AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
İnkişaf etmiş ölkələrin tamhüquqlu ticarət partnyorlarma
çevriləcəklər və ticarət yoiu ilə bu məhsullarım başqa mallarla
əvəz edəcəklər.
Dünya Bankı yardımından əlavə, Birləşmiş Ştatların irimiqyaslı
inkişaf yardımı ilə məşğul olması Birləşmiş Ştatların II Dünya
Müharibəsi qurtardıqdan sonra Avropa iqtisadiyyatının dirçəlişi
naminə kömək etmək qərarı ilə izlənilə bilər. Ciddi iqtisadi
problemləri olan dövlətlərə yardım yavaş-yavaş inkişaf etdiyinə
baxmayaraq, Avropanın müharibədən sonrakı dirçəlişi yolunda
katalizator rolu oynayan Marşal Planı 1948-ci ilin aprelində qəbul
edildikdən sonra Amerika xalqı böyük nailiyyət ruhu keçirdi.
Prezident Harri S. Trumen bu nailiyyətə əsaslanaraq, inkişaf etməkdə
olan dövlətlərin Qərb demokratik xətti ilə irəliləməsi üçün onlara
yardım etmək qərarına gəldi. Başqaları, bu yardımı sırf humanitar
səbəblər üzündən olduğu üçün, müdafiə etdilər. Bə’zi xarici siyasət
mütəxəssislərini müharibədən ciddi zərər çəkmiş və inkişaf etməmiş
ölkələrdə «dollar qıtbğı» narahat edirdi və bu mütəxəssislər
inanırdılar ki, dövlətlər gücləndikcə, onlar da beynəlxalq
iqtisadiyyatda təmənnasız iştirak etmək arzusunda olacaqlar və buna
imkan da tapacaqlar. Prezident Trumen 1949-cu ildə prezident
seçilməsi münasibətilə öz təntənəli nitqində bu proqramın əsas
cəhətlərini şərh etdi və bunu Amerika xarici siyasətinin əsas hissəsi
eTan edərkən, xalqı sanki lərzəyə saldı.
Proqram 1961-ci ildə yenidən hazırlandı və sonra onun idarə
olunması Beynəlxalq İnkişaf üçün Birləşmiş Ştatlar Agentliyinə
tapşırıldı. 1980-ci illərdə Beynəlxalq inkişaf üçün Birləşmiş Ştatlar
Agentliyi nəhəng bəndlər, iri ticarət yolları sistemi və əsas sənaye
tikintisi kimi böyük inkişaf planlarını həyata keçirməklə məşğul olur.
İnkişaf etdikcə. Beynəlxalq İnkişaf üçün Birləşmiş Ştatlar Agentliyi
yemək və ərzağa, əhalinin sayım planlaşdırmaya və səhiyyəyə, təhsil
və humanitar ehtiyata, xüsusi iqtisadi inkişaf problemlərinə, aclıq və
fəlakətin qarşısını almaq üçün yardıma və Sülh Naminə Ərzaq
çağırışına daha ciddi fikir verdi. Bu sonuncu çağırış proqramı ildə 1
milyard dollarlıq ərzaq və başqa istehlak mallarını müvafiq müddətə
kreditə satır və ən kasıb dövlətlərə tam pulsuz kömək edir.
199
X HİSSƏ: XARİCİ TİCARƏT VƏ QLOBAL İQTİSADİ SİYASƏT
QLOBAL
TT Dünya Müharibəsi İllərindən bəri Birləşmiş Ştatlar
VƏ
başqa
İQTİSADİYYAT
J. J.
dövlətlərin qlobal iqtisadi qarşılıqlı asılılığı həndəsi üsulla
artmışdır. Bu özünü ehtiyatlardan istifadədə, istehsaletmə haqqında qərarlarda, xam
material mal ticarətində və istehlakçı tələbində göstərmişdir. Bu, Beynəlxalq Pul
Fondu, Dünya Bankı, Tariflər və Ticarət haqqında Ümumi Müqavilə kimi beynəlxalq
iqtisadi əlaqələrdə qayda yaratmaq cəhdlərində də görünə bilər.
Bu, 1970-ci illərdə iki dəfə baş vermiş neft qiyməti şokları kimi
yeganə dramatik hadisələrin geniş vüs’ət almış tə’sirləri yolu ilə
də nümayiş etdirilmişdir.
Artmaqda olan qarşılıqlı asılılığın başqa bir əlaməti də xarici
investisiyanın yüksəlişidir. 1989-cu ildə Birləşmiş Ştatlarin bilavasitə
investisiyası xarici ölkələrdə 1982-ci ildəki tarixi dəyər baxımından
207,8 milyard dollardan 373,4 milyard dollara qalxdı. Birləşmiş
Ştatlarda isə xarici bilavasitə investisiya hətta daha sür’ətlə artdı: eyni
dəyər ölçüsü ilə 1982-ci ildəki 124,7 milyard dollardan 1989-cu ildə
400,8 milyard dollara qədər artdi. Xarici investisiya vasitəsilə
Birləşmiş Ştatlar sənayesi başqa ölkələrdə sənayenin inkişafına -
Çilidə, bu ölkə üçün xarici mübadilədə əsas mənbə olan mis e’malı
sənayesinin inkişafına - kömək etdi. Eyni zamanda Birləşmiş Ştatlar
əsasını qoyduğu bir çox şirkətlər yerli zavodların istehsal etdikləri
mallan xarici bazarlarda satmağa yollar axtarırdılar. Məsələn, Ford
Motor Kompaniyası və General Motors Korporasiyası Britaniyada ən
böyük avtomobil istehsalçılarındandır.
Xarici investisiyanın üçdə birinə qədəri Birləşmiş Ştatlarda
sənaye istehsalındadır. Ohayoda Flonda, İllinoysda Mitsubişi və
Tenessidə Nissan kimi xarici müəssisələr diqqəti xüsusi cəlb
etmişlər. Qismən, bu müəssisələr daha geniş istiqamət təmsil edir. Bu
istiqamətdə uğurlu firmalar. Birləşmiş Ştatlarda müvafiq mallar
istehsal edən firmalar kimi, başqa ölkələrdə zavodlar tikirlər ki,
onlann məhsuluna yüksək ehtiyacı olan yerli bazarlara xidmət
etsinlər.
Xarici investisiyanın yüksəlişi dövlətlərin beynəlxalq iqtisadi
əlaqələri ilə bağlı yeni suallar ortaya qoymuşdur. Firmalar hansı növ
işlər aparırlar ki, bu işlərin apaniması milli təhlükəsizlik üçün
0
qədər
qorxuludur ki, onun aparılmasından ötrü xancı investisiyaya icazə
verilməsinə dəyməz? Əgər hər hansı bir dövlət həmin dövlətin
iqtisadiyyatında Birləşmiş Ştatlar investisiyasını
200
AMERİKA İQTİSADİYYATININ OSAS COHOTLORİ
məhdud edirsə, onda Birləşmiş Ştatlarda investisiya nə olsun?
Birləşmiş Ştatlar təklif etdi ki, xarici investisiyanı idarə etmək üçün
Uruqvay Dövrəsi ticarət danışıqları zamanı bir neçə qayda inkişaf
etdirilsin.
20-ci əsrin anlaşılmaz illərində qlobal ticarət rejiminin
götürəcəyi istiqamət 1990-cı illərdə olduğu kimi qaranlıq qaldı.
Uruqvay Dövrəsinin planlarını tamamlamaq üçün ümumi planlara
baxılmadı. Bu, əsasən, kənd təsərrüfatı dotasiyaları ilə bağlı razılığa
gələ bilməmək üzündən baş verdi; lakin 1991-ci ildə aparıcı
sənayeləşdirilmiş dövlətlər qərara gəldilər ki, danışıqları uğurla başa
vursunlar. Azad ticarətə əsaslanan siyasətə qarşı çıxan Amerika
«ticarət revizionistləri» inandırıcı şəkildə mübahisəyə girişdilər ki,
davam etməkdə olan iri Birləşmiş Ştatlar ticarət defısitləri (xüsusən
Yaponiya ilə) o demək olacaq ki, Birləşmiş Ştatlar ticarətə
«qanun-qaydalara əsaslanan yaxinlaşmadan» və «nəticələrə
yönəldilən» yaxınlaşmadan kənar ediləcəkdir. Onlar bir addım kimi
Konqresin 1988-ci ildə qəbul etdiyi Omnibus Ticarəti və Rəqabət
Aktına əsaslanırdılar. Bu qanunda bir sıra qarşılıqlı tə’minat və başqa
tədbirlər nəzərdə tutulurdu ki, bağlı xarici bazarları Birləşmiş Ştatlar
ixracatının üzünə açsın. Bə’ziləri mübahisə edirdilər ki. Tariflər və
Ticarət haqqında Ümumi Müqavilə xarici maneələri azaltmaq üçün
bir vasitə kimi artıq yaramır.
Buna baxmayaraq, Buş administrasiyasında çalışan Birləşmiş
Ştatlar siyasi xadimləri razılaşırdılar ki, Uruqvay Dövrəsi ticarət
danışıqlarının qurtarmasının icrası elə birinci dərəcəli vacib sahə
olaraq qalır ki, onunla Meksika ilə ikitərəfli azad ticarət
müqaviləsinə və zaman keçdikcə. Qərb yarım kürəsi üçün azad
ticarət sisteminə nail olmaq olar.
201
Dostları ilə paylaş: |