Namiq Abbasov, Rəhim Həsənov
~ ~
148
günlərdən də çox olduğunu vurğulayırdı. Xüsusilə də
dostlar ağır durumda olan dostuna arxa, dayaq durmalı,
onun kömək istəyib-istəməməsindən asılı olmayaraq dosta
köməyi özünə bir insanlıq borcu bilməlidir.
İnsanlar dostluqda daima sədaqətli olmalı, dostun kiçik
nöqsanlarına göz yummağı bacarmalıdırlar. Nöqsansız dost
tapmağın da asan olmaması səbəbindən başqalarına qarşı
irad tutmamağın yaxşı əlamət olmadığını qeyd edirdi.
Dostluq münasibətləri ülvi və nəcib hisslərə xidmət etdiyi
üçün dostluqda lüzumsuz səmimiyyət, süni sədaqət kimi
nüansların yersiz olduğunu vurğulayırdı.
Tusi insanların özünü kamilləşdirməsi, özünü təkmil-
ləşdirməsi kimi ideyaları dəstəkləyərkən sufiliyə doğru
meyl edirdi. Lakin, o bir peripatetik filosof kimi bu
məsələyə sufilər kimi mistik yolla deyil, rasionalist
nöqteyı-nəzərindən yanaşırdı. İnsan ağlına və insan
iradəsinə böyük önəm verən filosof insanların təkamül yolu
ilə dəyişiləcəyinə inanırdı.
Tusi insanlara öz nəfsini hər cür rəzalətdən qorumağı
məsləhət görürdü, çünki, nəfsi murdar olan insanlar mənəvi
cəhətdən ən aşağı səviyyədə məskun olmuşlar. Əgər insan
pak və təmiz nəfsə malik olarsa, bu zaman kamilləşmiş və
mədəni insandan söz gedə bilər. Kamilləşmiş insan hər
zaman elm və bilik sahibi olmağa doğru can atar və bu
qəbildən olan insanın tək amalı həqiqətin dərk edilməsidir.
İnsan yalnız elm və əməl kimi iki cəhətdən kamil ol bilər.
Elmi kamillik biliklərin toplanılmasına xidmət edirsə, əməli
kamillik isə insanlar tərəfindən bəyənilən əxlaq qaydaları
ilə xarakterizə olunur. Elmi kamilliklə əməli kamilliyi tam
olaraq özündə cəmləşdirən şəxs xöşbəxtliyə və səadətə nail
ola bilər.
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
149
Nəsirəddin Tusinin gəldiyi qənatə görə nəfsi-izzətini
cilovlamağı bacaran, öz ağılı ilə hisslərinə qələbə çalmağı,
şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutan, humanist,
bəşəri əməllər müdriklikliyin və kamilliyin formalaşmasına
səbəb olur. Müdrik almi şücaəti və iffəti hikmətli olmaqdan
ayrı tutmurdu.«Hər iffətli və şücaətli adam hikmətli olmaz,
lakin hər hikmətli həm iffətli, həm də şücaətli olar».
Tusi insanlarda mövcud olan mənəvi qüsurların, əxlaqi
nöqsanların səbəbini iradi cılızlıqda görürdü. Mütəfəkkir
onu da qeyd edirdi ki, iradi cılızlığın başlıca səbəbi
insanlarda mövcud olan fiziki zəiflikdir. Tusidən sonra bəzi
məşhur alimlər də insanlarda baş verən bir sıra qeyri-
əxlaqi hərəkətlərin başlıca arqumentini iradi cılızlıqla,
fiziki zəiflik və mənəvi düşgünlüklə əlaqələndirmişlər.
Mütəfəkkirin qənaətincə insanın fiziki və mənəvi yetkin-
liyinin formalaşmasına güclü zəmin yaradan və onun kamil
bir şəxsiyət kimi təşəkkülündə, müdrik bir insan kimi
formalaşmasında iradi tərbiyə amili bu proses zamanı
böyük bir əhəmiyyət kəsb edir.
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
150
Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü
həmin millətin gənclərinin alacaqları
tərbiyədən asılı olur.
U. ġekspir
3.4. Tusinin tərbiyə prosesi haqqında fikirləri.
Tusinin tərbiyə prosesi haqqında fikirlərinin əsas
spesfik xüsusiyyəti onunla izah olunur ki, bu ensiklopedik
mütəfəkkir Aristotel (e.ə. 384-322), Platon (e.ə. 428-347),
Pifaqor (e.ə.570-495), Empedokl (e.ə. 490-430), Demokrit
(e.ə. 460-370), Anaksaqor (e.ə. 500-428), Evklid (e.ə. 330-
275), Menelay (70-140), Aristarx (e.ə. 310-230), Ptolomey
(90-168) kimi yunan alimlərinin əsərləri barədə məlumata
malik idi. Eyni zamanda o Əbu Əli ibn Sina (980-1037),
Məhəmməd ibn Əbdül-Əş-Şəhristani (1076-1143), Əbu
Nəsir Əl Fərabi (870-950), Bəhmənyar ibn Mərzban (?-
1066), Sabit ibn Kurra (?-901), Əbu Davud ibn Bəhrəm
Əbu-Süleyman əs Sicistani (817-888) və başqaları kimi
Azərbaycan və ümumiyyətlə Şərq alimlərinin külliyatı ilə
yaxında tanış olmuş, görkəmli şəxsiyyətlərin pedaqogika
haqqında fikirlərindən qidalanaraq, XIII əsrdə Azərbaycan
düşüncə tarixinə uyğun olan və müasir dövrlə də səsləşən
mükəmməl bir təlim-tərbiyə sistem yarada bilmişdir.
Tusinin geniş və zəngin yaradıcılığında əqli tərbiyə
problemi ön sırada durur. Mütəfəkkir «Əxlaqi-Nasiri»,
«Kitabi Mədarik», «Övsaful-Əşraf», «Əqaidi-müfid», «Dər
mərifəte-təqvim», «Təlimül-mütəəllim» və s. kimi əsər və
risalələrində əqli tərbiyə, bilik, zəka, təhsil və elm
haqqında çox geniş danışmış və göstərmişdir ki, «bunların
hamısı insanı ağıllı və müdrik etməyə sövq etməli» və onu
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
151
«dərəceyi-kamilə» çatdırmalıdır. Aristotel, əl-Fərabi,
Bəhmənyar ibn-Mərzban, ibn Sina və başqa peripatik filo-
sofların idrak və əql haqqında ideyalarını tədqiq edərək,
belə bir qənaət hasil edir ki, «əql kör bir insanda olsa da
onun rəiyyət içərisində, dost düşmən qarşısında dav-
ranışlarını tənzim edir və əql həmin hal-hərəkətlərin
təməlidir».
Əqli tərbiyə barəsində Tusi insanın mərdlik, mötədil-
lik, qəhrəmanlıq, mötədillik, qəhrəmanlıq, cəsurluq,
ədalətlilik, xeyirxahlıq, vicdanlı olmaq, xəyalla yaşamaq,
xoş istək, arzu və meyillərə malik olmaq və i.a. kimi
psixoloji xüsusiyyətlərə və keyfiyyətlərə də böyük yer verir
və qeyd etdiyimiz bütün keyfiyyətləri «əqlin səmərəsi,
düşüncənin mənası» kimi qiymətləndirirdi.
Əqilsizliyin, düşüncəsizliyin mənfi nəticə verəcəyini
dağdan qopub böyük qüvvə ilə aşağıya yuvarlanan bir
qayaya bənzədən Tusi əqilsizliyin və düşüncəsizliyin
törətdiyi problemlərin qarşısını alınmaz hesab edirdi.
Eyni zamanda bir də həmin zirvəyə qalxa bilməyə-
cəyini, öz mövqeyini itirdiyini də söyləyir. Buna görə də
Tusi həyatda baş verən bütün hadisələrin məna və
əhəmiyyətini, nəticə və mahiyyətini qabaqcadan fikirləşib
dərk etməyi insan üçün zəruri əqli vəzifə sayırdı.
Mütəfəkkirin nöqteyi nəzərincə əqlsiz insanın qəlbində
mənfi meyillər kök salır və bu mənfi meyillər sağalmaz bir
xəstəlik kimi artarsa, sahibini bəla, bədbəxtlik, müsi-
bətlərə sürükləyir.
Pedaqoq alim əqli cəhətdən tərbiyə etməyin əsas yolunu
öz dövrünün tədris müəssisələrində, həmin müəssisələrdə
təlim verən müəllim, tələbə və müdərrislərin fəaliyyətində
görürdü. O əqli öyrətməyi, onu tədricən inkişaf etdirməyi
Dostları ilə paylaş: |