Namiq Abbasov, Rəhim Həsənov
~ ~
152
məktəb və müəllimlərin əsas vəzifəsi sayırdı. Tusi elmi-
hikmət, elmi-fəlsəfə, filologiya, nəzm, nəsr, təbabət,
coğrafiya, tarix, riyaziyyat, nücum və s. kimi elmləri tədris
edən müəllimlərdən tələb
edirdi ki, «təbiətdə və
cəmiyyətdə
baş verən hadisələr haqqında ilk və son təsəvvürləri
verərkən, bunların vətənin, rəiyyətin tərəqqisində
mövqeyini də başa salsınlar və mütəəllimlərin həyati-
ictimai vəzifəsini dərk etməyə hazır etsinlər.
Tusi əqli tərbiyənin təhsil və tədris prosesilə müştərək
sayıb, əqli təhsilin vəzifəsini, cəmiyyət və rəiyyət üçün
xeyirxah işlər etməkdə çətinliklərdən baş çıxarmaqda,
sənətə, peşəyə yiyələnməkdə və əldə edilən ixtisas üzrə
tərəqqiyə köməklikdə görürdü.
Əqli tərbiyə etmək, inkişaf etdirmək haqqında Tusinin
irəli sürdüyü fikirləri çoxdur. Qeyd etdiyimiz kimi,
mütəfəkkir-tərbiyəçi bunu əxlaq tərbiyəsindən təcrid
etmədiyindən, qısaca da olsa, əxlaq tərbiyəsi haqqında
fikirlərinə nəzər yetirək.
Bir tərbiyə nəzəriyyəçisi kimi Tusi elə bir müsbət
əxlaqi keyfiyyətlər irəli sürmüşdür ki, onun bu sahədə irəli
sürdüyü mütərəqqi fikirlər indi də öz əhəmiyyətini və
təravətini itirməmişdir.
Pedaqoji fikir tarixində Tusinin söylədiyi ibrətamiz
nəsihətlər, müdrik fikirlər bütün bəşəriyyət tərəfindən
mühafizə edilir və bütün dünya xalqlarının nümayəndələri
tərəfindən yüksək qiymətləndirilir.
Bunlara misal olaraq dahi rus yazıçısı Aleksandr
Nikolayeviç
Ostrovskinin (1823-1886) fikirlərini misal
çəkmək olar. «Tarix o yazıçılara böyük və dahi adlarını
bəxş edir ki, onlar öz xalqları üçün yazmağı bacarmışlar
və yalnız o əsərlər əsrlərin sınağından çıxa bilmişdir, ki,