78
Ən böyük üsyanlar Kiotoda, Boqotada, Santyaqoda və Buenos-Ayresdə baş
verməklə, bu şəhərlər tezliklə hərəkatın mərkəzlərinə çevrildilər. Onlar fransız
inqilabı ideyalarının təsiri altında idilər.
Bolivar bir çox gizli yığıncaqlarda iştirak etdi və Venesuela qubernatoru onu
məzəmmət etdikdə o, cəsarətli qaydada cavab verdi ki, İspaniyaya müharibə elan
edir və geri çəkilməyəcəkdir. 19 aprel 1810-cu ildə qubernator Emparan öz
səlahiyyətlərindən məhrum edildi, Venesueladan sürgün edildi və xunta
hakimiyyətə gəldi. Kömək əldə etmək üçün Bolivar elçi sifətində Londona
göndərildi. O, İngiltərədə inqilabi müstəmləkənin bədbəxt vəziyyətini izah etməli,
onun tanınmasına nail olmalı, silah və maddi kömək əldə etməli idi. Bütün
məsələlərdə o, uğursuzluğa düçar olsa da, onun İngiltərəyə qısa müddətli səfəri
digər nöqteyi-nəzərdən məhsuldar oldu. Bu səfər ona Birləşmiş Krallığın
institutlarını öyrənməyə imkan verdi, bunlar isə onun üçün siyasi müdriklik və
stabillik modelini təmsil edirdi. Daha vacibi isə o idi ki, orada sürgün olunmuş
Fransisko de Miranda ilə görüşdü. O, 1806-cı ildə Venesuelanı boş əllə azad
etməyə cəhd etmişdi, Bolivarın onunla görüşündə onu Karakasa dönüb, müstəqillik
hərəkatına başçılığı öz üzərinə götürməyə inandırması inqilab işini sürətləndirdi.
Venesuela qıcqırma içərisində idi. 1811-ci ilin martında Karakasda
Konstitusiya layihəsini hazırlamaq üçün Milli Konqress keçirildi. Konqressin
nümayəndəsi olmamasına baxmayaraq, Bolivar özünü ölkədə qalxan müzakirələrin
içərisinə atdı. Özünün ilk ictimai çıxışında o, bəyan etdi ki, “Qoy biz qorxmadan
amerikan azadlığının künc daşı olaq. Tərəddüd etmək məhvə getməkdir”. Uzun
müzakirələrdən sonra Milli Assambleya 5 iyul 1811-ci ildə Venesuelanın
müstəqilliyini elan etdi.
Bolivar bu vaxt gənc respublikanın ordusuna daxil oldu, bu ordunun baş
komandanı Miranda idi. Onların Londondakı qısa müddətli görüşündən sonrakı az
müddətdə artıq siyasət məsələlərində bu iki adam bir-birindən fərqli qaydada var-
gəl edirdilər. Miranda Bolivarı “təhlükəli gənc” adlandırırdı, Bolivar isə yaşlı
generalın qabiliyyətinə şübhə ilə yanaşırdı. İspanlar müstəmləkəyə nəzarəti ələ
keçirmək üçün həmlə etdikdə, Bolivar Venesuelanın həyati limanı olan Puerto
Kabelloya təyin edildi. Bolivarın zabitlərindən biri xəyanət hərəkəti edib,
istehkamlanmış qalanı ispan qoşunlarının üzünə açdı. Miranda bu limanın
itirilməsinin hərbi əməliyyatlar üçün məhv edici olduğuna inandığından, ispan baş
komandanı ilə danışıqlar aparmağa başladı. 1812-ci ilin iyulunda atəşkəs
müqaviləsi imzalandı, bu, bütün ölkəni İspaniyanın mərhəmətinə sürükləyirdi.
Miranda ispanların əlinə verildi, bəzi müəlliflər deyirlər ki, bu, Bolivarın
təhrikçiliyi ilə baş vermişdi. Miranda öz ömrünün qalan hissəsini ispan zindanında
keçirməli oldu.
Mübarizəni davam etdirmək qərarında olan Bolivar ölkəni tərk etmək üçün
pasport əldə etdi və Yeni Qranadadakı Kartaxenaya yollandı (bu gün bu şəhər
Kolumbiyadadır). Burada o, özünün ilk böyük siyasi bəyanatı olan “Kartaxena
manifestini” çap etdirdi. “Mən bədbəxt Karakasın oğluyam, onun siyasi və maddi
xarabalıqlarından fövqəltəbii qaydada qaçmışam, mən... buraya gəlmişəm ki,
azadlıq bayrağının arxasınca gedim”.
79
Onun fövqəltəbii qaçmaq barədə dediyi sözlər 26 mart 1812-ci ildə baş
verən fəlakətli zəlzələ ilə əlaqədar idi. Bu zəlzələ Karakasda və digər şəhərlərdə
çox sayda qurbanların meydana gəlməsinə səbəb olmuşdu. Venesuelanın iflasından
o, istifadə etməkdə tərəddüdə yol vermədi: “İspanlar deyil, bizim özümüzün
pərakəndəliyimiz bizi geri, quldarlığa qaytardı. Venesuelanın etdiyi ən mühüm
səhv siyasi teatra girmək idi, bu heç şübhəsiz, dözümlülük sisteminin – zəif və
səmərəli olmayan sistemin məhvedici şəkildə qəbul edilməsi idi...” Bolivar bu vaxt
İspan Amerikasında yaranan respublikalar üçün güclü hökumət qurulmasının
tərəfdarı kimi meydana çıxdı.
Onun çağırışına Yeni Qranada xalqı cavab verdi və o, ekspedisiya
qüvvəsinin komandanı oldu. Onun vəzifəsi Venesuelanı azad etmək idi. O, altı baş
döyüşdə ispanlara qalib gəldi və paytaxta nəzarəti ələ keçirdi. 6 avqust 1813-cü
ildə o, Karakasa daxil oldu, ona “Xilaskar” titulu verildi və bu, əslində siyasi
diktatorluq demək idi.
Lakin istiqlaliyyət müharibəsi yenicə başlanırdı. Venesuela xalqının
əksəriyyəti müstəqillik qüvvələrinə qarşı düşmən idi və qurbanlıq olmaq bəxtini
daşımağa dözürdü. Anarxiya xarakterli dəhşətli və qanlı vətəndaş müharibəsi
başlandı. Bolivarın özü “ölüm müharibəsi” və əsirlərin güllələnməsi kimi
fövqəladə tədbirlərə əl atırdı. O, bütün əsirləri məhv etməyi əmr etdi. Lakin onun
sərtliyi öz məqsədinə çatmaqda uğurlu olmurdu. 1814-cü ildə o, daha bir dəfə
ispanlar tərəfindən məğlub edildi. Axırıncılar Orinoko vadisindəki çobanları da
müharibəyə cəlb etmişdilər. Bu çobanlar səmərəli döyüşən vəhşi süvarilər idilər və
Bolivar onları dəf etməyi bacarmırdı. Onların başçısı Boves 1814-cü ildə Karakası
tutdu və şəhəri vəhşilik səhnəsinə döndərdi. Beləliklə, ikinci Venesuela
respublikası öz ömrünü başa vurdu.
Bolivarın özü isə bu vaxt Mirandanın taleyini təkrar etməkdən güclə qaça
bildi. O, Kartaxenaya çata bildi, orada Boqotadan separatçı fraksiyanı sıxışdırıb
çıxarmaq vəzifəsini həll etməli idi. O, bunu uğurla bacardı. Sonra o, Yeni
Qranadanın liman şəhəri olan Kartaxenanı mühasirəyə aldı, lakin inqilabi qüvvələri
birləşdirməkdə uğur qazanmadı və Yamaykaya qaçmalı oldu.
Sürgündə o, öz enerjisini yenə də Böyük Britaniyadan kömək almağa sərf
etdi. Bu məqsədlə ingilis xalqını inandırmaq üçün öz karyerasının ən böyük sənədi
olan “Yamaykadan məktublar”ı yazdı. O, qeyd edirdi ki, “Bizi İspaniya ilə
birləşdirən bağlar (saplar) qırılmışdır”. “Azadlığı sevən xalq axırda azad
olacaqdır”. Bolivar Çilidən və Argentinadan tutmuş Meksikayadək nəhəng
panoramanı təsvir etdi. O, iftixarla deyirdi: “Biz bəşər irqinin mikrokosmuyuq. Biz
iki okean arasına sıxılmış ayrıca dünyayıq, incəsənətdə və elmlərdə gəncik, lakin
bəşər cəmiyyəti kimi qocayıq. Biz nə hindularıq, nə də avropalıyıq, ancaq biz
onların hər birinin parçasıyıq”. “Müstəqillik hərəkatı kataklizmindən görən hansı
növ hökumət meydana gələcəkdir?”. “Amerikan dövlətləri despotizm və
müharibənin vurduğu yaraları və çapıqları sağaltmaq üçün paternal dövlətlərin
cəhdlərinə möhtacdır”.
O,
Böyük
Britaniya
hökumətinin modeli əsasında konstitusiya
respublikalarının yaradılmasını təklif edirdi, onların irs qaydasında təşkil edilən
Dostları ilə paylaş: |