Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə


AMERİIC\ İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə45/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
1   ...   40   41   42   43   44   45   46   47   48

AMERİIC\ İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
 
İkitərəfli azad ticarət tədbirlərinə Tariflər və Ticarət haqqında 
Ümumi Müqavilənin maddələrində müəyyənləşdirilmiş şərtlər 
əsasında icazə verilir. Birinci azad ticarət müqaviləsi Birləşmiş Ştatlar 
tərəfindən təklif edildi və Birləşmiş Ştatlar-İsrail Azad Ticarət Sahəsi 
Müqaviləsi adlanan bu Müqavilə 1985-ci il sentyabrın birində qüvvəyə 
mindi, ikinci Birləşmiş Ştatlar-Kanada Azad Ticarət Müqaviləsi isə 
1989-cu il yanvann birində qüvvəyə mindi. Tarixi baxımdan, coğrafi 
yaxınlıq Birləşmiş Ştatlarla onun iki qonşusu Kanada və Meksika 
arasında güclü ticarət əlaqələri üçün gözəl şərait təqdim edirdi. 1992-ci 
ilin avqustunda və bir ildən daha çox davam edən danışıqlardan sonra, 
bu üç ölkə genişəhatəli azad ticarət sazişi haqqında danışıqları qurtardı. 
Bu saziş onların arasında bütün ticarət tariflərini ləğv edir, xidmətlərdə 
və investisiyada ticarətə maneələri azaldır və zehni mülkiyyətə 
(əlyazmaları, patentlər və istehsalat mallan üzərində işarə də daxil 
olmaqla) bərabər müdafiə tə’minatı verirdi. Qanuna minməzdən əvvəl 
saziş hər bir ölkənin milli qanunvericilik orqanları tərəfindən təqdir 
olunmalıdır. Birləşmiş Ştatlarda bir sıra əmək birlikləri bu sazişə qarşı 
çıxdı, çünki onlar qorxurdular ki, Meksikada daha ucuz əməklə 
istehsal edilmiş istehlak mallarının axını Birləşmiş Ştatlarda fəhlələrin 
öz işlərini itirmələrinə gətirib çıxara bilər. Prezident Klinton Şimali 
Amerika Azad Ticarət Müqaviləsini müdafiə edir, lakin onu ətraf 
mühiti mühafizə və əmək standartları haqqında əlavə saziş danışıqları 
da maraqlandırır. 
BİRLƏŞMİŞ 
ŞTATLAR 
TİCARƏT 
DEFİSİTİ 

qiymətinin heyrətedici dərəcədə artması canlı şəkildə Birləşmiş 
Ştatlar və dünya iqtisadiyyatının qarşılıqlı əlaqədə olduğunu 
nümayiş etdirdi. Birləşmiş Ştatlar tam məhsul istehsalının bir 
hissəsini təşkil edən ixracat 11 Dünya Müharibəsindən sonra 
dramatik bir şəkildə artdı və daha artıq Birləşmiş Ştatlar fəhlələri 
beynəlxalq bazar meydanlarının qəribəliklərinə düçar oldular. 
Neftin qiymətinin ikinci dəfə təəccübedici artmasından sonra baş 
verən qlobal tələbatın aşağı düşməsi beynəlxalq ticarətin 
durğunluğuna səbəb oldu; qlobal ticarət 1982-ci və 1983-cü ildə 
əslində aşağı düşdü. Birləşmiş Ştatlar və bir sıra başqa dövlətlər 
inflyasiya və tələbatın aşağı düşməsini aradan qaldınnaq və iqtisadi 
dirçəlişə və yüksəlişə nail olmaq üçün ciddi mübarizə aparırdılar. 


X HİSSƏ: XARİCİ TİCARƏT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
 
Eyni zamanda beynəlxalq rəqabətdə dəyişikliklərin baş 
verməsinin başlandığı hiss olunurdu. 1970-ci illərin sonlarında, 
xüsusən yenicə sənayeləşməkdə olan ölkələr qlobal əsasda rəqabətə 
girmək üçün bacanqlannın artdığını nümayiş etdirməyə başladılar. 
Cənubi Koreya, Honq Konq, Meksika və Braziliya polad, 
toxuculuq, ayaqqabı, avtomobil hissələri və bir çox istehlak malları 
məhsulu istehsalı sahəsində nüfuzlu beynəlxalq məhsul 
istehsalçısına çevrilmiş bir neçə ölkədir. Bu yeni şərait qlobal ticarət 
mühitini və bu mühitdə Birləşmiş Ştatlarin yüksək mövqeyini 
dəyişdi. 
Başqa ölkələr daha uğurlu olduqca, Birləşmiş Ştatlarin ticarətə 
təmənnasız bol yardimi dağılmağa başladı. Birləşmiş Ştatlarin 
ixracat sənayesi fəhlələri narahat olurdular ki, başqa ölkələr düzgün 
olmayan yollarla üçüncü dünya ölkələrində xarici sənayeni 
planlaşdırma vasitəsilə bazarları fəth edirlər. Bu isə xarici ölkələrə 
imkan verir ki, onlar polad sənayesi kimi gəlirli sənaye sahələrini 
seçsin və xarici ticarət sahəsində ixracatın idxalat üzərində 
üstünlüyünə təkan versin. 
Bu müddət ərzində bir sıra Birləşmiş Ştatlar çoxsahəli şirkətləri 
öz məhsul istehsalını okeanin o tayına hərəkət etdirməyə başladılar. 
Texnoloji tərəqqi bu hərəkəti daha artıq reallaşdırdı və yerin 
dəyişməsi bir çox hallarda şirkətlərə daha aşağı ödənilən əmək 
haqqından məhsulun dəyərini aşağı salmaq üçün daha az 
tənzimləmə və ya başqa şəraitdən istifadə etməyə imkan tapmaq 
üçün edilir. Əvvəllər Birləşmiş Ştatlar ixrac etdiyi malların çoxu 
indi okeanın o tayında istehsal olunmağa başladı. 
Bununla belə. Birləşmiş Ştatlar ticarət balansına ən çox zərər 
verən hadisə - idxal olunan malların ixrac edilən mallara nisbəti - 
dolların xarici mübadilə dəyərinin gözlənilmədən artması idi. 
1980-ci və 1985-ci illər arasında dolların dəyəri Birləşmiş Ştatlarin 
əsas ticarət partnyorlan dönər pulu ilə nisbətdə 40 faizə qədər yuxarı 
qalxdı. Bu ona oxşayırdı ki, qiymətlər sanki Birləşmiş Ştatların 
ixracatı əsasında müəyyənləşdirilir, dotasiya isə xarici idxalata 
verilir. 
1972-ci ildə idxalat Birləşmiş Ştatlar ixracatından 5,7 milyard 
dollar artıq oldu, 1985-ci ildə idxalatın ixracat üzərində dəyəri 100 
milyard dollardan da çox oldu və ticarət alış-verişi defısiti 1987-ci 
ildə 152 milyard dollara qədər yüksəldi. Buna baxmayaraq, dolların 
dəyərinin aşağı düşməsi hiss edilən kimi, ticarət 
194 


AMERIKA 
İQTİSADİYYATININ
 
OSAS
 
COHOTLORİ
 
defısiti də aşağı düşməyə başladı; 1990-cı üdə o, 101 milyard dollara 
qədər azaldı. Bəs dolların dəyəri niyə yüksək qiymətləndirilirdi? Buna 
cavabı 1981-1982-ci illərdə qlobal tələbatın aşağı düşməsindən sonra 
Birləşmiş Ştatlann dirçəlməsində və nəhəng Birləşmiş Ştatlar federal 
büdcəsinin defısitində tapmaq olar. Bunlar hər ikisi xarici kapitala 
ehtiyac üçün birgə hərəkət edirdilər. Tələbatın aşağı düşməsindən 
Birləşmiş Ştatların dirçəlişi 
1982-
 
ci ilin sonlarında başladı ki, bu da başqa ölkələrdə olduğundan 
nisbətən tez idi. Dirçəlişlə bərabər Birləşmiş Ştatlarda, idxal olunanlar 
da daxil edilməklə, mallara olan tələbat da artdı. 
1983-
 
cü ildən 1984-cü ilə qədər Birləşmiş Ştatlar idxal etdiyi mallar 
24 faiz artdı. Birləşmiş Ştatlar mallarına isə xarici tələbat eyni 
səviyyədə artmadı, çünki başqa ölkələrdə dirçəliş hələ başlanmamışdı. 
Birləşmiş Ştatlarda dirçəliş eyni zamanda daxili investisiya üçün 
fondlara tələbatı artırdı. Lakin Birləşmiş Ştatlarda qənaət edilmiş 
pullar kifayət dərəcədə böyük deyildi ki, federal büdcə defısiti ən 
yüksək səviyyəyə qalxdığı dövrdə investisiyaya olan tələbatin 
genişlənməsinə təkan versin. Böyük büdcə defısitinin və inflyasiyanın 
qarşısım almaq üçün müdafiə olunan qıt pul siyasətinin birləşməsi 
Birləşmiş Ştatların gəlir faizi normalarını başqa sənayeləşdirilmiş 
ölkələrin normalarına nisbətən yüksəkdə saxladı. Yüksək gəlir faizi 
norması xaricilərin kapitallarını Birləşmiş Ştatlarda investisiya 
etməyə şirnikləndirdi. Beləliklə, xaricdən dollara olan tələb dolların 
dəyərini qaldırdı. 
Dəyişməyən dollar qısa müddət ərzində Birləşmiş Ştatlar 
iqtisadiyyatına əhəmiyyətli mənfəət verdi. İdxal edilən malları 
ucuzlaşdirmaqla, o, inflyasiyanın qarşısını aldı, bununla birlikdə 
Birləşmiş Ştatlara imkan verdi ki, həm nəhəng büdcə defısitini, həm 
də özəl investisiyanın artımım maliyyələşdirsin. Lakin Birləşmiş 
Ştatların ixracatının nisbi qiymətini artırmaqla səbatlı dollar Birləşmiş 
Ştatların nəhəng ticarət defısitini yaratdı. 
Dolların qiymətinin qalxması Birləşmiş Ştatlar ticarət defısitinin 
yeganə səbəbi deyildi, lakin siyasətçilərin və iqtisadiyyatçılarm əksəri 
defısitin 50 faizinə qədərini dollar qiymətinin qalxması ilə 
bağlayırdılar. Qərar çıxaranlar razılığa gəlmişdilər ki, əgər federal 
defısit və, beləliklə, beynəlxalq borcalma ehtiyacı azaldılsa, ticarət 
defısiti ancaq əhəmiyyətli dərəcədə aşağı düşər. 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə