Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
QİYMƏTLİ 
KAGİZLARVƏ 
MÜBADİLƏ 
KOMİSSİYASI 
1 O 
İlin Qiymətli kağızlar Aktı və 1934-cü ilin 
i ^ J ^ Lz U- 
Qiymətli kağızların Mübadiləsi Aktı 
investorları müdafiə və onlara kömək üçün qəbul olunmuşdur. Bu 
aktlar investorlan ancaq kələkbazlıq və saxtakarlıqdan deyil, həm 
də həqiqətə uyğun olmayan və qeyri-adi mə’lumatlarla bağlı 
olaraq, anlaşılmamazhq problemlərindən də müdafiə etmək üçün 
idi. Böyük Depressiya (1929-1940) illərində fəaliyyət göstərmiş 
bu qanunlara və sonrakı illərdə qəbul olunmuş başqa müvafiq 
qanunlara federal Qiymətli Kağızlar və Mübadilə Komissiyası 
(SEC) nəzarət edirdi. 1934-cü ildə Qiymətli Kağızlar və Mübadilə 
Komissiyası yaradılana qədər əmanətləri ayn-ayn ştatlar 
tənzimləyirdi. Federal qanunlar bir çox hallarda uyğun gəlməyən 
ştat qanunlanm əvəz etmək üçün deyil, onlara əlavə olaraq 
yaradılırdı. 
Qiymətli Kağızlar və Mübadilə Komissiyasının prezident 
tə’yin etdiyi beş üzvü olur. Üzvlərdən üçündən artığı eyni siyasi 
partiyanın üzvü ola bilməz; komissiya üzvlərinin beş il müddətinə 
tə’yin edilməsi ildə bir üzvün dəyişməsinə gətirib çıxarır. 
Səhmlər, bonlar və xalq üçün başqa qiymətli kağızlar buraxan 
kompaniyalar Qiymətli Kağızlar və Mübadilə Komissiyası ilə 
hərtərəfli maliyyə qeydiyyatı bəyanatını qeydiyyatdan 
keçirməlidir, həmin qeydiyyat bəyanatının mükəmməl və səliqəli 
olub-olmadığını Qiymətli Kağızlar və Mübadilə Komissiyası 
müəyyən edir. Bu, tə’minat verir ki, alıcılar mümkün olan qiymətli 
kağızların dəyərinin real təkamülü haqqında mə’lumat ala 
bilsinlər. Qiymətli Kağızlar və Mübadilə Komissiyası onların bu 
bölgüsündən sonra səhmlərin ticarətinə nəzarət edir və bazarda 
satılan səhmin qiymətində əyrilik hallarının qarşısını almağa 
yönəldilmiş tənzimləmə işini idarə edir. Borc səhmlər alınan 
bazarda brokerlər, alverçilər və hətta səhm birjalarının özləri də 
Qiymətli Kağızlar və Mübadilə Komissiyası ilə qeydiyyatdan 
keçməlidir. 
Qiymətli Kağızlar və Mübadilə Komissiyası ştatlararası bazar 
qiymətli kağızlarını tənzimləyir və ədalətsiz, eyni zamanda qeyri- 
qanuni aparılan ticarət təcrübəsinə qarşı qanunlar həyata keçirir. 
Komissiya eyni zamanda tələb edir ki, kompaniyalar xalqa onlann 
səhmlərinin neçə payının satılması və ya alınması haqqında 
kompaniya mə’murlan vasitəsilə xəbər versin. Qiymətli Kağızlar 
və Mübadilə Komissiyası inanır ki, bu şəxslərin kompaniya 
löT 


V
 
HISSÜ:
 AKSIYALAR
,
 
MALLAR
 

 
BAZARLAR
 
haqqında (çünki kompaniya onları öz «daxili adamları» edib), 
onların alması və ya satması kompaniyanın gələcəyinə başqa 
investorların inam dərəcəsi üçün örnək ola bilər. Qanunların səhm 
qiymətlərinin idarə edilməsinə yönəldilmiş fırıldaqların və gizli 
alverlərin qarşısının alınmasında bir sıra uğurları olmuşdur. 
Qiymətli Kağızlar və Mübadilə Komissiyası özünün son dövr 
tarixində korporasiya siyasətinə nəzarət məs’uliyyətini öz öhdəsinə 
götürmüşdür. Buna əsasən, Komissiya xüsusi hesabatlar tələb edir 
ki, bu hesabatlarda siyasi xadimlərə və ya başqalarına onların 
nüfuzlarına tə’sir etmək naminə kompaniyanın qeyri- qanuni şəkildə 
ödədiyi məbləğ aşkar edilsin. Bir çox ölkələrdə ümumi biznes 
təcrübəsi hesab edilən məsələlər bə’zi hallarda Birləşmiş Ştatlarda 
qeyri-qanuni hesab edilir. Konqres Qiymətli Kağızlar və Mübadilə 
Komissiyasına həvalə etymişdir ki, Amerika korporasiyalan hətta 
başqa ölkələrdə də bizneslə məşğul olanda Amerika biznes etikasını 
əldə əsas tutmalarına nəzarət etsin. Qiymətli Kağızlar və Mübadilə 
Komissiyası biznes müəssisəsinin tənzimlənməsi yolu ilə Amerika 
ictimaiyyətini müdafiə etmək üçün yaradılmış agentlik kimi yaxşı 
nümunədir. 
«QARA BAZAR 
ERTƏSİ)) 
-I 
oktyabnn 19-da bazar ertəsi günü bütün 


“vzl
dünya bazarlarında səhmlərin qiyməti ciddi şəkildə aşağı 
düşdü. Bu, Birləşmiş Ştatlarda bazar fəaliyyətinin əsas ölçü 
göstəricisi olan Sənaye Kompaniyalarının Səhmləri üçün Dou-Cons 
indeksi (Birləşmiş Ştatlarda bazar fəaliyyətini ölçmək üçün əsas 
indeks) 1738.42-yə yaxın həddən 508.32-yə düşməsi ilə bağlı idi. 
Bir gün ərzində 22 faiz aşağıdüşmə halı 1914-cü ildən bəri baş 
verməmişdi. İflasın səbəblərini araşdınnaq üçün prezident 
komissiyası tə’yin edildi, həm komissiya, həm də Qiymətli Kağızlar 
və Mübadilə Komissiyası hesabatlar hazırladı. 
Müəyyən olundu ki, bu məsələdə Birləşmiş Ştatlar federal 
büdcəsi ilə bağlı investorların qayğıları və beynəlxalq ticarət 
defısitləri qismən məs’uliyyət daşıyır. Xarici iqtisadi siyasəti tənqid 
edən Birləşmiş Ştatlar xəzinə katibi izah edərək, işarə etdi ki, başqa 
valyutalarla müqayisədə Birləşmiş Ştatlar dollarının dəyərinin aşağı 
düşməsinə imkan verən Reyqan administrasiyası da bu hadisəyə 
təkan vermiş ola bilər. Lakin bir çox analitiklərin və prezident 
komissiyasının fikrinə görə, əsas aparıcı amil ticarət 
102 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
proqramı ib bağlı idi. Uol Stritdə son zamanlarda inkişaf edən bu ticarət 
proqramına əsasən, kompüterlər proqramlaşdırılırdı ki, payların 
əhəmiyyətli dərəcədə böyük miqdarının satılmasını və alınmasını 
avtomatik surətdə qaydaya salsın. Həmin hadisələr məhz bu zaman baş 
verdi. 
Bazar Mexanizmlərinə Prezident Tapşınğmın Tə’sir Gücü adlanan, 
lakin Breydi Komissiyası kimi tanınan bu komissiya eyni zamanda 
Nyu-York Səhm Birjası palatasmdakı «mütəxəssisləri» də tənqid 
edirdi. Komissiya göstərirdi ki, bu pul qazananlar son ümidin alıcdan 
olmaqdan imtina etməklə və kiçik investorlarla «uşaq şıltaqlığı» ilə 
davranmaqla, öz vəzifələrinə e’tinasız yanaşırdılar. Qiymətli Kağızlar 
və Mübadilə Komissiyası kompüterləşdirmə ticarəti günahkarları 
sırasına birja mütəxəssislərini də birləşdirdi və investor 
psixologiyasında onları neqativ bir istiqamət kimi qiymətləndirdi. Hər 
iki təşkilat - həm Breydi Komissiyası, həm də Qiymətli Kağızlar və 
Mübadilə Komissiyası tənzimləmə işinə daha ciddi diqqət yetirməyə 
çağırdı. 
1988-ci il fevralın 4-də Nyu-York Səhm Biıjası elə zəmanətlər 
tə’sis etdi ki, bu zəmanətlər Sənaye Kompaniyalannm aksiyaları üçün 
Dou-Cons indeksinin konkret bir gündə 50 vahid artdığı və ya azaldığı 
təqdirdə ticarət proqramı üçün elektron qaydayasalma sistemindən 
istifadə üçün icazə vermirdi. 
Elə bu zaman səhm bazarı şəfa tapdı və yüksəliş yollarına qədəm 
qoydu. Bu, Sənaye Kompaniyalarının aksiyaları üçün Dou- Cons 
indeksinin yüksəlişinin 1990-cı illərin əvvəllərində 3000-ə çatdığı 
dövrdə oldu. Lakin səhm bazarları yüksək dərəcədə dəyişkən də ola 
bilər və geniş tərəddüd zaman keçdikcə onların başının üstünü ala bilər. 
103 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə