99
bunu da dayandırdı, yağış gözlərinə dolur, o isə hərdənbir alt dodağını irəli uzadaraq üzüylə axan
duzlu suyu içirdi. Bir xeyli sonra Botanika bağının yanından keçəndə bütün yaddaşı özünə
qayıtdı, gün ərzində baş verənləri səylə və bütün təfərrüatı ilə xatırladı. Düşündü ki, qarını evinə
ötürərkən sevinməsi elə də böyük axmaqlıq deyilmiş. O, öz mənasız sevincinin bədəlini necə
lazımdırsa, ödəyib. İndi o, əlbəttə, etdiklərinə görə öz-özünü danlayacaq və baş verənləri yerdə
qalan həmişəki şey – küləyin daimi və qeyri-müəyyən, dəqiq sərhədləri olmayan zamanı
sovurduğu dəlik qalanadək hissələrə ayıracaq.
«
Bu qədər ədəbiyyat yetər, – o düşündü və əllərini
şalvarının ciblərində bir az qurudaraq siqaret çıxarmağa başladı. – Oynamaq, hoqqabazlıq etmək
kifayətdir, bu gözqamaşdırıcı vasitələrsiz keçinməyə çalışaq. Oldu keçdi. Bert Trepa… Əlbəttə,
bu mənasız bir şeydir, ancaq yuxarı qalxıb onunla və Valentinlə bir qədəh içmək, sobaya yaxın
oturub çəkmələri çıxarmaq nə yaxşı olardı. Əslində, elə sevinc hissi də buna görəydi –
çəkmələrimi soyunaca
ğa
m və corablarım quruyacaq. Və tam iflas, oğlum, heç nə edə bilməzsən.
Nə etmək olar, bir halda ki, belə oldu, yatmağa getmək lazımdır. Başqa çıxış yolu yox idi və ola
da bilməzdi. Bir halda ki, səninlə bu cür rəftar olunmasına yol verdin, demək evə dönə və dayə
kimi bütün gecəni uşağa baxa bilərsən. Buradan, indi olduğu yerdən Somerrar küçəsinədək
yağışın altında ən azı iyirmi dəqiqə getmək lazımdır, yaxşısı budur, qabağına çıxan ilk
mehmanxanada gecələsin. Kibritlər də artıq alışmır, bircə dənəsi də. Gülməlidir, vallah».
(– 124)
24
– Mən bunu sözlərlə ifadə edə bilmirəm, – Sibilla qaşığı o qədər də təmiz olmayan
əsgiylə silərək dedi. – Bəlkə də, başqaları daha yaxşı izah edə bilərlər, mənimçünsə sevindirici
şeylərdənsə, kədərli şeylər haqqında danışmaq daha asandır.
– Bu qanundur, – Qreqorovius dedi. – Gözəl deyilmiş ağıllı fikirdir. Əgər onu
ədəbiyyatın dilinə çevirsək, deyə bilərik ki, gözəl duyğulardan axmaq ədəbiyyat meydana çıxır
və sairə. Xoşbəxtliyin tərifi yoxdur, Lusia, bəlkə də, ona görə ki, o, Mayya örtüyünün ən
mükəmməl anıdır.
Sibilla çaşqın halda ona baxdı. Qreqorovius köks ötürdü.
– Mayya örtüyü, – o təkrar etdi. – Ancaq biz hər şeyi bir yerə toplamayacağıq. Siz, yəqin
ki, diqqət etmisiniz, bədbəxtlik, belə deyək, daha tez nəzərə çarpır, çünki onda, sanki, obyektlə
subyekt arasındakı hüdud bəlli olur. Ona görə də yaddaşa həkk olunur və haqqında danışmaq da
asan olur.
10
0
– Məsələ burasındadır ki, – Sibilla qazançada qızdırdığı südü qarışdıraraq dedi, –
xoşbəxtlik bir adam üçündür, bədbəxtlik isə əksinə, sanki, hamı üçündür.
– Çox ədalətli nəticədir, – Qreqorovius dedi. – Yəqin, fikir vermisiniz, mən sual verməyi
o qədər də xoşlamıram. Amma o dəfə Klubda… Doğrudan da, Ronaldın arağı adamın dilini
yaman açır. Məni axsaq şeytan hesab etməyin, mən, sadəcə, dostlarımı yaxşı tanımaq istəyirdim.
Sizinlə Horasio… Əlbəttə, izaholunmaz şeylər, hansısa böyük sirlər – sirlərin sirri var. Ronaldla
Bəps deyirlər ki, siz mükəmməl cütlüksünüz, bir-birinizi tamamlayırsınız. Ancaq mənə elə
gəlmir ki, siz bir-birinizi tamamlayırsınız.
– Bu sizi niyə narahat edir?
– Narahat etmir, ancaq siz dediniz ki, Horasio getdi.
– Bunun dəxli yoxdur, – Sibilla dedi. – mənim xoşbəxtlik haqqında danışa bilməməm o
demək deyil ki, heç vaxt xoşbəxt olmamışam. İstəyirsiniz, Horasionun niyə getdiyini sizə danışa
bilərəm və əgər Rokamadur olmasaydı, mən özüm də gedə bilərdim. – O, şübhəli baxışlarla
otağa səpələnmiş əşyalara, kağız qalaqlarına və val zərflərinə baxdı. Bunları harasa yığmaq
lazımdır, hələ getməyə yer də tapmaq lazımdır… Burada qalmaq istəmirəm, çox kədərlidir.
