Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   80   81   82   83   84   85   86   87   ...   99

176 
 
getdi,  anası  tərəfindən  o,  kraliçanın  qohumu  idi.  Taxt-tacda  olmasının  ikinci 
ilindən  sonra  isə  İngiltərədə  protestantizmin  bərqərar  olması  barədəki  qanunları 
ləğv  edib,  Roma  katolitsizmini  yenidən  ölkədə  hakim  mövqeyə  çıxardı.  Bundan 
sonra  protestantların  təqibi  başlandı.  300  nəfərə  qədər  adam  edam  edildi.  Onun 
hökmranlığı dövründə İngiltərənin Fransa ərazisindəki son dayaq nöqtəsi olan Kale 
də itirildi.  
Mariya  Tüdor  bir  dəfə  öz  sarayındakılara  bildirdi  ki,  o,  hamilədir  və  yaxın 
vaxtlarda  uşaq  doğmağı  gözləyir.  Onu  mamaçalar  əhatə  etdi,  sarayda  hamı  iki  ay 
ərzində onun dünyaya övlad, xüsusən vəliəhd gətirəcəyini səbirsizliklə gözləyirdi. 
Lakin  bundan  da  artıq  müddət  ötüb  keçdikdə  özü  etiraf  etdi  ki,  hamilə  deyildir. 
Görünür o, qarnındakı şişi, bətnindəki uşaq hesab edirmiş.  
II Filipp İspaniya taxt-tacına sahib olduğuna görə 1556-cı ildə İngiltərəni və 
kraliça arvadını tərk etdi. Bir qədər sonra 1558-ci ildə «Qanlı Mariya» öldü. Bu adı 
ona «Şəhidlər» kitabını tərtib edən qraf Con Foks vermişdi. Mariyanın hakimiyyəti 
dövründə ölkədən qaçan Foksun dilindən götürülən bu söz geniş yayıldı. İngilislər 
spirtli  içkini  də  belə  adlandırdılar.  Araqla  tomat  şirəsindən  bir-birinə  qarışmamaq 
şərtilə əmələ gələn bu kokteyl qədəhin aşağı yarısındakı şirənin alqırmızı rənginə 
görə “Bloody Mary” – «Qanlı Mariya» adlanır. 
Qanlı  Mariyadan  sonra  taxt-taca  kral  VIII  Henrinin  Anna  Boleyndən  olan 
qızı I Elizabet gəldi. Anası edam edildikdə üç yaşı olan bu qızcığaz əvvəlcə fahişə 
qadının  qızı  kimi  bastard-haramzada  hesab  olunmuşdu.  Mariya  Tüdor 
hakimiyyətdə  olduğu  beş  il  ərzində  isə  o,  daim  öz  həyatına  təhlükə  hesab  edirdi, 
lakin  tale  elə  gətirdi  ki,  böyük  ögey  bacısı  həyatdan  gedəndə  varisi  kimi  onu 
adlandırmışdı. Elizabet taxt-taca 25 yaşında gəlmişdi və hamı onun ərə gedəcəyini, 
sülaləyə  varis  doğacağını  gözləyirdi.  Kraliça  məntiqə  uyğun  gəlmədiyini  nəzərə 
alaraq  öz  təbəəsinə  ərə  getmək  istəmirdi.  Əcnəbiyə  ərə  getsə  isə  ölkəsində  dini 
qarışıqlıq yenidən baş qaldıra bilərdi.  
Ölkəsinin  müstəqilliyini  qorumaq  üçün  o,  ərə  getmədi,  bunu  qəribə  şəkildə 
onunla  izah  etdi  ki,  onun  qəbir  daşı  üzərində  yazılacaqdır  ki,  kraliça  bakirə  kimi 
yaşadı və bakirə kimi də öldü. Lakin onun özünə verdiyi bu ad olduqca şərti idi, 
həqiqətdən  çox  uzaq  idi.  Sadəcə  olaraq  o,  yalnız  ərə  getməmişdi.  Lakin  kraliça 
Robert Dadli – qraf Lester, ondan sonra isə Uolter Reli kimi məşuqlara malik idi.  
Robert  Dadli  özünü  sarayda  çox  sərbəst  aparırdı,  az  qala  bu  məkanı  ətirli 
hərəmxanaya  çevirmişdi.  Yaşlı  kraliça  da,  bu  məsələdə  hədləri  gözləmirdi.  Keşiş 
Edmund Qrindal Elizabetə demişdi: «Madam, unutma ki, sən öləri məxluqsan» və 
xəbərdarlıq etmişdi ki, «Sən nə qədər qüdrətli hökmdar olsan da, ancaq unutma ki, 
göylərdə yaşayan daha qüdrətlidir».  
Dadli  elçilik  edib,  onun  İspaniya  kralına  ərə  getməsini  təşkil  etməyə 
çalışdıqda,  xəyanətinə  görə    kraliça  onu  edam  etmək  istəmədi,  bildirdi  ki,  sağ 
qalmaqla o, daim xəyanətkarın yaxında olduğunu unutmağa imkan verməyəcəkdir. 
Elizabet  Şotlandiya  kraliçası  Mariya  Styuarta  gözəlliyinə  görə  paxıllıq 
edirdi.  Mariyanın  16  yaşı  olanda  Fransa  kralı  II  Henrinin  böyük  oğlu,  xəstə  və 
ağıldan  kəm  II  Fransiskə  ərə  getmişdi.  Mariya  anadan  olandan  vurt-tut  altı  gün 
sonra  Şotlandiya  kralı  olan  atası  Ceyms  Styuart  vəfat  etdiyindən,  ölkəsinin 


