Namiq Abbasov, Rəhim Həsənov
~ ~
158
«Adabul-mütəəllim» əsərində Tusi tərbiyəni kiçik və
böyüklüyündən, hökmdar və nökər, rəiyyət və əmir və i.a.
kimi silk və imtiyazlara baxmayaraq hamıya şamil edir
«tərbiyə insanı yalnız cəmiyyət içərisində müşərrəf olmağa
deyil, bütün mötədil və xoşəxlaqlığı sövq edir» deyən Tu-
si tərbiyənin qüdrətinə möhkəm inam bəsləyirdi. Tusi in-
san tərbiyəsinin sonsuz olduğunu söyləyərək onun anadan
olan bir gündən ta qəbr evinədək davam etdiyini göstərir.
Sözsüz ki, Tusi əxlaq haqqında fikirlərini özünün
«Əxlaqi-Nasiri» əsərində daha qabarıq vermişdir. Demək
olar ki, bu əsərdə ilk səhifələrindən başlayaraq son
səhifəsinə kimi sırf tərbiyə məsələləri şərh edilmişdir.
Tərbiyə prosesi barəsində adamları təbəqələrə ayıran
Tusi ilk təbəqəyə ziyalıları («əhli-qələm»), ikinci təbəqəyə
hərbçiləri («əhli şəmşir»), üçüncüyə tacir və alverçiləri
(«əhli –müamilə»), dördüncüyə isə əkinçi və sənətkarları
(«əhli-məzriyə və hirfət») aid edib, ayrı-ayrılıqda həmin
təbəqələrin tərbiyəsini şərh edir.
Təbəqələşmə prosesindən aydın olur ki, Tusi özünəqə-
dərki Yunan mütəffəkkirlərindən xəbərdar olmuş və
Platonun «qan, öd, şirə, bəlğəm» deyə qeyd etdiyi dörd
ünsürü Şərqdən çox geniş yayılmış «Od, su, hava, külək
ünsürləri ilə bağlı şəkildə şərh etmiş və təbiətdən əxz
etdiklərini bunlarla birləşdirərək hamısını cəmiyyətə tətbiq
edib qeyd etdiyimiz təbəqələri şərh etmişdir.
Bu dörd təbəqə içərisində üstünlüyü «əhli-məzriə və
hərfət»ə (əkinçi və sənətkarlara) yəni torpağa verən Tusi
onları cəmiyyətin yaradıcı və aparıcı qüvvəsi hesab
etmişdir.
Alim əvvəlki üç təbəqənin yaşayışını və həyat sür-
məsini dördüncü təbəqədən asılı şəkildə təhlil etmişdir.
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
159
Əkinçi və sənətkarlar bütün təbəqələri dolandıran, onları
yaşadan bir nəsil kimi tərənnüm edilir.
Tusi yaşadığı dövrün psixologiyasının təsiri altında
olaraq siniflər mübarizəsini görə bilməsə də, yaşadığı
cəmiyyətdə insanların bərabər olmadıqlarını hiss etmişdir.
Onun zəhmətkeş xalqa üstünlük verməsi də bunu süqut
edir. Tusi əməkçi kütləni tərbiyəli, əxlaqlı tərif edərək,
onlardan
öyrənməyi, ibrət götürməyi təklif edirdi.
Sinifi təbəqələr içərisində narazılıq, insanlar arasında
olan məhəbbət, tərbiyə və müvazinətin pozulmasından
irəli gəlir. Tusi həmin dörd təbəqənin əxlaqını müxtəlif
olduğundan bəhs edir.
Alimin yaratdığı pedaqoji sistemdə «ailəni idarə
etmək və uşaq tərbiyəsi» məsələsinə də geniş yer vermiş
«Əxlaqi-Nasirinin» ikinci məqaləsini yalnız bu məsələyə
ithaf etmişdir.
Tusinin ailə tərbiyəsi haqqında fikirlərini əsrlər öncə
bundan əvvəl söyləməsinə, orta əsr feodalizm təfəkkürü
və tərbiyə məhdudiyyəti ilə bağlı olmasına baxmayaraq,
bu gün də əhəmiyyətini itirməyən fikirləri az deyildir.
Valideyinin ilk vəzifəsini «övlad anadan olan kimi ona
gözəl bir ad qoymaq»dır deyən Tusinin fikrincə uşağa ad
verilərkən diqqətli olmaq lazımdır. Bu barədə valideyinlər
çox fikirləşməlidirlər, çünki, «uşaq bu adı ömrünün
sonunadək daşıyacaq»dır.
Tusi
qeyd edirdi ki, əgər «uşağa
pis ad qoyularsa, ömrü
boyu ürəyi açılmaz». O, uşağın anadan olduğu ilk
günlərdən başlayaraq, ona tərbiyəni ana südü ilə birlikdə
verməyi də təklif edirdi.
Qərbi Avropa pedaqoji fikir tarixində də bu məsələyə
rast gəlmək olar. Lakin, bu məsələ Qərbi Avropa