Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə173/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   167   168   169   170   171   172   173   174   175

 

39



 

(– 42) 

 

149 

 

Bu küçəylə addımlayıram 



Addım səslərim 

 

 



 

Tamam başqa bir prospektdə. 

Və orada 

Eşidirəm  

addımlayan özümü necə də, 

Təkcə  


Dumanın həqiqi olduğu gecədə. 

 

Oktavio Pas 

 

(– 54) 

 

 



150 

 

Ağrı və iztirab çəkənlər haqqında. 

 

York  qraflığı  xəstəxanasından  xəbər  verilir  ki,  keçən  bazar  ayağını  sındırmış  dul 



hersoginya Qrefton dünənki gününü sakit keçirib.  

 

«Sandi Tayms», London. 



 

(– 95) 

 

 

151 

 

Morellinamə 

 



 

39



Pişiyin və ya milçəyin hərəkətlərinə adi gözlə baxmaq kifayətdir ki, bunun elmi cəlb edən 

yeni görüntü olduğunu hiss edəsən, bioloq və fiziklərin instinkt və bioloji həyat kimi təzahürlərlə 

əlaqədə  yeganə  imkan  qismində  təkidlə  bizə  təklif  etdikləri  bu  deantropomorfizasiya  nəsə 

buddizmin  bəzi  müddəalarında,  vedantda,  sufizmdə,  qərb  mistikasında  eşidilən,  keçmişdə  

qırılımış və unudulmuş israrlı çağırış kimi başqa bir şeydir və bizi ölümü həmişəlik rədd etmək 

ideyası ilə ovsunlayır.  

 

(– 152) 

 

 



 

152 

 

Yanılma  

 

Yaşadığım  bu  ev  hər  şeyi  ilə  öz  evimə  oxşayır:  otaqların  yerləşməsi,  girişdəki  qoxu, 



mebel  və  işıq, səhərlər günəşin  çəpəki, günortalar  ilıq, axşamüstü zəif  şüaları;  hər şey eynidir, 

hətta cığırlar da, bağçadakı ağaclar da, köhnə sınıq doqqaz da, döşənmiş həyət də. 

Keçən  vaxtın  saatları  və  dəqiqələri  də  mənim  həyatımın  saat  və  dəqiqələrinə  bənzəyir. 

Onlar  qaçır,  mənsə  düşünürəm:  «Doğrudan  da,  oxşayırlar.  İndi  yaşadığım  saatlara  necə  də 

oxşayırlar!»  

O ki qaldı mənə, evdəki bütün əksetmə səthlərini ləğv etməyimə baxmayaraq, pəncərənin 

şüşəsi  (onsuz  keçinmək  mümkün  deyil)  əksimi  özümə  qaytarmağa  cəhd  edir,  mən  orada 

özümünkünə oxşayan sifət görürəm. Hə, yaman oxşayır, boynuma alıram! 

Lakin qoy, guya, onun mən olduğumu israr etməyə çalışmasınlar! Bax belə! Burada hər 

şey  saxtadır.  Bax  mənim  evimi  və  mənim  həyatımı  mənə  qaytaranda,  əsl  sifətim  də  özümə 

qayıdacaq. 

 

Jan Tardye 



 

(– 143) 

 

153 

 

– Siz əsl buenos-ayreslisiniz, əsnəyirsiniz, onlar sizi aldadacaqlar. 




 

39



 

Çalışaram əsnəməyim. 



 

Yaxşı olar.  



 

 

Kambasares «Sentimental musiqi». 



 

(– 19) 

 

154 

 

Axır  ki,  çəkmələrini  linoleumun  üzərinə  basdı,  burnuna  şirin-kəskin  aspetika  qoxusu 



vurdu,  çarpayıda  iki  yastığa  söykənmiş  qoca  oturmuşdu,  qarmağa  oxşayan  burnu

,

  sanki



,

  öz 


sahibini oturmuş vəziyyətdə havadan asmışdı. Kətan kimi ağappaq idi, çuxura düşmüş gözlərinin 

kənarlarında  qara  ləkələr  gözə  dəyirdi.  Hərarəti  göstərən  vərəqdə  qeyri-adi  ziqzaq  vardı.  Niyə 

özlərinə nahaq zəhmət veriblər? 

 

Onlar  heç  nə  danışmadılar:  argentinalı  dost  bədbəxt  hadisənin  şahididir,  fransız 



dost isə – mançist rəssamdır, bütün xəstəxanalar istisnasız iyrəncdirlər. Morelli də yazıçıdır. 

 

– Ola bilməz, – Etyen dedi. 



 

Niyə olmur ki, bütün tiraj suya atılan daş kimi, lupp, indi bilərsən. Morelli cəmisi 

dörd  yüz  nüsxə  satıldığını  (və  hədiyyə  edildiyini)  onlara  danışmağa  ərinmədi.  Hə,  ikisi  Yeni 

Zellandiyada, təsirli təfsilatdır. 

 

Oliveyra  əli  əsə-əsə  siqaret  çıxartdı  və  xəstəxana  xidmətçisinə  baxdı,  xidmətçi 



başını  tərpədib  onları  iki  saralmış  pərdənin  arasında  qoyaraq  çıxdı.  Onlar  dəftərləri  və 

bürmələnmiş kağızları çıxararaq yatağın ayaq tərəfində oturdular. 

 

– Əgər bizə qəzetdə məlumat rast gəlsə… – Etyen dedi. 



 

–  «Fiqaro»da  çıxmışdı,  –  Morelli  dedi.  –  Çirkin  qar  adamı  barədə  teleqramın 

altında. 

 

– Belə də şey olar? – Oliveyra, nəhayət, pıçıltıyla dedi. – Digər tərəfdən, bəlkə də, 



belə yaxşıdır. Yoxsa ətli-əndamlı qarılar əllərində albom və bankalarda ev jelesi avtoqraf üçün 

bura cumuşardılar.  

 

– Ravənddən, – Morelli dedi. – Ən dadlısı odur. Bəlkə də, gəlməmələri daha yaxşı 



oldu. 

 

– Bəs biz? – Oliveyra doğruçu təlaşla dilləndi, – əgər biz də sizi narahat ediriksə, 



deyin. Hələ fürsət olacaq və s. və i.a. Nəyi nəzərdə tutduğumu bilirsiniz… 

 

– Siz məni tanımadığınız halda yanıma gəlmisiniz. Ona görə də hesab edirəm ki, 



bir az qalsanız yaxşı olar. Palata sakitdir, ən böyük hay-küyçü bu gecə saat ikidə susdu. Pərdələr 


 

39



də əladır, həkim təşkil eləyib, o, mənim necə yazdığımı gördü. Ümumiyyətlə, o, mənə işləməyi 

qadağan edib, ancaq xidmətçi qadınlar pərdə asdılar, odur ki, zəhləmi tökən yoxdur.  

 

– Evə nə vaxt qayıdacaqsınız? 



  

– Heç vaxt, – Morelli dedi. – Mənim sümüklərim  burada qalacaq, uşaqlar. 

 

– Boş şeydir, – Etyen ehtiramla dedi. 



 

– İndi bu zaman məsələsidir. Ancaq mən özümü yaxşı hiss edirəm, qapıçı qadınla 

da problemim yoxdur. Heç kəs məktub gətirmir, hətta Yeni Zellandiyadan da, oranın markaları 

elə  gözəldir  ki.  Ölü  doğulmuş  kitab  işıq  üzü  görəndə  yeganə  nəticəsi  azsaylı,  ancaq  dürüst 

müxbirlər olur. Yeni Zellandiyalı sinyora, Şeffildli oğlan. Kiçik frankmason təşkilatı, üzvlərinin 

az olması onlara ləzzət edir. İndisə həqiqətən…  

 

– Sizə  yazmaq  mənim  heç ağlıma da gəlməyib,  – Oliveyra dedi.  – Biz dostlarla 



sizin  yaradıcılığınıza  bələdik,  amma  o  bizə  elə…  Mən  artıq  sözlər  danışmaq  istəmirəm,  siz 

özünüz  çox  gözəl  bilirsiniz.  Biz  bütün  gecəni  müzakirə  aparmışıq,  mübahisə  etmişik,  sizin 

Parisdə olduğunuz heç ağlımıza da gəlməzdi.  

 

–  Keçən  ilədək  Vyerzonda  yaşayırdım.  Parisə  kitabxanalarda  qurdalanmağa 



gəlmişəm.  Vyerzon,  əlbəttə…  Naşirə  mənim  ünvanımı  kimsəyə  verməmək  tapşırılmışdı.  Heç 

bilmirəm mənim azsaylı pərəstişkarlarım onu haradan əldə ediblər. Belim yaman ağrıyır, uşaqlar. 

 

– İstəyirsiniz, biz gedək, – Ronald dedi. – Eybi yoxdur, biz sabah da gələ bilərik. 



 

–  O,  sizsiz  də  ağrıyacaq,  –  Morelli  dedi.  –  Gəlin  fürsətdən  istifadə  edib  siqaret 

çəkək, mənə qadağan ediblər. 

 

 



 

Ədəbi deyil, adi dil tapmaq lazım idi. 

 

 

Tibb  bacısı  yanlarından  keçəndə  Morelli  əlindəki  siqaret  kötüyünü  şeytan 



çevikliyi ilə ağzına soxub Oliveyraya elə baxdı ki, sanki

,

 o, qoca paltarı geyinmiş oğlan uşağıydı, 



kefdi, vallah.  

 

 



… qismən Ezra Paundun əsas fikirlərindən çıxış edərək, lakin onun 

pedantizmi

37

 

və ikinci dərəcəli simvollarının, başlıca kəmiyyətlərinin dolaşıqlığı olmadan. 



 

Otuz səkkiz və iki. Otuz yeddi və beş. Otuz səkkiz və üç. Rentgen: (oxunmur).  

 

                                                



37

 

 Редантизм – хырдачылыг 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə