Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə175/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   167   168   169   170   171   172   173   174   175

 

40



 

– Əgər istyirsizsə, biz sabah yenə gələrik. 

 

–  Yaxşı.  Sabaha



,

  yəqin  ki,  yenisini  yazacağam.  Sizi  dəli  edəcəyəm,  özünüzü 

qoruyun. Mənə siqaret verin. 

 

Etyen  «Qoluaz»  qutusunu  ona  uzatdı.  Oliveyra  açarı  əlində  tutmuşdu  və  nə 



deyəcəyini  bilmirdi.  Yenə  olmadı,  bu  gün  bunlar  olmamalıydı,  altmış  fiqurlu  mənasız  şahmat 

oyunu, dərin kədərin qızğın çağında gərəksiz sevinc, onu milçək kimi qovmaq və kədəri seçmək 

lazım idi, bununla belə əlində tutduğu yeganə şey sevincə aparan açar idi, heyran olduğu və ona 

lazım olan şeyin bir addımlığındaydı, Morellinin qapısını açan açar Morelli dünyasına qapıydı, 

ancaq  bu  sevincin  ortasında  özünü  kədərli  və  iyrənc  hiss  edirdi,  yuxusuz  gecə  və  günahkarlıq 

qoxuyan  dərisi  yorulmuş,  gözləri  çirklənmişdi,  çünki  artıq  kimsə  yox  idi  və  bütün  bu  günləri 

doğru hərəkət etdiyini və ya etmədiyini anlaması üçün vaxt da hələ gəlib çatmamışdı, Sibillanın 

hıçqırıqlarını, tavanın döyülməsini ayırd etmək, sifətini döyəcləyən yağışa, Pon-Mari üzərindəki 

şəfəqə,  kanya  və  araqla  qarışmış  acı  çaxır  gəyirtisinə  yenidən  dözmək  və  ciblərində  əlini  hiss 

etmək,  özününkünü  yox,  Rokamadurun  əlini  və  gecənin  tüpürcəyə  bulaşmış  bir  parçasını, 

büsbütün yaş olmuş bir bələkdə, – necə də yubandı bu sevinc, bəlkə, çox erkən gəldi və hələ heç 

qazanılmayıb, demək, ola bilər ki, 

villeicht, maybe, forse, peut-etre

1

, ah, zibilə dönəsən, zibilə, 



sabaha qədər, maestro, zibil zibilə qarışıb, hər yan çirkaba bulaşıb, hə, ziyarət saatında, hər tərəf 

çirkab içindədir, çirkabla suvanıb: sifətlər də, dünya da, biz ona meyvə gətirərik, arxi-nəcis super 

nəcisin üzərində,  fövqəlnəcisi təqib edir, 

dans  cet  Hopital  Laennec  decouvrit  l’auscultation

2

  və 


bəlkə  də,  hələ…  Açar,  sözlə  deyilə  bilməyən  obrazdır.  Bəlkə,  hər  halda,  açar  cibində  küçəyə 

çıxsın.  Bəlkə  də,  hər  halda,  açar-Morelli,  açarı  buracaqsan  və  tamamilə  başqa  bir  aləmə 

düşəcəksən, bəlkə də, hər halda. 

 

 



– Əslində, bu ölümqabağı  görüş idi, bir gün gec, bir gün tez, – Etyen kafedə dedi. 

 

–  Yaxşı  görək,  –  Oliveyra  dedi.  –  Bu  cür  fikirləşməyin  yaxşı  deyil.  Ronalda 



Perikoya xəbər ver, saat onda qocanın mənzilində görüşək. 

 

– Pis vaxtdır, – Etyen dedi. – Qapıçı arvad buraxmayacaq.  



 

Oliveyra açarı çıxartdı, onu günəşin şüaları altında fırlatdı və Etyenə elə uzatdı ki, 

elə bil, açarla birlikdə şəhəri də ona təhvil verdi. 

 

(– 85) 

 

155 

                                                

1

 

 Ола биляр (алм., инэ., ит., фран.) 

2

 



 Бу хястяханада Леннек аускултасийа ачыб. (фран.) 


 

40



 

Ağılasığmazdır,  şalvarın  cibindən  nə  qədər  şey  çıxar;  quş  tükü,  saat,  qəzet  parçaları, 

ovxalanmış  aspirin.  Gözəl  anların  birində  dəsmal  çıxarmaq  üçün  əlini  cibinə  salır  və  dəsmalla 

birlikdə  ölü  siçan  çıxarırsan  –  tamamilə  mümkündür.  Etyenin  yanına  gedərkən  yolda  hələ 

çörəklə bağlı gördüyü və küçədə «part!» – deyə baş verən bədbəxt hadisə kimi (nə etmək olar) 

qəflətən  onu  yaxalayan  digər  yuxunun  təəssüratlarını  üzərindən  çırpmamış  düz  Raspay  və 

Monparnas  bulvarlarının  tinində  Oliveyra  əlini  qəhvəyi  velvet  şalvarının  cibinə  salaraq  dalğın 

halda  xələt  geyinmiş  qıvrılan  nəhəng  quru  qurbağasına  baxdı  –  Balzak-Roden,  yaxud  Roden-

Balzak,    iki  qıvrılan  şimşəyin  savaşından  ibarət  qatmaqarışıq  bir  şey  –  və  Buenos-Ayres 

şəhərinin  növbətçi  apteklərinin  siyahısı  olan  kağız  qırığını,  bir  də  görücü  və  kartla  baxan 

falçıların  elanı  olan  qəzet  parçasını  çıxartdı.  Macar  görücü  (onun  tamamilə  Qreqoroviusun 

analarından biri olması mümkün idi) sinyora Kolomyenin Abess küçəsində yaşadığını və s

ecrets 

des  bohemes  pour  retour  d’affections  perdues



1

 

qabiliyyətinə  malik  olduğunu  öyrənmək 



maraqlıydı.  Bundan  sonra  tamamilə  təbii  olaraq  böyük  vəd  gəlirdi: 

desenvoutements

2

,  ondan 



sonra  da 

sur  photo

3

  xatırlatması  bir  qədər  gülməli  görünürdü.  Həvəskar  şərqşünas  olan  Etyenə 



professor 

Min’in vs offre le verit. Talisman de l’Arbe Sacre de l’Inde. Broch. c. I NF timb. B. 

P/27,  Cannes

4

.  bilmək  maraqlı  olardı.  Madam  Sansonun  varlığına  necə  təəccüb  etməyəsən, 



Medium  –  Tarots,  predict,  etonnantes, 23  rue Hermel

5

  (məhz  buna  görə,  zooloq  olduğu güman 



edilən  Hermel  küçəsində,  ancaq  onun  adı  kimyagərə  daha  çox  uyğun  gəlir),  sonra  öz 

latınamerikan  könlünü  Anitanın  böyük  ümidlər  verən  elanı  ilə  məmnun  etmək, 

cartes,  dates 

precises


1

,

 



Joanna  Jopes  (sic!),  secret  indiens,  tarots espagnols

2

 və  madam  Xuanita, 



voyante  par 

domino,  coquillage,  fleur

3

.  Sibilla  ilə  mütləq  madam  Xuanitanın  yanına  getmək  lazımdır. 



Coquillage,  fleur!  Amma  Sibilla  ilə  yox,  artıq  Sibilla  ilə  yox.  Amma  Sibilla  güllərlə  falına 

baxdırmağı  çox  istəyərdi. 

Seule  MARZAK  prouve  retour  affection

4

.    Olmayan  bir  şeyi  vəd 



etməyin  nə  mənası  var?  Bunu  heç  nəsiz,  dərhal  bilmək  olar.  Ən  yaxşısı  Jan  de  Ninin  elmi 

üslubudur, 

reprend ses VİSİONS exates sur photogq, cheveux, ecrit.  Tour magnetiste integral

5

.



 

Monparnas  qəbiristanlğına  çatanda  Oliveyra  yaxşı  bir  kağız  kürəcik  düzəltdi  və  yaxşıca  nişan 

alaraq görücüləri birbaş hasarın o tayına  – Bodlerin, Deverianın, Aloizius Bertranın,  bir sözlə, 

ovuclarında madam Frederik kimi 

la  voyante de  l’elite  parisienne et  internationale,  celebre par 

                                                

1

 

 Кечмиш мящяббяти гайтаран гарачы сирляри (фран.) 

2

 



 Ъадунун эютцрцлмяси (фран.) 

3

 



 Шякилля бахма (фран.) 

4

 



 Мцгяддяс Щинд Аьаъынын ясл тилсимини тяклиф едир. (фран.).  

5

 



 Медиум, таро картлары, щейрятамиз эюрцъцлцк, Щермел кцчяси 23. (фран.) 

1

 



 Картлар, дягиг фактлар (фран.) 

2

 



 Беля! (лат.), щинд сирляри, испан таро картлары (фран.) 

3

 



 Домино, балыггулаьы, эцлллярля фал (фран.) 

4

 



 Йалныз Марзак щисслярин эери гайтарылмасыны вяд едя биляр. (фран.) 

5

 



 Шякилля, сачларла йазылы формада дягиг юнъяэюрмя. Цмуми интеграл магнетизм (фран.) 


 

40



ses predictions dans la presse et la radio mondiales, de retour de Cannes

6

 



falçıların fal açmasına 

layiq olanların  yanına göndərdi.  Çe, orada imkanı olsa onların  hamısını  yandırmağa  hazır olan 

Barbe d’Orevilyi də, əlbəttə, Mopassan da var, yaxşı olardı ki, kağız kürəcik Mopassanın, ya da 

Aloiziusun qəbrinə düşəydi, ancaq haradan biləsən, çünki hələ hasarın bu tərəfindəsən.  

Etyen  hesab  edirdi  ki,  onu  səhər  tezdən    narahat  etmək  səfehlikdir,  ona  görə  də 

Oliveyranı  gözlədi  ki,  yeni  çəkdiyi  üç  rəsmi  ona  göstərsin,  ancaq  Oliveyra  kandarda  görünər-

görünməz  Monparnas  bulvarı  üzərində  gözəl  gün  çıxdığını  və  bundan  istifadə  edərək  Nekker 

xəstəxanasına  qədər  gedib  ondan  sonra  qocaya  baş  çəkəcəklərini  bəyan  etdi.  Etyen  astaca 

söylənib  emalatxananı  bağladı. Onlara aşiq olan  qapıçı  qadın dedi  ki,  hər  ikisinin sifəti  meyit, 

yaxud  kosmosda  yaşayanlar  rəngdədir,  bundan  belə  anladılar  ki,  madam  Bobe  elmi-fantastik 

əsərlər oxuyur, ancaq bu lap ağ olardı. «Şen-ki-Füm» kafesinə gəlib adama bir stəkan ağ şərab 

götürdülər, yuxular və rəssamlığın NATO-ya və günümüzün digər yaralarına dərman ola bilib-

bilməyəcəyi haqqında söhbət etdilər. Oliveyranın tanımadığı adamı yoluxmağa getməsi Etyenə o 

qədər də qəribə gəlmədi, hər ikisi bunun tamamilə münasib olduğu qənaətinə gəldilər və s. və i.a. 

Piştaxtanın qarşısında durmuş  bir sinyora qızğın  ehtirasla Nantın günbatan çağını təsvir edirdi, 

dediyinə  görə,  qızı  orada  yaşayırdı.  Etyenlə  Oliveyra  onun  bütün  sözlərini  diqqətlə  dinlədilər: 

günəş,  meh,  canlı  hasar,  ay,  sağsağanlar,  sakitlik,  axsaq  qadın,  Allah-taala,  altı  min  beş  yüz 

frank, duman, rododendronlar, qocalıq, allah  bilir nədir,  ilahi, allah eləsin,  yaddan çıxmaz, gül 

dibçəkləri.  Sonra  lövhəyə  baxıb  təəccübləndilər: 

«DANS  CET  HOPİTAL,  LAENNEC 

DECOUVRİT L’AUSCULTATİON»

1

  və  hər  ikisi  bu qənaətə gəldirlər (və bərkdən dedilər) ki, 



auskultasiya

39

,



  doğrudan  da,  Nekkerin  xəstəxanasında  uzun  müddətdən  bəri  gizlənən  bir 

salamandr, ya da ilandır ki, onu bütün dəhliz və zirzəmilərlə qovaraq axır ki, küncə sıxışdırıblar 

və  gənc  alimə  təslim  ediblər.  Oliveyra  məlumat  alandan  sonra  onlar  Şoffarın  palatasına 

yollandılar, ikinci mərtəbə, sağ tərəfdə. 

– Bəlkə, onun yanına kimsə getmir, – Oliveyra dedi. – Ola bilər ki, adının Morelli olması 

da təsadüfdür. 

– Yaxşısı budur, get öyrən gör, ölməyib ki, – Etyen açıq həyətin ortasındakı qızıl balıqlar 

üzən fontana baxıb dedi. 

– Belə şey olsaydı,  mənə deyərdilər. Ancaq üzümə  baxmaqla kifayətləndilər,  vəssalam. 

Bizə qədər yanına kiminsə gəlib-gəlmədiyini soruşmaq istəmədim. 

– Onun yanına məlumat almadan birbaşa da gedə bilərdik. 

                                                

6

 

 Юз юнъяэюрмялярийля дцнйа мятбуатында вя радиода мяшщур олан, Парисин вя бейнялхалг елитанын 

Канндан гайыдан бахыъысы (фран.) 

1

 



 Бу хястяханада Леннек аускултасийа ачыб. (фран.) 

