89
biri bizim milliliyimizi, müstəqilliyimizi müəyyən hədd daxilində
də olsa təmin etmək üçün dövlət dilinin olması idi. O vaxt buna
nail olduq və siz də çox sağ olun ki, kömək elədiniz”. Heydər
Əliyev “ O vaxt buna nail olduq və siz də çox sağ olun ki, kömək
elədiniz” deyəndə 1978-ci il konstitusiyasında dövlət dilinin
“Azərbaycan dili” olması ifadəsinin yazılmasını nəzərdə tu-
turdu. Eyni zamanda onu da xatırladırdı ki, o vaxt konsti-
tusiyada dövlət dilinin “Azərbaycan dili” olması ifadəsinin
yazılmasına mane olunurdu. Elə bu maneənin nəticəsi idi
ki, 15 müttəfiq respublikadan ancaq 3 respublikanın (Azər-
baycan, Gürcüstan, Ermənistan) konstitusiyasında dövlət
dili yazılmışdı. Baxmayaraq ki, Ukraynanın, Belorusun,
Qazaxıstanın, Özbəkistanın ərazisi, əhalisi, iqtisadi imkan-
ları bizimlə müqayisədə çox böyük olmuşdur. Həmin res-
publikalara rəhbərlik edən şəxslərin o vaxt nüfuzu da az
olmamışdır. Ancaq onlar öz konstitusiyalarında dövlət dili-
nin adını yazmamışlar, ya da ki bunu yazmağa cürət etmə-
mişlər. Bu mənada Heydər Əliyev deyirdi: “Bəli, o vaxtlar,
məsələn, rəhbərliyin qarşısında Şerbitskinin bir sözü iki olmurdu.
Amma bunu yazmadı (dövlət dilini- B.X.) . Özü yazmaq istəmə-
di, ya yaza bilmədi. Yaxud da ki, Kunayevin bir sözü iki olmurdu.
Birinci, Qazaxıstan böyük respublika idi, ikinci o, çoxdan işləyən
bir adam idi, hörməti var idi, üçüncü də Brejnev ilə onun şəxsi
dostluğu var idi. Qazaxıstanda bir yerdə işləmişdilər. Ona görə
də Siyasi Büroda onun bir sözü iki olmurdu. Rəşidov da həmçi-
nin. Amma bunların heç biri cürət eləmədi götürsün yazsın ki,
Qazaxıstanın dövlət dili qazax dilidir, yaxud Ukraynanın dövlət
dili Ukrayna dilidir, yaxud da ki, Özbəkistanınkı özbək dilidir”.
90
Heydər Əliyev 1978-ci il konstitusiyasında “Azərbaycan
dili” ifadəsinin yazılmasında şəxsən onun ziyalılara, xalqın
özünə o vaxt ehtiyacı olduğunu gizlətmirdi. Bu, Heydər
Əliyev şəxsiyyətindəki səmimiyyətin göstəricilərindən
biri idi. 1978-ci il konstitusiyasında “Azərbaycan dili” ifadə-
sinin yazılması üçün Heydər Əliyev istəyirdi ki, Moskva
anlasın ki, bu istək təkcə rəhbərin (Heydər Əliyevin) istə-
yi deyil, bunu xalq istəyir. Ona görə də mərkəz (Moskva)
buna mane olmasın deyə Azərbaycanın bütün rayonların-
dan Moskvaya teleqramlar göndərilmiş, Yazıçılar İttifaqın-
da müzakirələr aparılmışdır. Məhz konstitusiyada dövlət
dilinin “Azərbaycan dili” yazılması üçün Heydər Əliyevə
kömək məqsədilə Moskvaya teleqramların göndərilməsi
də, Yazıçılar İttifaqında müzakirələrin aparılması da lazım-
lı bir iş olmuşdur. Bu işə mane olanlara qarşı həqiqətin nə-
dən ibarət olduğunu göstərmək üçün Heydər Əliyevin te-
leqramlara da, müzakirələrə də ehtiyacı olmuşdur. Heydər
Əliyev həqiqətin bu məqamı ilə bağlı deyirdi: “Biz yazdıq.
Onda, əlbəttə ki, mənim sizə ehtiyacım var idi, mən istəyirdim ki,
bir tək mənim səsim olmasın, xalqın səsi olsun, ziyalıların səsi
olsun. Çünki, mən çox böyük müqavimətlərə rast gəlirdim”.
“Azərbaycan dili” ifadəsinin “türk dili” kimi yazılması
bir məsələdə dolaşıqlıq yarada bilərdi ki, bunu da müza-
kirə zamanı səsləndirən ziyalılarımız olmuşdu. Belə ki, hər
bir dilin arxasında o dilə aid olan, o dildə yazılan ədəbiyyat
da vardır. Əgər dilimizin adı “Azərbaycan dili” deyil “türk
dili” yazılardısa, onda ədəbiyyatımızın adı necə olmalı idi?!
Türk dili ifadəsinin arxasında bu dildə yazılmış ədəbiyya-
91
tın adı gəlir. Onda həmin ədəbiyyat türk ədəbiyyatı olmalı
idi. Beləliklə, böyük bir dolaşıqlıq yaranırdı. Məsələnin bu
cəhətinə Elçin Əfəndiyev həssaslıqla yanaşırdı: “...Fikirlə-
şirəm ki, əgər mən, tutalım, Azərbaycan dilini yalnız “türk dili”
adlandırıramsa, onda Azərbaycan ədəbiyyatına nə deməliyəm?
Çünki, Azərbaycan ədəbiyyatı, aydın məsələdir ki, dillə bağlı bir
şeydir, dilin üzərində qurulmuş bir şeydir. Əgər mən Azərbaycan
dilinə yalnız “türk dili” deyirəmsə, onda Azərbaycan ədəbiyya-
tına nə deməliyəm? Onda “türk ədəbiyyatı” deməliyəm. Və bu
zaman çox böyük qarışıqlıq əmələ gəlir...”
Elçin Əfəndiyevin fikrincə, təkcə “türk dili”, təkcə
“Azərbaycan dili” yazmaq düzgün deyildir. O, hər iki ifadəni
“türk” və “Azərbaycan” sözlərinə haqq qazandıraraq belə bir
təklif irəli sürürdü ki, “Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan (türk) dilidir”. Burada o, “Azərbaycan” və “türk”
sözlərinin mənəvi haqqını nəzərə alırdı. Məsələn, “Azərbay-
can dili” ifadəsi barədə deyirdi: “Azərbaycan dilindən nə qə-
dər əsər tərcümə olunub (o cümlədən Azərbaycan dilinə də dünya
ədəbiyyatı tərcümə olunub – B.X.), çap olunub, bunların hamı-
sında yazılıb ki, Azərbaycan dilindən tərcümədir. Yenə də təkrar
eləyirəm dediyim sözü ki, bu “Azərbaycan dili” ifadəsi son 60
ildə Azərbaycan xalqının nəinki mənşəyinə daxil olub, bu, Azər-
baycan xalqının özünü ifadəsinə, bir hissəsinə çevrilib”. “Türk”
sözünün yazılması isə Elçin Əfəndiyevə görə, onu göstərir
ki, “bu, türk dilidir”. Yəni “Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan (türk) dilidir”, deyəndə mötərizədəki, “türk”
sözü Azərbaycan dilində nəyi nəzərdə tutduğumuzu aydın
edir. “... Yəni mötərizədə deyirik ki, bu, türk dilidir”.
Dostları ilə paylaş: |