Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   159   160   161   162   163   164   165   166   ...   175

 

37



In slithered and too ample pockets.

1

 – 



olan bütün kafelərdə.   

Hart  Krein  dixit

2

.  Bunlar,  sadəcə,  kafe  deyil,  onlar  –    qəlbləriylə  vidalaşmış  insanların 



neytral  əraziləridir,  onlar  –  bütün  qoşqularda  hərəkət  edən  təkərin  öz-özünü  çəkib  aparan 

hərəkətsiz  mərkəzidir.  Özünü  oralara  girib-çıxan  görmək,  qadınlardan,  veksellərdən,  yaxud 

epistemiologiya

23

  dissertasiyasından  ötrü  dəli  kimi  çalışıb-çapalamaq  və  hər  gün  qəhvə 



fincanlara süzüldükcə sən kənardan təftiş edib balans çıxarmağa cəhd edə bilərsən, öz-özündən 

müəyyən məsafədə qalaraq, bir saat əvvəl kafeyə girən və bir saat sonra kafedən çıxan özündən.  

Öz  tərcümeyi-halına  istehzayla  baxan  iki  siqaret  arasında  özün-özünə  şahid  və  özün-özünə 

hakimsən.  

Kafedə həmişə yuxularımı xatırlayıram, bir 

no man’s land

3

 o birini arxasınca aparır; indi 



biri yadıma düşdü, amma yox, deyəsən, ancaq hansısa ecazkar bir yuxunu xatırladım, axırda hiss 

elədim  ki,  sanki,  məni  yuxudan  qovurlar  (bəlkə  də,  mən  özüm  qaçırdım,  ancaq  məcburən)  və 

yuxuda olanların hamısı elə həmişəlik orada da qaldı. Hətta deyəsən, arxamda qapı da çırpıldı, 

deyəsən,  belə  oldu;  hər  halda,  gördüyüm  yuxu  (mükəmməl,  sferik,  bitkin)  qəflətən  indiki 

zamandan  ayrıldı.  Lakin  mən  yatmaqda  davam  edir,  qovulma  və  çırpılmış  qapını  da  yuxuda 

görürdüm. Axırda həmin bu yuxudan-yuxuya keçmək anında dəhşətli əminlik hissi mənə hakim 

kəsildi: qovulma o demək idi ki, bayaqkı ecazkar yuxu tamamilə və büsbütün yaddan çıxmışdır. 

Ola  bilsin  ki,  guya,  arxamda  qapı  çırpılmasını  hiss  etməm  həmin  anda  hər  şeyin  həmişəlik 

unudulmasından  əmələ  gəlmişdir.  Ancaq  ən  maraqlısı  odur  ki,  yuxuda  nə  gördüyümü,  ondan 

əvvəlki yuxumu necə unutduğumu və bu yuxunu da unutmaq lazım olduğunu xatırlayırdım (mən 

onun qapalı sferasından qovulmuşdum).  

Bütün bunların kökü, mənə elə gəlir ki, Cənnətə gedib çıxır. Yəqin ki, Cənnət, bizim onu 

xəyal etməyə çalışdığımız kimi,  yaxşı anların  hələ şüursuz döl şəklində olduğu  mifoloji-poetik 

proyeksiyasıdır. Və belə olduğu halda, Mazaççodan qorxan Adəmin jestləri mənə aydın olur. O, 

gözlərinin gördüyünü, ona məxsus olanları qorumaq üçün üzünü qapayır; əli ilə etdiyi bu kiçik 

hərəkətlə o, cənnətin son mənzərəsini qoruyur. Və ağlayır (çünki onun jesti belədir, ağlamanın 

doğurduğu  jest),  çünki  başa  düşür:  hər  şey  əbəsdir  və  əsl  cəza  bu  dəqiqədən  başlayır; Cənnəti 

unutmaq öküz itaətkarlığını, alın təriylə görülən işin ucuz və qaba sevincini və növbəti ödənişli 

məzuniyyəti qəbul etmək deməkdir.  

 

                                                



1

 

 Юз мискин говщаговумузда икян 

 

  ютяри бяхтмиздян дя разыйыг, 

 

  юлчцсцз йаьлы ъиблярдя 

 

  кцляйя гойулан сярмайя кими. 

2

 



 Деди. (лат.) 

23

 



 Епистемиолоэийа – идрак нязяриййясини юйрянян фялсяфи тялим 

3

 



 Инсансыз йер (инэ.) 


 

37



(–61) 

 

133 

 

«Əlbəttə,  –  Treveler  dərhal  düşündü,  –  yalnız  nəticələr  hesaba  alınır.  Ancaq  bu 



praqmatizm  nəyə  lazımdır?»  O,  Seferinoya  qarşı  ədalətsiz  olmuşdu,  yalnız  ona  görə  ki,  ikinci 

özünün  eyni  dərəcədə  ağılsız  olan  başqalarına  bənzəməyən  geopolitik  sistemini  yaratmaq 

istəmişdi  (elə  ona  görə  də,  etiraf  etmək  lazımdır  ki,  çox  şey  vəd  edirdi).  Sefe  nəzəri  planda 

yorulmadan çalışırdı və növbəti mübarizə nümunələrini ortaya qoyurdu: 

 

Dünyada fəhlələrin əmək haqqının ödənilməsi:  

Millətlər Cəmiyyəti ilə razılığa əsasən, əgər, məsələn,  fransız fəhləsi, deyək ki, dəmirçi, 

gün  ərzindən  minimum  8.00  dollardan  maksimum  10.00  dollaradək  qazanırsa,  onda  italyan 

fəhləsi  də  o  qədər  qazanmalıdır:  gündə  8.00  dollardan  10.00  dollaradək,  lakin:  əgər  italyan 

dəmirçisi gündə 8.00 dollardan 10.00 dollaradək qazanırsa, onda ispan dəmirçisi də gündə 8.00 

dollardan  10.00  dollaradək  qazanmalıdır,  lakin:  əgər  ispan  dəmirçisi  gündə  8.00  dollardan 

10.00  dollaradək  qazanırsa,  onda  rus  dəmirçisi  də  gündə  8.00  dollardan  10.00  dollaradək 

qazanmalıdır, lakin: əgər rus dəmirçisi gündə 8.00 dollardan 10.00 dollaradək qazanırsa, onda 

Şimali Amerika dəmirçisi də gündə 8.00 dollardan 10.00 dollaradək qazanmalıdır və s.  

 

Bu «və s.»-nin mənası nədir, görəsən? – Treveler düşündü. – Nədən Seferino birdən-birə 

dayanır və onunçün bu qədər ağır olan bu «və s.» ilə kifayətlənir? Ola bilməz ki, o, təkrarlardan 

yorulsun, çünki bu tamamilə aydındır: təkrarlar ona ləzzət verir, monotonluğu hiss etdiyinə görə 

deyil, bu da aydındır:  monotonluq da ona ləzzət edir (və artıq onun üslubuna çevrilib). Bu «və 

s.»,  yəqin  ki,  Seferinoya  –  onu  əsəbləşdirən 

reader’s  digest

1

  tərtib  etməyə  məcbur  olan 



kosmoloqa

24

  sıxıntı  gətirir.  Zavalı  dəmirçi  siyahısının  altına  bunları  əlavə  etməklə  canını 



qurtardı: 

 

(Bu  bəndə  daxil  olacaq  digər  məsələlərə  gəlincə,  buraya  müvfaiq  olara  bütün  ölkələr 



daxildir, yaxud daxil olmalıdır, yaxud da, daha doğrusu, bütün müvafiq ölkələrin dəmirçiləri.) 

 

«Hər halda, – Trevler özünə yenə kanya süzüb soda əlavə edərək düşündü, – maraqlıdır, 



görəsən  Talita  niyə  qayıtmır?  Gedib  baxmaq  lazımdır».  Ancaq  Seferinonun  nizama  salınmış 

                                                

1

 

 Бурада: примитив ясяр (инэ.) 

24

 



 Космолог – космолоэийа (каинатын гурулушу щаггында цмуми нязяриййя) иля мяшьул олан 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə