79
Cəmil Quliyev 1911-ci ildə çapdan çıxmış “Russkaya en-
siklopediya”nın 1-ci cildinə yazılmış məqalənin məzmunu-
nu nəzərə çatdırmaqla “Azərbaycan” sözünün sənədlərdə
olduğunu bildirirdi: “Azərbaycan tatarları (azərbaycanlılar)
və Zaqafqaziya tatarları. Sonra yazır ki, bunların 600 neçə mini
Yelizavetopol quberniyasındadır, 500 neçə min Bakı quberniya-
sındadır və 400 neçə mini Yerevan quberniyasındadır, 180 minə
qədəri Tbilisdədir. Sonra yazır ki, Azərbaycan dili necə yayılmış-
dır”.
Cəmil Quliyev Azərbaycan ideologiyası, Azərbaycan
milli ideologiyası və bu ideologiyanın millətin yarandığı
gündən yarandığını, millətin inkişafı ilə bağlı olaraq in-
kişaf etdiyini, millətlə ideologiyanın vəhdətdə olduğunu,
bütün bu məsələlərin gələcəkdə də əhəmiyyətini çox vacib
sayırdı. Bir neçə məqamı xüsusilə xatırladırdı: “... Gəlin ya-
zaq “Azərbaycan türkcəsi”. Nə verir bizə? Gəlin bu suala cavab
tapaq. Bu “Azərbaycan türkcəsi” bugünkü Azərbaycan dövlət-
çiliyinə, Azərbaycan millətinə onun gələcəyi nöqteyi-nəzərindən
nə verir?”
Cəmil Quliyev “Azərbaycan dili” ifadəsinin milli ideo-
logiya baxımından önəm daşıdığını da nəzərdən qaçırmır,
azərbaycançılıq ideologiyasının dərin məsələ olduğunu
unutmurdu. O deyirdi: “... Əgər tutalım, mən yazıram “Azər-
baycan türkcəsi”, sabah yazmalıyam “Azərbaycan türkcəsi ideo-
logiyası”. Bu, dərin məsələdir. Milli ideologiya Azərbaycan ideo-
logiyasıdır”.
Elmlər Akademiyasının Tarix İnstitunun direktoru,
EA-nın müxbir üzvü İqrar Əliyev konstitusiyada “türk”
yox, “Azərbaycan dili” ifadəsinin yazılmasını bir neçə cəhət-
dən əsaslandırırdı. Birincisi, “Biz “türk” deyəndə türk xalq-
larını düşünürük, ya müasir osmanlı türkcəsini düşünürük.
Orasını da demək lazımdır ki, bəziləri deyirlər: “Biz niyə
80
müəyyən dövrdə qəbul elədiyimiz “türk” adını ataq üstümüz-
dən?” Məgər osmanlılar 5-6 əsr işlətdikləri osmanlı məfhumu-
nu atmadılarmı üstlərindən? Müəyyən siyasi məqsədləri güdüb
inqilabdan sonra türklər özlərini “türk” adlandırmadılarmı?”
İkincisi, “Bizim bu saat o siyasi oyunlara baş qoşmağa nə həvəsi-
miz, nə imkanımız var. Ona görə də mən hesab eləyirəm ki, Azər-
baycan Respublikasının dövlət dili Azərbaycan dili olmalıdır, nə
Azərbaycan türkcəsi, nə də Azərbaycan türk dili olmalıdır”.
Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filo-
logiya elmləri doktoru Həsən Quliyev bir neçə istiqamətdə
məsələlərə aydınlıq gətirirdi. Birincisi, “Ümumiyyətlə, türk-
lər XIV əsrə qədər bir-birinə yaxın, bir-birini başa düşən dildə
danışmışlar, lakin XIV əsrdən sonra bu dillər arasında diferen-
sasiya, yəni fərqlənmə, müstəqilləşmə prosesi başlayıb”. İkinci-
si, “Millətin əmələ gəlməsindən sonra müstəqil dillər yaranıb.
Keçmiş SSRİ ərazisində 23 türk xalqı var, hər bir türk xalqının
özünün müstəqil dili var və heç kim indi öz ana dilinin adının
dəyişdirilməsi haqqında fikirləşmir və bu işi də ortalığa atmır”.
Üçüncüsü, “Dilimiz müstəqil türk dillərindən biridir... Bizim
dil, ana dilimiz, Azərbaycan dili müstəqil bir dil kimi türk di-
lindən istər fonetikasına görə, istər orfoqrafiyasına görə, istərsə
də qrammatik quruluşuna görə fərqlənir”. Dördüncüsü, “... bu
gün biz desək ki, ana dilimiz türk dilidir, bu, həm elmi dolaşıqlığa,
həm də ümumiyyətlə səhv bir nəticəyə gətirib çıxarır. “Türk de-
dikdə”, ümumiyyətlə bu, osmanlı türklərinin, Türkiyə dövlətinin
adıdır və ikinci mənada isə “türk” dedikdə bütün türk xalqlarının
ümumi adı nəzərdə tutulur. Biz əgər bu sistemi əsas tutsaq, həm
elmi səhvə yol verə bilərik, həm də öz xalqımızın dilinin adını
təhrif etmiş olarıq”.
Beləliklə, Həsən Quiyev bu fikirlərini ümumiləşdirərək de-
yirdi: “... Konstitusiyada yazılsın ki, dilimizin adı, Azərbaycan
xalqının dövlət dili Azərbaycan dilidir, dövlətimizin adı Azər-
81
baycan Respublikasıdır, xalqımızın adı Azərbaycan xalqıdır”.
Milli Məclisin üzvü, yeni konstitusiya layihəsini hazır-
layan komissiyanın üzvü Hüseynağa Qəniyev konstitusi-
yada dövlət dilinin adının necə olması barədə öz fikirlərini
söyləyərkən məsələyə tarixilik baxımıdan yanaşmaqla öz
mövqeyini dəqiq bir formada təqdim edirdi: “Əlbəttə, mən
onunla razıyam ki, tarixilik baxımından müasir Azərbaycan dili
türk dilidir. Lakin tarixin inkişafı baxımından bugünkü müasir
Azərbaycan dili elə Azərbaycan dilidir ki, var. Bütün dillər belə-
dir. Tarixi inkişaf prosesində dillər ailələrdən qruplara, qruplardan
isə dillərə şaxələnir”. O, məsələyə məntiqi və elmi cəhətdən
düzgün yanaşırdı. Düzgün yanaşmadır ki, tarixi baxımdan
dil ailələri dil qruplarına və yarımqruplarına, onlar isə öz
növbəsində dillərə ayrılmışdır.
Hüseynağa Qəniyev dil ailələrinə, ondan ayrılan dil
qruplarına, dil qruplarından ayrılan dillərə tarixi prosesin
nəticəsi kimi yanaşmış, aydın bir məntiqlə izah vermişdir:
“Altay dil ailəsindən qruplar ayrılıb, onun da dili türk dilidir
və türk qrupu da Azərbaycan, tatar, qazax və sair sərbəst dillərə
bölünüb. Altay dil ailəsi elə bil ki, babadır, türk dil qrupu atadır.
Azərbaycan dili isə oğludur. İndi oğulun özünü ata elan etməsi,
mən hesab eləyirəm ki, heç də düzgün deyil. Çünki tarixi proses
gedib, tarix öz sözünü deyib və Azərbaycan deyilən bir dil, Azər-
baycan deyilən bir dövlət, Azərbaycan deyilən bir xalq formala-
şıb”.
Hüseynağa Qəniyev məsələnin tam mahiyyətini çox
aydın şəkildə izah etmək üçün tarixi inkişafı elmlə, həyatla
və cəmiyyətlə bağlayırdı. Hətta elmdə və sənətdə baş ver-
miş parçalanmanı, diferensiallaşmanı inandırıcı, əsaslı bir
izahatla aydınlaşdırırdı. O, diferensiallaşmanın təkcə dil-
lərdə deyil, eyni zamanda elmdə də getdiyini nəzərə alaraq
deyirdi: “Bu (diferensiallaşma - B.X.), təkcə dillərə aid deyil,
Dostları ilə paylaş: |