Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


vm HİSSƏ: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

vm HİSSƏ: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
 
IYIRMINCI ƏSRIN
 
PROBLEMLƏRİ 
VƏ TƏLƏBLƏRİ 
I
 
 Dünya Müharibəsində artıq köçkünlərin yaşamaqdan və torpaq 
sahəsini becərməkdən ötrü yeni torpaqlar ələ keçirmək imkanı 
praktik cəhətdən mümkün deyildi. Dəfələrlə kultivasiya aparılması 
və uzunmüddətli torpaq eroziyası Birləşmiş Ştatlar kənd təsərrüfatı 
torpaqlarının çoxunun bərəkətini azaltmışdı. Əlavə məhsul 
torpaqları əldə etmək üçün meşələr doğranılır və yandırılırdı. Qreyt 
Pleynzdə geniş çəmənliklər otlaqlara çevrilib boşaldılmışdı. 1930- 
cu illərin ortalarında bir neçə il davam edən quraqlıq Orta Qərbdə 
yüksək dərəcədə məhsul itkisi ilə nəticələndi. Qreyt Pleynzin 
küləkləri otlaq yerlərdə güclü toz tufanına səbəb oldu. 
Bu tələbə cavab üçün yeni torpaqdan istifadə və torpaqların 
xama qo)mlması siyasəti inkişaf etdirilməyə başladı. Hökumət 
qərara gəldi ki, torpaqdan daha yaxşı istifadə təcrübəsi hesabına 
fermerləri ruhlandırmaq və onlara təhsil vermək lazımdır. Müstəqil 
fikirli fermerlər bə’zən müəyyən edirdilər ki, gələn ilin məhsulu 
haqqında düşünməkdənsə, uzun müddət şəxsi mənfəət ümidi ilə 
yaşamağı qəbul etmək çətindir. Hökumət xamaqoyma agentləri 
daha yaxşı texnika nümayiş etdirməklə məşğul idilər. Elə ki, onların 
yeni üsuldan istifadə edən qonşularının təsərrüfatlarının 
çiçəkləndiyini gördülər, onlar da yeni üsulu qəbul etməyə başladılar. 
Daha sonra, pulsuz xidmət şəklində, ya da hətta nağd pul ödəmək 
şəklində hökumət əmək haqqı proqressiv sistemləri təklif olundu ki, 
torpaqlar yaxşılaşdırılsın. 
1920-ci illərdə Amerika kənd təsərrüfatı mallarına olan tələbat 
aşağı düşdü, çünki I Dünya Müharibəsindən sonra Avropa ölkələri 
özlərinə gəlməyə başladılar və xaricdən mal alınmasının azaldılması 
haqqında ciddi proqramlar tə’sis etdilər. Bunun da nəticəsində kənd 
təsərrüfatı mallarının qiyməti kəskin şəkildə aşağı düşdü. Bu dövr 
fennerlər üçün əvvəlki dövrlərdən daha pis idi, çünki fermerlər artıq 
iqtisadi cəhətdən müstəqil deyildilər. Onlar kənd təsərrüfatı 
maşınları, toxum və kübrələr üçün pul ödəyir, eyni zamanda istehlak 
malları da alırdılar. Fermerlərin aldıqları mallann qiymətləri sabit 
qalırdı, halbuki onların istehsal etdiyi malların qiymətləri aşağı 
düşürdü. 1929-cu ildə başlamış bu cür inkişaf 1930-cu illərdə davam 
edən Böyük Depressiya dövründə daha da pisləşdi. 
1929-cu ildə Prezident Herbert Huver federal Kənd Təsərrüfatı 
Şurası təşkil etdi. Bu Şura təklif və tələbə birbaşa müdaxilənin 
əsaslarını tə’sis etdi və fermerlər üçün daha böyük iqtisadi sabitlik 
yaratmaq haqqında ilk dövlət qanun layihəsini komissiyaya təqdim 
etdi. 
164 


AMERİKA İQTİSADİYYATININ OSAS COHƏTLORİ
 
1933-cü ildə Prezident Franklin D. Ruzvelt hakimiyyətə 
gələrkən, onun təklif etdiyi ilk tədbirlərdən biri Konqresin bir qədər 
sonra qəbul etdiyi Kənd Təsərrüfatını Tənzimləmə Aktı oldu. Bu 
qanun kənd təsərrüfatı katibinə səlahiyyət verirdi ki, fermerlərlə 
könüllü razılıq əsasında məhsulu azaltsın. Belə hallarda, fermerlər 
öz torpaqlarını istifadədən qoyduqları üçün hökumət onlara pul 
verirdi. Bu pul ərzaq istehsal edənlərin ödədikləri istifadə vergisi 
fondu hesabına verilirdi. Bu qanunu Ali Məhkəmə 1936-cı ildə 
Konstitusiyadan kənar e’lan etdi, ona görə ki, ərzaq istehsal 
edənlərdən alman vergi məhsula nəzarət proqramına tə’sir 
göstərmək üçün istifadə oluna bilməz. Buna baxmayaraq, tə’cili 
şəkildə yeni qannunlar verildi. Bu qanunlar da torpağın 
konservasiya prinsiplərinə əsasən torpaqdan istifadə olunmaması və 
selgəlmə- sinin qarşısını almağa nəzarət tədbirləri baxımından eyni 
nəticəni verdi. Ruzvelt administrasiyası inanırdı ki, dövlət 
torpaqlarının yenidən qurulması dövlətin mənafeyinə xidmət edir 
və, sadəcə olaraq, başqa vətəndaşların hesabına fermerlərə yardım 
planı deyildir. Daha sonralar, hökumət fermerlərə borc pul 
götürmək imtiyazları verdi ki, onlar kənd təsərrüfatı maşınları, 
hibrid toxumlar və kübrələr ala bilsinlər. 
Birləşmiş Ştatlarda fermer ailələrinə yardım üçün başqa 
tədbirlər də görüldü. 1935-ci ildə Konqres Kənd Elektrikləşdirmə 
Administrasiyasım tə’sis etdi. Bu administrasiya kənd yerlərinə 
elektrik qüvvəsi xətləri çəkirdi. Yerli kooperativlər tə’sis edildi və 
federal hökumət onları kreditlə tə’min etdi ki, onlar da kənd elektrik 
qüvvəsi xətləri çəksinlər. Fermerlər tezliklə müəyyən etdilər ki, 
elektrikləşdirmə onlar üçün böyük texnoloji tərəqqiyə səbəb olub. 
1960-cı ildə bütün fermaların 97 faizi elektrikləşdiril- mişdi. 
Fermerlərə göstərilən başqa bir yardım da «fermadan bazara yollar» 
şəbəkəsi idi ki, bu da qəsəbə və şəhərləri kənd yerlərinə daha artıq 
yaxınlaşdırdı. 
QİYMƏT və GƏLİRİ 
MÜDAFİƏ 
1 O 

