Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
düşünmə tərzini bir müddətə inqilablaşdırdı. Keynes gəlir, qənaət, 
çıxar, investisiya və gəlir faizi norması arasında qarşılıqlı əlaqə 
müşahidə edirdi; o inanırdı ki, iqtisadiyyatda müvafiq yer tutan xüsusi 
investisiyanın məbləği sistemin durğunluq dövründə olmasından və 
ya genişlənməsindən asılı olmayaraq, aparıcı rol oynayır. Maliyyə 
siyasəti yolu ilə iqtisadiyyata fəal tə’sir göstərməyin hökumətin 
xüsusi vəzifəsi olduğunu təsdiq edənlərin birincisi Keynes idi. O, 
hökumətin xərcləri və vergiləri azaltmasını iki məqsədin - yüksəlişin 
və sabitliyin həyata keçirilməsində ilkin alət hesab edirdi. 
Keynesin ideyalarının çoxu Prezident Franklin D. Ruzveltin Yeni 
Kurs proqramına salındı. II Dünya Müharibəsindən sonra Keynesin 
tam məşğuliyyət proqramını həm Birləşmiş Ştatlar, həm də bir çox 
başqa ölkələr qəbul etdi. 1930-cu illərdə Böyük Depressiya dövründə 
Keynes demişdi ki, «xalqlar öz yollarını geriyə, çiçəklənməyə 
salmahdır.» O bilirdi ki, işsiz adamlara iş veriləcək və gəlirlər 
bölüşdürələcək, beləliklə yoxsulların da xərcləməyə pulu olacaqdır. 
İqtisadiyyatla necə məşğul olmağın yollarını göstərən bu 
perspektiv hökumət üçün o dövrə qədər qəbul edilmiş roldan daha 
geniş rol təklif edirdi. 1930-cu illərdən Amerika iqtisadiyyatçıları 
arasında baş venuiş ikitirəlik bir çox hallarda onların Keynes 
təhlilinin dəyər dərəcəsinin nəyə uyğun gəldiyi ilə bağlı olurdu. 
1970-ci və 1980-ci illərdə Keynes siyasəti zərbə altında qaldı, çünki 
bu siyasət «stagflation» adlanan dövrə təsadüf etdiyi üçün, onu açıq 
şəkildə məs’uliyyətdə günahlandırırdılar, «stagflation» isə yüksək 
inflyasiyanın və ləng yüksəlişin arzuedilməz birliyi deməkdir. Böyük 
hökumət əleyhinə irtica ilə nəticələnən prosesdə keynesianizm yox 
olmadı, lakin iqtisadi siyasətin formalaşdırılmasında, xüsusən 
mühafizəkar administrasiya hakimiyyətdə olarkən, daha az tə’sirli rol 
oynamağa başladı. 
IQTISADI
 
SİYASƏTİN TƏ'SİS 
EDİLMƏSİ 
TTs 
K
 
onqres 1946-cı ildə Məşğuliyyət Aktını qəbul edərkən, 
bəyanat verdi ki, maksimum məşğuliyyət, məhsul və alıcılıq 
qüvvəsinə təkan vermək federel hökumətin siyasəti olmalıdır. 


AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLƏRİ
 
Konqres prezidentə səlahiyyət verdi ki, iqtisadi Məsləhətçilər 
Şurasının (CEA) üç üzvünü tə’yin etsin, onlar iqtisadi şəraiti öyrənib 
prezidentə məsləhətlər versinlər. 
Bu akt bütün məşğuliyyət formalarını əhatə edirdi, lakin məqsədə 
necə nail olmaq yollarını göstərmirdi. Qanun öz- özlüyündə azadlığı 
və rəqabəti vacib məqsədlər kimi qəbul edirdi. Qanun təsdiq edirdi ki, 
ölkə geniş iqtisadiyyatla məşğul olmaq üçün, hökumət idarə etdiyi 
biznesə deyil, azad iqtisadiyyata əsaslanmalıdır. 
İqtisadi Məsləhətçilər Şurası prezidentə iqtisadi problemlər 
haqqında məsləhətlər verir və ona kömək edir ki, hökumət siyasətinə 
istiqamət versin, çünki hansı hərəkətin tələb olunduğu haqqında qərarı 
hökumət siyasəti qəbul edir. İqtisadi Məsləhətçilər Şurasının 
müstəqim səlahiyyəti yoxdur, lakin o, gəlirdə, məhsul istehsalında və 
məşğuliyyətdə dəyişikliklər üzərində müşahidələr aparır. Şura 
prezidentə iqtisadi siyasəti təklif edir və Konqresə hesabata hazırlıqda 
ona kömək edir. 
Federal hökumətin əsas iqtisadi siyasət mə’muru xəzinə katibidir. 
1789-cu ildə Konqresin yaratdığı Xəzinədarlıq iqtisadiyyat üçün 
maliyyə (məxaric) və vergi siyasətinin formalaşdırılmasma və tövsiyə 
edilməsinə, federal vergilərlə bağlı qanuni ölçülər götürülməsinə
hökumət üçün maliyyə agenti kimi xidmət etməyə, xaricdən idxal 
olunan mallardan gömrük almağa və gömrük qanunlarına riayət 
olunmasına və metal və kağız valyuta istehsalına məs’uliyyət daşıyır. 
FEDERAL BüDCO 
T^ederal xərclər Birləşmiş Ştatlar iqtisadiyyatında hökumətin J/ 
əhəmiyyətli rollarından birini təşkil edir. Federal büdcə gələcəkdə 
alınacağı gözlənilən gəlirin təhlilini və üzümüzə gələn ildə məxaricin 
müfəssəl planım tə’min edir. Bu, qanun şəklinə salınmalıdır ki, illik 
gəlirin toplanması və fondların xərclənməsi qanuniləşdirilsin. 
Büdcə prezidentin nəzarəti altında hazırlanır, sonra müvafiq 
dəyişikliklər edilməsi və təsdiq üçün Konqresə təqdim edilir. 
Büdcə haqqında mə’ruzəni Xəzinədarlıq Departamenti edir və ilin 
TT9 


VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
axırında büdcə müfəttişlər tərəfindən yoxlanılır. Milli 
təhlükəsizliyin ehtisaslı sahələri müstəsna olmaqla, hər bir 
vətəndaşın yoxlamaların nəticələri, ictimai fondlann necə alındığı 
və xərcləndiyi ilə taniş olmaq hüququ var. 
Büdcənin uğurlu mərhələləri - hazırlıq, vəkalət verilməsi, 
yerinə yetirilməsi və yoxlama - büdcə dövrəsi kimi tanınır. Büdcə 
illik fərdi gəlir vergisi, satış vergiləri 
(ad valorem)
 və biznes 
vergisi kimi gəlir mənbələrinin əsas kateqoriyalarını göstərmək 
üçündür. Xərcləri dövlət departamentləri və agentliklər sadalayır və 
bir çox hallarda müəyyən sahələrə, məsələn, səhiyyəyə, təhsilə və 
milli təhlükəsizliyə verilən məbləğ geniş şəkildə dəqiqləşdirilir. 
Sənəd eyni zamanda hər bir proqram üçün istənilən məbləği 
göstərir; əslində, bu məbləğ Konqresin səlahiyyət verdiyi məbləğlə 
müqayisədə verilir. Bu məbləğlər nəzərdə tutulan üç il üçün 
siyahıda göstərilir; bu ona görə belə edilir ki, onu oxuyan hər kəs 
hər bir xüsusi proqram üçün xərclərin hansı istiqamətdə hərəkət 
etdiyindən xəbər tuta bilsin. 
Büdcəyə hazırlıq mürəkkəb bir prosesdir və, demək olar ki, bu 
hazırlıq bir il əvvəl başlayır. Hökumətin hər bir agentliyi lazım olan 
fondlar üçün ciddi sifariş verir və bə’zi hallarda bu sifarişləri maraq 
qrupları da müdafiə edir. Konqresdən hər qrup üçün nə qədər xahiş 
etmək və ümumi məbləğin nə qədər olacağı haqqında prezident son 
qərarı qəbul edir. 
Prezident büdcəsinin Konqresdə ilkin yoxlanışmı 
Nümayəndələr Palatasının Pulburaxma Komitəsi aparır. 
Yarımkomitələr vasitəsilə hər bir departament və büdcəyə dəxli 
olan agentliklər dinlənilir. Fondlar üçün xahişləri sessiyalarda hər 
bir agentliyin mə’murları müdafiə edir. Bir sıra hallarda büdcə 
işlərinə Konqresdə çox müfəssəl baxılır. Konqres üzvləri pul 
xərcləyənləri tez-tez çox ciddi sorğu-suala tuturlar. 
Maliyyə qanun layihəsi sonra Nümayəndələr Palatasının bütün 
üzvlərinə təqdim olunur, layihə orada qəbul edildikdən sonra Senata 
göndərilir. Senatın Pulburaxma Komitəsi məsələni dinləyir və sonra 
öz tövsiyələrini bütün Senata göndərir. Hər bir palatadan bir komitə 
iki büdcə arasındakı fərqləri maddə-maddə barışdırmaq üçün 
görüşür. Nəticədə layihə qanun şəklində təsdiq olunur və 
120 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə