96
Ziyalılar yeni konstitusiya layihəsini
müzakirə edirlər
1
A
zərbaycan prezidenti Heydər Əliyev
Respublika Elmlər Akademiyasında
keçirilən yığıncaqda iştirak etmişdir.
Oktyabrın 31-də Respublika Elmlər Akademiyası Rə-
yasət Heyəti binasının iclas salonunda Azərbaycan Res-
publikasının yeni konstitusiya layihəsinin geniş müzakirəsi
keçirilmişdir. Yığıncağa respublikanın dövlət və hökumət
orqanlarının, elm, mədəniyyət, təhsil, yaradıcılıq, ictimai –
siyasi təşkilatlarının, ayrı – ayrı partiyaların, kütləvi infor-
masiya vasitələrinin nümayəndələri toplaşmışdılar.
Yığıncaqda Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyev iştirak edirdi.
Yığıncaq iştirakçıları oktyabrın 28-də Bakı metrosunda
baş vermiş faciə nəticəsində həlak olanların xatirəsini bir
dəqiqəlik sükutla yad etdilər.
_______________
1. Konstitusiya layihəsinin müzakirəsi mətbuatda çap olunmuşdur. Bax:
“Azərbaycan“ qəzeti, 25 iyul 1995-ci il; 27 iyul 1995-ci il; 10 noyabr 1995-ci il;
11 noyabr 1995-ci il.
97
Yığıncağa sədrlik edən respublika Elmlər Akademiya-
sı ədəbiyyat, dil və incəsənət bölməsinin akademik katibi
Bəkir Nəbiyev bildirdi ki, yeni konstitusiya layihəsi alimlə-
rimiz tərəfindən geniş müzakirə olunmuş, əsasən bəyənil-
miş, onu daha da təkmilləşdirmək üçün bir sıra təkliflər irə-
li sürülmüşdür. Natiq qeyd etdi ki, bugünkü yığıncaq yeni
konstitusiya layihəsinin bir maddəsinin – Azərbaycan Res-
publikasının dövlət dili haqqında maddənin müzakirəsinə
həsr olunmuşdur. Alim bu maddənin geniş müzakirəsinin
respublika prezidenti Heydər Əliyevin təşəbbüsü ilə keçi-
rildiyini bildirdi. O, müstəqil Azərbaycan dövləti quruculu-
ğu sahəsində yorulmaz fəaliyyətinə, elmimizə, mədəniyyə-
timizə və dilimizə böyük qayğı göstərdiyinə görə prezident
Heydər Əliyevə ziyalılar adından dərin təşəkkür etdi.
Azərbaycan prezidenti Heydər Əliyev yığıncaqda ge-
niş nitq söylədi (dövlət başçısının nitqi böyük diqqətlə din-
lənildi və alqışlarla qarşılandı).
Sonra müzakirələr başlandı. Respublikamızın tanınmış
alimləri, ziyalıları yeni konstitusiyada dövlət dilimizin necə
adlandırılması barədə öz mülahizələrini söylədilər.
Yığıncağın axırında məlumat verildi ki, buradakı çıxış-
ların hamısının videoyazısı və stenoqramı yeni konstitusi-
ya layihəsini hazırlayan komissiyaya təqdim ediləcək və
müzakirə zamanı nəzərə alınacaqdır.
Yığıncaqda respublika prezidentinin İcra Aparatının
rəhbəri Ramiz Mehdiyev, dövlət müşaviri Hidayət Oru-
cov, baş nazirin müavinləri İzzət Rüstəmov, Elçin Əfəndi-
yev, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə,
Elmlər Akademiyasının prezidenti, akademik Eldar Sala-
yev və digər rəsmi şəxslər iştirak edirdilər.
98
Azərbaycan respublikasının yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın iclası
Oktyabrın 3-də Azərbaycan prezidenti Heydər Əliye-
vin yanında respublikanın yeni konstitusiya layihəsini ha-
zırlayan komissiyanın növbəti iclası olmuşdur.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
iclasda çıxış etmişdir.
Azərbaycan respublikasının prezidenti
Heydər əliyevin çıxışı
- Hörmətli komissiya üzvləri!
Komissiya iclasının hörmətli iştirakçıları!
Bu gün biz Azərbaycan Respublikası Konstitusiyası-
nın hazırlanması ilə əlaqədar təşkil olunmuş komissiyanın
növbəti iclasına toplaşmışıq. Komissiyamız fəaliyyətdədir
və fəaliyyətə başlayandan sonra səmərəli iş görmüşdür.
Komissiyanın birinci iclası iyunun 5-də olmuşdur. O vaxt
biz komissiyanın qarşısında duran vəzifələr haqqında da-
nışdıq. Əsas vəzifə Azərbaycan Respublikasının yeni kons-
titusiyasının və onunla yanaşı olaraq ölkə parlamentinə
seçkilərlə əlaqədar seçki qanununun hazırlanmasıdır.
Azərbaycan parlamentinin səlahiyyətlərinin sona çat-
ması ilə əlaqədar olaraq biz o vaxt ümumi fikrə gəldik ki,
əvvəlcə respublika Milli Məclisinə seçkilər haqqında qa-
nun layihəsinin hazırlanmasına başlamaq lazımdır ki, bu
qanun hazırlansın və seçkilərin vaxtı təyin edilsin, parla-
mentə seçkilər vaxtında keçirilsin. Bu, konstitusiya komis-
siyasının ilk işi oldu. Qanunun konstitusiya komissiyasın-
99
da hazırlanması tamamilə təbii və məqsədə müvafiq bir
haldır. Çünki seçkilər haqqında indi artıq qəbul olunmuş
qanun konstitusiya qanunudur. Şübhəsiz, əgər biz bundan
əvvəl Azərbaycanın yeni konstitusiyasının layihəsini hazır-
layıb qəbul etmiş olsaydıq, onda bu qanun da konstitusiya
əsasında qəbul oluna bilərdi. Ancaq yeni konstitusiya ol-
madığına görə, seçkilər haqqında qanun konstitusiya qa-
nunu olduğuna görə, biz ilk növbədə, seçkilər haqqında
qanun layihəsinin hazırlanması ilə məşğul olduq.
Komissiyanın bir neçə iclası keçirildi. Komissiyanın
işçi qrupu səmərəli işlədi və bütün bunların nəticəsində,
bir neçə dəfə müzakirədən sonra seçki qanununun layihə-
si hazırlanıb Azərbaycanın Milli Məclisinin müzakirəsinə
təqdim edildi. Milli Məclis bu qanun layihəsini müzakirə
edərək qəbul etdi və seçkilərin günü təyin olundu. Azər-
baycan parlamentinə yeni seçkilərin – yəni müstəqil Azər-
baycan Respublikasının demək olar ki, birinci parlamen-
tinə seçkilərin günü təyin olunub: 12 noyabr. Seçkilərə çox
qızğın hazırlıq işləri gedir. Yəni seçkilər prosesi başlayıb və
həyata keçirilir.
Hesab edirəm ki, konstitusiya komissiyamızın ilk uğur-
lu addımlarından biri belə bir qanunun qəbul olunmasıdır.
Bu gün, qanun artıq qəbul ediləndən sonra və beynəlxalq
ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən müəyyən qə-
dər təhlil olunandan və respublikamızın ictimaiyyəti tərə-
findən müzakirə ediləndən sonra tam qətiyyətlə demək
olar ki, biz ilk dəfə demokratik prinsiplərə tam uyğun olan
bir qanun – seçki qanunu qəbul etmişik və onu həyata ke-
çiririk.
Qanun qəbul ediləndən sonra o, geniş təhlil və müza-
Dostları ilə paylaş: |