X HİSSO: XARİCİ TİCARƏT VO QLOBAL İQTİSADİ SİYASƏT
azaltmaq haqqinda əsas qanunvericilik mandatını tə’min edən
yazısında deyirdi:
«Dövlətlər bir-biri ilə ticarət etmək üçün düşünülüb-daşınılmış
imkanlardan istifadə etmədikcə, onlar öz adamlanm dolandırmaq
üçün və onlann güzəranlarını yaxşılaşdırmaaq üçün kifayət səviyyədə
mal istehsal edə bilməz. Buna görə də Ticarət Müqavilələri
Proqramının özülünü təşkil edən prinsiplər sülh binasının zəruri
məhək daşıdır.»
1934-cü ilin Qarşılıqlı Ticarət Müqavilələri Aktı Prezidentə
səlahiyyət verdi ki, ayrı-ayrı ölkələrlə ticarət sazişləri haqqında
danışıqlar aparsın. Həmin qanun Birləşmiş Ştatlara xarici ölkələr
idxal etdikləri mallara gömrük xərclərini xeyli azaltdı, bunun
əvəzində həmin ölkələr də Birləşmiş Ştatlar ixracatına müvafiq
güzəştlər etdilər.
Birləşmiş Ştatlar liberallaşdınimış ticarəti müdafiə etməsi Tariflər
və Ticarət haqqında Ümumi Müqavilə (GATT) yaradılmasında əsas
alət oldu. 1947-ci ildə 23 ölkənin imzaladığı və 1980-ci illərdə 90-dan
çox ölkənin təmsil etdiyi bu müqavilə beynəlxalq tarif və ticarət
qaydaları kodeksidir. Beynəlxalq ticarətin apaniması
üçün kodekslər
qoymaqla yanaşı Tariflər və Ticarət haqqında Ümumi Müqavilə
çoxtərəfli ticarət danışıqlannm bir neçə dövrəsinə sponsorluq da
etmişdir. Birləşmiş Ştatlar bunların hər birində fəal iştirak etmiş və bir
sıra hallarda aparıcı rol oynamışdır.
TİCARƏT
A
merika rəsmi siyasəti ticarət sazişlərinə müəyyən prinsipləri
PRİNSİPLƏRİ
xvtətbiq etmək idi; bu prinsiplər də Tariflər və Ticarət haqqında Ümumi
Müqavilənin məhək daşlan idi. Birincisi, münasibətlərdə müxtəlifliyin olmamasıdır.
Ən münasib Şəraitdə olan Ölkə (MFN) münasibəti adı ilə də tanınan bu prinsipə
əsasən, «ən münasib şəraitdə olan ölkə » adlı tərəfə olduğu kimi, ticarət aparan başqa
tərəflərə də eyni gömrük vergisi və tarif münasibətləri bəslənilməlidir. Birləşmiş
Ştatlar bu siyasəti indi onunla ticarət edən bütün ölkələrlə ticarət münasibətində
tətbiq edir. Ancaq o ölkələr müstəsnadır ki, xarici siyasət problemləri ilə bağlı qanun
üzrə
0
ölkələrin sıralarından çıxarılmışdır.
Münasibətlərdə müxtəlifliyin olmaması
prinsipinin genişlənməsi
və ya oradan çıxarılma bə’zən başqa xarici siyasət
190
X HİSSƏ: XARİCİ TİCARƏT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
1980-ci illərdə Birləşmiş Ştatlar çoxtərəfli ticarət danışıqlarının
yeni istiqaməti üçün çağınş e’lan etdi və bu çağırış 1986-cı ilin
sentyabrında Uruqvay Dövrəsində öz son nöqtəsinə çatdı. Bu
danışıqlarda Birləşmiş Ştatlar kənd təsərrüfatı dotasiyalarından
istifadənin ləğvi haqqında qaydalann inkişafına və Tariflər və
Ticarət haqqında Ümumi müqavilənin başqaları arasında xidmətlər
ticarətinin aparılması kodekslərinin genişləndirilməsinə çalışırdı.
Münasibətlərdə müxtəlifliyin olmaması
prinsiplərinə ümumi
şəkildə sadiq qalsa da, Birləşmiş Ştatlar müəyyən ticarət tədbirlərinə
üstünlük verməkdə iştirak edirdi. Bu tədbirlərə Birləşmiş Ştatlar
Ümumiləşdirilmiş İmtiyazlar Sistemi proqramı, Qəraib Dənizi
Hövzəsi
Təşəbbüsü, Birləşmiş Ştatlar-İsrail Azad Ticarət Sahəsi
Müqaviləsi və Birləşmiş Ştatlar-Kanada Azad Ticarət Müqaviləsi
daxildir. 1990-cı illərin əvvəllərində cəhdlər
edilirdi ki, başqa
ikitərəfli ticarət əlaqələri yaratmaq üçün saziş əldə olunsun.
Bunlardan biri Birləşmiş Ştatlar ilə Meksika arasında idi. Və 1990-cı
ildə Prezident Corc Buş Amerika təşəbbüsü üçün öz Tədbirini açıq
e’lan etdi. Bu Tədbir əsasında başqa şeylərlə yanaşı Amerika Qərb
yarım şarında azad ticarət üçün yol salmalı idi.
Ümumiləşdirilmiş imtiyazlar Sistemi proqramının məqsədi
nisbətən kasıb ölkələrdə iqtisadi inkişafa təkan verməkdir. Bu,
həmin ölkələrdən Birləşmiş Ştatlara ixrac olunan mallardan vergi
almamaq yolu ilə tə’min olunur. Bu proqrama əsasən, imtiyazlar
müəyyən məhsulların ixracı üçün ölkəyə verilir; cari ticarət
icraatında göstərildiyi kimi, məhsul istehsal edənlər
öz məhsulunun
Birləşmiş Ştatlar bazarında rəqabətə yardım etmək ehtiyacının
olmadığım müəyyən edən kimi imtiyazlar ləğv edilir. Tariflər və
Ticarət haqqinda Ümumi Müqavilə ümumiləşdirilmiş imtiyazlar
sistemi proqramının xeyrinə münasibətlərdə müxtəlifliyin olmaması
prinsipinin hüququndan ümumi imtinanı da ehtiva edir.
Qəraib Dənizi Hövzəsi Təşəbbüsü 1980-ci illərdə yaradılmış
proqramdır. Bu Təşəbbüs iqtisadi mübarizə aparan və Birləşmiş
Ştatlara siyasi cəhətdən vacib olduğu müəyyən edilmiş bölgəyə
iqtisadi yardım üçündür. 1995-ci ilin sonlarına qədər davam edəcəyi
planlaşdırılan bu proqram Qəraib dənizi hövzəsindən toxuculuq,
bə’zi dəri mə’mulatı, şəkər və neft istehsalı məhsulları müstəsna
olmaqla, Birləşmiş Ştatlara idxal edilən bütün mallara pulsuz
gətirilmək hüququ verir.
192