39

 



 Аускултасийа – хястяйя гулаг асма 


 

40



Və s. və i.a. Bəzən elə anlar olur ki, – özünü elə pis hiss edirsən, elə qorxursan ki, ya da 

sadəcə,  ikinci  mərtəbəyə  qalxmaq  istəyirsən,  amma  fenol  qoxusu  gəlir,  –  söhbət  də  mənasız 

alınır, təxminən uşağı ölmüş anaya verilən təsəlli kimi, onun yanında oturur, boş-boş çərənləyir, 

xələtinin  bir  qədər  açılmış  yaxasını  düymələyir  və  arsız-arsız  deyirlər:  «Bax  belə,  yoxsa 

soyuqlayarsan». Ana ah çəkir: «Sağ olun». Ona deyirlər: «Sənə elə gəlir ki, soyuq deyil, ancaq 

bu  vaxtlar  axşamtərəfi  soyuq  olur».  Ana  deyir:  «Hə,  elədir».  Ona  deyirlər:  «Bəlkə,  yaylığını 

bağlayasan?»  Yox.  «İstilik»  fəsli  başa  çatır.  «Daxili  istilik»  fəslinə  keçirlər:  «Qoy  sənə  çay 

dəmləyim». Yox, yox, o bunu da istəmir. «Ancaq sən nəsə yeməlisən. Belə olmaz – nə vaxtdır 

heç  nə  yemirsən». O, saatın  neçə olduğunu  bilmir. «Ona  işləyib.  Ancaq altının  yarısından  bəri 

sənin  boğazından  heç  nə  keçməyib.  Elə  səhər  də  cəmisi  bir  buterbrod  yedin.  Sən  bir  şey 

yeməlisən, heç olmasa cemlə çörək ye». O istəmir. «Hə, mənim xətrimə, bircə tikə, başla, sonra 

özün istəyəcəksən». Köks ötürür, nə hə, nə yox. «Bax gördün, əlbəttə, ac idin. Bu dəqiqə sənə 

çay da verərəm». Əgər bundan da bir şey çıxmasa, qalır necə oturmaq problemi. «Belə oturma, 

ayağın keyiyər». Eybi yox, yaxşıdır. «Yox, nə danışırsan, yəqin, kürəyin tamam qovuşub, bütün 

günü  bu  sərt  kresloda  oturmaq  olar?  Bir  az  uzansana».  Ah  yox,  nə  danışırsınız.  Bu  sirli  bir 

şeydir:  yatağa  uzanmaq  xəyanət  kimi  bir  şeydir.  «Gəl,  gəl,  bəlkə,  bir  az  mürgüləyərsən  də». 

İkiqat  xəyanət.  «Bu  sənə  lazımdır,  yorğunluğun  çıxacaq,  bax  görərsən.  Mən  də  səninlə 

olacağam».  Yox,  yox,  ona  belə  yaxşıdır.  «Yaxşı  onda  qoy  yastıq  gətirim,  dirsəklən».  Yaxşı. 

«Ayaqların şişəcək, kətil gətirim, ayaqlarını qoy». Sağ olun. «Sonra isə – yatağa. Mənə söz ver». 

Dərindən nəfəs. «Hə, hə, tərslik etmə. Bunları sənə həkim desəydi, qulaq asardın». Və nəhayət: 

«Yatmaq lazımdır, əzizim». Variantlar – 

ad libitium

1



–  



Perchance to dream

2

, – pilləkəndə variantları bir-bir çeynəyən Etyen pıçıldadı. 



– Gərək ona bir şüşə konyak alaydıq, – Oliveyra dedi. – Sən almalıydın, səndə pul var. 

– Axı biz heç nə bilmirik, bəlkə, doğrudan da, ölüb. Bu sarışına baxsana, məmnuniyyətlə 

ona özümü ovdurardım. Bilirsən, bəzən xəyala dalıram ki, xəstə yatıram, yanımda isə tibb bacısı 

var. Səndə olmur? 

– On  beş  yaşımda olurdu. Dəhşət idi. Erosun əlində ox əvəzinə şpris  var, dünya gözəli 

qızlar məni çimizdirirlər, mənsə onların əlində ölürəm. 

– Sən onanistin birisən, vəssalam. 

– Nə olsun ki? Burada ayıb nə var? Başqalarıyla müqayisədə kiçik bir incəsənətdir, ancaq 

fərqi  yoxdur, onun da öz gözəl proporsiyaları, öz vaxt bölünməzliyi,  yeri, dinamikası  və digər 

çərçivələri  var.  Doqquz  yaşımda  mən  onunla  obmunun  altında  məşğul  olurdum,  məgər  bu 

vətənpərvər əməl deyil? 

                                                

1

 

 Сярбяст (лат.) 

2

 



 Йуху эюрмякчцн йатмаг (инэ.) 


 

40



– Ombu? 

– Baobab kimi bir ağacdır, – Oliveyra dedi. – Sənə söyləyirəm, and iç ki, heç bir fransıza 

danışmaycaqsan. Ombu ağac deyil, otdur. 

– Belə de, onda qorxulu deyil. 

– Bəs fransız oğlan uşaqları bunu necə edir? 

– Yadımda deyil. 

–    Lap  yaxşı  yadındadır.  Biz  böyük  bir  sistem  işləyib  hazırlamışdıq…  Bəzi  tanqolara 

qulaq asa bilmirəm, dərhal xalamın necə çalmağı yadıma düşür, çe. 

– Nə əlaqəsi var? – Etyen dedi. 

–  Çünki  pianonu  görmürsən.  Piano  ilə  divarın  arasında  yer  vardı  və  mən  orada 

gizlənirdim.  Xalam  «Milongita»nı,  ya  da  «Siyah  çiçəkləri»  çalardı,  olduqca  kədərliydi… 

istəyirsən, sənə fitlə çalım, çox qəmli musiqidir…  

–  Xəstəxanada  fit  çalmazlar.  Onsuz  da  kədərləndim.  Sənə  qulaq  asmaq  iyrəncdir, 

Horasio. 

–  Mənsə  kefimi  açıram.  Bir  şeylə  təsəlli  tapmaq  lazımdır,  ya  yox.  Əgər  qadına  görə 

etdiyimi düşünürsənsə… Ombu, ya da qadın, mahiyyətcə, hər şey otdur, çe. 

–  Bayağıdır,  –  Etyen  dedi.  –  Çox  bayağıdır.  Bərbad  flmlərdə  olduğu  kimi,  dialoqların 

haqqı metrlə ödənir, nəticədə nə alındığını özün bilirsən. İkinci mərtəbə, dayan. Madam…  

– 

Par la


1

, – tibb bacısı dedi.   

– Biz hələ də askultasiyanı görməmişik, – Oliveyra ona dedi. 

– Boş-boş danışmayın, – tibb bacısı dedi. 

–  Bax  belə,  –  Etyen  dedi.  –  Yuxuda  inildəyən  çörək  görürsən,  hamını  barmağına 

dolayırsan,  indi  də  şit  zarafatlar  edirsən.  Bəlkə,  bir  şəhər  kənarına,  təbiətə  çıxasan?  Yoxsa 

sifətini, qardaşım, elə bil, Sutin çəkib. 

–  Əslinə  baxsan,  –  Oliveyra  dedi,  –  səni  cana  yığmışam,  yaralarını  qoparmışam,  sənsə 

həmrəylik naminə mənimlə Parisi dolaşırsan, həm də dəfndən bir gün sonra. Dostun kədərlidir, 

onu bir az əyləndirmək lazımdır. Dostun sənə telefonla zəng edir və sən də məcbursan. Dostun 

xəstəxana haqqında danışır, yaxşı, gedək. 

– Doğrusunu bilmək istəsən, – Etyen dedi, – getdikcə sən məni daha az maraqlandırırsan. 

İndi zavallı Lusi ilə şəhəri gəzmək lazımdır. Bu ona lazımdır.  

–  Yanılırsan,  –  Oliveyra  skamyada  oturaraq  dedi.  –  Sibillanın  yanında  Osip  var, 

məşğuliyyəti də var – Hüqo Volf və başqaları. Əslinə baxsan, Sibillanın özünəməxsus bir həyatı 

var, bunu anlamaq üçün az  vaxtım getmədi. Mənsə, əksinə, boşam,  bomboş, hüdudsuz azadlıq, 

                                                

1

 



 Бура (фран.) 


 

40



kefin istəyən qədər arzula və avaralan, bütün oyuncaqlar qırılıb-qurtarıb, heç bir problem yoxdur. 

Alışqanını ver görüm. 

– Xəstəxanada çəkmək olmaz. 

– 

Ce are the makers of manners



1

, çe. Bu, askultasiya üçün olduqca faydalıdır.  

Budur, Şoffarın palatası, – Etyen dedi. – Bütün günü skamyada oturmayacayıq ki. 

– Dayan siqaretimi çəkim. 

 

 



  (–123) 

 

 

 

 



 

 

 

 

                                                



1

 

 Гайдалары биз гойуруг. (инэ.) 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə