82
bu, eyni zamanda elmə də aiddir. Qədim Yunanıstanda bir
elm var idi - fəlsəfə. Astronomiya ilə də məşğul olurdular,
fizika ilə də, təbabətlə də. Ondan sonra elm inkişaf etdik-
cə parçalandı, bunların hərəsi sərbəst bir sahəyə çevrildi.
Sənətdə də belədir: “Ozan olub, aşıq olub - həm musiqisini ya-
zıb, həm çalıb, həm ifa eləyib. Cəmiyyət inkişaf etdikcə musiqini
yazan bəstəkar yaranıb, sözlərini yazan şairlər yaranıb və belə-
liklə, sənətin sinkretizmi parçalanıb. Bu, cəmiyyətin inkişafıdır”.
“Azərbaycan” ifadəsi dünənimiz, bu günümüz və saba-
hımız üçün çox şey deyir. Bu mənada Hüseynağa Qəniyev
“....Azərbaycan dilini qəbul etmək türk dili qrupunun tarix səh-
nəsində oynadığı böyük rolu, onun nəhəngliyini, onun inkişafı-
nı göstərir. Yalnız böyük xalqlar, yalnız böyük dillər şaxələnib
qruplara və ayrı-ayrı dillərə çevirilir” deyirdi. O, “Azərbaycan”
sözündə həm tarixilik, həm tarixi inkişafın nəticəsi kimi
yaranmış bir reallıq, həm də birlik olduğunu nəzərə alırdı:
“Azərbaycan dili təkcə özünü türk hesab eləyən xalqın dili deyil.
Azərbaycan dili Azərbaycanda yaşayan bütün xalqların dilidir.
Onda bütün xalqların ruhu var, orada bütün xalqların dillərin-
dən sözlər var və bu, artıq Azərbaycan dilinə daxil olub və o, bir
dil kimi formalaşıb”.
Xarici işlər nazirliyi, yeni konstitusiya layihəsini hazır-
layan komissiyanın üzvü Həsən Həsənov dövlət dilinin adı
ilə bağlı nizamnamədə dilin hansı statusdan qəbul olun-
masını aydınlaşdırmağa çalışırdı. Ləhcə statusu, milli dil
statusu anlayışlarına öz mövqeyini bildirməklə türk dillər
qrupuna və qrupun müstəqil üzvü olan müstəqil dillərin
mövcudluğuna məntiqi cəhətdən düzgün yanaşırdı. O de-
yirdi: “Biz dilimizi hansı statusda qiymətləndiririk, türk dilinin
azəri ləhcəsi kimi, yoxsa türk dillər amorf və formalaşmamış bir
üzvü kimi, yoxsa müstəqil, milli düşüncəmizə məxsus, millətimi-
zin müstəqil, özünəməxsus milli dili kimi?” O, bundan başqa
83
bütün türk dillərinin bir kökdən əmələ gəldiyini, sonradan
türk dillərinin müxtəlif qruplara ayrıldığını, daha sonra bu
qruplardan müstəqil dillərin (türk dillərinin) yarandığını
qeyd edirdi və bununla da məsələnin əsas məğzini düz-
gün bir məntiqlə izah edirdi: “Bütün türk dilləri sözsüz ki,
bir andan əmələ gəliblər. Amma X və XI əsrlərdə ilk ciddi bölgü
prosesi getdi və vahid türk dili oğuz, qıpçaq, bulqar, karluq, oyrot
dillərinə bölündü. XIV-XV əsrlərdə bunlardan biri olan oğuz qo-
lundan Azərbaycan dili müstəqil dil kimi ayrılıb-Nəsiminin dili,
Füzulinin dili. XIX əsrin əvvəllərində ziyalılarımız dilimizin
müstəqilliyini elmi nöqteyi-nəzərdən dərk edərək “Azərbaycan
türkcəsi” adlandırıblar. Nəhayət, XX əsrin ortalarında həm dili-
mizin, həm millətimizin inkişafı tam formalaşmış və əsas vermiş-
di ki, millətimizin adı azərbaycanlı, dilimizin adı Azərbaycan dili
kimi qanuniləşsin”. Həsən Həsənov dilimizə və millətimizə
qoşalaşmış adın istər “türk” istərsə də “Azərbaycan türkcəsi”
adının verilməsini bir neçə cəhətdən yanlış və səhv hesab
edirdi. “Birinci, səhv ondan ibarətdir ki, biz türk dil qrupunun
statusunu dəyişib onu vahid bir dil, yəni X-XI əsrlər dövrünə
qaytararıq. İkincisi, səhv isə ondan ibarətdir ki, əgər biz artıq
müstəqilləşmiş dilimizi ləhcə statusuna salırıqsa, yenə də orta
əsrlərə məxsus türk dilləri münasibətinə qaytarırıq”.
Bir məsələ barədə Həsən Həsənovun fikri və mövqe-
yi maraqlı olduğu qədər də, bəzi məqamlara tam aydınlıq
gətirirdi. Belə ki, biz dilimizi Azərbaycan dili adlandırmaq-
la türk köklü olmağımızdan imtina etmirik, ümumiyyət-
lə , bu barədə düşünmək əhəmiyyətsiz görünür. Tarixən
dilimizin adı “türk dili” adlanıbdır və dilimiz inkişaf edib
müstəqilləşdikdən sonra Azərbaycan dili adı ilə formala-
şıb və dünyada tanınıbdır. Bir sözlə, onun mövqeyi reallığa
söykənirdi: “Mən heç də hesab etmirəm ki, biz milliyyətimizi
və dilimizi “azərbaycanlı” adlandıraraq türk varisliyimizdən əl
84
çəkirik. Xeyr və yenə də xeyr. Biz türk kökündə bitmiş və forma-
laşmış Azərbaycan millətiyik. Bizim dilimiz türk kökündə bitmiş
və püxtələşmiş Azərbaycan dilidir. Bəli, keçən əsrlərdə dilimizə
“türk dili” deyiblər, amma tarix inkişaf etdikcə, özümüzə məxsus
mədəniyyətimiz inkişaf edib və tam müstəqilləşib, əyalət ləhcəsi
statusundan çıxıb, müstəqil dövlətin müstəqil Azərbaycan dili
statusuna qalxıb. Dilin və millətin adı kiminsə istəyi ilə yox, ta-
rixi proseslərə əsasən formalaşır. Bizim millətimizin və dilimizin
adı Azərbaycan adı ilə artıq formalaşıb və dünya birliyi tərəfindən
qəbul olunub”.
Dilimizin adının “Azərbaycan dili” olmasının türk kök-
lü olmağımıza, mənşəyimizə xələl gətirməməsi Nəriman
Həsənzadənin mövqeyində də öz izahını tapırdı: “Yəni
“Azərbaycan dili” deməklə biz türkün əleyhinəyikmi? Yəni türk-
lər qabağa düşüb (Türkiyə türkləri nəzərdə tutulur-B.X.) türk
dili elan eləyib...Yəni biz Azərbaycan dilini elan eləməklə, Azər-
baycan dilini konstitusiyada qəbul eləməklə biz türklüyümüzü,
türk mənşəliyimizi, heç birini danmırıq...”
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan
dili olması ilə bağlı baş nazirin müavini, yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın üzvü İzzət Rüstəmov
Azərbaycan dilini türk dillərindən biri kimi səciyyələndirir
və belə deyir: “Bütün türk dillərinin ən gözəl nə xüsusiyyət-
ləri varsa, Azərbaycan dili onu özündə birləşdirib”. O davam
edərək deyirdi: “... ölkəmizin adı Azərbaycandır, Azərbaycan
Respublikasıdır, Azərbaycan xalqıdır və dilimiz də Azərbaycan
dilidir... Amma bu heç də o demək deyil ki, türk kökümüzü unu-
daq...”
Heydər Əliyev dilimizin adı ilə bağlı fikir və müla-
hizə söyləyən hər bir kəsə çox diqqətlə yanaşırdı, onların
hər birinin nitqini axıra qədər dinləyirdi, çalışırdı hər kəs
öz sözünü desin. Bununla da o, müzakirə olunan məsələ
Dostları ilə paylaş: |