Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   79   80   81   82   83   84   85   86   ...   99

174 
 
Fransa kralı IV Henrinin kraliçası Mariya Mediçi 1610-cu ildə əri öldükdən 
sonra taxt-taca çıxan oğlu XIII Lui kiçik yaşda olanda yeddi il ərzində onun regenti 
olmuş, dövləti idarə etmişdi. Əsasən məşuqu Konçino Konçininin məsləhətinə bel 
bağlamışdı. Kral oğlu tərəfindən 1617-ci ildə sürgünə göndərilmişdi. Kralı 1630-cu 
ildə  kardinal  Rişelyeni  vəzifədən  uzaqlaşdırmağa  inandırmaq  sahəsindəki  cəhdi 
uğursuz  olduğundan,  bir  il  sonra  Fransadan  qeybə  çəkilmişdi.  1642-ci  ildə  ölənə 
qədər Rişelye əleyhinə əbəsliyə düçar olan qaydada qəsdlər təşkil etmişdi.  
Kral  XIII  Luinin  arvadı  Anna  Avstriyalı  da  fəallığı  ilə  seçilirdi.  Oğlu  XIV 
Lui kiçik yaşında kral olanda ona regentlik etmiş, əslində hakimiyyətə yiyələnmiş 
kardinal Mazarinin köməkliyi ilə bu vəzifənin öhdəsindən gəlməyi bacarmışdı.  
Kralların özü də əxlaq məsələsində təkcə öz arvadlarına deyil, təbəələrinə də 
mənfi nümunə göstərirdilər. Kral IV Henri çox sayda  məşuqələrindən axırıncısının 
Parisi tərk etdiyini eşitdikdə, çox kədərlənmiş, çaşqınlıqdan öz təhlükəsizliyinə də 
məhəl  qoymadığından,  karetasında  gedərkən  bir  dini  fanatik  tərəfindən  qətlə 
yetirilmişdi.  
Günəş kral – XIV Lui şəhvəti naminə hər cür risqə gedirdi, o, məşuqələrini 
gizli saxlamaq da istəmirdi. Məşuqəsi madam la Valyeridən uzaqlaşdıqdan sonra, 
uzun  müddət  ərzində  madam  Montespanı  əri  ola-ola  özünün  məşuqəsi  kimi 
saxlamış, Versal sarayında ona kraliçanınkından da geniş otaqlar ayırmışdı. Sonra 
o, madam Montespanı da tərk edib, özündən üç yaş böyük olan dul qadın madam 
Mentenonla  yaxınlıq  etmiş,  kraliça  arvadı  öldükdən  sonra,  bu  qadın  dvoryan 
olmadığına görə, onunla gizlincə nikaha girmişdi.  
Hökmranlığı  Fransa  üçün  oduqca  uğursuz  olan  kral  XV  Lui  əxlaq 
pozğunluğuna görə qədim Roma imperatorlarını xatırladırdı. 15 yaşlı kral 1725-ci 
ildə Polşanın keçmiş kralı Stanislav Leşşinskinin qızı, özündən 7 yaş böyük olan 
Mariyaya  evlənmişdi.  12  il  ərzində  gənc  ailə  xoşbəxt  idi,  onların  10  övladı 
olmuşdu. Lakin sonra Lui əsil əxlaq pozğununa çevrildi. Onun ilk məşuqələri dörd 
Nel  bacıları  idi.  Ən  kiçiyi  hersoginya  Şotaru  kralın  tövbəsindən  sonra  da  onun 
yatağına gəlirdi. 
Döyüşdə  yaralananda  ölümün  qorxusundan  Lui  həmin  qızları  şəhərdən 
uzaqlaşdırdı. Bir qədər sonra isə 24 yaşlı, guya ərindən boşanmış Janna-Antuanetta 
Puassonu – madam de Pompaduru özünə məşuqə etmişdi. Bu gözəl qadının hələ 8 
yaşı olanda qarnaçılar demişdilər ki, ona kralın özü vurulacaqdır.  
Madam Pompadur sarayda böyük nüfuza sahib oldu, siyasi işlərlə də məşğul 
olurdu.  Təzə  məşuqəsi  onun  fiziki  tələblərinə  tam  cavab  verə  bilmədiyindən  kral 
Maral  parkında  özünə  hərəmxana  düzəltmişdi  və  oraya  şəhərdən  cavan  kübar 
qızlar gətirilirdi. Bu qızlar uşaq doğurdu, kralın 30 bastardı –haramzada övladı var 
idi.  Sonra  dvoryanlar  böyük  həvəslə  həmin  qızlara  evlənirdilər.  Osmanlı 
sultanlarının  da  hərəmləri  saray  əyanlarına  ərə  verilirdi.  Kral  deyirdi  ki,  «çox 
sayıda kişilər mənim arvadımla yatmağı arzu edir, onlardan heç biri isə çəkdiyim 
siqaretin qalığına məndən sonra yaxın düşmək istəmir.»  
Madam  Pompadur  məşuqə  olması  kəsildikdən  sonra  da  krala  təsirini 
itirməmişdi,  əksinə,  bu  təsir  daha  da  artmışdı.  Qardaşı  vasitəsilə  Parisdə  və 


175 
 
Trianonda  binalar  tikdirir,  yazıçılara,  incəsənət  ustalarına,  Volterə  və 
ensiklopedistlərə himayədarlıq göstərirdi.  
Kralın  başı  zinakarlığa  qarışdığından  dövlət  işləriilə  pis,  həm  də  səriştəsiz 
məşğul  olurdu.  Fransa  Yeddiillik  müharibədə  (1756-1763-cü  illər)  məğlub 
olduğundan, Kanada və Hindistandakı fransız əraziləri İngiltərənin əlinə keçmişdi. 
Bu gün dünyanın ingilis dilində danışması xeyli dərəcədə İngiltərənin bu qələbəsi 
ilə də bağlıdır.  
1764-cü  ildə  madam  Pompadur  43  yaşında  öldü,  onun  cəsədi  Versaldan 
götürülürdü, bu vaxt kral göz yaşları tökürdü. Dörd il sonra kralın az qala yaddan 
çıxmış arvadı Mariya Leşşinskaya da vəfat etdi. Kralın ağır depressiyası başlandı.  
Onu xilas edən yeni məşuqəsi 20 yaşlı madam Dü Barri oldu. Bu vaxt kralın 
özünün  60  yaşı  var  idi.    Elə  həmin  il  öz  oğlu  XVI  Luini  avstriyalı  Mariya- 
Antuanettaya evləndirdi. 
Kral qüsurlar bataqlığında batmışdı.1774-cü ildə ölümündən bir az əvvəl bir 
abbat sarayda kralı acı sözlərlə ifşa etdi, ona dedi ki, o, xalqın rəyinə kor və kardır. 
Bu, elə bil ki, kral üçün ölüm hökmü idi. Bir neçə həftə sonra Lui yatağa düşdü, o, 
çiçək xəstəliyinə tutulmuşdu, üzü də, könlü və ürəyi kimi tam qara rəngdə idi. Bu 
xəstəlik bir xilas yolu, mükafat kimi onu qəbrə apardı. 
Kral  XVI  Lui  ailəsinə  bağlı  adam  olsa  da,  onun  arvadı,  Avstriya 
imperatriçası  Mariya  Terezanın  qızı  Mariya-Antuanetta  öz  məşuquna  malik  idi. 
Onu qınamaq da bir qədər çətindir, axı evləndikləri vaxtdan keçən yeddi il ərzində 
əvvəlcə  prints,  sonra  isə  kral  olan  XVI  Lui  yeddi  il  ərzində  ərlik  funksiyasını 
yerinə yetirə bilməmişdi. Yalnız kraliçanın qardaşı, gələcək imperator İosif Parisə 
gəlib,  kralı  fəsadı  ilə  əlaqədar  cərrahi  əməliyyata  məruz  qalmaq  zərurətinə 
inandırdıqdan  sonra  Luiyə  əslində  sünnət  edilmiş  (cərrahiyyə  əməliyyatını  yazıçı 
Tomas  Mann  da  məhz  belə  adlandırır)  və  bundan  sonra  o,  bir  ər  kimi  yatağında 
kraliça ilə olan utandırıcı fəaliyyətsizliyinə son qoya bilmişdi.  
İngiltərə krallarından VIII Henri çox arvad alması (onun altı arvadı olmuşdu, 
onlardan  ikisini  edama  göndərmişdi)  ilə  fərqlənirdi.  O,  öz  məşuqəsinin  böyük 
bacısı Anna Bolernə vurulduğuna görə ispan kralının qızı olan Katerina Araqonlu 
ilə nikahını pozdu və boşanmağa razılıq verməyən Roma Papasına etiraz nümayişi 
olaraq  katolik  kilsəsi  ilə  əlaqəsini  bütünlüklə  kəsdi.  Özünü  yeni  protestant  dini 
kimi olan anqlikan kilsəsinin başçısı elan etdi. Sonra o, artıq özündən hamilə olan 
Anna  Bolernə  evləndi.  Lakin  bu  nikah  da  ona,  çox  ümid  bəslədiyi  varisi  olacaq 
oğlan  övladı  verə  bilmədi.  Anna  gələcək  kraliça  I  Elizabeti  dünyaya  gətirdi. 
Ümidləri  boşa  çıxan  Henrinin  Annaya  olan  qızğın  münasibəti  soyumağa  başladı, 
ondan  uzaqlaşmaq  üçün  arvadını  zinakarlıqda,  hətta  doğma  qardaşı  ilə  intsest 
yaxınlıqda ittiham edib, onu edam etdirdi. Bundan sonra Henrinin evləndiyi Ceyn 
Seymur ona oğul doğdu, lakin bu hadisədən 12 gün sonra gənc ana öldü. Sonrakı 
arvadlar  da  onu  xoşbəxtlik  bəxş  edə  bilmədilər,  təkcə  onun  sonuncu  arvadı  kral 
ərindən çox yaşadı.  
Onun yeniyetmə yaşında həyatdan gedən kral oğlu VI Eduarddan (o, öləndə 
16  yaşı  var  idi)  sonra,  1553-cü  ildə  taxt-taca  Katerina  Araqonludan  olan  qızı 
Mariya Tüdor gəldi. Mariya, bir il sonra İspaniya taxt-tacının varisi II Filippə ərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə