Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   84   85   86   87   88   89   90   91   ...   99

184 
 
yaxınlıq  etdiyinə  görə,  onun  lesbiyalı  şairə  Sapfonun  ardıcılı  olması  barədə  söz-
söhbətlər gəzirdi.  
Maraqlı  və  ziddiyyətli  şəxsiyyətlərdən  biri  də  Filippin  prezidentinin  arvadı 
İmelda Markosdur. Bu qadının öz ölkəsində mədəniyyətin, səhiyyənin inkişafında, 
müvafiq sosial infrastrukturanın yaradılmasında böyük xidmətləri olmuşdu, axı o, 
həm də bir müddət ölkənin paytaxtı Manilanın qubernatoru olmuşdu.  
İmelda  18  yaşı  olanda  gözəllik  kraliçası  hesab  edilmiş,  «Miss  Filippin» 
tituluna layiq görülmüşdü. 1954-cü ildə siyasətçi Ferdinand Markosla evlənmiş, on 
bir il sonra əri Filippinin prezidenti seçilmişdi. Birinci ledi kimi  bir çox sosial və 
mədəni  proqramların  təşəbbüsçüsü  və  himayəçisi  olmuşdu.  Filippin  baleti  xeyli 
dərəcədə  onun  səylərinə  borcludur.  Onun  təşəbbüsü  ilə  bir  çox  mühüm  binalar 
tikilmişdi.  Filippin  kardioloji  mərkəzi,  pulmonoloji  mərkəz,  nefroloji  (böyrək 
xəstəlikləri)  institutu,  beynəlxalq  konqres  mərkəzi,  folklor  teatrı,  tarix  və 
mədəniyyət  parkı,  Manila  kino  mərkəzi  onun  adı  ilə  bağlıdır.  Milyonlarla  sadə 
filippinlilər onu sevirdilər.  
Ərinin  tərcümeyi-halındakı  kölgəli  cəhətlər  onun  da  nüfuzuna  müəyyən 
qaydada  öz  təsirini  göstərmişdi.  Markosun  İkinci  Dünya  müharibəsi  illərində 
yapon  işğalçılarına  qarşı  qəhrəmancasına  mübarizə  aparması  barədəki  iddiaların 
sonralar  saxta  olduğu  aşkar  edilmşdi.  O,  1986-cı  ildə  vaxtından  əvvəl  keçirilən 
seçkilərdə  qalib  gəlmiş  Korason  Akinaya  uduzduqdan  bir  il  sonra  ölkədən 
qovulduqda,  Havay  adalarında  yaşamış,  iki  il  sonra  isə  orada  72  yaşında  vəfat 
etmişdi.  
İmelda  Markosun  özünə  qarşı  olan  iddialara  dəfələrlə  məhkəmələrdə 
baxılmış və o, hər dəfə bəraət almışdı. Ona görə də vətəninə qayıtdıqdan sonra üç 
dəfə ölkə parlamentinə üzv seçilmişdi.  
Xarakterinin  gücünə  və  sərtliliyinə  görə,  həm  də  bunlar  onun  gözəlliyi  və 
zərifliyi  ilə  vəhdətdə  olduğundan,  İmelda  Markosa  bəzən  «polad  kəpənək» 
deyirdilər.  Bu  qadının  şəxsi  əşyalar  əldə  etməyə  və  mülkiyyətə  sahib  olmağa 
aludəçiliyi  də  qeyd  olunurdu,  onun  tuflilərinin  üç  rəqəmli  sayda  olduğu  misal 
gətirilirdi.  Bunlar  da  onun  ölkəsi  qarşısındakı  xidmətlərinin  üstündən  xətt  çəkə 
bilmədi.  
 
Epiloq 
 
Qadınlar  haqqında  indiyədək  çox  sayda  odalar  yazılmış  və  söylənmiş, 
dünyanın ən məşhur yazıçıları, rəssamları, bəstəkarları zərif cinsə mənsub olanların 
gözəlliyi və onların döyüş səhnəsi olan məhəbbət  aləmindəki qəhrəmanlarını vəsf 
etmək  üçün  istedadlarını  işə  salmış,  qələmlərini  və  fırçalarını  sınamışlar.  İlk  dəfə 
dünya  poeziyasının  banisi  Homer  özünün  «İliada»sında  füsunkar  Yelenanı 
tərənnüm  etməklə,  min  illər  boyu  ona  pərəstiş  hisslərinin  meydana  gəlməsinə 
səbəb  olmuşdu.  Homer  qeyd  edirdi  ki,  ahıl  kişilər  də  Yelenaya  baxıb  deyirdilər: 
«Əgər  bu  səadət  bizə  gənclik  illərimizdə  nəsib  olsaydı,  onda  yaşamağa  yenidən 
başlamağa dəyərdi. Bu qadın bütün Elladada dillərdə əzbərdir, hətta lallar başlarını 
tərpətməklə bir-biri ilə onun gözəlliyi haqqında danışırlar».  


185 
 
Övidı  özünün  «Məhəbbət  sənəti»  poemasında  qadınların  məhəbbət 
döyüşündə qalib gəlib, sonra da təslim olmaq üçün sayı-hesabı olmayan silahlardan 
istifadə  etdiklərini  yada  salır.  Füzulinin  Leylisi  İbn  Salama  ərə  getsə  də,  ona 
vurulan  Məcnunu  unuda  bilmir.  Şekspirin  Cülyettası  isə  Romeo  ilə  məhəbbətin 
şirinliyini  bir  də  dadmaq  üçün  ən  qorxulu  fədakarlığa  əl  atır,  Romeonu  ölmüş 
gördükdən  sonra,  özünü  də  ölümün  pəncəsinə  atır.  Dantenin  Beatriçası, 
Petrarkanın  Laurası  təxəyyülün  bəhrəsi,  platonik  məhəbbətin  rəmzləri  olsalar  da, 
təsir  gücündən  məhrum  olan  minlərlə  qadınlardan  daha  real,  daha  cazibədar 
görünürlər.  Bayron  şairin  qeyri-real  məhəbbətinə  haqq  qazandıraraq  yazırdı  ki, 
«Siz fikirləşirsiniz ki, Laura əgər Petrarkanın arvadı olsaydı, məgər o, bütün həyatı 
boyu ona sonetlər yazardımı?» 
Əfsanəvi  heykəltəraş  Piqmalion  mərmərdən  yonduğu  Qalateyasının 
gözəlliyinə  elə  vurulmuşdu  ki,  allahlardan  ona  nəfəs,  canlı  həyat  verməyi  xahiş 
etmişdi.  İlahə  Afrodita  Qalateyanı  diriltmiş  və  Piqmalion  ona  evlənmişdi. 
Məhəbbətin gücü belə möcüzələrə də səbəb ola bilir.  
Təəssüf ki, səcdə obyekti olan qadın gözəlliyi də az ömürlüdür, axı zanbaq 
da  əbədi  çiçək  açmır,  qızılgül  isə  ləçəklərini  töküb  quruyanda,  öz  tikanlarını 
göstərir. Lakin bu da yaxşı məlumdur ki, gözəl baharın mülayim də payızı olur və 
bu,  labüd  olaraq  yaxılaşan  qışı  da  ləngidə  bilir.  Gözəl  qadın  təbiətin  ona  bəxş 
etdiklərini  bütünlüklə  qoruyub  saxlaya  bilməsə  də,  axı  illər  də  öz  amansız  işini, 
dağıdıcı, məhvedici fəaliyyətini görməmiş qalmır, gözəllik bütünlüklə yoxa çıxmır, 
onun zəngin keçmişi yada salan hansısa kölgəsi özünü saxlamaqda davam edir.  
Təbiət  tərəfindən  qadına  verilən  mükafat  həm  də  onun  xoşbəxtliyə  çatması 
üçün çox vaxt şərait yaradır, ona üstün mövqelər bəxş edir. Lakin bu qiymətli qaşı 
nəzərə çarpdırmaq üçün üzüyün özünün də rolu kiçik deyildir. Bu üzük isə qadının 
davranışı, incəliyi, hərəkəti, özünə rəğbət qazandırmaq bacarığıdır. Bunlarda ağılın 
istiqamətverici  rolunu  da  unutmaq  olmaz.  Qadın  süniliyə  əl  atdıqda,  maskadan 
istifadə etdikdə gözlədiklərinin əvəzinə  əks effektlə üzləşməli olur. Özündən asılı 
olan  ləyaqətlər  təbii  olduqda  isə  hökmən  pərəstişi  andıran  bir  münasibət  cavabını 
alır.Qadın öz təravətini saxlamaq üçün bir çox vasitələrə əl atır, ona görə də müasir 
qadınların yaşını müəyyən etmək çətin olur. İspan zərb-məsəlində deyildiyi kimi, 
ağac var ki, heç vaxt yarpağını tökmür. Qadınlar da belə həmişəyaşıl olmağa can 
atır, buna nail olmaq üçün bəzən ifrata varır, dəridən-qabıqdan çıxırlar. 
Qadın  gözəlliyi  də  nisbi  məfhumdur,  bir  ölkədə  möbcud  olan  gözəllik 
standartı başqa ölkədə tam fərqli qaydada qəbul olunur. Gözəl qız daxilən, mənəvi 
cəhətdən qüsurlara malik olduqda, özü barədə olan yüksək düşüncəni çox asanlıqla 
alt-üst  edir.  Macarlarda  bir  gənc  digərinə  küçədən  keçən  gözəl  qızı  göstərdikdə, 
dostu istehza qaydasında cavab verir ki, yəqin o da kiminsə zəhləsini aparmışdır.  
Fransız yazıçısı Stendal yazırdı ki, kəpənək kolleksiya qutusuna sancıldıqda 
elə  gözəl  görünmür,  pərvazlandıqda  isə  qanadlarındakı  rənglər  Günəşin  şüaları 
altında cilvələnib, bərq vurur, bu vaxt qeyri-ali gözəllik effekti yaranır. Qadının da 
gözəlliyi  hərəkət  etdikdə  heyranedici  bir  mənzərə  əmələ  gətirir.  Kürsüdə  oturan 
qadın heykəltəraş tərəfindən yonulmuş büstü xatırladır, onun bədən ləyaqətlərinin 
və sifətindəki cəzbedici cizgilərin bir çoxu yoxa çıxır. Qədim Roma şairi Vergili 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə