Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə167/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

 

38



– Sibilla isə mən olmuşam, – Talita Trevelerə bir az da qısılaraq dedi. – Bilmirəm, başa 

düşürsən, ya yox. 

– Deyəsən, hə. 

– Bu nə vaxtsa olmalıydı. Bir şey qəribədir: niyə o, öz səhvinə bu qədər təəccübləndi.  

–  Sən  ki,  Horasionun  necə  adam  olduğunu  bilirsən:  aləmi  bir-birinə  vurur,  sonra 

kənardan elə baxır ki, guya, heç nədən xəbəri yoxdur. 

– Mənə elə gəlir ki, biz onu limanda qarşılayanda da ona belə gəlmişdi,  – Talita dedi. – 

İnanmaq  çətindir,  o  heç  mənə  baxmadı  da,  siz  hər  ikiniz  məni  it  kimi  qovdunuz,  pişik 

qoltuğumda yola saldınız. 

– Xırda becərmə obyekti, – Treveler dedi. 

– O, məni Sibillayla dəyişik salmışdı, – Talita israrla bildirdi. – Yerdə qalanlar isə mütləq 

baş verməliydi, Seferinonun mütləq sadalamaları kimi, bir-birinin ardınca. 

–  Sibilla  da,  –  Treveler  siqareti  elə  sümürdü  ki,  qaranlıqda  bütün  sifəti  işıqlandı,  – 

uruqvaylıdır. Ona görə də tamamilə qanunauyğundur. 

– Qoy danışım, Manu. 

– Danışmasan yaxşıdır. Mənası yoxdur. 

– Əvvəl qoca əlində göyərçin gəldi və biz zirzəmiyə düşdük. Biz aşağı düşərkən Horasio 

elə hey ona rahatlıq verməyən hansısa dəlikdən danışırdı. O, ümidsiz bir vəziyyətdəydi, Manu, 

onun  təmkinli  görünüşünə  baxmaq  qorxuluydu,  əslində  isə…  Biz  liftlə  düşdük  və  o, 

soyuducunun qapısını örtməyə getdi, dəhşət idi. 

– Demək, siz ora düşdünüz, – Treveler dedi. – Bəs sonra. 

 



Bu, sənin düşündüyün kimi deyil, – Talita dedi. – Məsələ bizim düşməyimizdə deyil. 

Biz danışırdıq, ancaq mənə elə gəlirdi ki, guya, Horasio tamamilə başqa bir yerdədir və başqa bir 

qadınla danışır, deyək ki, suda batmış bir qadınla. Mənim elə indicə ağlıma gəldi, Horasio heç 

vaxt Sibillanın çayda boğulması haqda danışmayıb. 

– O heç boğulmayıb da, – Treveler dedi. Mən buna əminəm. Doğrudur, bununla bağlı heç 

bir məlumatım yoxdur. Ancaq Horasionu tanımaq yetər. 

– Horasio elə bilir ki, o ölüb, Manu, ancaq eyni zamanda onu yanında hiss edir, bu gecə 

mən o idim. O deyir ki, onu gəmidə də görüb, San-Martində körpünün altında da... O, qarabasma 

görürmüş kimi danışmır və inandırmağa çalışmır. O, elə danışır ki, guya, bütün bunlar, doğrudan 

da,  var.  O,  soyuducunu  bağlayanda  mən  qorxdum  və  nəsə,  artıq  yadımda  deyil  nə  dedim,  o, 

mənə  elə  baxdı  ki,  sanki

,

  mənə  yox,  başqasına  baxırdı.  Ancaq  mən  qətiyyən  zombi  deyiləm, 



Manu və heç kəsin də zombisi olmaq istəmirəm. 

Treveler əlini onun saçlarında gəzdirdi, ancaq Talita səbirsizcəsinə  kənara çəkildi. Onlar 

çarpayıda oturmuşdular və Treveler arvadının titrədiyini hiss etdi. Bu istidə  – o titrəyir. O dedi 



 

38



ki,  Horasio  onu  öpüb  və  bu  öpüşün  mahiyyətini  izah  etməyə  çalışdı,  ancaq  söz  tapmayıb 

qaranlıqda  əlləriylə  Trevelerə  toxundu,  yumşaq  ovuclarını  üzünə,  əllərinin  üstünə  qoydu, 

sinəsində,  dizlərində  gəzdirdi  və  bundan  Trevelerin  imtina  edə  bilməyəcəyi  izahat  doğdu,  bu 

toxunuş ona sirayət edirdi, o, haradansa çox dərinlikdən, ya da olduqca yüksək bir yerdən gəlirdi, 

haradansa,  ancaq  bu  gecədən,  bu  otaqdan  yox,  sirayətedici  təmas,  onun  vasitəsilə  Talita  ərinə 

hakim  olurdu,  nəsə  xəbər  verməyə  çalışan  anlaşılmaz  danışıq  kimi,  qabaqcadan  hiss  olunan 

görüşün  əlaməti  kimi,  amma  ona  bu  xəbəri  gətirən  səs  titrəyir,  sınırdı  və  bu  xəbəri  ona 

anlaşılmaz  bir  dildə  çatdırırdı,  ancaq  hər  halda,  o,  indi  çox  lazımdır  və  tələb  edirdi  ki,  onu 

dinləyib  qəbul  etsinlər,  o,  tüstü  və  prpobkadan  olan  lət,  məsaməli  divara  çırpılırdı,  çılpaq, 

sürüşkən, anlaşılmaz, əldən sürüşüb çıxır və göz yaşlarıyla birlikdə suya tökülürdü.  

