Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   167   168   169   170   171   172   173   174   175

 

38



ifadə  olunurdu,  odur  ki,  geniş,  gurultulu    haşiyələrin,    dəqiq,  səliqəylə  qurulmuş  epizodların, 

ədəbi xoşbəxtliyin  görüntüsü arxasında, demək olar ki, iblisanə ironiyalar eşitmək mümkün idi – 

o  bütün  bunlarla  çoxdan  hekayə  və  roman  oxucuları  arasında  özünə  şöhrət  qazanmışdı.  Çox 

gözəl  orkestrəşdirilmiş  dünya  həssas  qulağa  heç  nə  eşitdirə  bilmirdi;  elə  sirr  də  buradan 

başlanırdı, çünki intuitiv əsərin ümumi nihilizminin qabaqcadan hiss olunmasıyla, eyni zamanda 

bir qədər gecikməylə şübhə doğurdu ki, Morellinin ideyası qətiyyən belə deyil, yəni kitabın hər 

bir ayrıca hissəsində yer alan özünüməhvetmə dağlardakı nəcib metal axatarışı kimiydi. Qapını 

səhv salmamaq  və əllaməlik etməmək üçün buradaca dayanmaq  lazımdır. Oliveyra  ilə Etyenin 

ən  qızğın  mübahisələri  də  məhz  buna  ümid  etdiklərindən  doğurdu,  çünki  ən  çox  səhv 

edəcəklərindən  qorxurdular  və  onlar  iki  yekəbaş  axmaq  kimi  tərslik  edir  və  Babil  qülləsini 

tikməyin mümkün olduğuna inanmırlar, əgər nəticə etibarilə o heç kəsə lazım olmasa belə.  Bu 

məqamda Qərb mənəviyyatı onlara istər-istəməz üç min il ərzində irsən alınan, mənimsənən və 

çeynənən  bütün  arzu  və  xəyalları  bir-birinin  ardınca  ifadə edən  vasitəçi kimi  görünür. Çiçəyin 

heç bir şey üçün deyil, elə-belə də gözəl ola biləcəyi inancından imtina etmək çətindir; zülmət 

qaranlıqda  rəqs  etməyin  mümkünlüyünü  etiraf  etmək  acıdır.  Morellinin  daha  saf  bir  görüntüyə 

hazırlığın  labüd  mərhələsini  keçmək  naminə  işarələri  əks  istiqamətə  dəyişməyin  və  dünyanı 

başqa ölçülərdə və ölçülərdən görməyin mümkün olduğuna yönəlik eyhamları (bütün bunlar eyni 

zamanda  həm  lağlağı,  həm də güzgüyə  baxan adamın  soyuq  ironiyasının  hiss olunduğu parlaq 

şəkildə  yazılmış  bir  pasaja  yerləşdirilmişdi),  –  bu  eyhamlar  onları  əsəbləşdiridi,  çünki  onlara 

ümid  verməkçün,  haqq  qazandırmaqçün  saman  çöpü  uzadır,  ancaq  eyni  zamanda  dözülməz 

riyakarlıqla  etibarlılıq  duyğularını  tamamilə  əllərindən  alırdılar.  Bircə  təsəlli  vardı:  yəqin  ki, 

Morelli ilk əsl ifası tam sakitlikdə səslənməli olan əsərini orkestrləşdirəndə də həmin riyakarlıq 

duyğusunu  yaşayırdı.  Beləcə,  onlar  lənətlər  yağdıraraq  və  heyrətlənərək  səhifə-səhifə  irəli 

gedirdilər, Sibilla isə daima anlaşılmazdan yorularaq pişik kimi kresloda qıvrılıb gözləri ilə bağlı 

pəncərə  və  mənasız  qızmar  gecə  arasındakı  hər  şeyi  dələrək  şifonerin  başından  sökülən  dan 

yerinə baxırdı.  

 

(– 60) 

 

142 

 

1.  –  Mən  onun  necə  olduğunu  bilmirəm,  –  Ronald  dedi.  –  Və  biz  bunu  heç  vaxt 



bilməyəcəyik.  Yalnız  onun  başqalarına  necə  təsir  etdiyini  bilirik.  Biz  müəyyən  mənada  onun 

güzgüsü olmuşuq. İzah etmək çətindir. 




