Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
 
genişləndirilməsinin məhdudlaşdırılmasmda və inflyasiyanın aşağı 
düşməsinə təkan verilməsində uğurlu oldu. Lakin bu siyasət eyni 
zamanda 1980-ci illərin əvvəllərində təklifin də aşağı düşməsinə təkan 
verdi. 1982-ci ildə Fed yenidən pul ehtiyatının artımına nəzarəti azaltdı 
və daha aşağı gəlir faizi norması gətirmək sahəsində işə başladı. 
Federal Ehtiyatın tam pul ehtiyatı və iqtisadiyyatda kredit üzərində 
nəzarəti müdafiə üçün üç əsas aləti var. Birincisi, güzəşt faizi norması və 
yaxud əlavə gəlir faizi normasıdır ki, kommersiya bankları Ehtiyat 
Banklarından fondları borc almaq üçün ödəyirlər. Güzəşt faizi 
normasım qaldırmaq və ya aşağı salmaq yolu ilə Fed borcu ya 
dəstəkləyir, ya da ona inamı öldürür. Beləliklə də bankların borc verə 
bilməsi üçün lazım olan gəlirin məbləğini dəyişdirir. 
İkincisi ehtiyat tələbidir. Bunlar Federal Ehtiyatın müəyyən etdiyi 
depozitlərin faiz məzmunudur; bunu kommersiya banklan bir kənara 
qoymalıdırlar ki, ya dönər pul kimi onların bankında və ya depozitlər 
kimi onlann bölgə Ehtiyat Banklarında qalsın. Bu faizlər borc vermək 
üçün istifadə oluna bilməz. 1980-ci ildə Federal Ehtiyat səlahiyyət əldə 
etdi ki, bütün depozit götürən müəssisələr üçün ehtiyat tələbləri qoysun. 
Çox güman ki, ən vacib olan alət açıq bazar fəaliyyəti kimi tanınan 
üçüncü alətdir. Bu, hökumət qiymətli kağızlanm almaq və satmaqdır. 
Federal Ehtiyat hökumət qiymətli kağızlanm banklardan, başqa 
bizneslərdən və ayrı-ayn fərdlərdən alanda. Federal Ehtiyat onlara onun 
özündən alınmış çeklə (özü kəsdiyi pulun yeni mənbəyi) ödəyir. Bu çek 
banka depozitə qoyulduqda, 
0
 yeni ehtiyatlar yaradır - bunun bir hissəsi ya borc verilə bilər, ya da 
investisiya oluna bilər - bu ehtiyatlar isə pul ehtiyatını daha da artırır. 
Bu alətlər Federal Ehtiyata imkan verir ki, pul məbləğini və krediti 
Birləşmiş Ştatlar iqtisadiyyatında ya genişləndirsin, ya da 
məhdudlaşdırsın, borc vermək üçün pul çox olanda, kredit «sərbəst» 
olur və əlavə gəlir faizi norması aşağı düşməyə meyl edir. Ümumiyyətlə, 
əlavə gəlir faizi norması aşağı düşərkən, biznes və istehlakçının xərci 
artmağa doğru meyl edir. Borc vermk 



VII HISSO: PUL VƏ MALİYYƏ SİYASƏTİ
 
üçün pul az olanda, kredit «az» olur və əlavə gəlir faizi norması 
qalxmağa meyl edir. Az pul inflyasiya ilə mübarizə aparmaq üçün 
xüsusilə güclü alət hesab olunur. 
Bununla belə, müəyyən amillər xüsusi məqsədləri müdafiə üçün 
Federal Ehtiyatın puldan istifadə etmək siyasəti imkanlarını 
mürəkkəbləşdirir. Birincisi, pul siyasətindən istifadə məhz ona görə 
çətindir ki, pul ehtiyatında dəyişikliklər iqtisadiyyatda tə’cili 
dəyişikliklərə səbəb olmur. Pul ehtiyatının artması və ya azalması 
başqa iqtisadi şərait dəyişmədikcə, iqtisadiyyata tə’sir etməyə də 
bilər; yeni şərait tam istənilməyən nəticə yaratmaq üçün pul ehtiyatı 
ölçüsündəki dəyişikliklə qarşılıqlı əlaqədə ola bilər. Əslində, qiymət 
sabitliyinə nail olmaq üçün pul siyasətindən istifadə cəhətləri bə’zən 
tam məşğuliyyətə nail olmağa əngəl törədir, işsizliyin qarşısını 
almaq üçün pul siyasətindən istifadə cəhdləri isə bə’zən inflyasiyaya 
apanr. Əlavə olaraq, pul siyasəti vəzifəsi pul ödəmək çətinliklərinin 
dövlət balansı ilə də mürəkkəbləşir. Bu səbəblər üzündən Federal 
Ehtiyat daha ehtiyatla hərəkət etməyə meyl edir və bunun üçün pul 
ehtiyatında çox tədriclə dəyişikliklər edir. 
MALİYYƏ Qt 
pesifık məqsədlərə nail olmaq üçün hökumət öz xüsusi xərc və 
SİYASƏTİ 
ı3vergiqoyma fəaliyyətindən də istifadə edə bilər, Bu, maliyyə siyasəti 
adlanir. Özünün xərcləmə və vergiqoyma proqramlarını artırmaq və ya 
azaltmaq yolu ilə, federal hökumət mallar və xidmətlər üçün tələbləri artıra da 
bilər, azalda da bilər. Əgər hökumət öz xüsusi xərclərini azaldırsa, satışları və 
qazancları azaltmaqla, o, bizneslərdən çox az şey alır və adamların da 
xərcləmək üçün pulu azalır. Buna oxşar şəkildə, əgər hökumət vergiləri artırırsa, 
onda adamlann xərcləmək üçün pulu azalır. Bundan əlavə, xərcləmə və 
vergiqoyma siyasəti ümumi tələbi ya artırmaq, ya da azaltmaq üçün birgə 
fəaliyyət göstərir. Məsələn, əgər hökumət xərclədiyindən daha böyük məbləğdə 
vergi qoyursa, onda bu, adamların və bizneslərin gəlirlərinin axınının tam 
azalmasına səbəb olur. Çünki bu, mallar və xidmətlər üçün ümumi tələbi də 
azaldır. Bu, inflyasiyaya qarşı mübarizə metodudur. 
130 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
Maliyyə siyasəti büdcə defısitlərindən istifadə edir və ya iqtisadi 
sabitləşmə və yüksəlişə təkan vermək üçün əlavə xərc qoyur. Birləşmiş 
Ştatlarda bə’zi maliyyə siyasəti alətləri öz-özünə işləyir - prezident və ya 
Konqres bu hərəkətdə iştirak etmir. Məsələn, tədricən artan gəlir 
vergisinin, ümumiyyətlə, sabitləşməyə avtomatik şəkildə təkan verdiyi 
hesab edilir. Şəxsi və biznes gəlirləri süquta mə’ruz qalanda, artmaqda 
olan gəlir vergisi hökumətin illik gəlirdən topladığını azaltmağa meyl 
edir və beləliklə, xərclənmə prosesində kəsirləri aradan qaldırmağa 
kömək edir. Xərclənmə kəsirləri isə süqut etməkdə olan gəlirləri 
müşayiət edir. Bununla belə, bizneslər genişlənərkən federal vergi 
toplanışı böyük sür’ətlə yüksəlməyə meyl edir və beləliklə inflyasiya 
təzyiqi azalır. Müharibədən sonrakı biznes süqutu zamanı Konqres 
arabir müvəqqəti olaraq ictimai işlər üçün xərclərin artırılması, xüsusi 
xərclərdə kəsirlərin ödənilməsi və işsizliyin qarşısının alınması kimi 
qeyri-adi xərclər tədbirləri haqqında qanunvericilik aktlan verirdi. 
Bunlarla yanaşı maliyyə siyasətindən istifadə ilə bağlı daha başqa 
problemlər də mövcuddur. Çoxlan hökumət xərclərinin azaldılmasina 
qarşı çıxır, çünki bu, təhsili, səhiyyə qayğılanm və başqa xidmətləri 
tə’min etməyə istifadə olunan kömək fondlannm azaldılması kimi dərk 
edilə bilər. Ayn-ayn adamlara və bizneslərə daha yüksək vergi 
qoyulması təqdir olunmur. Əlavə olaraq, tələbdə kəskin azalmaya səbəb 
olmaq üçün maliyyə siyasətindən istifadə bir qədər mübahisəlidir, çünki 
bu nəinki ancaq inflyasiyanı azaltmağa, həm də işsizliyi artırmağa meyl 
edir. 
VERGiQOYMA 
T) irləşmiş Ştatlarda federal, ştat və yerli hökumətlər öz 
xərclərini, əsasən, vergiqoyma yolu ilə örtürlər, belə halda 
hökumətin hər səviyyəsi, əsasən, bir və ya iki növdən asılı olur. 
Ümumiyyətlə, yerli hökumətlər öz vergi gəlirlərinin əksərini xüsusi 
vergilərdən alırlar, halbuki ştat hökumətləri ən’ənəvi şəkildə satışdan və 
aksiz vergilərindən asılı olurlar. Bununla belə, II Dünya Müharibəsindən 
bəri ştat gəlir vergiləri daha vacib bir şəkil alıb. 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə