180
Mariya paltar almağa, özü də Parisdən gətirilən paltarları almağa çox pul
xərcləyirdi, bu isə ərinin xoşuna gəlmirdi. Bir dəfə Ağ ev üçün 7 min dollara aldığı
xalçaya görə Linkoln ona narazılığını bildirib demişdi ki, həmin pula müharibədə
vuruşan yüzlərlə əsgərə hərbi forma almaq olardı. Onun bədxərcliyi ictimaiyyətin
və mətbuatın istehzasına səbəb olurdu.
Prezidentin arvadının kobudluğu və hədyanlığı qısqanclıq anlarında daha
dözülməz olurdu. Bir dəfə Prezident generallarla birlikdə ordunun düşərgəsində at
üstündə çapırdı. Missis Linkoln da bura gəlmişdi. Palçıqlı çöldə ordu divizyonu
səlis addımlarla gəlib keçirdi. Birdən o, böyük bir atın üstündə boylu-buxunlu bir
qadını gördü, onun kim olduğunu soruşub əlavə etdi ki, mən düşünürəm ki,
qadınların cəbhədə olmaları qadağan edilmişdir. Onu müşayiət edən general
Qrantın arvadı ona bildirdi ki, bu, general Qriffinin arvadıdır və onun xüsusi
icazəsi vardır. Missis Linkoln əsəbiləşdi: - Prezidentin özündənmi? O, Prezidentlə
söhbət eləmişdir? Özəl söhbət? Axı heç bir qadın Prezidentlə heç vaxt təkbətək bir
yerdə olmur.
Yaxındakı başqa general söhbətə qarışıb, dedi ki, yox, ona Prezident icazə
verməyib, belə icazələri Müdafiə naziri verir.
Alayların yanına gələn Prezidenti əsgərlər salamlayırdılar. General Ordun
arvadı da Prezidentin yanında at çapırdı. Bu qadın daim cəbhədə öz ərinin yanında
olurdu. Mariya bərkdən səsləndi: - O, özünü elə göstərir ki, elə bil ki, mənəm.
Görən o, elə başa düşür ki, onun ərimin yanında olmasından ərimin xoşu gəlir?
Missis Ord onların yanına gəldi, atdan düşüb Prezidentin xanımını
salamladı. Mariya yerindən qalxdı və «Sən fahişəsən!» deyib, öz xəyali düşməninə
ölümcül zərbə vurdu.
1865-ci il aprelin 14-də, Vətəndaş müharibəsi başa çatandan beş gün sonra
Vaşinqtonun Ford teatrında axşam aktyor But lojada arvadının yanında oturan
Abraham Linkolnu tapançadan atılan atəşlə ölümcül yaraladı və sabahısı günü
Prezident öldü və artıq tarixə məxsus oldu.
Prezidenti xəbərdar etmişdilər ki, teatrdan və başqa bir ictimai yerdən
kənarda qalsın, çünki ona sui-qəsd ola bilər. Ona görə də o, həmin axşam evdə
qalmağı məsləhət gördü. Lakin arvadı məşhur aktrisanın son tamaşası olduğunu
bəhanə gətirib, ərini teatra getməyə məcbur etdi və bu əyləncə belə dəhşətli faciə
ilə nəticələndi.
Onların dörd oğlu olmuşdu. üçü gənc yaşlarında ölmüş, təkcə biri anasının
ölümünü görmüşdü.
Rusiya qadınları
Rusiyanın tarixində də onu şərəfləndirən qadınlar olmuşdur. Onlardan
birincisi və əməllərinin miqyasına görə daha böyük olanı imperatriça II
Yekaterinadır. Təsadüfi deyildir ki, onu Böyük Yekaterina adlandırırdılar. O,
böyük Pyotrdan sonra Rusiyanı qüdrətli dövlətə çevirən, Avropa sivilizasiyasına
qovuşduran, mədəniyyətini, elmini inkişaf etdirən ən fərasətli dövlət rəhbəri
olmuşdu.
181
16 yaşlı alman printsessası Sofiya Frederika Avqusta (Rusiyada o,
Yekaterina adını qəbul etdi) imperatriça Yelizavetanın qohumu olan, gələcəkdə III
Pyotr adı altında imperator olacaq Böyük Hersoq Pyotra ərə getdi. Tezliklə bu qız
əri Pyotrdan uzaqlaşdı, bir çox saray biabırçılıqlarının iştirakçısına çevrildi. 1762-
ci ildə imperator III Pyotra törədilən qəsddən sonra taxt-taca qalxdı. Öz məşuqu
Qriqori Orlovun və digərlərinin köməyi ilə ərini taxt-tacdan devirmiş, həm də əri
qətlə yetirilmiş və Yekaterina özünü imperatriça elan etmişdi.
Onun hökmranlığı dövründə təhkimçilik inkişaf etmiş, kəndlilər arasında
yoxsulluq artmışdı. Lakin iri işğallar hesabına imperiyanın sərhədləri də xeyli
genişlənmişdi. II Yekaterina, Osmanlı türkləri ilə qələbələrlə muşayiət olunan iki
müharibə aparmış, onlardan birinin nəticəsi hesabına Krım yarımadasını anneksiya
etmiş, həmçinin Qara dəniz ətrafındakı ərazilərə, Şimali Qafqaza, Qərbi Ukraynaya
və Qərbi Belorusiyaya, Litva torpaqlarına yiyələnmişdi.
II Yekaterina, siyasətçi və dövlət xadimi kimi böyük istedada malik idi,
dövlətin mövqeyini möhkəmləndirmək üçün hər şeyə gedirdi. Keşişlərin
mülkiyyətini əllərindən almışdı. Polşanın üç dəfə bölünməsinə (1772, 1793, 1795-
ci illərdə) nail olmamışdan əvvəl 1764-cü ildə öz məşuqu Stanislav Ponyatovskini
kral kimi Polşa taxt-tacına yerləşdirmişdi. O, Yemelyan Puqaçovun və kazakların
üsyanını yatırtmışdı. Azad kəndliləri təhkimçiliyə keçirməklə, onların sayını xeyli
azaltmışdı.
Türklərlə son müharibədə öz xeyrinə Yassı müqaviləsini bağlamışdı.
Milliyyətcə alman olmasına baxmayaraq, özünün rus xalqına mənsub olduğunu
daim vurğulayırdı.
II Yekaterina nimfomanka (qadınlarda xəstəlik kimi cinsi əlaqəyə şiddətli
həvəs nimfomaniya adlanır) olmaqla, kişilərlə intim yaxınlığa çox can atırdı. Onun
əxlaq pozğunluğu barədə söhbətlər, əhvalatlar dillərə düşmüşdü. Onun ömrü boyu
12 rəsmi məşuqu olmuşdu, onlardan bəzilərindən (Qriqori Orlovdan və Qriqori
Potyomkindən) öz məqsədlərinə çatmaq üçün məharətlə istifadə edirdi, həmin
adamlarla sonralar dostcasına əlaqəsini də kəsmirdi. Özünün izafi əxlaq
pozğunluğu faktı inkar edilməsə də, bu cəhət həm də ona bəslənən paxıllıqdan
şişirdilə bilərdi.
Bəzi rus qadınları II Yekaterina kimi təkcə dövləti idarə etməkdə deyil, həm
də ailə borcuna sədaqət göstərməkdə də nadir sayıla bilən davranış nümunələri
göstərirdilər. Ləyaqət və ailə sədaqəti rəmzinə çevrilən Zinaida Volkonskaya və
Yekaterina Trubetskaya bu məsələdə xüsusilə fərqlənmişdilər. 1825-ci ildə
dekabristlər üsyanı yatırıldıqdan sonra onun liderlərindən beş nəfəri edam edildi,
yenicə taxta çıxmış çar I Nikolay digər fəal iştirakçıları isə uzaq Sibirə sürgünə
göndərdi.
Sergey Qriqoryeviç Volkonski və Sergey Petroviç Trubetskoy Zabaykalyeyə
sürgün edilmişdilər. Onların hər ikisinin cavan arvadları ağır iqlim şəraitində
faytonla uzaq səfərə çıxmış və ərlərinə qovuşmuşdular. Paytaxtda varlı, rahat
şəraitdə yaşayan bu qadınlar sürgün həyatında dəhşətli əzablarla üzləşsələr də, öz
hərəkətlərindən peşiman olmamışdılar. Onlar əslində mifdə deyil, real həyatda
ərlərinə Medeya sədaqəti və qeyri-adi iradə, cəsarət nümayiş etdirmişdilər, mifik
Dostları ilə paylaş: |