– Etyen sizə yaxşı, işıqlı otaq tapa bilər. Rokamaduru kəndə qaytarıb aparan kimi. Ayı
yeddi minə. Etiraz etməsəniz mən də bura köçərəm. Bu otaq mənim xoşuma gəlir, onda nəsə var.
Adam burada yaxşı düşünə bilir, bir sözlə, çox gözəldir.
– Deməyin, – Sibilla etiraz etdi. – Saat yeddi olmamış aşağı mərtəbədəki qız
“Les
Amants du Havre
”
1
ni oxumağa başlayır. Mahnı yaxşı mahnıdır, amma hər gün çevir tatı, vur
tatı…
Puisque la terre est ronde,
Mon amour t’en fais pas,
Mon amour t’en fais pas.
2
– Çox gözəldir, – Qreqorovius laqeydcəsinə dedi.
– Mənası da dərindir, Ledesma belə deyərdi. Siz onu tanımırsınız. O, Horasioya qədər
olub, Uruqvayda.
– Zəncini deyirsən?
– Yox, zəncinin adı İreneo idi.
– Demək, zənci əhvalatı doğrudur?
Sibilla təəccüblə ona baxdı. Qreqorovius, doğrudan da, küt idi. Horasionu saymasaq (o da
hərdənbir…), onu arzulayan bütün kişilər özlərini tam başdanxarab kimi aparırdılar. O, südü
1
«Щаврлы севэилиляр» (фран.)
2
Билирсян йумрудур йер,
Галанлары бош шейдир.
Язизим, бил, бош шейдир. (фран.)
10
1
qarışdırıb çarpayıya yaxınlaşdı və Rokamaduru qaşıqla içməyə məcbur etmək istədi. Rokamadur
ağlayır və yemək istəmirdi, süd yanaqlarından aşağı axırdı. «Topi-topi-topi, – deyə Sibilla onu
vədedici tonla hipnoz edirdi, bu tonda, adətən, udmuş biletlərin nömrələrini elan edirlər. – Topi-
topi-topi». O, qaşığı Rokamadurun ağzına soxmağa çalışır, qıp-qırmızı qızarmış uşaq isə süd
içmək istəmirdi, ancaq birdən, nədənsə, təslim oldu və çarpayının küncünə çəkilərək qaşığı qaşıq
dalınca ötürməyə başladı. Oturub qəlyanını dolduran Qreqorovius bundan xeyli məmnun oldu və
özünü bir az ata kimi hiss etdi.
– Çok-çok, – Sibilla qazançanı çarpayının yanına qoyub yuxulayan Rokamaduru bələyə-
bələyə dedi. – Hərarəti də otuz doqquz yarımdan aşağı düşmür.
–
Siz ona termometr qoymursunuz?
– Bu çox çətindir, termometri qoyandan sonra ən azı iyirmi dəqiqə ağlayır, Horasio onun
ağlamağına dözmür. Mən onun alnına toxunmaqla nə qədər olduğunu bilirəm. Otuz doqquzdan
aşağı deyil, niyə düşmür, bilmirəm.
– Qorxuram ki, siz öz hissiyyatınıza həddən artıq güvənirsiniz, – Qreqorovius dedi. –
Qızdırması olduğu halda süd ziyan deyil?
– Bu hərarət uşaq üçün o qədər də yüksək sayılmır, – Sibilla siqaretini alışdıraraq dedi. –
İşığı söndürsək, yaxşı olar, tez yuxuya gedər. Orada, qapının yanındadır.
Sobadan isti vururdu, onlar üzbəüz oturub sakitcə siqaret çəkdikləri vaxt daha da isti
oldu. Qreqorovius Sibillanın siqaretinin gah aşağı, gah da yuxarı, üzünə qalxdığına, bu zaman
olduqca solğun üzünün sobadakı kömür kimi alışıb-yandığına, ona baxan gözlərinin parlamasına,
sonra isə yenidən sönməsinə baxırdı. Otaqda yalnız Rokamadurun beşikdə qurdalanmasının və
hıçqırtısının getdikcə azalan səsi eşidilirdi, budur, o astadan hıçqırdı və sakitləşdi, yenə hıçqırdı,
bir də və yenə. Saat on biri vurdu.
– Gəlməyəcək, – Sibilla dedi. – Şeylərinin dalınca olsa da, gələcək, ancaq bunun
məsələyə dəxli yoxdur. Hər şey bitdi,
Kaputt
1
.
– Bax mən öz-özümdən soruşuram, – Qreqorovius ehtiyatla sözə başladı. – Horasio çox
həssas adamdır, odur ki, Parisdə onunçün çox çətindir. Ona elə gəlir ki, nə istəyirsə onu da edir,
guya, burada azaddır, əslindəsə, daim başı divara dəyir. Onun küçəylə necə yeridiyinə baxmaq
kifayətdir, bir dəfə onu uzaqdan bir müddət izlədim.
–
Güdürdün, – Sibilla, demək olar ki, nəzakətlə dedi.
–
Yaxşısı budur, müşahidə edirdim deyək.
– Əslində, siz məni izləyirdiniz, hətta mən onun yanında olmasam da.
– Ola bilər, ancaq o anda bu mənim ağlıma belə gəlmirdi. Mənimçün tanışlarımın
küçəylə necə getməsi həmişə olduqca maraqlıdır, əyləncəli məşğuliyyətdir, heç bir şahmatla
1
Гутарды. (алм.)
Dostları ilə paylaş: |