Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   82   83   84   85   86   87   88   89   ...   99

180 
 
Mariya  paltar  almağa,  özü  də  Parisdən  gətirilən  paltarları  almağa  çox  pul 
xərcləyirdi, bu isə ərinin xoşuna gəlmirdi. Bir dəfə Ağ ev üçün 7 min dollara aldığı 
xalçaya görə Linkoln ona narazılığını bildirib demişdi ki, həmin pula müharibədə 
vuruşan yüzlərlə əsgərə hərbi forma almaq olardı. Onun bədxərcliyi ictimaiyyətin 
və mətbuatın istehzasına səbəb olurdu.  
Prezidentin  arvadının  kobudluğu  və  hədyanlığı  qısqanclıq  anlarında  daha 
dözülməz olurdu. Bir dəfə Prezident generallarla birlikdə ordunun düşərgəsində at 
üstündə  çapırdı.  Missis  Linkoln  da  bura  gəlmişdi.  Palçıqlı  çöldə  ordu  divizyonu 
səlis addımlarla gəlib keçirdi. Birdən o, böyük bir atın üstündə boylu-buxunlu bir 
qadını  gördü,  onun  kim  olduğunu  soruşub  əlavə  etdi  ki,  mən  düşünürəm  ki, 
qadınların  cəbhədə  olmaları  qadağan  edilmişdir.  Onu  müşayiət  edən  general 
Qrantın  arvadı  ona  bildirdi  ki,  bu,  general  Qriffinin  arvadıdır  və  onun  xüsusi 
icazəsi vardır. Missis Linkoln əsəbiləşdi: - Prezidentin özündənmi? O, Prezidentlə 
söhbət eləmişdir? Özəl söhbət? Axı heç bir qadın Prezidentlə heç vaxt təkbətək bir 
yerdə olmur. 
Yaxındakı  başqa  general  söhbətə  qarışıb,  dedi  ki,  yox,  ona  Prezident  icazə 
verməyib, belə icazələri Müdafiə naziri verir.  
Alayların  yanına  gələn  Prezidenti  əsgərlər  salamlayırdılar.  General  Ordun 
arvadı da Prezidentin yanında at çapırdı. Bu qadın daim cəbhədə öz ərinin yanında 
olurdu.  Mariya  bərkdən  səsləndi:  -  O,  özünü  elə  göstərir  ki,  elə  bil  ki,  mənəm.  
Görən o, elə başa düşür ki, onun ərimin yanında olmasından ərimin xoşu gəlir?  
Missis  Ord  onların  yanına  gəldi,  atdan  düşüb  Prezidentin  xanımını 
salamladı. Mariya yerindən qalxdı və «Sən fahişəsən!» deyib, öz xəyali düşməninə 
ölümcül zərbə vurdu.  
1865-ci  il  aprelin  14-də,  Vətəndaş  müharibəsi  başa  çatandan  beş  gün  sonra 
Vaşinqtonun  Ford  teatrında  axşam  aktyor  But  lojada  arvadının  yanında  oturan 
Abraham  Linkolnu  tapançadan  atılan  atəşlə  ölümcül  yaraladı  və  sabahısı  günü 
Prezident öldü və artıq tarixə məxsus oldu. 
Prezidenti  xəbərdar  etmişdilər  ki,  teatrdan  və  başqa  bir  ictimai  yerdən 
kənarda  qalsın,  çünki  ona  sui-qəsd  ola  bilər.  Ona  görə  də  o,  həmin  axşam  evdə 
qalmağı  məsləhət  gördü.  Lakin  arvadı  məşhur  aktrisanın  son  tamaşası  olduğunu 
bəhanə gətirib, ərini teatra getməyə  məcbur etdi və bu əyləncə belə dəhşətli faciə 
ilə nəticələndi.  
Onların dörd oğlu olmuşdu. üçü gənc yaşlarında ölmüş, təkcə biri anasının 
ölümünü  görmüşdü. 
 
Rusiya qadınları 
 
Rusiyanın  tarixində  də  onu  şərəfləndirən  qadınlar  olmuşdur.  Onlardan 
birincisi  və  əməllərinin  miqyasına  görə  daha  böyük  olanı  imperatriça  II 
Yekaterinadır.  Təsadüfi  deyildir  ki,  onu  Böyük  Yekaterina  adlandırırdılar.  O, 
böyük  Pyotrdan  sonra  Rusiyanı  qüdrətli  dövlətə  çevirən,  Avropa  sivilizasiyasına 
qovuşduran,  mədəniyyətini,  elmini  inkişaf  etdirən  ən  fərasətli  dövlət  rəhbəri 
olmuşdu.  


181 
 
16  yaşlı  alman  printsessası  Sofiya  Frederika  Avqusta  (Rusiyada  o, 
Yekaterina adını qəbul etdi) imperatriça Yelizavetanın qohumu olan, gələcəkdə III 
Pyotr adı altında imperator olacaq Böyük Hersoq Pyotra ərə getdi. Tezliklə bu qız 
əri Pyotrdan uzaqlaşdı, bir çox saray biabırçılıqlarının iştirakçısına çevrildi. 1762-
ci  ildə  imperator  III  Pyotra  törədilən  qəsddən  sonra  taxt-taca  qalxdı.  Öz  məşuqu 
Qriqori  Orlovun  və  digərlərinin  köməyi  ilə  ərini  taxt-tacdan  devirmiş,  həm  də  əri 
qətlə yetirilmiş və Yekaterina özünü imperatriça elan etmişdi.  
Onun  hökmranlığı  dövründə  təhkimçilik  inkişaf  etmiş,  kəndlilər  arasında 
yoxsulluq  artmışdı.  Lakin  iri  işğallar  hesabına  imperiyanın  sərhədləri  də  xeyli 
genişlənmişdi. II Yekaterina, Osmanlı türkləri ilə qələbələrlə muşayiət olunan iki 
müharibə aparmış, onlardan birinin nəticəsi hesabına Krım yarımadasını anneksiya 
etmiş, həmçinin Qara dəniz ətrafındakı ərazilərə, Şimali Qafqaza, Qərbi Ukraynaya 
və Qərbi Belorusiyaya, Litva torpaqlarına yiyələnmişdi.  
II  Yekaterina,  siyasətçi  və  dövlət  xadimi  kimi  böyük  istedada  malik  idi, 
dövlətin  mövqeyini  möhkəmləndirmək  üçün  hər  şeyə  gedirdi.  Keşişlərin 
mülkiyyətini əllərindən almışdı. Polşanın üç dəfə bölünməsinə (1772, 1793, 1795-
ci illərdə) nail olmamışdan əvvəl 1764-cü ildə öz məşuqu Stanislav Ponyatovskini 
kral kimi Polşa taxt-tacına yerləşdirmişdi. O, Yemelyan Puqaçovun və kazakların 
üsyanını yatırtmışdı. Azad kəndliləri təhkimçiliyə keçirməklə, onların sayını xeyli 
azaltmışdı.  
Türklərlə  son  müharibədə  öz  xeyrinə  Yassı  müqaviləsini  bağlamışdı. 
Milliyyətcə  alman  olmasına  baxmayaraq,  özünün  rus  xalqına  mənsub  olduğunu 
daim vurğulayırdı.  
II  Yekaterina  nimfomanka  (qadınlarda  xəstəlik  kimi  cinsi  əlaqəyə  şiddətli 
həvəs nimfomaniya adlanır) olmaqla, kişilərlə intim yaxınlığa çox can atırdı. Onun 
əxlaq pozğunluğu barədə söhbətlər, əhvalatlar dillərə düşmüşdü. Onun ömrü boyu 
12  rəsmi  məşuqu  olmuşdu,  onlardan  bəzilərindən  (Qriqori  Orlovdan  və  Qriqori 
Potyomkindən)  öz  məqsədlərinə  çatmaq  üçün  məharətlə  istifadə  edirdi,  həmin 
adamlarla  sonralar  dostcasına  əlaqəsini  də  kəsmirdi.  Özünün  izafi  əxlaq 
pozğunluğu  faktı  inkar  edilməsə  də,  bu  cəhət  həm  də  ona  bəslənən  paxıllıqdan 
şişirdilə bilərdi.  
Bəzi rus qadınları II Yekaterina kimi təkcə dövləti idarə etməkdə deyil, həm 
də  ailə  borcuna  sədaqət  göstərməkdə  də  nadir  sayıla  bilən  davranış  nümunələri 
göstərirdilər.  Ləyaqət  və  ailə  sədaqəti  rəmzinə  çevrilən  Zinaida  Volkonskaya  və 
Yekaterina  Trubetskaya  bu  məsələdə  xüsusilə  fərqlənmişdilər.  1825-ci  ildə 
dekabristlər  üsyanı  yatırıldıqdan  sonra  onun  liderlərindən  beş  nəfəri  edam  edildi, 
yenicə  taxta  çıxmış  çar  I  Nikolay  digər  fəal  iştirakçıları  isə  uzaq  Sibirə  sürgünə 
göndərdi.  
Sergey Qriqoryeviç Volkonski və Sergey Petroviç Trubetskoy Zabaykalyeyə 
sürgün  edilmişdilər.  Onların  hər  ikisinin  cavan  arvadları  ağır  iqlim  şəraitində 
faytonla  uzaq  səfərə  çıxmış  və  ərlərinə  qovuşmuşdular.  Paytaxtda  varlı,  rahat 
şəraitdə yaşayan bu qadınlar sürgün həyatında dəhşətli əzablarla üzləşsələr də, öz 
hərəkətlərindən  peşiman  olmamışdılar.  Onlar  əslində  mifdə  deyil,  real  həyatda 
ərlərinə  Medeya  sədaqəti  və  qeyri-adi  iradə,  cəsarət  nümayiş  etdirmişdilər,  mifik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə