AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
genişləndirilməsinin məhdudlaşdırılmasmda və inflyasiyanın aşağı
düşməsinə təkan verilməsində uğurlu oldu. Lakin bu siyasət eyni
zamanda 1980-ci illərin əvvəllərində təklifin də aşağı düşməsinə təkan
verdi. 1982-ci ildə Fed yenidən pul ehtiyatının artımına nəzarəti azaltdı
və daha aşağı gəlir faizi norması gətirmək sahəsində işə başladı.
Federal Ehtiyatın tam pul ehtiyatı və iqtisadiyyatda kredit üzərində
nəzarəti müdafiə üçün üç əsas aləti var. Birincisi, güzəşt faizi norması və
yaxud əlavə gəlir faizi normasıdır ki, kommersiya bankları Ehtiyat
Banklarından fondları borc almaq üçün ödəyirlər. Güzəşt faizi
normasım qaldırmaq və ya aşağı salmaq yolu ilə Fed borcu ya
dəstəkləyir, ya da ona inamı öldürür. Beləliklə də bankların borc verə
bilməsi üçün lazım olan gəlirin məbləğini dəyişdirir.
İkincisi ehtiyat tələbidir. Bunlar Federal Ehtiyatın müəyyən etdiyi
depozitlərin faiz məzmunudur; bunu kommersiya banklan bir kənara
qoymalıdırlar ki, ya dönər pul kimi onların bankında və ya depozitlər
kimi onlann bölgə Ehtiyat Banklarında qalsın. Bu faizlər borc vermək
üçün istifadə oluna bilməz. 1980-ci ildə Federal Ehtiyat səlahiyyət əldə
etdi ki, bütün depozit götürən müəssisələr üçün ehtiyat tələbləri qoysun.
Çox güman ki, ən vacib olan alət açıq bazar fəaliyyəti kimi tanınan
üçüncü alətdir. Bu, hökumət qiymətli kağızlanm almaq və satmaqdır.
Federal Ehtiyat hökumət qiymətli kağızlanm banklardan, başqa
bizneslərdən və ayrı-ayn fərdlərdən alanda. Federal Ehtiyat onlara onun
özündən alınmış çeklə (özü kəsdiyi pulun yeni mənbəyi) ödəyir. Bu çek
banka depozitə qoyulduqda,
0
yeni ehtiyatlar yaradır - bunun bir hissəsi ya borc verilə bilər, ya da
investisiya oluna bilər - bu ehtiyatlar isə pul ehtiyatını daha da artırır.
Bu alətlər Federal Ehtiyata imkan verir ki, pul məbləğini və krediti
Birləşmiş Ştatlar iqtisadiyyatında ya genişləndirsin, ya da
məhdudlaşdırsın, borc vermək üçün pul çox olanda, kredit «sərbəst»
olur və əlavə gəlir faizi norması aşağı düşməyə meyl edir. Ümumiyyətlə,
əlavə gəlir faizi norması aşağı düşərkən, biznes və istehlakçının xərci
artmağa doğru meyl edir. Borc vermk
m
VII HISSO: PUL VƏ MALİYYƏ SİYASƏTİ
üçün pul az olanda, kredit «az» olur və əlavə gəlir faizi norması
qalxmağa meyl edir. Az pul inflyasiya ilə mübarizə aparmaq üçün
xüsusilə güclü alət hesab olunur.
Bununla belə, müəyyən amillər xüsusi məqsədləri müdafiə üçün
Federal Ehtiyatın puldan istifadə etmək siyasəti imkanlarını
mürəkkəbləşdirir. Birincisi, pul siyasətindən istifadə məhz ona görə
çətindir ki, pul ehtiyatında dəyişikliklər iqtisadiyyatda tə’cili
dəyişikliklərə səbəb olmur. Pul ehtiyatının artması və ya azalması
başqa iqtisadi şərait dəyişmədikcə, iqtisadiyyata tə’sir etməyə də
bilər; yeni şərait tam istənilməyən nəticə yaratmaq üçün pul ehtiyatı
ölçüsündəki dəyişikliklə qarşılıqlı əlaqədə ola bilər. Əslində, qiymət
sabitliyinə nail olmaq üçün pul siyasətindən istifadə cəhətləri bə’zən
tam məşğuliyyətə nail olmağa əngəl törədir, işsizliyin qarşısını
almaq üçün pul siyasətindən istifadə cəhdləri isə bə’zən inflyasiyaya
apanr. Əlavə olaraq, pul siyasəti vəzifəsi pul ödəmək çətinliklərinin
dövlət balansı ilə də mürəkkəbləşir. Bu səbəblər üzündən Federal
Ehtiyat daha ehtiyatla hərəkət etməyə meyl edir və bunun üçün pul
ehtiyatında çox tədriclə dəyişikliklər edir.
MALİYYƏ Qt
pesifık məqsədlərə nail olmaq üçün hökumət öz xüsusi xərc və
SİYASƏTİ
ı3vergiqoyma fəaliyyətindən də istifadə edə bilər, Bu, maliyyə siyasəti
adlanir. Özünün xərcləmə və vergiqoyma proqramlarını artırmaq və ya
azaltmaq yolu ilə, federal hökumət mallar və xidmətlər üçün tələbləri artıra da
bilər, azalda da bilər. Əgər hökumət öz xüsusi xərclərini azaldırsa, satışları və
qazancları azaltmaqla, o, bizneslərdən çox az şey alır və adamların da
xərcləmək üçün pulu azalır. Buna oxşar şəkildə, əgər hökumət vergiləri artırırsa,
onda adamlann xərcləmək üçün pulu azalır. Bundan əlavə, xərcləmə və
vergiqoyma siyasəti ümumi tələbi ya artırmaq, ya da azaltmaq üçün birgə
fəaliyyət göstərir. Məsələn, əgər hökumət xərclədiyindən daha böyük məbləğdə
vergi qoyursa, onda bu, adamların və bizneslərin gəlirlərinin axınının tam
azalmasına səbəb olur. Çünki bu, mallar və xidmətlər üçün ümumi tələbi də
azaldır. Bu, inflyasiyaya qarşı mübarizə metodudur.
130
AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
Maliyyə siyasəti büdcə defısitlərindən istifadə edir və ya iqtisadi
sabitləşmə və yüksəlişə təkan vermək üçün əlavə xərc qoyur. Birləşmiş
Ştatlarda bə’zi maliyyə siyasəti alətləri öz-özünə işləyir - prezident və ya
Konqres bu hərəkətdə iştirak etmir. Məsələn, tədricən artan gəlir
vergisinin, ümumiyyətlə, sabitləşməyə avtomatik şəkildə təkan verdiyi
hesab edilir. Şəxsi və biznes gəlirləri süquta mə’ruz qalanda, artmaqda
olan gəlir vergisi hökumətin illik gəlirdən topladığını azaltmağa meyl
edir və beləliklə, xərclənmə prosesində kəsirləri aradan qaldırmağa
kömək edir. Xərclənmə kəsirləri isə süqut etməkdə olan gəlirləri
müşayiət edir. Bununla belə, bizneslər genişlənərkən federal vergi
toplanışı böyük sür’ətlə yüksəlməyə meyl edir və beləliklə inflyasiya
təzyiqi azalır. Müharibədən sonrakı biznes süqutu zamanı Konqres
arabir müvəqqəti olaraq ictimai işlər üçün xərclərin artırılması, xüsusi
xərclərdə kəsirlərin ödənilməsi və işsizliyin qarşısının alınması kimi
qeyri-adi xərclər tədbirləri haqqında qanunvericilik aktlan verirdi.
Bunlarla yanaşı maliyyə siyasətindən istifadə ilə bağlı daha başqa
problemlər də mövcuddur. Çoxlan hökumət xərclərinin azaldılmasina
qarşı çıxır, çünki bu, təhsili, səhiyyə qayğılanm və başqa xidmətləri
tə’min etməyə istifadə olunan kömək fondlannm azaldılması kimi dərk
edilə bilər. Ayn-ayn adamlara və bizneslərə daha yüksək vergi
qoyulması təqdir olunmur. Əlavə olaraq, tələbdə kəskin azalmaya səbəb
olmaq üçün maliyyə siyasətindən istifadə bir qədər mübahisəlidir, çünki
bu nəinki ancaq inflyasiyanı azaltmağa, həm də işsizliyi artırmağa meyl
edir.
VERGiQOYMA
T) irləşmiş Ştatlarda federal, ştat və yerli hökumətlər öz
xərclərini, əsasən, vergiqoyma yolu ilə örtürlər, belə halda
hökumətin hər səviyyəsi, əsasən, bir və ya iki növdən asılı olur.
Ümumiyyətlə, yerli hökumətlər öz vergi gəlirlərinin əksərini xüsusi
vergilərdən alırlar, halbuki ştat hökumətləri ən’ənəvi şəkildə satışdan və
aksiz vergilərindən asılı olurlar. Bununla belə, II Dünya Müharibəsindən
bəri ştat gəlir vergiləri daha vacib bir şəkil alıb.
Dostları ilə paylaş: |