Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   81   82   83   84   85   86   87   88   ...   99

178 
 
uşaqlıqda  adı  Mari  Janna  Filinon  olmaqla,  sonralar  inqilabın  ən  məşhur  qadın 
xadimlərindən birinə cevrilmişdi. 
   Uşaqlıqda  o,  cox  oxuyurdu,  xüsusən  də  Plutarxın  əsərlərini  sevirdi. 
Sonralar Volterlə maraqlanmağa başladı, Russonun “ Yeni Eloiza ”sını oxudu. O, 
deyirdi  ki,”  Plutarx  məni  respublikaçı  olmağa  hazırladı.  “  Mari  Janna  həm  də 
yazmağa başladı.  
      Jan-Mari Rolanla tanış olub, 1780-ci ildə özündən 20 yaş böyük olan bu 
kişiyə ərə  getdi, lakin heç vaxt onu  sevmədi. Ancaq ərinin  istedadlı  köməkçisinə 
çevrildi.  Sonralar  onun  evini  “  ictimai  rəy  bürosu  “  adlandırırdılar.  Mari  Janna 
1789-cu  il  hərəkatına  vuruldu.  Səmimi  qaydada  inanırdı  ki,  inqilab  dünyanı 
dəyişəcəkdir. O, inqilabı sevdi. 
     İnqilabın  başlanması  ilə  Lionda  yaşayan  Rolan  mətbuatda  parlaq 
məqalələr çap etdirirdi. Onların altında ərinin imzası qoylsa da, həqiqi müəllif Mari 
Jannanın özü idi. 
     İnqilabdan  sonra  Rolan  nazir  oldu,  daim  arvadının  hazırladığı  çıxışları 
Konventdə  səsləndirirdi.  Bu  baxt  həm  də  partiyalar  arasında  mübarizə  başlandı, 
madam  Rolan  adamları  Marata  və  Robespyerə  qarşı  durmağa  sövq  edirdi. 
Jirondistlərin qaniçən  yakobinçilərə  məğlub  olması ilə Rolan cütlüyü ennemis  de 
peuple-yə  -xalq  düşmənlərinə  çevrildilər.  Mari  Janna  ərinə  Parisdən  qaçmaqda 
köməklik  göstərdi,  özü  isə  paytaxtda  qalmaqla  dustaqxanaya  düşdü.  Beş  aylıq 
məhbusluq dövründə “ Qərəzsiz gələcək nəsillərə müraciət “ini yazdı. Burada qeyd 
edirdi ki, “ Səfeh adamla işin olmaqdan pis şey yoxdur, yeganə üsul onu kəndirlə 
bağlamaqdır, çünki digər metodlar faydasızdır. “  
       1793-cü 8 noyabrında madam Rolan inqilabi tribunal qarşısında dayandı 
və  bir  gün  sonra  edam  edildi.  Gilyotina  İnqilab,  indiki  “  Barışıq  “  meydanında 
qurlmuşdu,  edam  gipsdən  olan  “  Azadlıq  “  heykəli  qarşısında  keçirilirdi.  Eşafota 
yaxınlaşan  Mari  Janna  heykələ  tərəf  əyilib  uca  səslə  dedi:  “  Ey  Azadlıq!  Sənin 
adınla gör nə qədər cinayətlər törədilir! “ 
       Onun  əri  də  iki  gün  sonra  həyatla  vidalaşmalı  oldu,  Rolanın  adı  da 
arvadının adının güzgü əksi idi: Jan-Mari. 
      Fransa  inqilabı  çox  şeyi  dəyişkliklərə  məruz  qoydu,  kralların  sülaləsini 
və taxt-taclarini məhv etdi. Lakin yuxarı siniflərin əxlaq məsələsində yaxşı mənada 
hansı  yeniliyə  nail  olması  barədə  elə  bir  ciddi  məlumat  yoxdur.  Əslində  köhnə 
qaydalar təkrarlanmaqda davam  edirdi. İnqilabın məşhur bəhrəsi sayılan  və hərbi 
qələbələri  ilə Fransaya şöhrət gətirən ( əvvəlki krallar isə müharibələrə çox  meyl 
etsələr də, onların çoxunu acı məğlubiyyətlə başa çatdırırdılar ) Napoleonun şəxsi 
həyatı deyilənlərə bariz sübutdur. 
 
 
Mütləqiyyəti  devirən  Fransa  inqilabının  başlanğıcından  on  il  sonra 
hakimiyyətə gələn Napoleon ölkənin idarə  edilməsini yeni relslər üzərinə keçirsə 
də,  qanunları  təkmilləşdirib,  Fransanı  inkişaf  etdirib,  hərbi  qələbələri  ilə  xeyli 
şöhrətləndirsə  də,  bu  ölkənin  yuxarı  təbəqələrinə  məxsus  olan  əxlaq  sahəsindəki 
yazılmamış  qaydaları,  ənənələri  davam  etdirirdi.  Onun  məşuqələrindən  ikisi  ona 


179 
 
oğul  da  doğmuşdu.  Onlardan  biri  Mariya  Valevskaya  vətəni  Polşanın  azad 
olunmasına nail olmaq naminə Napoleonla yaxınlığa razılıq vermişdi.  
Napoleonun  özündən  altı  yaş  böyük  olan  arvadı  Jozefina  da  əxlaq 
məsələsində  sərt  qaydaların  tərəfdarı  kimi  çıxış  etmirdi.  Boşandıqdan  və  əri 
öldükdən  sonra  iki  uşağı  ilə  qalan  bu  dul  qadın  Direktoriyanın  daimi  üzvü  olan 
Barrasa yaxınlaşmışdı. Napoleon yenicə evləndiyi arvadını qoyub İtaliya yürüşünə 
yollananda  Jozefina    vaxtını  boş  keçirməyib,  bir  cavan  oğlanla  eşq  macərası 
yaşamışdı. Misir yürüşü zamanı Napoleon özü bir zabit arvadı ilə yaxınlıq etdiyi 
vaxt, Jozefina da növbəti xəyanətinə yol vermişdi. Napoleon ailə üzvlərinin təkidi 
ilə onu boşamaq istəsə də, sevdiyi qadının yalvarışları və göz yaşları onu nəinki bu 
qərardan çəkindirmiş, hətta daha qızğınlıqla Jozefinanın ağuşuna atmışdı.  
XVIII  əsrdən  başlayaraq  Fransada  bastard  övlad  olmaq  çox  dəbdə  idi.  Axı 
onlar  asanlıqla  var-dövlətə  və  cəmiyyətdə  yaxşı  mövqeyə  yiyələnirdilər.  Lakin 
bastardlar təkcə taxt-taca varisliyə yaramırdılar. Ona görə də Günəş Kralın – XIV 
Luinin  bastard  oğlanları  olduğu  halda,  tacın  nikahdan  kənar  doğulmuş  övlada 
verilməməsi  qaydasına  görə,  1715-ci  ildə  öləndə  sağ  qalan  oğlu  və  nəvəsi 
olmadığından,  kral  taxtına  onun  azyaşlı  nəticəsi  XV  Lui  oturmuşdu  və  səkkiz  il 
ərzində  dövləti  regent  kimi  Orlean  hersoqu  idarə  etmişdi.  Axırıncı  da  eyş-işrətə 
iyrənc meyli ilə seçilmiş, bu xüsusiyyəti onu 1723-cü ildə qəbrə sürükləmişdi.  
XVIII  əsrdə  qonşu  İspaniyada  və  İtaliyada  da  əxlaq  qaydalarına  riayət 
edilməsi  heç  də  yaxşı  vəziyyətdə  deyildi.  İtaliyadan  başlanğıcını  götürən  bir  dəb 
İspaniyada  da  geniş  yayılmışdı.  Bu  dəbə  görə,  ərli  kübar  qadınlar  öz  zümrəsinə 
mənsubluğunu bildirmək üçün hökmən öz məşuqlarına – çiçisbeylərə malik olmalı 
idilər.  Çiçisbeyi  olmayan  qadın  az  qala  bədbəxt  hesab  olunurdu.  Çiçisbey  onu 
seçmiş qadını gəzintilərdə və əyləncələrdə müşayiət edirdi. Bu, qadının zövqünün 
hansı  səviyyədə  və  əhval-ruhiyyəsinin  necə  olmasına  dəlalət  edirdi.  Çiçisbeyi 
olmayan  qadın  yüksək  cəmiyyətin  mənəvi  atmosferini  korlayan  bir  «ağ  qarğaya» 
bənzəyirdi.  
ABŞ prezidenti Abraham Linkolnun arvadı Mariya Kentakkinin böyük Todd 
ailəsindən  idi.  Toddlar  böyük  quldar  nəsli  idi.  Amerikanlar  Linkolnu  nə  qədər 
sevirdilərsə,  missis  Linkolna  o  qədər  pis  münasibət  bəsləyirdilər.  Öz  xarakterinə 
görə qadın belə münasibətə layiq idi. 
Gənc  Mariya  Todd  Sprinqfildə  (İllinoys  ştatı)  gəldikdən  sonra  Linkolnun 
uzun  müddət  ərzindəki  siyasi  rəqibi,  o  vaxtlar  prokuror  olan  Stefen  A.Duqlas  da 
daxil  olmaqla,  ona  çoxlu  elçi  düşənlər  olmuşdu.  Duqlas  ona  xüsusi  aludəçiliklə 
yanaşırdı.  O,  sonralar  seçkilərdə  Linkolna  qalib  gəlib,  senator  seçilmişdi.  Qız 
Linkolnla da ilk dəfə bu şəhərdə görüşmüşdü və 1839-cu ildə onlar evlənmişdilər.  
Amerikan  yazıçısı  Qor  Vidal  «Linkoln»  romanında  qeyd  edir  ki,  Mariya 
ərinə  vaxtilə  onu  istəyən  Duqlası  yada  salırdı  və  deyirdi  ki,  əgər  sənə  ərə 
getməsəydim, onun arvadı olardım.  
Vaşinqton  heç  də  birinci  ledini  hörmətlə  qarşılamadı.  O  vaxtkı  mətbuatın 
yazdığına görə, kobud qərbli qadın olduğundan onu sevmirdilər. O, yaşlı vaxtında 
bəzi  xəstəliklərdən  əziyyət  çəkirdi,  1863-cü  ildə  isə  karetada  qəzaya  uğrayanda 
ciddi yara almışdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə