Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə168/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   164   165   166   167   168   169   170   171   ...   175

 

38



 

(– 63) 

 

136 

 

Morelli sitat dəlisidir:  



 

«Mənə niyə eyni kitabda poemalar nəşr etdirib, eyni zamanda poeziyanı inkar etməyimi, 

ölmüş  adamın  gündəliyinə 

prelatın


26

,

  mənim  dostumun  qeydlərini  əlavə  etməyimi  izah  etmək 



çətin olardı…» 

 

Georges Bataile «Haine de la poesie»

2

.  



 

(– 12) 

 

137 


 

Morellidən 

 

Əgər  əsərin  həcmi  və  üslubu  müəllifin  ümumi  nəticə  çıxarmaq  səviyyəsinə  qalxmaq 



istəməsi fikrini oyatmağa başlayırsa, dərhal göstərmək lazımdır ki, onu tamamilə əks bir şey  – 

əhəmiyyətsiz nəticələrlə qalmaq təhlükəsi gözləyir.   

 

(– 17) 

 

138 

 

Bəzən biz Sibilla  ilə qəfildən xatirələrimizi  ləkələməyə girişirik. Səbəbləri çox  mənasız 



ola  bilər: hərdən olur da, adam uzun-uzadı bir-birinin gözlərinə baxanda əhvalı pozulur, ya da 

darıxır. Söz sözü çəkir və söhbət xırdalana-xırdalana bizi xatirələrə aparıb çıxarır. Sözlərimizin 

arxasında iki tamamilə müxtəlif, bir-birinə yad olan və demək olar ki, daim barışmaz dünyalar 

durur, elə bil, lağlağıya başlamaq barədə razılığa gəlirik. Adətən, mən başlayıram, bir zamanlar 

dostlara  pərəstiş  etdiyimi  nifrətlə  xatırlayıram,  mən  necə  də  sadiqdim,  ancaq  məni  başa 

                                                

26

 

 Прелат – католик килсясиндя йцксяк рущани вязифяси 



2

 

 Ъоръ Батай, «Поезийайа нифрят» (фран.) 


 

38



düşmədilər,  sədaqətimə  nə  cür  qiymət  verdilər,  siyasi  nümayişlərdə  plakat  daşıdığım  müti 

inadkarlığımı xatırlayıram, intellektual mübahisələri və alovlu sevgiləri xatırlayıram. Mən özüm 

və başqaları üçün dəfələrlə ayı xidmətinə çevrilən şübhəli dürüstlüyümə gülürəm, halbuki eyni 

zamanda  satqınlıq  və  nadürüstlük  öz  torunu  hörürmüş;  mən  onlara  mane  ola  bilmədim,  yalnız 

etiraf etdim ki, gözlərimin önündə satqın və şərəfsiz işlər görülür, mənsə onlara əngəl olmaqçün 

heç nə etmirəm, ona görə də ikiqat günahkaram. Mən təmiz və ləyaqətli adamlar olduqları halda 

ağappaq  nişastalı  yaxalıqlarda  boğazacan  çirkaba  batan  əmilərimə  də  gülürəm.  Onlara  zibilin 

içində  olduqlarını  desən,  heyrətdən  ağızları  açıla  qalar,  axı  onlardan  biri  Tukumanı,  o  biri  isə 

Doqquz  iyulu  müqəddəs  sayır  və  hər  ikisi  eyibsiz argentinalı ruhunun təmsilçiləridir  (bu  ifadə 

hərfbəhərf  onlara  məxsusdur).  Hər  halda,  mənə  onlardan  yaxşı  xatirələr  qalıb.  Mənsə  Parisin 

stresi  Sibilla  ilə  məni  əldən  saldığı  zaman  bir-birimizi  incitmək  istəyəndə  bu  xatirələri 

ləkələyirəm. 

Birdən Sibilla gülməyini kəsərək məndən niyə əmilərim haqqında belə şeylər danışdığımı 

soruşur  və  mən  hiss  edirəm  ki,  əmilərimin  burada,  qapının  arxasında  beşinci  mərtəbədən  olan 

qoca kimi bizə qulaq asmalarını istəyirəm. Mən cavab verməzdən qabaq yaxşı-yaxşı düşünürəm, 

çünki  ədalətsiz  davranmaq  və  heç  nəyi  şişirtmək  istəmirəm.  Bir  də  yaxşı  olar  ki,  bu,  mənəvi 

məsələlərdən  heç  vaxt  baş  çıxarmayan  Sibillanın  xeyrinə  olsun  (Etyen  kimi,  lakin  o  daha  az 

eqoistdir,  hazırkı  məqam  qarşısında  məsuliyyətli  olmağa  inanır,  o  məqamda  ki,  xeyirxah  və 

alicənab  olmaq  gərəkdir;  mahiyyətcə  səbəblər  Etyendəki  kimi  eyni  dərəcədə 

gedonistik

27

  və 


eqoistik xarakter daşıyır).  

Və izah edirəm ki, mənim düzgünlük mücəssəməsi olan iki əmimi əkinçilik-heyvandarlıq 

və  kontor  işindən  ibarət  fəaliyyətlərinin  iki  qütbü  arasında  inkişaf  edən  həyatlarının  zirvəsi 

sayılan  1915-ci  ildə  nümunəvi  argentinalılar  adlandırırdılar.  Yox,  əgər  qədim  gözəl  çağların 

kreollarından

28

  söhbət  açsaq,  onda  antisemitizm,  ksenofobiya,  şəxsi  mülklərindən  ötrü  bağrı 



çatlayan xırda burjuylardan da danışmaq lazımdır. O mülklərdən ki, orada mulat qızlar onlara ayı 

on  pesoya  mate  dəmləyib  verirlər,  ağ-qəhvəyi  vətənpərvərlik  duyğuları  çiçəklənir,  bütün 

hərbçilərə və çöllükdəki ekspedisiyalara böyük hörmət var, orada köynəklər də düjünlə ütülənir, 

halbuki  məvacibin  bütün  ailənin 

«

rus


»

  adlandırdığı  və  hamının  üstünə  qışqırıb  hədələdiyi,  ən 

yaxşı halda isə lağa qoyduğu bu bədbəxt məxluqun pulunu verməyə çatmır. Sibilla haqqında heç 

vaxt  elementar  təsəvvürü  belə  olmayan  şeylərə  qarşı  bu  münasibətlə  razılaşan  kimi  mən  ona 

sübut  etməyə  çalışıram  ki,  bütün  bunlara  baxmayaraq,  əmilərim  və  onların  ailələri  çox  gözəl 

xüsusiyyətlərə  malikdirlər. Onlar seçki  hüququna sayğı duyan  və ən  hörmətli qəzetləri oxuyan 

sadiq  atalar  və  oğullardır,  həm  rəhbərlik,  həm  də  işçilər  tərəfindən  sevilən  namuslu 

                                                

27

 

 Эедонистик – щяйатын зювг вя сяфа цчцн  йарадылдыьыны иддиа едян гядим йунан яхлаг нязяриййяси 



28

 

 Креол – Авропадан Ъянуби Америкайа кючмцш илк колонистляр нясли 




 

38



qulluqçulardır,  onlar  bütün  gecəni  xəstənin  yatağı  başında  keşik  çəkə,  yaxud  kimə  lazımdırsa 

torba  tikə  bilərlər.  Sibilla  çaşqın  halda  mənə  baxır  ki,  görsün  lağlağı  etmirəm  ki.  Mən  öz 

əmilərimi  niyə  belə çox  sevdiyimi  sübut və  izah  etməli oluram  və  niyə arabir küçələr  və  hava 

zəhləmizi  tökəndə  mən  birdən-birə  bu  kirli  ağları  dartıb  çıxarır  və  onlardan  qalan  xatirələri 

tapdaq  edirəm.  Sibilla  bir  az  dirçəlir  və  məqamından  asılı  olaraq  həm  sevdiyi,  həm  də  nifrət 

etdiyi anasından gileylənməyə başlayır. Bəzən onun uşaqlığı haqqında danışdığı bir hekayə məni 

dəhşətə gətirir, əvvəllər əyləncəli əhvalat kimi danışıb güldüyü şeylər qəflətən dəhşətli düyünə, 

bataqlığa  çevrilir,  qaynaşan  zəlilər  və  gənələr  kimi  bir-birinin  qanını  sormağa  başlayır.  Belə 

anlarda  Sibillanın  üzü  tülkü  sifətinə  oxşayır,  burun  pərləri  gərilir,  rəngi  ağarır,  dili  dolaşır, 

barmaqlarını  sındırır  və  ağır  nəfəs alır, elə  bil, saqqızdan  şişirilmiş  nəhəng  hava şarının  içində 

anasının  qabarıq  sifəti  peyda  olur,  özüdür  ki  var,  nimdaş  geyimdə  və  körpünün  üstündə  qalan 

köhnə  tüpürcəkqabı  kimi  şəhər  kənarındakı  küçədə  və  yoxsulluq,  anasının  yağlı  əsgiylə  qazan 

yuyan əlləri. Dərd burasıdır ki, Sibilla uzun müddət danışa bilmir, o, ağlamağa başlayır, üzünü 

mənə sıxaraq elə dəhşətli əzab çəkir ki, ona çay dəmləyib hər şeyi unutdurmaq, harasa getmək, 

ya da sevişmək  lazım gəlir, bütün əmilərsiz  və analarsız,  sadəcə, sevişmək (həmişə  belə olur), 

yaxud da yatmaq, ancaq demək olar ki, həmişə belə olur. 

 

(– 127) 

 

 



139 

 

Fortepiano üçün notlar (lya, re, mi-bemol, do, si-bemol, mi, sol), skripka üçün notlar (lya, 



mi, si-bemol, mi), sümsü üçün notlar (lya, si-bemol, lya, si-bemol, mi, sol) ArnolD SCHoenberq, 

Anton CEBErn, ALBAn BerG adlarının musiqi ekvivalentidir (alman sisteminə görə H – si, B – 



si-bemol  və  S  (ES)  –  mi-bemoldur).  Bu  özünəməxsus  musiqi 

anaqramında

29

  yeni  heç  bir  şey 



yoxdur. Yada salaq ki, Bax da öz adından bu cür istifadə edirmiş və XVI əsrin poifoniya ustaları 

da  bunu  dəb  salıblar  (….).  Skripka  konserti  üçün  mühüm  olan  məqamlardan  biri  də  ciddi 

simmetriyadır. Skripka konserti üçün açar rəqəm ikidir: iki müstəqil mövzu və onların hər biri iki 

yerə  bölünür, bundan əlavə  yeni  bölünmələr də  vardır:  skripka  və  orkestr. «Kammar  Konzert» 

isə belə deyil, orada açar rəqəm üçdür: premyerada Maestro və onun iki tələbəsi təqdim olunur; 

alətlər  üç  qrupa  bölünür:  fortepiano,  skripka  və  nəfəs  alətləri;  konsertin  özü  də  üç  qarşılıqlı 

mövzu üzərində qurulur və onlardan hər biri bu və ya digər dərəcədə üçhissəli kompozisiyadan 

ibarət olur. 

                                                

29

 



 Анаграмм – бир кялмянин щярфляри иля башга бир сюз дцзялтмя 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə