104
Mən yenə də deyirəm ki, cənab Bill Klintonla bizim bu
danışığımızın əhəmiyyəti böyükdür. Bir daha qeyd etmək
istəyirəm ki, o, respublikada demokratiyanın, iqtisadi isla-
hatların inkişafından məmnun olduğunu bildirdi.
Beləliklə, biz tutduğumuz bu demokratiya yolu ilə ge-
dirik və seçkiləri də tam demokratik əsaslarla aparacağıq,
buna heç kəsin şübhəsi olmasın.
İndi konstitusiya komissiyasının vəzifəsi konstitusi-
yanın layihəsini tezliklə hazırlayıb təqdim etmək və onu
ictimaiyyətin müzakirəsinə verməkdən ibarətdir. Biz ko-
missiyanın keçən iclaslarında bu sahədə fikir mübadiləsi
aparmışıq. Seçki haqqında qanun layihəsini hazırlayıb Mil-
li Məclisə təqdim edən kimi konstitusiya komissiyasının ic-
lasında komissiyanın işçi qrupuna tapşırıq verdik ki, onlar
artıq bütün işlərini konstitusiya layihəsinin hazırlanması-
na səfərbər etsinlər. O vaxtdan indiyə qədər xeyli iş görü-
lüb. İşçi qrupu Prezident Aparatının, Ali Sovetin Aparatı-
nın müəyyən strukturları ilə birlikdə, hesab edirəm ki, bu
sahədə çox səmərəli iş görüb. Konstitusiya komissiyasında
müzakirə etməyimiz üçün əsaslı materiallar hazırlanıbdır.
Güman edirəm ki, biz bu gün gələcək günlərdə işimizin nə
cür, hansı şəkildə qurulması məsələlərini müəyyənləşdir-
məliyik.
Bunu nəzərə almaq lazımdır və biz əvvəldən də belə qə-
rar qəbul etmişik ki, yeni konstitusiya layihəsini ümumxalq
müzakirəsinə verməliyik. Yeni konstitusiyanı ümumxalq səs-
verməsi, referendum yolu ilə qəbul etməliyik. Buna görə də
noyabrın 12-də keçiriləcək seçkilər günü, eyni zamanda refe-
rendum günü elan olunmalıdır. Referendum günündə Azər-
baycan Respublikasının Konstitusiyası qəbul edilməlidir.
105
Vaxt az qalıbdır, ona görə də ən uzağı oktyabr ayının
12-nə qədər – referendum, seçki gününə bir ay qalana qə-
dər biz yeni konstitusiyanın layihəsini ictimaiyyətə təqdim
etməliyik və onu ümumxalq müzakirəsinə verməliyik. Gü-
man edirəm ki, biz bunu edə bilərik. Çünki işçi qrupun-
da, Prezident Aparatında, Ali Sovetin Aparatında indiyə-
dək aparılan işlər və hazırlanan materiallar – mən onlarla
müəyyən qədər tanış olmuşam – onu göstərir ki, biz bu
materiallar əsasında komissiyanın iclaslarında layihəni ha-
zırlayıb sona çatdıra bilərik.
Azərbaycanın yeni konstitusiyası necə olmalıdır?
Keçən iclaslarımızda biz bu barədə danışmışıq. Amma bu
gün, bu məsələyə bilavasitə başladığımız zaman bəzi fikir-
ləri deməyə ehtiyac var. Birinci, onu xatırlatmaq istəyirəm
ki, Azərbaycan Respublikasının konstitusiya tarixi böyük-
dür. Azərbaycan Respublikasının ilk konstitusiyası, demək
olar ki, 1919-cu ildə qəbul edilibdir. Ancaq bu konstitusi-
ya olmayıbdır. Müstəqillik haqqında akt qəbul olunubdur.
1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası döv-
lət müstəqilliyi haqqında akt qəbul edibdir.
Bu akt konstitusiya xarakteri daşıdığına görə biz onu
Azərbaycan dövlətçiliyində konstitusiyanın başlanğıcı
kimi, konstitusiya yaratmaq işinin başlanğıcı kimi qəbul
edə bilərik.
Sonra, bildiyiniz kimi, 1920-ci ildə Azərbaycanda So-
vet Sosialist Respublikası yaranıbdır. Bu respublika 1921-ci
ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O vaxt
hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, kom-
munist hakimiyyəti altında olan respublikalar müstəqil
idilər. Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə
106
qədər davam edibdir. Baxmayaraq ki, 1924-cü ildə, Sovetlər
İttifaqı yaranandan sonra onun konstitusiyası da yaranmış-
dı, amma Azərbaycanda 1921-ci ildə qəbul edilmiş konsti-
tusiya davam edirdi. Ancaq şübhəsiz ki, ona dəyişikliklər,
əlavələr olunmuşdu.
1936-cı ildə Sovetlər İttifaqının yeni konstitusiyası qə-
bul edildikdən sonra – 1937-ci ildə Azərbaycan Sovet Sosi-
alist Respublikasının yeni konstitusiyası qəbul olunub. Bu
konstitusiya 1978-ci ilə qədər yaşayıbdır, 1977-ci ildə Sovet-
lər İttifaqının yeni konstitusiyası qəbul olunub və ondan bir
il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respublikasının
yeni konstitusiyası yaranıbdır.
İndiyə qədər Azərbaycan Respublikası 1978-ci ildə qə-
bul olunmuş konstitusiya ilə yaşayır, işləyir. Doğrudur, bu
müddətdə konstitusiyaya bir çox əlavələr, dəyişikliklər edi-
libdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan döv-
lət müstəqilliyini əldə edəndən sonra – 1991-ci il oktyabrın
18-də Konstitusiya Aktı qəbul edibdir. Doğrudur, o vaxt bu
sahədə müəyyən anlaşılmayan hallar da olubdur. Xatiriniz-
dədir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti
müstəqillik haqqında bəyanat qəbul etdi. Ancaq görünür ki,
Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri müstəqilli-
yi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, vaxtın-
da keçirmək olardı.
Belə bir bəyanat qəbul olunandan sonra xeyli vaxt keçdi
və oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı
qəbul edildi. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı
dağılırdı və bu, göz qabağında idi, ancaq Azərbaycan xalqı-
nın iradəsinə zidd olaraq o zaman Azərbaycan Respubli-
kasının rəhbərliyi müstəqilliyə getmək istəmirdi. Nədənsə,
107
görünür, ümid bəsləyirdi ki, Sovetlər İttifaqı qalacaq, ya-
şayacaqdır. Əgər o vaxtkı prosesləri xatırlasanız, slavyan
dövlətlərinin – Rusiya, Ukrayna və Belorusiyanın imzala-
dıqları ittifaq sazişindən sonra Sovetlər İttifaqı artıq dağıl-
mış kimi idi. Ancaq Sovetlər İttifaqının o vaxtkı prezidenti
Qorbaçov cəhd göstərirdi ki, xalq deputatları qurultayını
toplasın, bu məsələni müzakirə etsin. Bunu edə bilmədi və
nəhayət, bəyanat verdi ki, Sovetlər İttifaqının dağılmasına
o da razıdır.
Güman edirəm, o vaxt Azərbaycan rəhbərliyində bə-
ziləri ümid bəsləyirdilər ki, Sovetlər İttifaqı hələ yaşaya-
caqdır. Çünki 1991-ci ilin martında Azərbaycan rəhbərliyi
bir referendum keçirib qərar qəbul etdi ki, Sovetlər İttifaqı
saxlanılmalıdır. Onlar bu siyasətdən, yəni bu istiqamətdən,
görünür ki, əl çəkə bilmirdilər. Şəxsən mən məhz bununla
izah edə bilərəm ki, avqustun 30-da müstəqillik haqqında
bəyanat qəbul ediləndən sonra yalnız oktyabrın 18-də döv-
lət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
Bu Konstitusiya Aktı da referendumdan keçməli idi. Bu,
təbiidir. Çünki 1991-ci ilin martında Sovetlər İttifaqında re-
ferendum təşkil olunmuşdu. Əgər oktyabrın 18-də Konsti-
tusiya Aktı qəbul olunmuşdusa, bir aydan sonra, noyabrın
18-də referendum keçirilə bilərdi. Çünki bir ay müddətin-
də elan edib referendum keçirmək olar. Ancaq nədənsə,
bu referendumu noyabrın 18-nə də yox, dekabrın 18-nə də
yox, dekabrın 30-na salmışdılar və referendum həmin gün
keçirildi.
Bunları sadəcə olaraq, ona görə xatirinizə salıram ki,
bizim müstəqillik yolunda xalqın iradəsi ilə bu xalqı idarə
edən adamların iradəsi arasında olan böyük məsafəni bir
Dostları ilə paylaş: |