 

39



2.  –  O  elə  axmaq  idi  ki,  –  Etyen  dedi.  –  Xoşbəxt  səfehlər  və  s.  və  i.a.  And  içirəm    ki, 

tamamilə  doğru  deyirəm.  Onun  axmaqlığı  məni  əsəbiləşdirirdi,  Horasio  deyirdi  ki,  bu, 

informasiya çatışmazlığındandır, ancaq səhv edirdi. Hamıya məlumdur ki, cahillik və axmaqlıq – 

tamamilə başqa şeylərdir, bunu hamı bilir, axmaqdan başqa, bu da onun xoşbəxtliyidir. O hesab 

edirdi  ki,  məşğuliyyət,  populyar  peşə  onun  ağlını  artıracaq.  İki  anlayışı  qarışdırırdı:  bilmək  və 

anlamaq.  Bədbəxtin  bizim  məhz  çox  bildiyimizdən  anlamadığımız  bir  çox  şeylərdən  əla  başı 

çıxırdı. 

3.  –  İbarəbazlıq etmə,  – Ronald dedi.  – 

Antinomiya

32

  və əks  məfhumlardan  ibarət ucuz 



dəst. Mənə elə gəlir ki, onun axmaqlığı, tamamilə bitki kimi, ilbiz kimi olması bütün varlığıyla 

ən sirli şeylərə yapışmasının əvəziydi. Buyur görək:  o, adlara inana bilmirdi, gərək barmağıyla 

əşyaya  toxunaydı  ki,  onun  varlığını  etiraf  etsin.  Ancaq  bununla  uzağa  gedə  bilməzsən.  Bu, 

Qərbin bütün kəşflərinə, bütün fəlsəfi məktəblərə arxa çevirmək kimi bir şey idi. Belə olduğun 

halda şəhərdə yaşamaq və çörəkpulu qazanmaq pis şeydir. Bu onu gicişdirirdi. 

4.  –  Hə,  əlbəttə,  ancaq  onun  xoşbəxtliyinin  həddi-hüdudu  yox  idi,  dəfələrlə  ona  baxıb 

qibtə  etmişəm.  Məsələn,    stəkanın  forması.  Bəs  mən  rəssamlıqda  nə  axtarıram,  lütfən  deyin? 

Əzab-əziyyət  çəkirsən,  nə  qədər  yollardan  keçirsən  –  hamısı  da  çəngələ  və  iki  zeytun  ağacına 

gedib  çatmaq  üçün.  Duzun  hamısı  və  dünyanın  mərkəzi  burada  toplanmalıdır,  süfrənin  bu 

tərəfində. O isə gəlir və bunu hiss edir. Bir dəfə o, mənim yanıma emalatxanaya gəlmişdi, mən 

onu səhər-səhər bitirdiyim rəsmin önündə gördüm. Elə ağlayırdı ki, bu cür yalnız o özü ağlaya 

bilərdi,  bütün  sifətiylə.  Onun  üzü  qorxunc  və  qəribəydi.  O,  mənim  rəsmimə  baxıb  ağlayırdı. 

Səhər-səhər  özümün  də  ağladığımı  ona  deməyə  cürətim  çatmadı.  Halbuki  bu  onu  sakitləşdirə 

bilərdi, sən ki onun necə əzab çəkdiyini bilirsən, bizim – bu ədabaz yekəxanaların yanında özünü 

olduqca əhəmiyyətsiz sayırdı. 

5. – İnsanlar nələrə ağlamırlar, – Ronald dedi. – Göz yaşları heç nəyi sübut etmir.  

6. – Nə deyirsən de, onlar əlaqəni isbatlayır. Kətan parçanın qarşısında dayanaraq ondan-

bundan  eşitdiyi  tərifləri  yağdıranlar  çox  olub,  ağızlarına  gələni  danışıblar,  hamısı  da  ətrafında. 

Bilirsən,  iki  şeyi  birləşdirməyi  öyrənmək  üçün  müəyyən  səviyyəyə  yüksəlmək  lazımdır.  Mənə 

elə gəlir ki, mən yüksəlmişəm, ancaq mənim kimilər çox deyil. 

7. – Çox az adam tanrının rəhmətinə layiqdir, – Ronald dedi. – Özünü az təriflə… 

6. – Mən bilirəm ki, bu belədir, – Etyen dedi. – Bu belədir, mən bilirəm. Ancaq mənim 

həyatım iki əli birləşdirməyə sərf olunub, sol əlimi – ürəyimlə, sağ əlimi isə – fırça və kətanla. 

Əvvəl mən başqaları kimi Rafaelə baxıb Perucino haqqında düşünürdüm, Leon Battista Albertini 

zəli kimi sorurdum, onları birləşdirib bir araya gətirirdim, bu  – Piko de Mirandoladandır, bu  – 

                                                

32

 

 Антиномийа – ейни дяряъядя дцзэцн щесаб едилян ики ганун, мцддяа, принсип, категорийа арасындакы 



зиддиййят 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə