Namiq Abbasov, Rəhim Həsənov
~ ~
118
Bir şey soruşan, şübhəsiz bir şey bilməlidir.
E. Benyotez
III F Ə S Ġ L
TUSĠNĠN KULTUROLOJĠ DÜNYAGÖRÜġÜ
3.1.Tusinin kamillik və müdriklik fəlsəfəsi
Nəsirəddin Tusinin geniş və çoxşaxəli yaradıcılığının
mərkəzi obyektində kamil və müdrik insan problemi əsas
yer tutmuşdur. XIII əsrdə sufi təriqətlərinin geniş vüsət
tapdığı bir zamanda yaşayıb-yaradan Tusi sufi fəlsəfəsin-
dən bəhrələnməyə bilməzdi. «Əl-insan əl-kamil» yəni,
kamil insan, «Əl-insan əl-həkim» yəni, müdrik insan
problemi sufilər tərəfindən ortaya atılmışdı.
Ümumiyyətlə, «Əl-insan əl-kamil» ifadəsini bir termin
kimi islam dünyasında ilk dəfə məşhur ərəb alimi
Mühiyəddin Əbu Abdulla Məhəmməd ibn Əli əl-Hatəmi-
Tai ibn Ərəbi (1163-1240) işlədib. islam irfanının atası
hesab olun Mühiyəddin Ərəbidən sonra bu mövzu
barəsində çoxlu mütəfəkkirlər fikir söyləmişdir. Əsasən
sufi mütəfəkkirlərinin toxunduğu bu mövzuya Nəsirəddin
Tusi də öz münasibətini bildirmişdir.
Böyük alim zəmanəsinin ən məşhur sufi alimləri ilə
dostluq etmiş və çox güman ki, sufilərlə fikir mübadiləsi
aparmışdır. Sufilər isə insanın kamilliyinə, onun müdrik-
liyinə böyük önəm verirdilər.
Məşhur Azərbaycan fəlsəfə tarixçisi Zakir Məmmədov
«Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və
dünyagörüşü)» adlı kitabında orta əslərin məşhur təsəvvüf
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
119
mütəfəkkiri, Sührəvərdilik adı altında geniş yayılmış
təriqətin banisi, Azərbaycan filosofu Şihabəddin Yəhya
Sührəvərdinin yaratdığı işraqilik fəlsəfi təliminin Nəsirəd-
din Tusinin dünyagörüşünə və eyni zamanda onun şagird-
lərinin yaradıcılığına böyük təsir göstərdiyini qeyd edərkən
yazırdı.
Tusiyə görə hər bir insan özünü kamilləşdirmək, özünü
təkmilləşdirmək yolundan keçə bilər. «İnsanların hamısı
özlərinin mənfi xüsusiyyətlərini aradan qaldıra bilər. Bunun
üçün onlar haqq yoluna qayıtmalı, Uca Yaradanın
bizə bəxş
etdiyi ağıl və təfəkkürdən bacarıqla istifadə etməlidirlər.
Əgər insan bu dünyaya nə üçün gəldiyini anlaya bilmirsə,
deməli, o, özü özünü anlaya, haqq yoluna qayıda
bilməyəcək. Ağıl insana ona görə verilib ki, nəyin pis,
nəyin yaxşı olduğunu ayırd edə bilsin.»
Sufilər kimi Tusi də insanlara öz nəfsini qorumaqla
kamilləşməsinə inanırdı. «Kim bu dünyanın müvəqqəti
olduğunu dərindən dərk edə bilsə, o, dünya malına
aldanmayacaq və nəfsini pisliklərdən qoruya biləcək.
Nəfsini saxlaya bilən, onun qulu olmaq təhlükəsindən
özünü sığortalayan hər bir insan haqq divanına alnıaçıq və
üzüağ gedəcək.»
Əgər insanın özünü təkmilləşdirməsinə mane olan
səbəblər özünü biruzə verməsə bu zaman ideal insan
prototipi ortaya çıxmış olur. Tusinin nöqteyi-nəzərincə
insanın kamilləşməsində, onun ideal bir şəxs kimi bərqərar
olmasında, hər bir şeydən öncə, insanın heyvani arzu və
şəhvani istəkləri mane olur.
İnsanın mədəniyyət yaradan müstəqil və azad fəaliyyət
qabiliyyətinin səbəbi onda şüurun, idrakın olmasıdır. Artıq
intibah dövründə «ağıllılıq» «insanlıq» təzahürü kimi qəbul