177 
 
kraliçası elan edilmişdi, əri isə 1559-60-cı illərdə Fransa taxt-tacına sahib olmuşdu. 
Kral  əri  öldükdən  sonra  Mariya  Şotlandiyaya  qayıtdı.  Bu  dul  qadın  doğma 
ölkəsində ona evlənmək arzusunda olan kübarların qızğın mübahisəsinin qurbanına 
çevrilmişdi. O, 1565-ci ildə ikinci dəfə ərə getməklə lord Darnli ilə ailə qurdu. Bu 
gənc  və  arvad  sifətli  bir  adam  idi.  Mariya  isə  özünü  mütləq  monarx  etməyə 
çalışırdı,  burada  ona  şəxsi  katibi  və  birinci  naziri  olan  italiyalı  Devid  Rittsio 
yaxından  köməklik  edirdi.  Onlar  birlikdə  Darnlinin  taxt-tacın  ona  və  varislərinə 
ömürlük  verilməsi  barədə  tələbini  rədd  etdikdə,  digər  kübarlarla  birləşən  Darnli 
Rittsionu öldürdü.  
Ərə  getdikdən  bir  il  sonra  Mariyanın  oğlu  oldu,  bu  Ceyms  adlı  körpə 
gələcəkdə  təkcə  Şotlandiyanın  deyil,  həm  də  İngiltərənin  kralı  olacaqdı,  öz 
ölkəsində  VI  Ceyms,  İngiltərədə  isə  I  Ceyms  adını  daşıyacaqdı.  Bir  qədər  sonra 
Darnlinin  özünün  meyidi  bağdan  tapıldı.  Darnlinin  qətli  kraliçanın  digər  sevgilisi 
Ceyms  Hepborn  –  qraf  Botuell  tərəfindən  hazırlanmışdı.  Botuell  evli  olmaqla 
yanaşı,  həm  də  gənc  kobud  bir  oğlan  idi.  O,  Mariyanı  çox  sevirdi  və  arvadını 
boşadıqdan  sonra  kraliçanı  götürüb  qaçdı  və  ona  evləndi.  Əsl  məqsədi  isə 
hakimiyyətə  yiyələnmək  idi.  Toy  günü  Mariya  özünü  öldürmək  istəmişdi,  lakin 
bunu etməyə ona imkan verilməmişdi. O, öz oğlu üçün də təhlükə yarandığını dərk 
edirdi.  Botuell  öz  atasının  qətlinin  intiqamını  almaq  üçün  uşağı  böyüməyə 
qoymayacağına and içmişdi.  
Şotlandiya  kübarları  qiyam  qaldırdılar  və  Mariya  Styuartı  əsir  götürdülər. 
Onu məcbur etdilər ki, öz oğlu Ceymsin xeyrinə taxt-tacdan əl çəkdiyini elan etsin. 
Bu vaxt onun ögey qardaşı Murey regent oldu. Əsirliyinin bir ilinə yaxın, 1568-ci 
ilin  mayında  İngiltərəyə  qaçdı,  lakin  bədbəxtlikdən  kraliça  burada  da  yenidən 
düstağa çevrildi və 1587-ci ildə İngiltərədə dövlət çevrilişini hazırlamaq, kraliçanı 
öldürmək üçün olan qəsddə iştirakına görə edam edildi.  
Tarixin istehzasına bax ki, edam olunan Anna Boleynin qızı I Elizabet 45 il 
ərzində İngiltərənin qüdrətli kraliçası oldu, onun ölümündən sonra isə, 16 il əvvəl 
məhz  İngiltərədə  edam  olunan  Mariya  Styuartın  oğlu  I  Ceyms  22  il  ərzində  bu 
ölkədə krallıq etdi.  
 
        Materik Avropasında əxlaq qaydaları. 
        ABŞ Prezidentinin hədyan xanımı 
 
 
Materik Avropasında ilk dəfə mütləqiyyəti devirən Fransa inqilabı təkcə qan 
axıtmaqla,  sonralar  birbaşa  Terrora  keçməklə  yanaşı,  həm  də  tarixə  görkəmli 
şəxsiyyətlər  bəxş  etdi.  Onların  əksəriyyəti  inqilab  fədailəri  olduğundan  inqilabın 
başlıca  vəzifəsinin  həyata  keçməsi  üçün  heç  bir,  hətta  ən  iyrənc  vasitədən  belə 
çəkinmirdilər. Bütün inqilablar “ Məqsəd vasitəyə haqq qazndırır “ prinsipi altında 
irəlilədiyindən  Fransa  inqilabı  da  erkən  nümunə  kimi  bu  xüsusiyyətə  xilaf  çıxa 
bilməzdi. 
     Fransa  inqilabının  ən  görkəmli  iştirakçılarından  biri    madam  Rolan  – 
Rolan  Manon  Janna  de  la  Platyer  idi.  Bu  qadın  1754-cü  ildə  anadan  olmuşdu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə