85
barədə hər bir kəsin düşüncəsini ortalığa qoymaqla yana-
şı, həqiqətin üzə çıxmasına nail olurdu. Heydər Əliyevin
məntiqi qarşısında məsələnin həqiqətə uyğun həll olunma-
sını təbii, düzgün hesab edənlər bilirdilər ki, o məsələyə
çox ciddi, məsuliyyətlə və həssas yanaşır. Odur ki, Sabir
Rüstəmxanlı deyirdi: “Mən bugünkü müzakirəni sizin gördü-
yünüz işlərin davamı hesab eləyirəm. Elə hesab edirəm ki, bu gün
siz bu məsələyə məhz ona görə bu cür ciddi vaxt ayırırsınız ki,
siz başqalarından, bir sıra alimlərimizdən fərqli olaraq, bunun nə
qədər ciddi məsələ olduğunu hiss eləyirsiniz və sizin çıxışınızda
da mən bunu hiss elədim, hamımız hiss elədik... Burada yenə söz,
mənə elə gəlir ki, son söz ölkə başçısınındır, ağsaqqalındır və ona
görə ki, onun çıxışından biz hiss elədik ki, o, bu məsələnin bütün
ciddiyyətini çox yaxşı başa düşür”.
Heydər Əliyev həll olunan məsələlərin təkcə elmi- mən-
tiqi cəhətlərini deyil, həm də siyasi, ideoloji məqamlarını
diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin konstitu-
siyada dövlət dili kimi olmasında da o hərtərəfli təhlil apar-
maqla bütün fikir və mülahizələrin fövqündə dayanırdı.
86
Bunlar tarixi həqiqətdir
A
zərbaycan Respublikasının yeni
konstitusiya layihəsi (1995-ci ildə)
mətbuatda çap olunmuş və xalqın müza-
kirəsinə verilmişdir. Layihə mətbuatda çap
olunandan sonra dövlət dilinin adının necə
adlanması barədə təkliflər olmuşdur. 18
adam dövlət dilinin “türk dili” olmasını tək-
lif etmişdir.
Səsvermə hüququna malik olan 4 milyon əhalidən 18
nəfərin dövlət dilini “türk dili” kimi təklif etməsi onu göstə-
rir ki, heç bununla müqayisəyə uyğun gəlməyən böyük
əksəriyyət “Azərbaycan dili” ifadəsinin tərəfdarı olmuşdur.
Ancaq buna baxmayaraq, yenə də Heydər Əliyev səbrlə
bu məsələnin müzakirəsini aparırdı. O, müzakirə zamanı
deyirdi: “... Layihə mətbuatda veriləndən sonra 18 adam təklif
87
eləyibdir ki, “türk dili” olsun. Qalan heç bir kəs təklif eləməyib-
dir. Yəni səsvermə hüququna malik olan 4 milyon əhalimiz var.
4 milyondan 18 adam təklif eləyibdir. Demək, əgər mən bu işə
formal, mexaniki yanaşsaydım, mən deyərdim 18 adam nədir ki,
əksəriyyət Azərbaycan dilinin tərəfdarıdır. Amma görürsünüz
ki, nə qədər dözümlə, nə qədər səbrlə bunu müzakirə eləyirik”.
Heydər Əliyev 1950-ci illərdə, konkret olaraq 1956-cı ildə
dövlət dilinin “Azərbaycan dili” olması barədə qərar qəbul
edildikdən sonra respublikamızın başına gələn oyunları
da xatırladırdı. Belə ki, bu oyunda iştirak edən tərəflərin
şəxsi mənafeyi ona gətirib çıxardı ki, guya Azərbaycanda
millətçilik var. Yəni konstitusiyaya “Azərbaycan dili” ifadə-
sinin yazılmasını o vaxt millətçilik kimi Moskvaya çatdır-
dılar. Heydər Əliyev tarixi həqiqətlər barədə belə deyirdi:
“... Məlumatlar yazdılar Moskvaya ki, burada millətçilik, filan
var, peşməkan var. 1959-cu ildə Siyasi Büronun böyük qərarı çıx-
dı. Ondan bir il qabaq Sadıq Rəhimovu (Nazirlər Sovetinin sədri-
B.X.) işdən götürdülər. ...1959-cu ildə Siyasi Büronun böyük bir
qərarı çıxdı ki, Azərbaycanda millətçilik var. Vəli Axundov oldu
başçı. ...Vəli Axundov oldu respublikanın rəhbəri”. Heydər Əli-
yev həmin dövrün didişmələr, çəkişmələr dövrü olduğunu
çoxlarının xatirinə salır, o dövrü yaşamayanlara isə tarixi
həqiqətləri anladırdı. Məhz bununla belə, Heydər Əliyev
fikrini davam etdirərək deyirdi: “Ondan sonra nə etdilər?
(Vəli Axundov respublikanın rəhbəri olduqdan sonra – B.X.)
Gəldilər ki, - xatirinizə salmaq istəyirəm, - niyə siz Nərimano-
vu bir belə şişirtmisiniz? Niyə bunu belə etmisiniz? Yəqin ki,
bizim tarixçilərin xatirindədir bunlar. Böyük bir bəlaya düşdük
88
biz. Ondan sonra – həmin o 1959-cu ildən 1969-cu ilə qədər, bi-
zim dövrümüzə qədər yenə də didişmələr dövrü oldu. Ona görə,
mən bunların şahidi olduğuma görə, 1969-cu ildən Azərbaycan-
da camaatı birləşdirməyə, xalqı birləşdirməyə, rəhbərlikdə birlik
yaratmağa, sabitlik yaratmağa çalışdım və buna da nail oldum”.
Heydər Əliyev 1978-ci il konstitusiyasında “Azərbay-
can dili” ifadəsinin yazılmasının asan olmayan bir məsələ
olduğunu, o dövrdə çox böyük çətinliklərlə üzləşildiyini,
respublikaların hüquqlarını məhdudlaşdırmaq istiqamə-
tində proseslərin getdiyini Moskvada şovinistlik əhval ru-
hiyyəsinin yüksəlməsi ilə bağlayır və yaranmış maneələrin
gizli məqamlarını da açıqlayırdı. Məhz tarixi həqiqətin bu
məqamlarını Heydər Əliyev qədər dərindən bilən və təh-
lil edən ola bilməzdi. Görün o, nə qədər mənalı, məzmun-
lu və tarixin çoxlarımıza qaranlıq olan məqamları barədə
izah, təhlil verirdi: “... 1977-ci ildə, 1978-ci ildə konstitusiya
müzakirə olunarkən böyük maneələrə rast gəldik. O vaxtlar artıq
Moskvada şovinistlik əhval-ruhiyyəsi çox yüksəlmişdi. İndi bu
incəlikləri bilmirsiniz, məsələn, 1973-cü ildə partiya biletləri də-
yişiləndə götürdülər partiya biletlərindən respublikalara aid olan
bəzi sözləri çıxardılar. Bu proses gedirdi ki, lazım deyil Azərbay-
can Kommunist Partiyası olsun, ya Ukrayna Kommunist Parti-
yası olsun. Elə bir dənə Sovet İttifaqı Kommunist Partiyası var,
bəsdir. Sonra orada bu proseslər gedirdi, yəni respublikaların
hüquqlarını məhdudlaşdırmaq, ümumiyyətlə bir dövlət etmək,
xalqları birləşdirmək, guya ki, bir vahid Sovet xalqı var, - bu pro-
ses gedirdi. Ona görə 1977-78-ci illərdə çox gərgin mübarizə ge-
dirdi ki, hərə öz konstitusiyasını nə cür edəcəkdir. Və bunlardan
Dostları ilə paylaş: |