Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


VIII HİSSO: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

VIII HİSSO: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
 
D
 
övlətin lap ilk günlərindən kənd təsərrüfatı ilə məşğuliyyət 
Amerika iqtisadiyyatında ən vacib sahə olmuşdur və 
fermerlərin məziyyətlərini - onların təşəbbüskarlığını, çətin 
zəhmətlərini və müstəqilliklərini mədh edən dastanlar Amerika 
mədəniyyətində uzun müddət mərkəzi yer tutmuşdur. 
Amerika kənd təsərrüfatının icmalı elə qəhrəmanlıq nümunələri 
təqdim edir ki, bunlar uzun bir əfsanəni xatırladır. Fermerlər, xalq 
nağıllarında göstərildiyi kimi, heç vaxt həqiqi mə’nada müstəqil 
olmamışlar, çünki fermerlər onların nəzarətindən çox yüksək 
dərəcədə kənar olan hava şəraiti, bazarlarda kənd təsərrüfatı 
məhsullarının qiyməti və hökumət siyasəti kimi amillərdən asılı 
olmuşlar. Bununla belə, Amerika fermerləri Birləşmiş Ştatlar 
cəmiyyətinin qalan hissəsinin pərəstiş etdiyi və bir çox hallarda 
rəqabətə ginnəyə çalışdığı individualizm və bərabər hüquq 
qazanmaqdan ötrü mübarizə ruhu nümayiş etdirmişdir. Nəticədə, 
fermerlərin bu fəaliyyəti Birləşmiş Ştatlar siyasi təfəkküründə 
onlara xüsusi qüvvə vermişdir. Fermerlərin sayı hətta əhəmiyyətli 
dərəcədə azalmış olsa da, bu qüvvə bu günün özündə də 
mövcuddur. 
Amerika fermerləri hər hektardan çox yüksək məhsul istehsal 
etmək bacarığı ilə bütün dünyada şöhrət qazanmışdır. Bu, qismən 
təbiətin səxavəti ilə bağlıdır. Qərbi Birləşmiş Ştatların ancaq 
nisbətən kiçik bir sahəsində yağıntı o qədər məhduddur ki, burada 
səhralar mövcuddur. Başqa yerlərdə isə yağışlar ya arabir, ya da 
tez-tez olur, çaylar və yeraltı sular torpaqlan müntəzəm şəkildə 
suvarmaq imkanı verir. Dünyanın ən zəngin kənd təsərrüfatı 
sahələrindən bə’zisinə Amerikanın Orta Qərbində təsadüf etmək 
olar. 
Amerika fermerlərinin uğurları eyni zamanda iri kapital 
qoyuluşunun fəaliyyəti və yüksək səriştəli əməkdən istifadənin 
durmadan artmasıdır. Toxumlar elmi cəhətdən inkişaf etdirilib. 
158 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
onların yüksək məhsuldarlığına nail olunub, toxumlann cürbəcür 
xəstəliklərə və quraqlığa qarşı dözümü artınlıb. Kübrələmə və 
suvarmadan hesablamalar yolu ilə tez-tez istifadə olunur. 
Kultivasiya və məhsulu toplama işində maşınlardan istifadə sərf 
olunan əməyi azaldır və məhsulun hər vahidi üçün itirilən vaxta da 
qənaət edir. Hava kondisioneri olan traktorunun kabinəsində oturub, 
traktorunun yedəyinə qoşulmuş baha, sür’ətlə hərəkət edən,torpaq 
şumlayan, becərən və məhsul toplayan avadanlıqları arxasınca çəkən 
fermerlərə rast gəlmək qeyri-adi bir şey deyil. 
YÜKSOLMOKDO 
OLAN AQRİBİZNES 
A
 
merika kənd təsərrüfatı yüksəlməkdə olan «aqribiznes»dir. Bu 
termin müasir Birləşmiş Ştatlar iqtisadiyyatında kənd 
təsərrüfatı müəssisəsinin genişmiqyaslı təbiətini əks etdirmək üçün 
yaradılmışdır. Aqribiznes fərdi fermerdən tutmuş kənd təsərrüfatı 
üçün kimyəvi preparatlar hazırlayan çoxmillətli mütəxəssislərə 
qədər kənd təsərrüfatı ilə baqlı bizneslərin tam kompleksinə aiddir. 
Buraya kənd təsərrüfatı kooperativləri, kənd təsərrüfatı bankları, 
kənd təsərrüfatı mallarını gəmi ilə daşıyanlar, istehlak mallan 
satıcıları, kənd təsərrüfatı avadanliğı istehsal edən şirkətlər, ərzaq 
istehsalı sənayesi, baqqaliyyə şəbəkələri və bir çox başqa bizneslər 
daxildir. 
Aqribiznes 20 əsrin sonlannda Amerika kənd təsərrüfatında baş 
verən dəyişiklikləri dəqiq təsvir edir. Bir əsr əvvəl Amerika işçi 
qüvvəsinin yarısı kənd təsərrüfatında çalışırdı; 1990-cı illərdə bu 
rəqəm 3 faizdən də aşağı düşdü. Keçmiş Amerikada fermerlər özləri 
istehlak etdikləri malları daha çox istehsal edirdilər. İndi, 
kommersiya ilə məşğul olan fermerlər yüksək dərəcədə 
ixtisaslaşmışlar, ona görə də fermaların əksərində istehlak olunan hər 
şey daxildə yetişdirilənlərdən deyil, indi əsasən, kənar mənbələrdən 
alınır. Ümumiyyətlə, icarə olunan əksər əmək sahələrini maşın 
texnikası əvəz etmişdir. 
1940-cı ildə hər birinin orta hesabla 67 hektar sahəsi olan 6 
milyon ferma var idi; 1990-cı ildə vəziyyət o dərəcədə dəyişdi ki, hər 
birinin orta hesabla 185 hektar sahəsi olan ancaq 2,1 milyon ferma 
qaldı. Məhz bu müddət ərzində fermalarda çalışanların sayı dramatik 
şəkildə azaldı: 1930-cu ildəki 12,5 milyon nəfərdən 1990-cı ildəki 
2,9 milyon nəfərə qədər azaldı, halbuki Birləşmiş Ştatlar əhalisinin 
ümumi sayı bu müddətdə təqribən iki dəfə artıb. 
Həmişə belə bir hal olub ki, fermaların çoxu əldən-ələ keçib, 
məsələn, atadan oğula keçib. Torpağa kapital qoyuluşunun və 
TS9
 


VIII HİSSO: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
 
avadanlığının qiymətinin yüksək olması indi əksər adamlar üçün 
kənd təsərrüfatı ilə məşğul olmağı çətinləşdirir. Əslində, bə’zi 
müşahidəçilər təsdiq edirlər ki, Birləşmiş Ştatlarda kiçik ailə 
ferması artıq mövcud olmağa qabil deyil. Amerika fermerlərinin 
üçdə biri və ya daha çoxu, doğrudan da, ancaq günəmuzd işləyən 
fermerlərdir: onlar öz gəlirlərini tə’min etmək üçün feıma ilə əlaqəsi 
olmayan işlər də görürlər. 20-ci əsrin sonlarında fermalar get-gedə - 
kiçik, birailəlik bizneslərdən tutmuş nəhəng konqlomeratlara qədər 
- korporasiyaların əlinə keçir. Bütün ferma torpaq sahələrinin 
yeddidə birə qədəri korpoprasiyalann, üçdə birə qədəri isə ailə 
korporasiyyalarmın ixtiyarındadır. Birləşmiş Ştatlarda torpaq 
sahəsinin 1 faizdən də bir qədər az hissəsi vətəndaş olmayanların 
ixtiyarındadır. 
İcmalçıların bə’ziləri əsaslandırırlar ki, ailə fermalarını 
saxlamaq üçün hökumətin maliyyə imkanları vardır. Onlar Amerika 
təcrübəsində ailə fermalarının roluna işarə edir və sübut etməyə 
çalışırlar ki, ailənin iştirak etmədiyi korporasiyalar ancaq öz 
mənfəətlərini güdürlər. Onlar təsdiq edirlər ki, bu korporasiyalar 
ailə fermalanndan daha artıq can atırlar ki, ətraf mühitə zərər verən 
məhsul texnikasından istifadə etsinlər. Buna baxmayaraq, 
korporasiyaların müdafiəçiləri göstərirlər ki, ailə iştirak etmədiyi 
korporasiyaların kapitalı, adətən, ailə fermalanndan çox olur və 
beləliklə konservləşdirmə tədbirlərinə tə’sir edə bilər ki, onun da 
ödənmə qiyməti uzun zaman keçdikdən sonra olur. 
İLKİN FERMA 

merika koloniyalarını idarə edənlər istiqlaliyyət əldə etdikdən 
SİYASƏTİ 
az 
sonra toıpağın bölüşdürülməsi və istifadəyə verilməsi 
haqqında məsələ qaldırdılar. 1787-ci ildə Şimal-Qərb Yerli 
Bələdiyyə Qərarı Qərbə mərz çəkmək planı tə’min etdi, əsas 
məqsəd də bu idi ki, ailə fermaları üçün torpaq sahələri hazırlansın. 
Məsələn, Ohayo ilə Missisipi çayları arasındakı sahələrə icazə 
verildi ki, əvvəlcədən mövcud olan 13 ştatla bərabər şərtlər əsasında 
əhalinin sayı müvafiq səviyyəyə çatdıqdan sonra onlar da ştatlara 
çevrilsinlər. Torpaqların hər hektarı 2,50 dollara satılmalı idi. 
Qərbə doğru gedərkən, bir çox təhlükələrə sinə gərərək cəsurluq 
nümunələri göstərən məskunların əksəriyyətinin torpaq almaq üçün 
pulu yox idi. Bir sıra hallarda onlar öz fermalarına heç bir aydın ad 
vermədən «hökumət torpağını ələ keçinnək məqsədilə həmin 
torpağa köçüb orada yaşayan»lar kimi məskunlaşırdılar. Bu 
160 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə