80
yuxarı palataları və ömürlük seçilən prezidentləri olmalı idi. Axırıncı maddədən
Bolivar bütün karyerası boyu yapışmışdı, bu, onun siyasi düşüncəsinin ən şübhəli
cəhəti idi.
“Yamaykadan məktublar”da Bolivar özünü böyük beynəlmiləlçi kimi
göstərir. Bütün ispan-amerikan millətlərinin nümayəndələrinin Panama kimi
mərkəzi bir yerdə yığışacağı günü səbirsizliklə gözləyərək, o, yazırdı: “Panama
yarımadasının Amerika üçün yunanlardan ötəri Korinf boğazı kimi olacağı ümidi
necə də ifadə edilə bilməyən bir şeydir. Allah qoysa, bir gün biz respublikaların,
krallıqların, imperiyaların nümayəndələr konqressinin açılmasının yaxşı taleyindən
istifadə edəcəyik. Burada dünyanın qalan millətləri ilə sülh və müharibə məsələləri
müzakirə ediləcəkdir”.
1815-ci ildə İspaniya müstəqilliyə şirniklənmiş müstəmləkələrinə, Atlantik
okeandan bu vaxtadək heç vaxt keçməmiş güclü ekspedisiya qoşunu göndərdi.
Onun komandanı Pablo Morillo idi. Nə Böyük Britaniya, nə Birləşmiş Ştatlar
kömək vəd etmədiklərindən, Bolivar özünə Fransa ağalığından azad edilmiş kiçik
respublika olan Haitidə məskən tapdı. Burada o, dostcasına qarşılandı, ona həm də
pul və silah verildi. Üç il həlledici olmayan məğlubiyyətlər və qələbələr baş verdi.
1817-ci ildə Bolivar Orinoko regionunda qərargah yaratmağı qərara aldı. Bu
ərazini müharibə viran qoymuşdu və ispanlar onu buradan asanlıqla çıxara
bilməzdi. Bir neçə min əcnəbi əsgərlərin və zabitlərin, onların əksəriyyəti
britaniyalılar və irlandlar idi, xidmətini qurdu və öz paytaxtını Anqosturada (indiki
Syudad Bolivar) təşkil etdi, qəzet nəşr etməyə başladı və düzənliyin inqilabi
qüvvələri ilə yaxşı əlaqələr qurdu. Onların lideri Xose Antonio Paes Bolivarın
hakimiyyətini tanıdı və 1819-cu ildən bütöv regionun axırıncı komandanlığında
möhkəm şəkildə qaldı. Həmin ilin yazında ispan mövqelərinin qərb flanqında
onlara hücumun baş planını təqdim etdi. O, əvvəlcə öz ümidini Karakası azad
etmək üzərində cəmləşdirmişdi, lakin bu vaxt diqqətini yeni Qranada vitse-
krallığına hücum etməyin cəsarətli layihəsi üzərində cəmləşdirdi.
Düzənlikdə vətənpərvərlərin qoşunu onları məhv etməyə çalışan ispanların
cəhdlərinə cavab verirdi. Onların lideri Santander Bolivarla əlaqəyə girdi və 12
iyun 1819-cu ildə Bolivarın və Santanderin orduları görüşdülər və birləşdilər.
Bolivarın Yeni Qranadaya hücumu hərb tarixində daim ən cəsarətli
əməliyyat kimi qiymətləndiriləcəkdir. Britaniya legionu da daxil olmaqla, kiçik
ordunun (2500-ə qədər adam) həmləsi düzənlikdən keçirdi, lakin bu vaxt yağış
mövsümü olduğundan çaylar göllərə dönmüşdü. Bolivarın köməkçilərindən birinin
dediyi kimi, onlar yeddi gün ərzində qurşaqlarına qədər suda addımlamaqla
irəliləyirdilər. Gəmilərin üzdüyü ön çay üzülüb keçildi, onlardan çoxu inək
dərisindən düzəldilmiş qayıqlardan istifadə edirdilər. Lakin düzənliklə yürüş And
dağlarına dırmaşmaq ilə müqayisədə Bolivara uşaq oyunu kimi görünürdü. Şaxtalı
külək dağ keçidinin yüksəkliyindən əsirdi və soyuqdan çox sayda adam ölürdü.
Yorğunluqdan itki xeyli çox idi. Buradan onlar Yeni Qranadaya töküldülər.
İspanlar
təəccübdən özlərinə gəldikdə, Bolivarı geri oturtmaq artıq çox gec idi.
81
Bir neçə döyüş getdi, həlledici döyüş 7 avqust 1819-cu ildə Boqotada baş
verdi. Burada royalist ordunun əsas hissəsi Bolivara təslim oldu. Üç gün sonra isə
o, Boqotaya girdi. Bu Cənubi Amerikanın şimalının tarixində dönüş nöqtəsi oldu.
Yorulmaq bilməyən Bolivar öz vəzifəsini başa çatdırmağa girişdi. O,
Santanderi administrasiyanın vitse-prezidenti vəzifəsinə təyin etdi və 1819-cu ilin
dekabrında Anqosturada keçirilən konqress qarşısında meydana çıxdı. Bolivar
prezident və hərbi diktator oldu. Özü dediyi kimi, Yeni Qranada və Venesuelanın
ittifaqı vuruşduğu erkən günlərdən onun məqsədi olmuşdu. O, israr edirdi ki,
qanunvericilər yeni dövlətin yarandığını elan etsinlər. Bu federasiya idi və üç
departamentdən ikisi – Venesuela və Kito (Ekvador) o vaxtdan
hələ də royalistlərin
nəzarəti altında idi. Bu, yalnız kağız üzərindəki bir nailiyyət idi. Buna baxmayaraq,
Bolivar
bilirdi ki,
nəticədə o, hökmən qələbə çalacaqdır.
İspaniyada inqilab ispan kralını məcbur etdi ki, qarşısında dayanan
liberalizm ideallarını tanısın və onu bu hərəkəti təbii olaraq Cənubi Amerikadakı
ispan qoşunlarını pozurdu, dağıdırdı. Bolivar Morillonu atəşkəs danışıqlarını
başlamağa inandırdı və iki döyüşçü Santa Anada 1820-ci ilin noyabrında
unudulmaz bir şəraitdə görüşdülər. İmzalanan müqavilə altı aylıq müddətə
düşmənçiliyə son qoydu. Vuruş başa çatdıqda Bolivar anladı ki, onun sayca üstün
canlı qüvvəsi ilə Venesuelada ispan qoşunlarını məğlub etmək asan olacaqdır.
1821-ci ilin iyununda Karabobo döyüşü Karakasın qapılarını açdı və Bolivarın
vətəni
nəhayət ki, azad oldu.
Həmin ilin payızında Kolumbiya üçün konstitusiya layihəsini hazırlamaq
üçün Konqress Kukutada çağırıldı. Konstitusiyanın maddələri Bolivarı razı
salmadı. O, prezident seçilməsinə baxmayaraq, düşünürdü ki, onun yaratdığının
sağ qalması və mövcudluğunu davam etdirməsi üçün möhkəm təminat vermək
nöqteyi-nəzərindən bu maddələr çox liberaldır. Administrasiyanı Santanderin
himayəsinə qoyub
icazə istədi ki, öz hərbi kampaniyasını davam etdirsin.
İlin sonunda Ekvador azad oldu. Bu kampaniyada Bolivara onun
zabitlərindən ən istedadlısı olan Antonio Xose de Sukre kömək etdi. Bolivar
şimaldan Kiotoya çıxışı müdafiə edən dağlarda ispanlarla döyüşə girdi. Sukre isə
Sakit okean sahilindən içərilərə yürüş etdi. 24 may 1822-ci ildə qələbə çaldı, bu,
Ekvadoru ispan zülmündən azad etdi. Sonrakı günü paytaxt təslim oldu və Bolivar
qüvvələrini Sukrenin ordusu ilə 16 iyunda birləşdirdi.
Kitoda Xilaskar öz ömrünün ən böyük ehtirası ilə görüşdü, bu diribaş və
gözəl Manuela Saens idi. Bu qız Bolivar kimi igid bir sərkərdəyə ideal qadın idi,
amazonkanın və kurtizankanın əsl qarışığı idi. Qız qızğın inqilabçı kimi Xilaskarın
məhəbbətini sərbəst qaydada qəbul etdi və onu döyüş meydanından prezident
sarayına qədər müşayiət etdi.
Kolumbiya ərazisi bu vaxt bütünlüklə İspaniyadan azad oldu, onun yeni
hökuməti Birləşmiş Ştatlar tərəfindən tanındı. Yalnız Peru ispanların əlində qalırdı.
Peru problemi Bolivarı və Argentina inqilabçısı Xose de San Martini bir araya
gətirdi. San Martin qitənin cənub hissəsi üçün mübarizə aparırdı, Bolivar isə
şimalın azadlığına nail olurdu. Üstəlik o, artıq Limaya daxil olmuşdu və Perunun
müstəqilliyini elan etmişdi.