«Beynimizdə qotur var», – Treveler düşündü. O, qorxu, Horasio, lift, göyərçin haqqında 

nəsə eşitdi; qulağının informasiya qəbul etmək funksiyası yavaş-yavaş geri qayıtdı. Deməli belə, 

demək, o, yazıq-bədbəxt qorxub, görəsən onu öldürməyib ki, gülməlidir. 

– O elə belə də dedi? İnanmaq çətindir, özün bilirsən, o necə məğrurdur. 

–  Yox  əşi,  elə  deyil,  –  Talita  siqareti  ondan  alıb  lal  kinokadrdakı  kimi  acgözlüklə 

sümürərək  dedi.  –  Mənə  elə  gəlir  ki,  onun  hiss  etdiyi  qorxu  –  sonuncu  sığınacaq  kimidir,  bu 

özünü aşağı atmazdan qabaq məhəccərdən yapışmaq kimi bir şeydir. O, bu qorxunu bu gün hiss 

etməyinə necə də sevindi, mən bilirəm, çox sevindi.  

– Bunu, – Treveler əsl yoqa kimi nəfəs alaraq dedi, – hətta Kuka da başa düşməzdi, inan 

mənə.  Mən  belə  bununçün  bütün  əqli  potensialımı  işə  salmalıyam,  çünki  sənin  sevincli  qorxu 

haqqında bəyanatını, əzizim, razılaş ki, həzm etmək çətindir. 

Talita  bir az tərpənərək Trevelərə söykəndi. O,  yenidən əriylə  birlikdə olduğunu  bilirdi, 

bilirdi  ki,  boğulmayıb,  Manu  onu  suyun  üzündə  saxlayır,  aşağıda  isə  suyun  dərinliyində 

mərhəmət var, ecazkar mərhəmət. Onlar hər ikisi bunu eyni anda hiss etdilər və bir-birinə doğru 

əyildilər ki, sonra öz içlərinə, sözlərin, nəvazişlərin və dodaqların bir çevrədə fırlandığı ümumi 

yerlərinə  yıxılsınlar – ah, bu sakitləşdirici metaforalar,  – hər şeyin əzəlki halına qayıtmasından 

məmnun əski  həsrətlərinə dönsünlər  və görsünlər ki, hər şey əvvəlkidir, sən  yenə əvvəlki kimi 

üzürsən, fırtınalara, səni kimin çağırmasına və necə yıxılmağına baxmayaraq.  

 

(– 140) 

 

134 

 

S i z i n  b a ğ 

 



 

38



Yadda  saxlamaq  lazımdır  ki,  necə  deyərlər,  «fransız  üslubunda»  planlaşdırılmış,  çiçək 

ləklərinin,  qazonların,  cığırların  ciddi  həndəsi  ölçülər  əsasında  salındığı  bağ  yüksək  səviyyəli 

bilik və ciddi qulluq tələb edir.  

İngilis  üslubunda  olan  bağda  isə,  əksinə,  həvəskar  bağbanın  buraxa  biləcəyi  səhvlər 

asanlaqıla ört-basdır edilə bilər. Bir neçə kol, bir kvadrat qazon, divar və ya canlı hasar boyu 

çiçək ləkləri  – bütün  bunlar dekorativ və olduqca praktik ansamblın  bir-birinin ardınca nəzəri 

cəlb etməyən əsas elementləridir. 

Əgər bədbəxtlikdən ayrı-ayrı nüsxələr lazımi nəticəni verməsələr, onları başqa bir yerə 

əkmək olduqca asandır;  və onlar bütün  bağın  qeyri-mükəmməl  olduğu və baxımsızlıq duyğusu 

yaratmayacaqlar, çünki bağın hər tələfinə səpələnmiş müxtəlif rəngdə və boyda olan güllər hər 

zaman göz oxşamağa qadirdir. 

Bu planlaşdırma üsulu  Böyük Britaniya və Birləşmiş Ştatlarda fövqəladə qiymətlidir və 

«mixed border» adlanır, yəni «qarışıq qazon». Bu şəkildə əkilmiş çiçəklər sarmaşaraq bir-birinə 

qarışır  və  əgər  onlar  özləri  bitiblərsə,  bağa  təbii  görünüş  verirlər,  eyni  zamanda,  kvadrat  və 

dairəvi  ləklərdə  əkilmiş  çiçəklər  də  hər  zaman  süni  mənzərə  yaradaraq  qüsursuzluq  və 

mükəmməllik tələb edir.  

Başqa  sözlə,  həm  praktik,  həm  də  estetik  baxımdan  həvəskar  bağbana  mixed  border 

tövsiyə olunur. 

 

«Almanque Hachette»

1

 

(– 25) 



 

135 

 

–  Beş  barmağının  beşini  də  yalayacaqsan,  –  Xekrepten  dedi,  –  mən  qızarda-qızarda 



ikisini yemişəm, çox ləzzətlidir. 

– Şəkərsiz mate də dəmlə, əzizim, – Oliveyra dedi. 

– Bu dəqiqə, sevgilim. Qoy soyuq kompresini dəyişim. 

– Sağ ol. Qəribədir, gözübağlı qoğallar da varmış, çe. Yəqin ki, bizimçün kosmosu kəşf 

etmək istəyənlər belə məşq edirlər. 

–  Sən  Aya  xüsusi  aparatlarla  uçanları  deyirsən?  Onları,  deyəsən,  kapsulun,  ya  da  ona 

bənzər bir şeyin içinə soxurlar, eləmi? 

– Tamamilə doğrudur, əllərinə də mate ilə qoğal verirlər. 

                                                

1

 



 «Ашетт» алманахы (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə