NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
155
Tusi bu barədə yazırdı ki, «elm insanları üzə çıxar-
maqda tərbiyə ilə müştərək olduqda çaşdırır». Pedaqoqa
görə «həssəna ülumla vəhdətdə elə bir qüvvətdir ki, o
insanı müəzziz etməklə bərabər, müşərrəf olmağa da
zəmin yaradır».
«İnsanı nadanlıq və nakamillik mərzəcindən (bataq-
lığından) qurtarıb, dərəcəyi-kamilə yetirməkdə həssanat ən
qüdrətli silahdır» deyən mütəfəkkir-pedaqoq «hətta insanın
ayaqüstə durmasına, onun düzgün hərəkətinə və şöhrət-
lənməsinə səbəb olan bir amil varsa da yenə həssanatdır»
ifadəsini işlədir.
Tusinin qələmə aldığı «Adabul-mütəəllim» əsərinin
XIII fəslində «Elm sahibinin şəfqət və nəsihətindən» bəhs
edərək göstərir ki, tərbiyəni öyüd, nəsihət yolu ilə
vermək mümkündür. Lakin savadlı, elm sahibi olan şəxs
bunu idraka yetirməyin ustadı olmalıdır. Bunun üçün hər
elmdən xəbərdar olmaq və maraqla, şövqlə, hekayətlərlə
təsir etmək gərəkdir.
Mütəfəkkir insan tərbiyəsini həm çox mürəkkəb, həm
də çətin bir proses hesab edir. O, yer üzərində yaşayan
insanların sifətlərinin, libaslarının, davranışlarının və s.
necə müxtəlif və rəngarəng olduğundan misal gətirərək
göstərir ki, «tərbiyədə də həmin rəngarənglik mövcuddur».
Bu barədə pedaqoq-alim yazırdı ki: «İstər müəllim,
istər müdərris və istərsə də mütəkəllim olsun hər şeydən
əqdəm bunları bilməli, ayırd etməli, sonra isə təbiyyətdə
qarşısına qoyduğu məqsədi həyata keçirməlidir».
Tusinin nöqteyi nəzərincə «insanlar nökər və naib,
rəiyyət və əmir, hökmdar və kəniz, kölə kimi doğulmur.
Bütün bu qism adamlar, təbiətdə, aləmdə yaranır, xasiyyət
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
156
və hərəkətlər də təsirlərin səmərəsidir» deyir və tərbiyədə
irsiyyəti rədd edərək mühitin təsirini qeyd edirdi.
Tərbiyə prosesində Tusi psixoloji məsələlərin təsirinə
möhkəm inanır və bunlara fəlsəfi don geydirərək birbəbir
şərh edirdi. O, möhnət, müsibət, zəhmət, məşəqqət, ixtila
namülafimlik, pərişanlıq, zindəkanlıq, bəla, dözüm, hifz
olunmaq, tədabiri-aqilanə, kəsrəti-hüzi, şiddəti-fərəc,
məişət, asayiş, tərəqqi, ülvilik, arzu, əfkar, xəyalət, hərəkat
halət, təcəyyirat və s. kimi fəlsəfi-psixoloji məsələlərə də
toxunur və bunların tərbiyədə mövqeyini də qiymətlən-
dirirdi.
İnsanı yer üzünün əşrəfi hesab edən Tusi elmi özündə
ehtiva edən insanı ən yüksək xilqət sayır, «onun tərəqqiyə
bais oldu»ğunu söyləyir, digər tərəfdən mühitin də ona
təsir göstərdiyini şərh edirdi. Tərbiyəçinin qüdrət və
qüvvətinə inam, tərəqqidə insanın mövqeyi mühitin insana
bəd və xoş təsir bağışlaması Tusi yaradıcılığında tərbiyə
mövzusunun əsasını təşkil edir.
Tərbiyədə zat, əcdad məsələsinin təsirini kölgəli də olsa
qeyd edən Tusi bəzən isə qəti olaraq irsiyyəti rədd edir.
Tərbiyədə mühitin təsirini qiymətləndirmək, tərbiyəçiyə
tərbiyə işində üstünlük vermək Tusi üçün mütərəqqi hesab
edilməlidir.
Bu dahi pedaqoqun «Adabul-mütəəllim», «Təlimül-
mütəəllim», «Divan» və «Məsnəvi»lərində, istərsə də,
«Əxlaqi-Nasiri», «Kitabi-mədarik», «Ovsaful-əşraf» və s.
kimi iyirmiyə yaxın sırf təlim-tərbiyə mövzusuna dair həsr
etdiyi əsərlərində, təlim-tərbiyə mövzusunda yazdığı
əsərlərində təlim-tərbiyəni vəhdətdə qəbul etmiş insanın
tərəqqi, nəşv-nüma etməsi və inkişafında hər ikisini eyni
dərəcədə qiymətləndirmişdir.
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
157
Təlim prosesinin məqsədini hər bir elmdən xəbərdar
olub vətənin tərəqqisinə xidmət göstərməkdə görən Tusi
tərbiyənin məqsədini cəmiyyət üçün xidmət göstərən,
qüsursuz tərbiyəvi keyfiyyətlərə, elmdən xəbərdar olan
insan yetişdirməkdə görürdü.
Tərbiyə haqqında söylədiyi müsbət fikirlərində
tərbiyənin müxtəlifliyindən onun rəngarəng, qəribə,
heyrətamiz və müsbət keyfiyyətlərindən söz açır və
tərbiyəni söz-söhbətlə bitirməyi, yekunlaşdırmağı mümkün
hesab etmir. Bu barədə bir deyil, neçə-neçə kitab və risalə
tərtib etməyin zəruriliyini qeyd edib, özü də bu məsələyə,
hələlik əldə olan iyirmiyə yaxın əsərini həsr etmişdir.
Mütəfəkkir-pedaqoq digər elmlərlə bərabər, tərbiyənin
də bir elm kimi mövcud olduğunu söyləyir. Haqlı olaraq
Tusi tərbiyəni elm hesab edib bu elmə vüquf olmağı
müəllimlərin, mütəkəllimlərin belə zəruri məqsədi
saymışdır.
Əxlaq tərbiyəsi barədə fikrilərinin davam etdirən Tusi
dostluq, yoldaşlıq, xeyr, şər, nəfsi bütünlük, binəfislik
kinlilik, keyfiyyət, tərif, varisliyi qorumaq, nəsihət, öyüd,
paklıq, nadanlıq, birlik, etiqad, etiram, hörmət, tələb,
tənbəllik süstlük, kəsalət, tədib, küdurət, itaət, inqiyad,
nəhy, xoşbəxtlik, səadət, şəmsarlıq, qəflət və s. və i.a. kimi
mənfi və müsbət xüsusiyyətlərindən danışaraq, onların ən
gözəl nümunələrini vermişdir.
«Adabul-mütəəllim» adlı əsərinin XIII bölməsini
tərbiyə elminin mənfəətinə həsr etmiş və göstərmişdir ki,
«elm, savad, bilik, insanı hər cür qəbih adətlərdən iraq
etməklə bərabər, onu aqil, müdrik, xeyirxah, ədəb-ərkan
gözləyən, doğruçu adam dərəcatına qədər yüksəldib, cahan
içərisində müşərrəf edir».
Dostları ilə paylaş: |