Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 

 
1957-ci ildə Ali Məhkəmə qərar çıxardı ki, nəhəng kimyəvi 
konsern olan Düpon Kompaniyası özünü General Motors səhmi 
paylarından məhrum etməlidir, çünki Düponun əsas səhmləri General 
Motors-un hakimiyyəti ilə nəticələnir. 

 
1961-ci ildə elektrik avadanlığı sənayesi qiyməti rəqabətin 
məhdudlaşdırılması naminə müəyyənləşdirməkdə təqsirləndirildi. 
Kompaniyalar razılaşdılar ki, istehlakçılara vurulmuş zərərləri 
ödəsinlər və korporasiya icra mə’murlarınm bə’ziləri qiymətlərin 
müəyyənləşdirilməsində qeyri-qanuni planlaşdımıaya görə həbs 
olundular. 

 
1982-ci ildə Amerika Telefon və Teleqraf Kompaniyası əleyhinə 
13 il əvvəl qaldırılmış məhkəmə prosesi Ədliyyə Departamenti 
vasitəsilə həll olundu. Buna əsasən Amerika Telefon və Teleqraf 
Kompaniyası razılaşırdı ki, özünün Zəng Sistemi ilə işləyən 22 yerli 
kompaniyasından imtina etsin. Bunun əvəzində Amerika Telefon və 
Teleqraf Kompaniyasına icazə verildi ki, sabiqdə qadağan olunmuş 
fəaliyyət sahələrini genişləndirsin; bu sahələrə məTumatları işləmək, 
telefon və kompüter avadanlığı satmaq və kompüter rabitə vasitələri 
də daxil idi. 
OTRAF MÜHİTİ 

ncaq nisbətən bir qədər əvvəl federal hökumət ətraf mühitin 
MÜHAFİZƏ 
/^mühafizəsi üçün iqtisadiyyata ciddi şəkildə müdaxilə etdi. 
Birləşmiş Ştatlarda çirklənməyə nəzarət etmək üçün ilk vacib qanun 
1899-cu ildə qəbul olunsa da (bu qanun su trubaları ilə gəmilər üzən 
sulara tökülənlər müstəsna olmaqla, hər cür maye tullantılarını sulara 
tökməyi cinayət kimi qiymətləndirirdi), demək olar ki, heç vaxt tətbiq 
edilməmişdir. Son 60 ildə çirklənməyə nəzarətlə bağlı çox az federal 
qanunlar qəbul edilib. 
Buna baxmayaraq, 1960-cı illərdən amerikalılar sənaye 
inkişafının onlann ölkəsinə və bütün dünyaya mənfi tə’sir göstərə 
biləcəyi ilə əlaqədar get-gedə narahatçılıq keçirdiklərini ifadə etməyə 
başladılar. Avtomobillərin yollarda sayının artması mühərriklərin 
buraxdığı qazlar böyük şəhərlərdə «his» əmələ gəlməsinə və havanın 
zəhərlənməsinin başqa formalanna səbəb olduğu üçün lə’nətlənir. 
Ətraf mühit problemləri ilə məşğul 
112 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
olanların çoxu açıq şəkildə təklif edirdilər ki, ətraf mühiti mühafizə 
üçün bir sıra iqtisadi yüksəlişi qurban vermək lazım gələcəkdir. 
Tezliklə çirklənməyə və zibillənməyə nəzarət üçün bir çox qanunlar 
verildi. Bir ilkin qanun 1963-cü ildə qəbul edilmiş Təmiz Hava 
Aktıdır və ona sonradan edilmiş düzəlişlərdir. Bunlar avtomobil 
qazları ilə zibillənmənin qarşısının alınması üçün məqsəd və hərəkət 
qaydalarını müəyyənləşdirdi. Zibillənmənin artmasına nəzarət üçün 
başqa bir vacib qanun da 1972-ci ildə qəbul edilmiş Saf Su Aktı və 
1974-cü ildə qəbul edilmiş Təhlükəsiz İçmək Suyu Aktıdır. 
Ətraf mühit problemləri ilə məşğul olanların əsas uğurları kimi, 
1970-ci ilin dekabrında Birləşmiş Ştatlar Ətraf Mühiti Mühafizə 
Agentliyi (EPA) tə’sis edildi. Bu Agentlik ətraf mühiti mühafizə üçün 
bir neçə proqramı öz səlahiyyətinə götürdü. Bu Agentlik sənayecə 
inkişaf etmiş cəmiyyətdə vətəndaşlann sağlamlığının və rifah halının 
təhlükəli əlavə ərzaqdan necə mühafizə olunması haqqında illərlə 
davam edən ictimai mübahisələrə son qoydu. Amerikalıların çoxu 
sənaye tüstüləri, açıq tullantılar, təmizlənməmiş çirkab sular və 
kimyəvi tullantılar kimi havaya, suya və torpağa hopdurulan 
zibillənmələrə nəzarət edən bir hökumət təşkilatının olmamasına 
e’tiraz səslərini ucaldırdılar. 
Ətraf Mühitin Mühafizəsi Agentliyinin əsas vəzifəsi havada və 
suda zibillənməni azaltmaq, eyni zamanda böyük itkilər hesabına, 
zərərvericilərlə mübarizə üçün vəsaitə, səs-küyə və radiasiyaya 
nəzarət etməkdir. Agentliyin səlahiyyəti çatır ki, ştat və yerli 
hökumətlərdə, xüsusi və ictimai qruplarda, təhsil müəssisələrində 
aparılan araşdırmaları və zibillənmə əleyhinə olan cəhdləri 
əlaqələndirsin və müdafiə etsin. Agentlik zibillənmə normalarını 
müəyyən edir və çalışır ki, zibillənmə normadan yuxarı qalxmasın və 
cədvəllər tərtib edir ki, zibil daşıyanlar o cədvələ əsasən standarta 
uyğun şəkildə hərəkət etsinlər. Tələblərin əksəriyyəti bir qədər əvvəl 
qoyulduğu üçün, sənaye sahələrinə kifayət qədər vaxt (bə’zən bir neçə 
il) verilir ki, standarta uyğunlaşa bilsin. Ətraf Mühitin Mühafizəsi 
Agentliyinin bölgə idarələri inkişaf edir, ətraf mühiti mühafizə 
fəaliyyəti üçün bölgə proqramları təklif və tə’min 
U3 


VI HİSSO: İQTİSADİYYATDA HÖKUMƏTİN ROLU
 
edir. Yoxlanılan faktlar vəziyyətin bir qədər yaxşılaşdığını göstərir; 
məsələn, hava zibillənməsinin əslində ölkənin hər yerində bütün 
kateqoriyalarının azaldığı müşahidə edilmişdir. 
Buna baxmayaraq, 1990-cı ildə hiss olundu ki, havanın 
zibillənməsinə qarşı mübarizə aparmaq üçün daha ciddi cəhdlər 
göstərilməlidir; Təmiz Hava Aktına Konqres vacib düzəlişlər əlavə 
etdi və Prezident Corc Buş buna qol da çəkdi. Başqa şeylər arasında, 
qanunvericilik yeniləşdirilmiş bazara əsaslanan sistem qəbul etdi. 
Bu sistem nəzərdə tutur ki, «turş yağış» kimi tanınan yağışa səbəb 
olan kükürd 4-oksidin yayılmasının əsaslı şəkildə azaldılmasını 
tə’min etsin. Zibillənmənin bu növünün meşələrə və göllərə, 
xüsusən Birləşmiş Ştatların Şərq hissəsinə, eyni zamanda, 
qonşuluqdakı Kanadaya ciddi zərər vurduğunu düşünürlər. 
TONZİMLƏYİCİLOR: 
GÖZƏTÇİ 
İTLƏR 
AGENTLİKLƏRİ 
1
 
^ illərin əvvəllərində Konqresin hakimiyyət 
səlahiyyəti verdiyi 100-dən artıq federal 
tənzimləmə agentliyi var idi. Bu agentliklərin hamısının bir 
ümumi cəhəti var - onlar ictimai mənafeləri müdafiə etmək üçün 
yaradılmışdır. Onlar ticarətdən başlamış rabitə əlaqələrinə, nüvə 
enerjisindən tutmuş ərzaq təhlükəsizliyindən istifadə imkanlarına 
qədər çox geniş sahələrdə fəaliyyəti tənzimləyir. 
Tənzimləmə agentliklərinin işlərinə hökumətin iera, 
qanunverieilik və məhkəmə şaxələri tə’sir göstərir. Agentliklərə 
xüsusi müvəkkillər və ya şura rəhbərlik edir; əsas şərt də budur ki, 
iki əsas siyasi partiya bərabər şəkildə təmsil olunmalıdır. 
Müvəkkilləri prezident müəyyən müddətə tə’yin edir. Senat isə 
təsdiqləyir. Müvəkkillər, adətən, 5-7 il müddətinə tə’yin olunurlar. 
Konqres nəzarət edir ki, agentliklər üçün ayrılmış fondlarda olan 
pullardan istifadə edilsin, məhkəmə isə hər bir mübahisəli qərarı 
yoxlayır. Hər bir agentliyin öz ştatı var; bir çox hallarda onların sayı 
1000 nəfərdən artıq olur. 
Kənar adamlara belə gələ bilər ki, agentliklər məhkəmənin 
funksiyasını ifa edir. Agentliklər elə işlərə baxırlar ki, bu işlər 
korporasiyaların mə’murlan və ya başqalarının federal qanun və 
qaydaları pozduqları üçün məs’uliyyətə alman məhkəmə işlərinə 
114 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə