Namiq Abbasov, Rəhim Həsənov
~ ~
120
edilirdi. Çünki məhz ağılın olması insana təbiət cismi və
allahın əlində oyuncaq kimi deyil, şəxsi mənəvi məhsuldar
qüvvəyə malik məxluq kimi fəaliyyət göstərmək imkanı
vermişdir. Beləliklə insanın fəaliyyəti şüurun fəaliyyətinə
bərabər tutulur.
Nəsirəddin Tusinin qələmə aldığı «Əxlaqi- Nasiri»
əsəri həm sistematikliyi cəhətdən, həm də məzmun baxı-
mından İslam dinində əxlaq düşüncəsinin kamillik
dönəminin ən önəmli örnəyidir. Tusi dünya şöhrətli «Əx-
laqi-Nasiri» əsərində şəhvəti və paxıllığı pisləyir, bu
nüansların heyvani xüsusiyyət olduğundan insanın kamil
və müdrik bir şəxs kimi formalaşması yolunda əngəllər
törədir.
Kamillik haqqında fikirlərini «Övsafül əşraf» («Alicə-
nab insanların xarakterləri və keyfiyyətləri») əsərində da-
vam etdirən mütəfəkkir insanların bu yolda Allaha sığınma-
sını məsləhət görürdü. «İnsan, hər şeydən öncə, kamilliyə
gedən yolda Uca Allaha sığınmalı, bütün fəaliyyətini də
bunun üzərində qurmalıdır. O, həqiqəti sevməli, səbirli
olmalı, sağlam həyat tərzi keçirməli, yaxşılıq etməyi
özünün həyat idealına çevirməlidir.» (28, səh.14).
Kamilləşmə yolunu tutan şəxs maddi tələbatlara deyil,
mənəvi tələbatlara önəm verməlidir. Kamil və müdrik insan
kimi yetişmək istəyən hər bir şəxs üçün mənəvi tələ-
batların təmin edilməsində ən zəruri amillərdən biri hesab
olunan elmi biliklərin toplanması prosesi ön plana
gətirilməlidir.
İnsanın elmi və əməli fəaliyyətinin nəticəsində onun
kamilləşməsi amili ortaya çıxır. Kamilləşmiş insan isə
əbədi səadətə nail olur, bu zaman insan özünə mənəvi bir
rahatlıq tapır.