Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə165/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   161   162   163   164   165   166   167   168   ...   175

 

37



astroloqlar, spiritlər, hər cür elmlər doktorları, bütün hüquqşünaslar (hər cür ekspertlər), bütün 

növ  klassifikatorlar,  mühasiblər,  tərcüməçilər,  ibtidai  məktəb  müəllimləri  (bütün  bəstəkarlar), 

qətl  işləri  üzrə  əməliyyat  müvəkkii  olanl  kişilər,  konduktorlar  və  ya  bələdçilər,  bağbanlar, 

bərbərlər və s.) 

 

– İndi özün fikirləş! – Treveler qədəhi başına çəkərək dedi. – Lap dahiyanədir! 



–  Ölkə  deyil  e,  bərbərlər  üçün  cənnətdir,  –  Talita  yataqda  gərnəşib  gözlərini  yumaraq 

dedi. – Necə olub ki, onları ictimai nərdivanla  bu qədər yuxarı dırmaşdırıb? Ancaq bir şeyi başa 

düşmürəm: niyə qətl işləri üzrə  əməliyyat müvəkkilləri mütləq kişilər olmalıdır? 

–  Heç  vaxt  qadının  ölüm  işi  araşdırdığını  eşitməmişəm,  –  Treveler  dedi.  –  Görünür, 

Seferino da bunu inandırıcı saymır. Sən, yəqin ki, fikir verdin, seks məsələsində o, əsl puritandır 

– bu hər addımbaşı bəlli olur. 

–  Dəhşətli  isti  var,  –  Talita  dedi.  –  Fikir  verdinsə,  o  klassifikatorlardan  necə  böyük 

məmnuniyyətlə söz edir, hətta onları iki dəfə xatırladır. Gəl mistikaya baş vuraq, sən mənə nəsə 

oxumaq istəyirdin? 

– Dinlə, – Treveler dedi. 

 

32)  XAÇ  İŞARƏSİ  İLƏ  SEHRBAZLIQ  EDƏN  RAHİBLƏR  VƏ  ONLARIN  ELMİ 

MÜƏSSİSƏLƏRİNİN  MİLLİ  KORPORASİYASI  (bütün  monastır  icmaları  və  bütün  rahiblər). 

(Rahiblər  və  şəfaverən  kişilər,  yalnız  və  istisna  olaraq  söz  dünyasına  və  şəfa  möcüzələrinə  və 

«qurtuluşa»  aid  olan  qəribə  ayinlərə  inananlar.)  (Rahiblər  daim  şər  ruhlara,  əşyalara  və 

bədənlərə  göndərilmiş  bütün  pisliklərə  qarşı  mübarizə  aparmalıdırlar  və  s.)  (Peşman  olmuş 

rahib  və  tərki-dünyalar  dua  etməli  və  xaç  işarəsilə  həm  insanları,  həm  də  əşyaları,  həmçinin 

ayrı-ayrı  yerlərin  müxtəlif hissələrini, əkinləri, xoşbəxt  rəqib  səbəbindən əzab çəkən adaxlıları 

qorumalıdırlar və s.) 

33) KOLLEKSİYA QORUYAN DİNDARLARIN VƏ ONLARIN SAXLAMA YERLƏRİNİN 

MİLLİ KORPORASİYASI (bütün kolleksiya saxlama yerləri və idem, bazalar, arxivlər, muzeylər, 

qəbiristanlıqlar, həbsxanalar, yetimxanalar və əlillər evi, korlar  evi  və s., o cümlədən bu kimi 

müəssisələrin  bütün  qulluqçuları).    (Kolleksiyalar;  məsələn:  arxivlərdə  iş  kolleksiyaları 

saxlanılır; qəbiristanlıqda meyit kolleksiyaları; həbsxanalarda məhkumlar kolleksiyası və s.) 

 

– Qəbiristanlıq məsələsi heç Espronsedanın da ağlına gəlməzdi,  – Treveler dedi. – Belə 



şey olar – Fındıqburunla arxivi eyniləşdirəsən… Seferino əlaqələri və nisbəti duyur, əslində, elə 

əsl ağıl da  budur,  necə düşünürsən?  Bu cür girişdən sonra onun  final təsnifatı qətiyyən qəribə 

görünmür, əksinə. Kaş ki, belə bir dünya layihələşdirməyi sınaya biləydik.  



 

37



Talita heç nə demədi, yalnız yuxarı dodağını qabardıb nəfəsini buraxdı, necə deyərlər, ilk 

yuxunun  ilk  nəfəsi.  Treveler  isə  növbəti  qədəhi  içib,  sonuncu  və  həlledici  Korporasiyalara 

girişdi:  

 

40)  BÜTÜN  KÜRƏN  VƏ  QIRMIZILARIN  İŞİ  ÜZRƏ  MÜVƏKKİLLƏRİN  VƏ  BÜTÜN 



KÜRƏN  VƏ  QIRMIZILARLA  BAĞLI  FƏAL  İŞ  APARAN  MÜƏSSİSƏLƏRİN  MİLLİ 

KORPORASİYASI (bütün kürən və qırmızıların işi üzrə bütün birliklər və bu cür müvəkkillərin 

əsas kontorları, həmçinin bu cür müvəkkillərin özləri). (Kürən və qırmızı görünən hər şey: kürən 

yunlu heyvanlar, qırmızı güllü bitkilər, qırmızı rəngli minerallar). 

41)  BÜTÜN  QARALARIN  İŞİ  ÜZRƏ  MÜVƏKKİLLƏRİN  VƏ  BÜTÜN  QARALARLA 

BAĞLI  FƏAL  İŞ  APARAN  MÜƏSSİSƏLƏRİN  MİLLİ  KORPORASİYASI  (bütün  qaraların  işi 

üzrə  bütün  birliklər  və  bu  cür  müvəkkillərin  əsas  kontorları,  həmçinin  bu  cür  müvəkkillərin 

özləri). (Qara, yaxud sadəcə, qara görünən hər şey: qara yunlu heyvanlar, qara güllü bitkilər, 

qara rəngli minerallar). 

42)  BÜTÜN  QƏHVƏYİLƏRİN  İŞİ  ÜZRƏ  MÜVƏKKİLLƏRİN  VƏ  BÜTÜN 

QƏHVƏYİLƏRLƏ  BAĞLI  FƏAL  İŞ  APARAN  MÜƏSSİSƏLƏRİN  MİLLİ  KORPORASİYASI 

(bütün qəhvəyilərin işi üzrə bütün birliklər və bu cür müvəkkillərin əsas kontorları, həmçinin bu 

cür  müvəkkillərin  özləri).  (Qəhvəyi,  yaxud  sadəcə,  qəhvəyi  görünən  hər  şey:  qəhvəyi  yunlu 

heyvanlar, qəhvəyi güllü bitkilər, qəhvəyi rəngli minerallar). 

43) BÜTÜN SARILARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN SARILARLA BAĞLI 

FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün sarıların işi üzrə bütün 

birliklər  və  bu  cür  müvəkkillərin  əsas  kontorları,  həmçinin  bu  cür  müvəkkillərin  özləri).  (Sarı, 

yaxud  sadəcə,  sarı  görünən  hər  şey:  sarı  yunlu  heyvanlar,  sarı  güllü  bitkilər,  sarı  rəngli 

minerallar). 

44)  BÜTÜN  AĞLARIN  İŞİ  ÜZRƏ  MÜVƏKKİLLƏRİN  VƏ  BÜTÜN  AĞLARLA  BAĞLI 

FƏAL  İŞ  APARAN  MÜƏSSİSƏLƏRİN  MİLLİ  KORPORASİYASI  (bütün  ağların  işi  üzrə  bütün 

birliklər  və  bu  cür  müvəkkillərin  əsas  kontorları,  həmçinin  bu  cür  müvəkkillərin  özləri).  (Ağ, 

yaxud sadəcə, ağ görünən hər şey: ağ yunlu heyvanlar, ağ güllü bitkilər, ağ rəngli minerallar). 

45) BÜTÜN PAMPALARIN İŞİ ÜZRƏ MÜVƏKKİLLƏRİN VƏ BÜTÜN PAMPALARLA 

BAĞLI FƏAL İŞ APARAN MÜƏSSİSƏLƏRİN MİLLİ KORPORASİYASI (bütün  pampaların  işi 

üzrə  bütün  birliklər  və  bu  cür  müvəkkillərin  əsas  kontorları,  həmçinin  bu  cür  müvəkkillərin 

özləri).  (Pampa,  yaxud  sadəcə,  pampa  rəngində  görünən  hər  şey:  pampa  rəngində  yunu  olan 

heyvanlar, pampa rəngində gülü olan bitkilər, pampa rəngində minerallar). 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə