AMERIKA
İQTİSADİYYATININ
OSAS
CƏHƏTLƏRİ
ARTIQ KƏND
TOSORRÜFATI
MALLARININ
BÖLÜŞDÜRÜLMƏSİ
1 Q O
* illərdən 1980-cı illərə qədər Amerika kənd
x
.^təsərrüfatı problemi izafılik idi. İzafi ərzaq məhsulundan
istifadəyə kömək üçün iki cür proqram inkişaf etdirilirdi. 1954-cü
ildə Konqres «Sülh üçün Ərzaq» qanunu adlı 480 sayli İctimai
Qanun qəbul etdi. Birləşmiş Ştatlar ixrac etdiyi ərzaq və liflər
Avropa və Yaponiyanın yaralarının sağalmasına kömək etdi,
beləliklə də, siyasi xadimlər belə qərara gəldilər ki, bu cür mal
ixracatı inkişaf etməkdə olan ölkələrin iqtisadi yüksəlişinin
təkmilləşməsinə tə’sir edəcəkdir.
Sülh üçün Ərzaq proqramında fermerlər qiymətləri aşağı salan
milli izafi artımın azalması yolunu görürdülər. İqtisadiyyatdan başı
çıxan şəhər sakinləri belə hesab edirdilər ki, bu yol artıq taxıl
məhsulu ehtiyatının ümumi ictimai dəyərini kəsməkdir. Nəhayət,
humanitar sahələrlə məşğul olanlar bu proqrama dünya açlarım
ərzaqla tə’min etməyə yardım vasitəsi kimi baxırdılar. Ərzağın çoxu
inkişaf etməkdə olan ölkələrdə ödənişin proqressiv sistemində
istifadə olunurdu. Bu ölkələrdə fəhlələr yerli inkişaf layihələrində
əmək haqqım Amerika ərzaq məhsulu ilə alırdılar.
Birləşmiş Ştatlar ərzaq istehsalindakı uğurları bə’ziləri
gələcəkdə dünya əhalisini ərzaqla tə’min etmək sahəsində bütün
dünyada edilən cəhdlərin mühüm bir hissəsi kimi qiymətləndirir.
Uzun illər ərzində Amerika izafi taxılı dünyanı ərzaqla tə’min etmək
işində vacib amil rolu oynamağa kömək etmişdir. Dünya əhalisinin
artımım nəzərə alaraq, Amerika kənd təsərrüfatı ilə dünyanın qalan
hissəsi arasında sürəkli əlaqələr gözləmək ağlabatan bir haldır.
İzafi ərzaq eyni zamanda Birləşmiş Ştatlarda kifayət qədər ərzaq
tapmayan adamlan yeməklə tə’min etmək işində də istifadə olunur.
Bir proqram hökumətin gündəlik aldığı izafi məhsullardan və başqa
əmtəə mallarından istifadə edərək, azgəlirli ailələrin uşaqlarının
ucuz qiymətlə və ya müftə məktəb yeməyi ilə tə’min edir. Başqa bir
proqramda hökumət 1980-ci illərdə izafi pendir, yağ və yağsız süd
tozunu kasıblar arasında bölüşdürdü. Üçüncü proqram federal Ərzaq
Talonu proqramı 1970-ci illərin ortalarında qəbul edildikdən sonra
sür’ətlə inkişaf etdi. Bu proqrama əsasən, aşağigəlirli adamın
ixtiyarı var ki, ərzaq kuponu alsın. Bu kuponlar baqqaliyyə
dükanlanndan ərzaq almaq üçün ödəniş vasitəsi kimi qəbul edilir.
167
VIII
HİSSƏ:
AMERIKA
KƏND
TƏSƏRRÜFATININ
DƏYİŞƏN
SİMASI
DAXILI KƏND
TƏSƏRRÜFATI
SİYASƏTİYƏ DÜNYA
TİCARƏTİ
F
ermerlər üçün qiymətin, gəlirin və başqa yardımın bə’zi
forması, demək olar ki, kənd təsərrüfatı məhsulu istehsal edən
hər bir ölkədə istifadə olunur. 1970-ci illərin sonları və 1980- ci
illərin əvvəllərində dünya kənd təsərrüfatı bazarı şəraiti getdikcə
müxtəlifləşdi və rəngarəngləşdi; kənd təsərrüfatı məhsulu istehsal
edən ölkələr daxili bazarı sabitləşdirmək üçün proqramlar tə’sis
etdi. Ölkələr ya mövcud proqramları gücləndirdilər, ya da öz
fermerlərini bir çox hallarda «xarici» dağıntı hesab edilən haldan
müdafiə etmək məqsədilə belə proqramların yerinə yenisini
gətirdilər. Son illərdə bu siyasətlər kənd təsərrüfatı malları üçün
xarici bazarların qarşısmi almağa. Beynəlxalq malların qiymətinin
aşağı düşməsinə və ixrac edən bir sıra ölkələrdə kənd təsərrüfatı
mallarının izafi dəyərinin artmasına təkan verir.
1980-ci illərdə Amerika fermerləri iqtisadi çətinlik dövrünə
qədəm qoydular. Kənd təsərrüfatı malları ixracatı tənəzzül etdi, bu
qismən başqa dönər pul vahidləri ilə nisbətdə Birləşmiş Ştatlar
dollarının yüksək dəyəri ilə bağlı idi (bu hal xarici alıcılar üçün
Birləşmiş Ştatlar məhsullarının dəyərini artırdı). Taxıl məhsulu
qiymətləri aşağı düşdü, əlavə gəlir faizi norması yuxarı qalxdı və
gəlirləri yüksək olanlar ödəməli olduqları pulu borc şəklində
saxlamaqda davam etdirmənin fermerlərə ciddi mənfi tə’sir etdiyini
fermerlər müşahidə etdilər, iqtisadi bəladan yaxa qurtarmağa yardım
üçün bir sıra hökumət proqramları və özəl proqramlar qəbul
olunmağa başladı.
1985-ci ildə Konqres Birləşmiş Ştatlar kənd təsərrüfatı
məhsullarının beynəlxalq rəqabət gücünü təkmilləşdirmək üçün yeni
kənd təsərrüfatı qanunu qəbul etdi. Ən sadə dil ilə desək, bu qanun
orta bazar qiymətlərinin dəyişdirilməsinə cavab olaraq, əsas kənd
təsərrüfatı mallarına qiymətlərin dəyişdirilməsini müdafiə etməyi
təklif edirdi. Bundan əlavə, bu qanunvericilik ətraf mühitdə baş
verən hadisələrə həssas olan torpaqların 16-18 milyon hektanmdan
10-15 il istifadə etməmək proqramını da əhatə edirdi və 5 il ərzində
planlı qiymətləri 10 faizə qədər aşağı saldı.
1986-cı ilin iyulunda Birləşmiş Ştatlar beynəlxalq kənd
təsərrüfatı ticarətinin hərtərəfli islahatı üçün yeni bir təkliflə çıxış
etdi. Bu təklif hərtərəfli ticarət danışıqlarının Uruqvay Dövrəsi adı
ilə tanınır. Birləşmiş Ştatlar dünyanın qabaqcıl beynəlxalq ticarət
müqaviləsi olan Tariflər və Ticarətdə Ümumi Razılıq (GATT)
müqaviləsinin 90-dan çox üzvünə müraciət etdi ki, ticarət
islahatlarının daha geniş paketi kimi bütün kənd təsərrüfatı
borclarının və kənd təsərrüfatı bazarlarının qiymət, məhsul, ticarət
168
AMERİKA İQTİSADİYYATININ OSAS CƏHOTLORİ
VƏ başqa pozğunluqlarına səbəb olan digər siyasətlərin tədriclə yox
edilməsi haqqında danışıqlar aparsınlar.
Birləşmiş Ştatların verdiyi təklifin dalınca başqa ölkələr və ya
ölkə qrupları da bir sıra əlavə təkliflər verdilər. Bu təkliflər geniş
şəkildə rəngarəng olsalar da, başlanğıc səviyyəsində iştirakçıların
böyük əksəriyyəti sanki ticarətə əngəl törədən borclardan
uzaqlaşmaq və azad bazarlara doğru getmək ideyası ilə razılaşırdılar.
Xüsusən, Birləşmiş Ştatlar Avropa kənd təsərrüfatı borclannm
mümkün olan ləğvi, eyni zamanda yaponların və Cənubi
koreyalılarm düyü idxalına qadağanına son qoyulması üçün qanun
layihəsi verdi. Buna baxmayaraq, kənd təsərrüfatı borclarını kəsmək
haqqında beynəlxalq razılıqlar əldə etmək cəhdləri ilə bağlı
danışıqlar daha əvvəllər olduğu kimi heç də tez-tez asan getmirdi.
1990-cı il dekabrın 31 -nə planlaşdırılmış heç bir razılıq əldə oluna
bilməzdi. Danışıqlar dayandırılmışdı və, ola bilsin ki, uğursuzlığa
apanrdı, lakin 1991-ci ilin ortalarında Qərbin əsas sənaye ölkələrinin
başçıları Uruqvay Dövrəsi damşıqlanm uğurla bitirmək üçün ikinci
dəfə müzakirədə qanun layihəsini qəbul etdilər və bu danışıqlar
1992-ci ilin əvvəllərinə kimi davam etdi.
Bu zaman federal büdcə defisitlərinin yüksək səviyyəyə doğru
davam etməsi ilə Birləşmiş Ştatlar hökuməti 1990-cı ildə Amerika
istehlakçılarının və vergi verənlərinin fermalara yardımının yükünü
azaltmaq üçün daha ciddi cəhdlər göstərdi. Konqres qanun qəbul
etdi ki, il fermerin ən’ənəvi şəkildə aldığı defisit ödənişindən fərqli
olan alternativ məhsul və ya məhsullar becərməyə imkan verir. Bu
0
zaman olur ki, əkin sahələri defisit ödənişləri üçün hesab edilir.
Guman olunurdu ki, bu, 5 il ərzində 10 milyard dollara yaxın
qənaətlə nəticələnəcəkdir. Bu isə taxıl məhsulu səpininin
cilovlanması yolu ilə ola bilərdi. Belə hal defisit ödənişləri hesab
edilmirdi. Eyni zamanda bu, dəyişən təcrübədə təbii cəhətdən saf
məhsul almağa maraqlandırırdı. Lakin yüksək və möhkəm qiyməti
müdafiə müəyyən əmtəə üçün saxlanılırdı və bə’zi kənd təsərrüfatı
məhsullan bazarlarına geniş hökumət idarəsi davam edirdi.
169
Dostları ilə paylaş: |