-I 
təsərrüfatı qanunvericiliyi femerlər 
V y  D
 O “ L/1 üçün qiymət «bərabərliyi» anlayışını qəbul etdi. Bu 
elə bir qiymət idi ki, həmin qiymət fermerlərə kənd təsərrüfatı 
malları qiymətlərinin ən münasib olduğu dövrün eyni münasib 
qiymətinə alınması qabiliyyətini tə’min edirdi. Əgər məhsul bərabər 
qiymətin xüsusi müəyyən edilmiş faizinə satıla biləcək qədərdən 
böyükdürsə, hökumət bu əlavəni ödəməyə razılıq verir. Bu, 
ümumiyyətlə fermerlər ilə alış-veriş müqaviləsi və ya 


VIII HİSSƏ: AMERİKA KƏND TƏSƏRRÜFATININ DƏYİŞƏN SİMASI
 
kömək üçün olmayan borcvermə proqramları əsasında olur. Bu 
borcvermə proqramları əsasında, hökumət fennerlərə anbarlarda 
saxlanmağa qoyulmuş taxıl üçün borc kimi müəyyən edilmiş 
qiymət verir. Fermerlər taxılı hökumətə qaytarmaq yolu ilə borcu 
tam şəkildə ödəyə bilərlər. 
Təqribən yarım əsr davam edən bir müddət ərzində bərabərlik 
prinsipini müdafiənin müdrik bir hərəkət olub-olmadığı haqqinda 
əsəbi mübahisələr gedirdi. Bir çox adamlar, baha başa gəldiyi üçün, 
belə müdafiəyə qarşı çıxırdılar. Başqa bir problem də bu idi ki, taxıl 
anbarları partlayırdı; II Dünya Müharibəsindən sonra atılmış 
gəmilər 1950-ci illərdə buğda ilə doldurulmuşdu, qalan buğda isə 
yerə töküldüyü üçün tezliklə çürüyürdü. 
1980-ci illərin əvvəllərində hökumətin Natura ilə Ödəmə (PİK) 
Proqramı taxıl məhsuluna əhəmiyyətli dərəcədə tə’sir etdi. Bu 
proqramın əsas məqsədi mümkün olan taxıl, düyü və pambıq 
ehtiyatlarını azaltmaq, bazar qiymətlərini gücləndirmək və 
hökumət anbarlarının dəyərini aşağı salmaq idi. Natura ilə Ödəmə 
əsasında, fermerlərə onlar məhsul sahələrini azaltdıqları üçün 
hökumətə məxsus əmtəələr ilə ödəyirdilər. Natura ilə Ödəmə 
Amerika taxıl sahələrini 25 faizə qədər azaltdı. 
1973-cü ildə Birləşmiş Ştatlar fermerləri «defisit» ödənişi 
formasında gəlir yardımı almağa başladılar. Bu yardımlar 
fermerlərin taxıl məhsuluna aldıqları bazar qiyməti ilə müəyyən 
edilmiş planlı qiymət arasindakı fərqə görə fermerlərə 
kompensasiya üçün nəzərdə tutulmuş hökumət ödənişi idi. Bu 
proqramda iştirak etmək üçün fermerlər yenə də torpaqlarının bir 
hissəsini məhsul istehsalından kənara çəkməli idilər. 
Qiymət yardımı və defisit ödənişləri ancaq taxıl, düyü və 
pambıq kimi müəyyən əsas mallara aid edilir. Bir çox başqa 
məhsullara görə federal hökumət maddi yardımı verilmirdi. Bə’zi 
məhsullar, məsələn, limon və portağal əsil marketinq 
məhdudiyyətinin mövzusudur. «Marketinq qaydalari» adlanan 
anlayış əsasında taxıl məhsulunun onu yetişdirən fermerin təzə bir 
mal kimi bazara çıxanla bilməsi həftədən-həftəyə məhdudlaşır. 
Belə qaydalar satışı məhdudlaşdırmaqla fermerlərin aldıqları 
qiymətləri qaldırmağa xidmət edir. 
166 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə