Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
köçmüşdür, burada isə birlik ən’ənələri Şimalda və Şərqdə olduğundan 
zəifdir. 
Əmək hərəkatının əsas tənqid hədəfi o idi ki, bu hərəkatın hətta 
inflyasiya dövründə daha yüksək maaşlar verilməsi və daha yaxşı iş 
şəraiti yaradılması haqqında ən’ənəvi tələbi inflyasiyanin daha da 
artmasına səbəb olur və Amerika sənayesinin məhsuldarlığına zərər 
verir. 1980-ci illərin əvvəllərində sənaye istehsalında tələbatın aşağı 
düşməsinə baxmayaraq, maaşların artmlması haqqında tələbdən imtina 
etməyə hazır olan birliklərin sayının artması hallarına təsadüf edilirdi. 
Bütün bunlar işsizlik təhlükəsini aradan qaldırmaq və şirkət 
rəqabətlərini gücləndirmək naminə edilirdi. Əlavə olaraq, əməyi 
müdafiə edənlər təsdiq edir və inandırmağa çalışırdılar ki, son 
zamanlarda maaşlar bir çox hallarda mövcud yaşayış şəraitinə yardım 
üçün artırılıb, real həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək 
üçün artırılmayıb. 
Əməyi idarəetmə mübahisələri də öz fikrini bu məsələyə 
yönəltmişdi: fəhlələr hansı xüsusi mənfəətləri əldə etmək hüququna 
nail olurlar? Yaşa görə təqaüd, iş qabiliyyətini itirdiyi üçün təqaüd və 
səhiyyə sığortası, eyni zamanda bir çox iri birliklərin işlə ömürlük 
tə’minolunma təhlükəsizliyi ilə bağlı bir qədər əvvəlki tələbi 20-ci əsrin 
sonlarında sövdələşmənin ön xəttində dayanır. Gözlənilmədən baş verə 
biləcək təqaüd problemləri analıqdan və atalıqdan imtina və uşaq 
qayğısına qalma məsələlərini ehtiva edirdi. 
Sahibkarlar və icarədarlar isə, öz növbəsində, ağzına su alaraq heç 
də sakitcə oturub və işləri başlı-başına buraxanlara oxşamırdılar. 
İdarəetmə öz işçilərindən məhsuldarlığın artırılmasım tələb edir və 
nəticədə buna zərər verə biləcəyinə inandığı hər cür qayda-qanuna və 
mənfəətə qarşı mübarizəyə hazır olduğunu nümayiş etdirir. 
Həmkarlar birliyi hərəkatı Birləşmiş Ştatlar iqtisadiyyatının vacib 
ünsürüdür, çünki o, fəhlələrin menecerlər və hökumət qarşısında 
mənafelərini və ehtiyaclanm təmsil edir. Birliklər öz işlərində ilkin 
zəruri amil kimi rəhbərliklə daha yüksək maaşlar haqqında danışıqları 
götürsələr də, iqtisadiyyatçılar birliklərin fəhlələrin maaşlarının 
artmasına əhəmiyyətli dərəcədə tə’sir edib- etməməsi fikri ilə 
razılaşmırlar və əsasən göstərirlər ki, birliklər maaşların artırılmasında 
əsas amil olan məhsuldarlığın artmasına can atır. Lakin analitiklərin 
çoxu eyni zamanda razılaşırlar ki, birliklər işlə tə’min olunmaq 
təhlükəsizliyi, şikayətlərə baxılması və iş şəraiti ilə bağlı başqa 
məsələlərə nəzarəti tənzimləmək 



IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU
 
sahəsində olan uyğunsuzluqlann aradan qaldırılmasına can atırdılar. 
Birlik vasitəsilə fəhlə öz işinin, demək olar ki, bütün sahələrində öz 
sözünü demək hüququ qazana bilər. Əlavə olaraq, bə’zi 
mütəxəssislər inandırmağa çalışırlar ki, birliklər doğma bir təşkilat 
kimi bir sıra qiymətli ictimai və psixoloji vəzifələr nümayiş 
etdirmişlər və, çox güman, daha vacibi də budur ki, fəhlələrə qürur 
mənbəyi olmuş və xeyriyyəçilik hissi aşılamışlar. 
ƏMƏK irləşmiş Ştatlar fəhlələrinin müdafiəsi üçün məs’uliyyəti 
STANDARTLARI Jj federal hökumət və 50 ayn-ayn ştat bölüşdürür. Federal 
hökumət ştatlar arasında əlaqələri tənzimləmək üçün hərəkət edə 
bilər, ştatlar isə öz sərhədləri daxilində istifadəsi mümkün olan 
əlaqələr üçün müvafiq şərait yarada bilər. Ştatlann çoxu əmək 
standartları ilə bağlı qanunlar qəbul ediblər. Federal qanunlar 
arasında ən vacib olanlarından bə’ziləri aşağıdakılardır; 

 
1938-ci il Müvafiq Əmək Standartları Aktı (düzəlişlərlə) dövlət 
minimum əmək haqqı, əlavə iş üçün ödəniş, bərabər məvacib və 
uşaq əməyindən sui-istifadədən müdafiə üçün standartlar müəyyən 
edir. Minimum əmək haqları məbləğini Konqres müəyyən edir və 
Əmək Departamenti həyata keçirir. 1991-ci ildə minimum əmək 
haqqı saatına 4,25 dollara qədər qalxdı, lakin təzəcə işə başlayan 
yeniyetmələr üçün daha az «tədris əmək haqqı» da var idi. 

 
1967-ci il Məşğuliyyətdə Yaş və Fərqqoyma Aktı 70 yaşa qədər 
olan yaşlı fəhlələrin işlərini müdafiə edir. 

 
1970-ci il Peşə Sağlamlığı və Təhlükəsizliyi Aktı sahibkarlardan 
və icarədarlardan təhlükəsiz və sağlam iş şəraiti tə’min etməyi tələb 
edir. Peşə Təhlükəsizliyi və Sağlamlığı Administrasiyası peşə 
təhlükəsizliyi və sağlamliğı standartlarını inkişaf etdirir, qayda- 
qanunlar yaradır və inkişaf etdirir, bu standartlara və qayda- 
qanunlara əməl olunub- olunmaması haqqinda tədqiqatlar və 
nəzarət aparır, standartlara əməl olunmadıqda müvafiq 
xəbərdarlıqlar verir və cəza tədbirləri təklif edir. 

 
1974-cü il Peşə Aktı (düzəlişlərlə) xarici rəqabət nəticəsində 
zərər çəkmiş məşğuliyyət sahələrinə, kompaniyalara və 
cəmiyyətlərə tənzimləmə yardımı tə’min edir. Peşə Tənzimləmə 
Yardımı İdarəsi ayrı-ayrı ştatlarda razılaşma yolu ilə bu qanuna 
əsaslanan proqrama rəhbərlik edir. Proqram peşə hazırlığı, 
işaxtarma, iş yerini dəyişməyə icazə kimi məşğuliyyət xidmətləri və 
xarici idxal malları ilə bağlı olaraq, işindən ayrılmağa məcbur olmuş 
Birləşmiş Ştatlar fəhlələrinə həftəlik nağd pul ödənilməsini tə’min 
edir. 
182 


AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
 
TƏQAÜDLƏR 
'T) İTİəşmiş Ştatlarda xüsusi işlə məşğul olanların yarıya qədəri və 
JDhökumət işçilərinin əksəri təqaüd planının bə’zi növləri ilə müdafiə 
olunur. Təqaüdlər elə gəlir formasıdır ki, fəhlələr yaşlarına görə işdən 
çıxdıqdan sonra və ya əmək qabilliyyətini itirdikdən sonra, yaxud 
onların saxladıqları uşaqlar onlar öldükdən sonra alırlar. Sahibkarlar və 
icarədarlarla əksər birlik müqavilələrinə yaşa görə verilməli təqaüdlər 
də daxildir. 
Əksər xüsusi təqaüd planları yaşa görə təqaüdə çıxanları işçinin 
yaşı, işlədiyi illərin sayı və illik gəlirinin nisbəti əsasında tə’ınin olunur. 
Federal qanuna əsasən, bütün təqaüd planları müəyyən olunmuş illərin 
sayı qədər xidmət etmiş fəhlələrə «təqaüd hüquqları verilmiş» adı təklif 
edir. Bu işçilərə onlar hətta fınnanı təqaüdə çıxmazdan əvvəl tərk 
etsələr belə, təqaüdə çıxdıqdan sonra təqaüd almaq imtiyazı verilir. 
1974-cü ildə Konqres İşçi Təqaüd Gəliri Tə’minatı Aktı qanununu 
qəbul etdi. Bu qanun xüsusi təqaüd planlan üçün standartlar müəyyən 
etdi: federal agentlik, Təqaüd Mənfəəti Zəmanət Korporasiyası isə ona 
idarə etməkdə kömək edir. Xüsusi təqaüd planları korporasiyadan 
tə’minat almalıdır, və əgər kompaniya təqaüdü ödəyə bilmirsə, onda 
onu korporasiya ödəyir. 
Birləşmiş Ştatlar hökuməti bir neçə növ təqaüd planını idarə edir, 
bunlardan ən vacibi İctimai Tə’minatdır ki, bu da ölkədə ən böyük 
təqaüd gəliri proqramıdır. İctimai Tə’minat proqramı 1935-ci ildə 
Prezident Franklin D. Ruzvelt indi İctimai Tə’minat Aktı adı ilə tanınan 
bir sənədə qol çəkərkən yaradılıb. Bu proqram işləyən adamlar 65 yaşa 
çatdıqdan sonra iste’fa verirlərsə, onları tamnormalı qocalıq təqaüdü ilə 
tə’min edir; 62 ilə 65 yaş arasında işdən çıxanlar isə ixtisanıormalı 
təqaüdlə tə’min olunur. Proqramı İctimai Tə’minat Administrasiyası 
federal agentliyi idarə etdiyinə baxmayaraq, o, federal fondlardan 
istifadə etmir. İşçilər təqaüd planına onların maaşlarından tutulan 
müəyyən faiz təqaüd vergiləri ilə kömək edir; sahibkarlar və icarədarlar 
da bərabər məbləğdə kömək edirlər. Sərbəst işləyən fəhlələr də bu 
proqrama gəlirlərinin bir hissəsi ilə yardım edirlər. 
1980-ci illərdə qəbul olunmuş qanunvericiliyə əsasən yeni federal 
işçilərin əksərini təqaüdlə İctimai Tə’minat idarəsi tə’min etməli 
olduğuna baxmayaraq, federal hökumət ən’ənəvi şəkildə əksər federal 
fəhlələrə verdiyi kimi, hərbi təqaüdləri də özü verir. İnqilabi 
Müharibədən (1775-1783) bu yana əmək qabiliyyətini itirmiş müharibə 
veteranları bə’zi növ təqaüd alırdılar. Bütün hərbi təqaüdlər federal 
dövlət gəlirləri hesabına fondlaşdırılırdı. Bunun 



Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə