AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
torpaqlarda rahatlandıqdan sonra həmin sakinlər elə kampaniyalar
aparırdılar ki, onun əsasında qanun dəyişdirilsin və beləliklə torpaq
sahələrinin bə’zi hissələri azad e’lan edilsin, başqa torpaq sahələri isə
pulu bir neçə il ərzində ödənilmək şərti ilə çox ucuz qiymətə satılsın.
Köçkünün Torpaq Sahəsi Aktı 1862-ci ildə uğurlu qanunların ən
yüksək nümunəsi oldu. Bu qanun gələcək sakinləri azad torpaq
sahəsi ilə tə’min edirdi. Bu o şəraitdə mümkün olurdu ki, onlar
«hökumət torpağını ələ keçirib becərmək məqsədilə həmin sahəyə
köçüb orada yaşamağa » və yaxud bir neçə il ərzində həmin sahədə
yaşamağa razı olsunlar. Bunun və başqa müvafiq qərarların
arxasındakı strategiya torpağı ailə fermalarının ixtiyarına verməyi
nəzərdə tuturdu. 1862-ci ildə qəbul edilmiş Moril Aktı başqa federal
torpaqları ayrı-ayrı ştat hökumətinə verirdi ki, həmin torpaqlarda
kənd təsərrüfatı və texniki kolleclər yaratsınlar. Bu yolla yaradılmış
«Ixtiyarma torpaq verilmiş» 69 kollec kənd təsərrüfatı sahəsində
axtarışların inkişafında və fermerlərin uğurlu nəslinin təhsil
almasında bir açar rolu oynadi.
Elə ki, 20-ci əsr başlandı, kənd təsərrüfatı başçıları narahat
oldular ki, hökumətin elmi axtarışlarda əldə etdiyi nəticələr
fermerlərə çatdınimır. Yeni texnikanın taxıl məhsulu yığımını
təkmilləşdirməkdə feımerlərə necə kömək edə biləcəyini nümayiş
etdirmək üçün hökumət məhdud sayda «nümayiş fermalan»
müəyyənləşdirdi və onları yerli bizneslərlə və ferma qrupları ilə
birləşdirdi ki, sonuncular məhdud sayda «nümayiş agentlərini» işə
icarəyə götürsünlər. 1914-cü ildə Konqres yeni «kənd təsərrüfatı
inkişafı xidməti» tə’sis etməklə bu ideyaya dövlət vüs’əti verdi.
Federal hökumətlə hər bir ştatın ixtiyarına torpaq sahəsi verilmiş
kolleclərinin birgə maliyyələşdirdiyi xidmət agentləri icarəyə də’vət
edirdilər ki, hər bir yerli hökumət bölgəsində fermerlərə və onların
ailələrinə məsləhət vermək üçün idarələr tə’sis etsinlər.
1900-cü və 1930-cu illər arasında Kənd Təsərrüfatı Departamenti
də əsas tədqiqatların intensiv proqramına başladı.
Bu, bir sıra yollarla fermerlərə və ümumi kütləyə kömək etdi.
Məsələn, Britaniya Adalarından və Avropadan alman yeni donuzlar
hibridləşdirilmişdi, bunun da nəticəsində alınan donuzlar az yemlə
çox tez kökəlirdi. Torpaq yoxlanılırdı ki, hansı növ kübrədən istifadə
olunsa, taxıl məhsulu istehsalının artırılmasına nail olmağı
müəyyənləşdirsinlər. Aparılan təcrübələrin başqa növləri hibrid
toxumda, bitkilərin kübrələnməsində, bitki və heyvan
VIII HİSSƏ: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
xəstəliklərinin müalicəsində və zərərvericilərdə bitkilərə nəzarətdə
böyük dramatik nəticələr verdi.
KƏND
TƏSƏRRÜFATININ
SƏNAYEYƏ TƏ’SİRİ
1 Q _ əsrdə kənd təsərrüfatmin yayılması Birləşmiş JL V “ Lz Ul
Ştatların erkən sənayeləşdirilməsində müəyyən rol oynayıb. Erkən
kənd təsən'üfatı işlərinin əksəri ərzaq, kənd təsərrüfatı malları ilə və
ya xüsusi bir yerdə istehlak malları ticarəti ilə bağlı olsa da, adətən,
kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar hansı kiçik sənaye
sahəsini inkişaf etdirmək olardı.
19-cu əsrin ortalarına yaxın Amerikada Sənaye İnqilabı
başladıqda kənd təsərrüfatı ilə sənaye arasında əlaqələr xeyli
gücləndi. Sənayenin irəliləyişi, ilk növbədə nəqliyyat sahəsindəki
inkişaf fermerə öz mallarını bazara çıxarmaq üçün böyük kömək
oldu. Gülünc də görünsə, əməyi yüngülləşdirən sənaye sahələrinin
çoxu kənd yerlərinin özündən gəlirdi. Bu, fermerlərin iş yerlərini
dəyişərək zavod və fabriklərdə işləmək üçün şəhərlərə axını
şəklində olurdu.
HÖKÜMOT
YARDIMININ
BAŞLANMASI
kərbə doğru yönələn hərəkət kənd təsərrüfatı məhsulları
üçün
'zaman-zaman qiymətlərin yaxşı olması, bə’zən də aşağı
qiymətə verilməsi ilə səciyyələnir. Öz torpaq sahələrini almış olan
və ya gəlib orada məskunlaşan fermerlər yüksəlişin başlanğıcına
yaxın sanki çiçəklənirdilər. Onlar öz məhsullarını satmaqla pul
qazanır və bə’zən arabir öz torpaqlannı nisbətən yaxşı qiymətə də
sata bilirdilər. Bununla belə, inkişaf səviyyəsinin ən yüksək
nöqtəsinə çatana yaxın fəaliyyətə başlayan fermerlər, adətən, əzab
çəkirdilər. Onlar öz məhsulları üçün illərin ucuz qiymətlərinin
uğuru ilə üz-üzə gəldilər və bir sıra hallarda öz fermalarını tamam
itirdilər - əlbəttə, onların becərmək üçün ələ keçirdikləri və
sahəsində yaşadıqları torpaq müstəsnadır. Öz fermalarını itirənlərin
bə’ziləri icarədar oldular və daha kiməsə işləmək məcburiyyətində
qaldılar. Bu nümunə Cənubda daha geniş yayılmışdır. Orada
azadlıq əldə etmiş qullar bə’zi hallarda icarədar fermerlər olurlar və
yaxud ağların sahib olduqları torpaqda «məhsula şərik» olurlar.
Başqa fermerlər Qərbə daha uzağa getdilər ki, başqa fermalarda
özləri üçün torpaq ələ keçirərək, onu becərməklə məşğul olsunlar,
ya da torpaq sahəsinin sahibi olsunlar. Dövrün fermerlərinin əksəri,
əsasən, optimistlər idilər və Amerika idealına inanırdılar ki, ciddi
şəkildə işləyən və kifayət dərəcədə bəxti gətirən hər bir adam uğur
qazana bilər.
162
AMERİKA İQTİSADİYYATININ OSAS CƏHOTLORİ
1870-ci illərdə fermerlər dövlət siyasətinə münasibətdə daha
fərasətli oldular. Onlar e’tiraf edirdilər ki, hökumət siyasəti onların
güzəranlarına ya kömək edir, ya da mane olur və müəyyən
şikayətlərin düzəldilməsi üçün hay-küy salmağa başladılar.
Xüsusən, fermerlər hökumətdən tələb etməyə başladılar ki, yeni
torpaqların kəşfini ləngitməklə hökumət qiymətlərin sabitləşməsinə
kömək etsin. Əlavə olaraq, onlar təklif etdilər ki, bank işləri
sistemində islahatlar apanlsm; fermerlərin kreditə ehtiyacı olduqda
məhz bu, onlara fayda verə bilər, çünki kreditin olmaması həm Qərb,
həm də Cənub fermerləri üçün əsas proses idi. Fermerlər elə bir
siyasət istəyirdilər ki, bu siyasət onları «ucuz pulla» və ya onların
borc almalı olduğu pula aşağı gəlir faizi norması ilə tə’min etsin.
Başqa tələblərə yaxşılaşdırılmış nəqliyyat sistemi daxil idi. Bu
sistem fermerlərə onların məhsullarını uzaq bazarlara aparmaq
imkanları yaratmaqda müstəsna əhəmiyyəti olan dəmir yolların
qaydaya salınmasını da ehtiva edirdi. Dəmir yol kompaniyaları
tez-tez qeyri-bərabər və ya ədalətsiz qiymətlər tələb edirdilər. Taxıl
məhsullannm Amerika bazarlarına və okeanın o tayına aparmaqdan
ötrü gəmilərə yüklənməsi üçün limanlara daşınmasında dəmir
yolların həyati rolu faktla izah olunurdu ki, 1870-ci illərə qədər
bütün kənd təsərrüfatı məhsullarının təqribən beşdə biri istehlakçıya
çatana qədər xarab olurdu, amma həmin onillik ərzində tez xarab
olan ərzaqların saxlanması işinə kömək üçün dəmir yol vaqonlarında
həm soyuducular var idi, həm də qızdmcılar.
Fennerlər istehlak mallarını daha ucuz ala bilmək üçün xaricdən
idxala daha aşağı tariflər qoyulmasını tələb edirdilər. Güman ki,
onların ən çox mübahisə doğuran tələbi inflyasiyaya uğrayan dönər
pulun ancaq qızılla deyil, həm qızıl, həm də gümüşlə geri
götürülməsi idi. Fermerlər güman edirdilər ki, pulla
tə’minolunmanm genişlənməsi kənd təsərrüfatı məhsullarının daha
yüksək qiymətlərə satılmasına apara bilər.
Fermerlərin qiyamı öz yüksək həddinə 1896-cı ildə, onların
müdafiəçilərindən biri Uilyam Ceninqs Brayəni Demokratik Partiya
prezidentliyə təklif edərkən çatdı. Ümumiyyətlə, şəhər əhalisi və
Şərq biznes marağı fermerlərin tələblərinə şübhə ilə yanaşırdılar, və
Brayənin Respublikaçıların namizədi Uilyam MakKinlinin əlində
məğlubiyyətinin səbəblərini də bununla izah edirdilər. Bu, fermerlər
hərəkatının daha radikal dövrünün sonu kimi qeyd olundu; buna
baxmayaraq, onların tələb etdikləri islahatlardan bir neçəsi, o
cümlədən, nəqliyyatın qaydaya salınması federal və ştat
səviyyələrində həyata keçirildi.
Tö
Dostları ilə paylaş: |