  koloniyalarının 
müstəmləkəçiliyə  qarşı  müharibəsinin  ən  nüfuzlu  və  məşhur  rəhbərlərindən  biri 
olmuşdur.  Venesuelanın  milli  qəhrəmanı,  general  idi.  Yuxarı  Peru  ərazisində 
yaranan  Boliviya  respublikası  onun  şərəfinə  belə  adlanmışdı.  Öz  dövründə 
beynəlmiləlçi  kimi  məşhurlaşmaqla,  onun  nüfuzu  ömrünün  sonuna  qədər  xeyli 
böyüdü.  Avropa  tarixində  olduqca  az  sayda  şəxsiyyət,  Birləşmiş  Ştatlar  tarixində 
isə  heç  kəs  Simon  Bolivarın  fərqləndiyi  kimi  gücün  və  zəifliyin,  xarakterin  və 
temperamentin,  peyğəmbərcəsinə  baxışın  və  poetik  qüdrətin  belə  nadir  vəhdətini 
nümayiş  etdirməmişdi.  Nəticə  kimi  onun  həyatı  və  əməlləri  öz  qitəsinin  xalqı 
arasında əsl mifik ölçülərə yüksəldi. 
Bolivar  ispan  əsilli  Venesuela  kübarının  oğlu  idi,  24  iyul  1783-cü  ildə 
Karakasda  kreol  ailəsində  anadan  olmuşdu.  O,  varlı  olmalı  və  gələcəkdə  yaxşı 
vəzifə tutmalı idi. Onun üç yaşı olanda atası öldü, anası isə altı il sonra dünyadan 
köçdü. Əmisi irsə yiyələndi və ona müəllim tutdu. O, çətin idarə edilən uşaq idi və 
müəllimlərindən yalnız biri ona təsir göstərə bilirdi. Bu Jan Jak Russonun şagirdi 
Simon Rodriges idi o, Bolivarı XVIII əsr dünyasının liberal fikirləri ilə tanış etdi. 
Bu baxışlar ona dərin və uzun müddətli təsir göstərdi. 
Bolivar  16  yaşına  çatanda  Avropaya  göndərildi  ki,  orada  təhsilini 
tamamlasın.  O,  üç  il  İspaniyada  yaşadı  və  1801-ci  ildə  ispan  kübarının  qızına 
evlənib,  onunla  birlikdə  Karakasa  qayıtdı.  Gənc  gəlin  nikahdan  bir  il  keçməmiş 
sarı  qızdırmadan  vəfat  etdi.  Onun  faciəli  ölümü  Bolivara  böyük  təsir  göstərdi  və 
bu, onun çox cavan yaşında siyasi karyeraya qatılması üçün bir səbəb oldu. 


77 
 
1804-cü ildə Napoleon öz karyerasının zirvəsində olanda Bolivar Avropaya 
döndü. Parisdə o, öz dostu və müəllimi ilə görüşdü və Simon Rodrigesin təzələnən 
bələdçiliyi  altında  Lokk,  Hobbs,  Buffon,  d`Alamber  və  Helvetsi  kimi  rasionalist 
mütəfəkkirlərin  əsərlərini  öyrənməyə  girişdi.  Üstəlik  o,  Volteri,  Monteskyeni  və 
Russonu  oxuyurdu.  Axırıncı  ikisi  onun  siyasi  düşüncələrinə  çox  dərin  təsir 
göstərdi,  ancaq  Volter  onun  həyat  fəlsəfəsini  daha  güclü  surətdə  rəngləndirdi. 
Parisdə  o,  həmçinin  alman  Aleksandr  fon  Humboldtla  görüşdü.  Bu  adam  yenicə 
İspan  Amerikasına  olan  səfərindən  qayıtmışdı  və  Bolivara  dedi  ki,  o,  inanır  ki, 
ispan  müstəmləkələri  müstəqillik  üçün  yetişmişlər.  Bu  ideya  Bolivarın 
təxəyyülündə  kök  saldı  və  1805-ci  ildə  Romaya  səyahəti  vaxtı  Monte  Sakro 
yüksəkliyində  dayanaraq  and  içdi  ki,  öz  ölkəsini  azad  edəcəkdir.  Romada  o, 
Napoleona İtaliya kralı tacı qoylan təntənəli mərasimi müşahidə etdi.  
Bu vaxt onun intellektini bir təcrübə də zənginləşdirdi: o, Napoleona 1804-
cü ildə fransızların imperatoru kimi şərəfləndirilməsini  başa çatdıran qeyri-adi bir 
hadisəni  müşahidə  etdi.  Bolivarın  imperatora  münasibəti  sadə  bir  adamın 
nailiyyətlərinə  valehliklə,  həm  də  Napoleonun  inqilab  ideyalarına  xəyanət  etməsi 
barədə  rəyinin  qəflətən  baş  verən  dəyişməsi  arasında  dalğalanırdı.  Bolivarın 
xarakterində  şöhrət  arzusu  daimi  amillərdən  biri  idi  və  burada  azacıq  şübhə  ola 
bilərdi ki, bu, Napoleon tərəfindən qızışdırılmasın. Buna baxmayaraq, Napoleonun 
nümunəsi  bir  xəbərdarlıq  xarakteri  daşıyırdı  və  Bolivar  bunu  nəzərə  almalı  oldu. 
Sonrakı  dövrlərdə  o,  daim  təkid  edirdi  ki,  “Xilaskar”  titulu  digər  başqa  titulların 
hamısından  yüksəkdir.  O,  bu  titulu  nə  kral,  nə  də  imperator  adı  ilə 
dəyişməyəcəkdir.  1807-ci  ildə  o,  Birləşmiş  Ştatlardan  keçməklə  Venesuelaya 
döndü. Birləşmiş Ştatlarda o, şərq şəhərlərində olmuşdu. 
Latın Amerikasının müstəqillik hərəkatı Bolivarın vətənə dönməsindən bir il 
sonra  başlamışdı.  Bu,  Napoleonun  İberiya  yarımadasına  müdaxiləsi  ilə  əlaqədar 
idi.  İspan  xalqı  müdaxiləçilərə  müqavimət  göstərirdi  və  legitim  kralın  yoxluğu 
ərzində  xunta  dövlət  hakimiyyətini  öz  əlinə  keçirmişdi.  Napoleon  da  həmçinin 
ispan müstəmləkələrinin dəstəyini almaq cəhdində tam uğursuzluğa uğramışdı, o, 
onların  özlərinin  qulluqçularını  hakimiyyətə  gətirmək  hüququnu  müdafiə  edirdi. 
Ana  ölkənin  nümunəsini  əsas  götürərək,  onlar  devrilmiş  İspaniya  kralı  adından 
idarə etmək üçün xuntanın yaradılmasını istəyirdilər. İspan sakinlərindən çoxu isə 
bu hadisələrdə ancaq İspaniya ilə əlaqələrin kəsilməsi imkanlarını görürdülər.  
Buenos-Ayresdə  1810-cu  ildə  hərbçilərin  qiyamı  qalxdı,  nəticədə  yerli 
inqilabi xunta – xalq yığıncağı hakimiyyəti öz əlinə götürdü və ispan vitse-kralını 
devirdi.  1808-ci  ildən  başlayaraq  Amerikadakı  ispan  müstəmləkələrində 
müstəqillik  əldə  etmək  uğrunda  üsyanlar  baş  verirdi.  I  Napoleonun  Pireney 
yarımadasına müdaxiləsi və qardaşı Jozef Bonapartın İspaniya kralı elan edilməsi 
onların  yayılmasına,  genişlənməsinə  səbəb  oldu.  İspaniyadakı  hadisələr  Latın 
Amerikasında liberal istiqamətli xunta hərəkatını meydana çıxardı. Bu proses həm 
də onunla gücləndi  ki, İspaniyanın  fransızlar tərəfindən işğalı, ispan qoşunlarının 
Amerikaya göndərilməsini dayandırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə