Namiq Abbasov, Rəhim Həsənov
~ ~
114
Xəvvas yəni, xüsusi peyğəmbərlərin sayı 313 nəfər,
digər peyğəmbərlərin hamısı ümumi peyğəmbərlərdir.
Xəvvas peyğəmbərlərdə öz növbəsində iki qisimə bölünür.
Xəvvas peyğəmbərlərin beş nəfəri Ulul-əzm, qalan 308
nəfəri mürsəl peyğəmbər adlanır.
Ulul-əzm o peyğəmbərlər vəhy və möcüzələr göstərir,
Allahın göndərdiyi mələk Cəbrail onlara nazil olur və
yaradanın göstərişlərini bu peyğəmbərlərə çatdırır. Bu beş
peyğəmbərin əsas xüsusiyyəti insanların arasına yeni din və
müqəddəs kitab
gətirimək olub
1.
Hz. Nuh (ə) - ləqəbi - Nəciyullah (Allahın nicat ver-
diyi).
2.
Hz. İbrahim (ə) ləqəbi - Xəlilullah (Allahın dostu).
3.
Hz. Musa (ə) ləqəbi - Kəlimüllah (Allah ilə danışan).
4.
Hz. İsa (ə) ləqəbi - Ruhullah (Allahın ruhu).
5.
Hz. Məhəmməd (s.ə.v.) ləqəbi - Həbibullah (Allahın
sevimlisi).
Bu kitablar Ulul-əzm peyğəmbərlərinin gətirdiyi ki-
tablar «Zəbur», «Sühüf», «Tövrat», «İncil» və «Quran»dır.
Mürsəl peyğəmbərlər 308 nəfər olaraq, onlarada vəhy
və ilham olub. Cəbrail nazil olub, möcüzələr göstəriblər,
lakin yeni din gətirməyib, özlərindən qabaq gələn peyğəm-
bərlərin dinini və kitabını təbliğ ediblər.
Ümumi peyğəmbərlərin sayı 123687 nəfərdir, bu pey-
ğəmbərlərə Cəbrail nazil olmayıb, yeni din və kitab gətir-
məyiblər, lakin Allah tərəfindən onlara vəhy və ilham yolu
ilə göstərişlər verilib. Onlar möcüzələrdə göstərə bilməyib-
lər. Əvam peyğəmbərlər də adlanan bu ümumi peyğəmbər-
lər yalnız özlərindən qabaqkı peyğəmbərlərin dinini təbliğ
ediblər.