99
“Zaman – pis müttəfiqdir”. Özünə münasibətə gəldikdə zamanın əla müttəfiq
olduğu üzə çıxdı.
Şarl de Qoll
İnsan üçün ən yaxşı qələbə özünə qalib gəlməkdir. Başqası tərəfindən
məğlub olmaq biabırçılıqdır və hər şeydən pisdir.
Platon
Baxışın məlum genişliyində bütün qorxulu vəziyyətlər yoxa çıxır.
Şarl Monteskye
Şarl de Qoll iki dəfə öz ölkəsini bədbəxtlikdən xilas etmiş, onun siyasi və
konstitusional normallığını bərpa etmiş və ardıcılları olan vətəndaşlarının
çoxluğunun dəstəyinə artıq malik olmadığı aydın olduqda isə iki dəfə özəl həyata
yollanmışdı. Siyasi həyatda əgər yeganə deyilsə, nadir şəxsiyyət olmaqla o, bu
nailiyyətlərini özünün yazıçılığı və hərbi nəzəriyyəçi kimi istedadı ilə birləşdirirdi.
Əlbəttə, o, 50 yaşına yaxın olana qədər siyasi şəxsiyyət kimi meydana çıxmamışdı,
baxmayaraq ki, onun əvvəllər hərbi xadim və yazıçı kimi artıq bəzi mənəvi,
intellektual, siyasi və digər xarakterik keyfiyyətləri üzə çıxmışdı. Bu onun sonrakı
karyerasında özünü göstərdi. Birincisi, qalib gələn Fransanın lideri və onun
müharibədən sonrakı müvəqqəti hökumətin başçısı kimi; ikincisi, Beşinci
respublikanın banisi və birinci prezidenti kimi; üçüncüsü, özünün iştirak etdiyi
hadisələrin tarixçisi və avtobioqrafik əsərin müəllifi kimi.
Şarl-Andre-Mari-Jozef de Qoll 22 noyabr 1890-cı ildə Lilldə anadan
olmuşdur. Katolik, vətənpərvər və millətçi, orta sinfin yuxarısından olan ailənin
ikinci oğlu olmaqla, erudisiya atmosferinə düşmüşdü. Ailədən tarixçilər və
yazıçılar çıxmışdı, onun atası isə fəlsəfə və ədəbiyyat professoru idi. Lakin Şarl de
Qoll uşaq kimi artıq hərbi işlərə ehtiraslı maraq göstərirdi. Sen-Sir hərbi
akademiyasında oxudu və 1913-cü ildə gənc ikinci leytenant kimi polkovnik Filipp
Petenin piyada polkuna götürüldü. Sonralar de Qoll öz gəncliyini belə xatırlayırdı:
“Mən hesab edirdim ki, həyatın mənası Fransa naminə böyük igidlik göstərməkdir
və elə gün gələcəkdir ki, mənə belə imkan qismət olacaqdır”. Onda ölkəsinə
xidmət
barədə mistik bir vəzifə, borc hissi meydana gəlmişdi.
Hərbi karyerası onun fərasətli, zəhmətkeş, qızğın gənc zabit, orijinal ağla
malik olan bir adam, özünə yüksək dərəcədə güvənən olduğunu və qeyri-adi
igidliyə malik olacağını biruzə verirdi. Birinci Dünya müharibəsində o, Verdendə
vuruşmuşdu, üç dəfə yaralanmış və iki il səkkiz ayı müharibə əsirliyində keçirmiş,
bu vaxt altı dəfə qaçmağa cəhd etmiş və adı üç dəfə rəsmi məlumatlarda qeyd
olunmuşdu. Əsirlik ərzində alman
müəlliflərini mütaliə edir, Almaniya barədə daha
çox şey öyrənir. Məhz o vaxtlar o, yeni kitabı olan “Düşmənin ölkəsində nifaq”
əsərini yazır və 1916-cı ildə çap etdirir. De Qoll əsirlikdən yalnız 11 noyabr 1918-
ci ildə, sülh razılaşmasından sonra azad edilir. İki il Polşada hərbi məktəbdə
taktikadan dərs deyir. Vətənə döndükdən sonra, 1921-ci ildə aprelin əvvəlində
evlənir və ilin sonunda onun oğlu olur. Uşağı onun gələcək antoqonisti marşal
Petenin şərəfinə Filipp adlandırır.