Namiq Abbasov, Rəhim Həsənov
~ ~
130
Ziya Göyalp milliliyin daşıyıcısı, müəyyənləşdiricisi
olan xalq sərvətlərini, şifahi və yazılı ədəbiyyatı, dini,
əxlaqı, musiqini, bir sözlə mənəvi dəyərləri xammal kimi
təsvir edir, bu xammalları isə alimlər, tədqiqatçılar,
sənətşünaslar mükəmməl şəkildə emal etməli, işləməlidir-
lər. Onu da qeyd etmək lazımdır ki, «kültür» sözü əslində
latıncadakı «kultura» dan yaranıb. Bu «kultura»nın bir
anlamı isə «becərmə, becərilmə» torpağın emalıdır.
Böyük sosioloqun daha bir mülahizəsinə görə kültür
milli, mədəniyyət isə beynəlmiləldir. Kültürlə mədəniyyət
arasında həm birləşmə, həm də ayrılma vardır. Lakin
mədəniyyət həm bilgilərlə, düşüncə ilə bağlı olduğu halda,
kültür duyğularımızla bağladır. Duyğularımızla bağlı olan
mənəvi aləmimiz – kültür obyektiv varlıqdır. Dil, din,
əxlaq, estetika kimi duyğusal elementlər baxımından ortaq
olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət olan
zümrə millət adlanır. Milli mənəvi dəyərlərimiz dedikdə
məhz duyğularımızla bağlı olan kültürümüz – dilimiz,
dinimiz, əxlaqımız nəzərdə tutulur. Ziya Göyalpın fikirlə-
rinə əsaslanaraq belə nəticəyə gəlmək olur ki, mədəniyyət
bilgilərlə, düşünüşlə bağlıdır. Hər hansı bir fərd duyğular-
dan azad deyil. Çünki insanlardakı ruh (psixologiya) duy-
ğular və fikirlərdən ibarətdir. Yəni, psixologiya alimlərinə
görə duyğu həyatımızın əsasıdır, düşüncə həyatımız ona
aşılanmışdır. Deməli, ruhumuzun normal halda ola bilməsi
üçün fikirlərimizin, düşüncə və bilgilərimizin duyğuları-
mıza tamamilə uyğun olması lazımdır. Öz düşüncələrinin,
fikirlərinin duyğularına – mənəvi aləmə uyğun gəlməyən
insanı təsəvvür etmək çətindir.
Ona görə də biz əgər mədəniyyəti bilgilərlə, duşunuşlə
bağlı qəbul etsək, onda görərik ki, o, duyğularımızla bağlı
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
132
zaman iqtisadi xəstəliklərimizin müalicəsi üçün arayış və
ya resept verə biləcəkdi (41, s. 70)».
E.Dürkheym daha bir yazısında qeyd edirdi ki, milli iq-
tisad elmi hər yerdə milli
ülkudən öncə deyil, sonra doğur.
Millətimizin mənəvi-əxlaqi dəyərləri ilə bağlı, bütöv-
lükdə mənəvi mədəniyyəti dastanlarımız, nağıl və folk-
lorumuz, miflər, əfsanələr, dini inanaclar, eləcə də əxlaq
hüquq texnika və iqtisadiyyatla bağlı qaydaların, elm və
fəlsəfə ilə bağlı görüşlərin hər biri kollektiv təsəvvürlərdir.
Dini inamın – etiqadın və nəzəriyyənin ziddi sayılan
ayinlər və praktiki fəaliyyət də öncə ağılda təsəvvür olunub
sonra həyata keçilirdikləri üçün əslində hər biri kollektiv
(ortaq) təsəvvürlərdir. İçtimi kollektiv təsəvvürlər çoşqün
böhranlar əsasında çox şiddətli həyacanlara bölünərək son
dərəcə böyük qüdrət və gücə malik olurlar. İctimai
təsəvvürlərin bu durumuna ülkü məfkurə adı verilir.
İçtimai təsəvvürlər gerçək (əsl) ülkü halını aldıqdan sonra
həqiqi inqilabların səbəbi olurlar (41, s. 67).
Məsələn, XVIII əsrdən XX əsrə qədər xalqımızın döv-
lətçilik ənənələrinin əvvəlcə xanlıqlar, sonra isə imperiyalar
tərəfindən bölüşdürülməsi azərbaycançılıq məfkurəsini
yaratdı.
XIX əsr Azərbaycan marifçiliyi bu məfkürənin təsiri
altında fəaliyətə başladı. Bu haqda professor N.Şəmsizadə
yazır: «Azərbaycan maarifçiliyi Abbasqulu Ağa Bakıxanov
simasında maarifçi mütləqiyyət simasında meydana atılır və
Axundov nümunəsində respublikaçı baxışlara qədər tarixi
bir inkişaf yolu keçir». H.Zərdabi, H.Z.Tağıyev,
Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə,
C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.Ə.Sabir və H.Cavid
kimi şəxsiyyətlərin və onların başçılıq etdiyi ədəbi-tarixi