Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə166/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   162   163   164   165   166   167   168   169   ...   175

 

37



Beynimizi basan qartmağı təmizləmək… Seferinonun yazdıqları özünə necə görünürdü

Hansı  gözqamaşdırıcı  gerçəklik  (yaxud  əksinə)  ona  ağ  ayıların  nəhəng  körpülərin  altındakı 

yasəmən  kolları  arasında  gəzməsiylə  bağlı  təsvirlər  verirdi?  Yoxsa  qarğalar  başlarında  qara 

lalədən tac qayalarda antrasiti deşib yuva qururdular… Və niyə «qara görünən», «ağ görünən»? 

Niyə  «qara  rəngdə»,  «ağ  rəngdə»  deyil?  Və  «sarı  görünən,  yaxud  sadəcə,  sarı»  nə  deməkdir? 

Bunlar necə rənglərdir ki, heç bir marixuana onları nə Mişoda, nə də Hakslidə görməyə kömək 

edə bilməz. Seferinonun açıqlamaları yalnız adamı çaşdırmağa yarayırdı ( o da yarasa) ki, bunu 

da düz-əməlli edə bilmirdi. Ancaq hər halda: 

 

Sözügedən pampa rəngi haqqında: pampa rəngi – hər cür mürəkkəb rəngə, ya da iki və 

ya daha artıq rəngdən əmələ gələn rəngə deyilir. 

 

Daha bir olduqca zəruri açıqlama: 



 

Sözügedən  müxtəlif  növlər  üzrə  bu  cür  müvəkkil  edilmişlər  barədə:  Qubernatorların 

hansı  səlahiyyətləri  olmalıdır  ki,  dünyada  növlərin  öz  aralarında  bir-birinə  qarışmasına  yol 

verməsinlər; bütün  müxtəlif növlər öz sinifləri  daxilində kəsişməsinlər, siniflərlə tiplər, irqlərlə 

irqlər qarışmasınlar, bir rəng o biri rənglə üst-üstə düşməsin və s.  

 

«



Nə  yaman  purist,  nə  yaman  rasist,  Seferino  Piris!  Bir  saf  rəngin  dünyası,  tam 

Mondrianda  olduğu  kimi,  adamın  ürəyi  ağzına  gəlir!  Sən  təhlükəlisən,  Seferino  Piris,  səni  lap 

deputat,  hətta  prezident  də  seçmək  olar!  Ayıq  ol,  Şərq  Respublikası!  Hə,  yatmazdan  qabaq 

sonuncu  qədəhi  də  gillətmək  lazımdır

»

.  Bu  arada  Sefe  saf  rənglərdən  məst  olaraq  sonuncu 



poemaya girişdi,  burada Ensorun  nəhəng tablosundakı kimi,  alışa  bilən  hər şey od tutub  yandı, 

maskalarda və antimaskalarda. Hərbi məsələlər onun sisteminə soxuldular, uruqvaylı filosofa xas 

müdrikliyin Trismegist pəltəkliyə necə çırpıldığını görmək lazım idi. Beləliklə: 

 

O  ki  qaldı  mənim  «Yer  üzündə  Dünya  işığı»  əsərimə,  orada  hərbi  məsələlər  haqqında 



geniş şərh verilir, burada isə biz aşağıdakı qısa izahatları verəcəyik: 

Qvardiya  (Şəhər  mühafizəsi  tipində)  –  Qoç  bürcü  altında  doğulan  hərbçilər  üçün; 

Sindikatlar  (hökumətin  əsas  xəttinə  qarşı  çıxanlar)  –  Buğa  bürcü  altında  doğulan  hərbçilər 

üçün;  Bayramların  və  ictimai  toplantıların  (rəqslər,  axşam  ziyafətləri,  nişan  mərasimlərinin 

təşkili: adaxlıların  seçilməsi  və  s. ) keçirilməsi  və kurasiya olunması üzrə müdriyyət  – Əkizlər 

bürcü  altında  doğulan  hərbçilər  üçün;  Aviasiya  (hərbi)  –  Xərçəng  bürcü  altında  doğulan 

hərbçilər üçün; Hökumət lehinə yazarlıq (hərbi jurnalistika, hakimiyyətin və hökumətin xeyrinə 


 

37



bütün  gizli  siyasi  məsələlər  üzrə  jurnalistika)  –  Şir  bürcü  altında  doğulan  hərbçilər  üçün; 

Artilleriya  (ağır  artilleriya  və  bombalar)  –  Qız  bürcü  altında  doğulan  hərbçilər  üçün;  Bütün 

ictimai  və milli  bayramların  kurasiya edilməsi  və praktik olaraq həyata  keçirilməsi  (maskarad 

geyimləri, hərbi paradlar zamanı paltar dəyişmə, «üzüm yığımı» karnavalı və ya bayramı üçün 

statistlər  və  s.)  –  Əqrəb  bürcü  altında  doğulan  hərbçilər  üçün;  Kavaleriya  (adi  kavaleriya  və 

motorlu  kavaleriya,  müvafiq  olaraq  atıcıların, 

ulanların

25

,

  nizəli  əsgərlərin,  bıçaqatanların 

(ulanlar, istehkamçılar; adi misal: Respublika qvardiyası), qılıncoynadanların və s. iştirakı ilə) – 

Oğlaq  bürcü  altında  doğulan  hərbçilər  üçün;  Praktik  hərbi  qulluqçular  (çaparlar,  qasidlər, 

yanğınsöndürənlər,  təbliğatçılar,  xidmətçilər  və  s.)  –  Dolça  bürcü  altında  doğulan  hərbçilər 

üçün. 

 

Talita bezib əsəbləşdi və gözlərini açdı, Treveler hərbi məsələlərə dair hissəni oxuyandan 



sonra  hər  ikisi  bütün  klinikanı  yuxudan  oyatmamaq  üçün  başlarını  yastığın  altına  soxdular. 

Amma  əvvəlcə  bu  nəticəyə  gəldilər  ki,  Argentina  hərbçilərinin  çoxu  Buğa  bürcü  altında 

doğulanlardır. Əqrəb bürcü altında doğulan Treveler sərxoş idi və dərhal özünə leytenant rütbəsi 

tələb  edəcəyini  bəyan  etdi  ki,  özünü  maskarad  geyimlərinə  və  hərbi  paradlar  zamanı 

paltardəyişməyə həsr etsin.  

–  Biz  möhtşəm  üzüm  yığımı  bayramı  təşkil  edərik,  –  Treveler  başını  yastığın  altına 

soxub-çıxararaq və bu zaman cümləsini güclə tamamlayaraq deyirdi. – Sən pampa irqindən olan 

öz həmtayfalarınla gələrsən, mən sənin pampa irqindən olmana şübhə etmirəm, çünki səndə iki, 

hətta daha çox rəng var. 

–  Mən  ağam,  –  Talita  dedi.  –  Və  çox  təəssüflər  olsun  ki,  sən  Oğlaq  bürcü  altında 

doğulmamısan, çox istərdim ki, sən qılıncoynadan olasan. Heç olmasa çapar, ya da qasid. 

– Bütün çaparlar – Dolçadırlar, çe. Horasio, deyəsən, Xərçəngdir. 

– Xərçəng olmasa da, tamamilə ona layiqdir, – Talita gözlərini yumaraq dedi.  

– Ona təkcə aviasiya düşdü. Təsəvvür edirsən, o, Banq-Banqda alçaqdan uçaraq camaat 

peçenye  ilə  çay  içdiyi  zaman  «Qartal»  şirniyyatçısı  üzərindən  sürətlə  şığıyıb  keçir.  Yaman 

olardı. 


Talita  işığı  söndürüb  Trevelerə  qısıldı,  o  isə  hər  tərəfdən  zodiak  bürcləriylə,  sarı 

minerallarla, milli korporasiyalarla əhatə olunaraq qan-tər içində qovrulurdu.  

– Horasio bu gün Sibillanı görüb, – Talita, sanki, yuxulu-yuxulu dedi. – Həyətdə, iki saat 

bundan qabaq sən növbədə olanda. 

– Həə, – Treveler arxası üstə çevrilərək tumbanın üzərindəki siqaretini Brayl sistemi ilə 

axtararaq dedi. – Yəqin ki, onu harasa dini kolleksiyaların arasına soxmuşam. 

                                                

25

 



 Улан – низяли сцвари ясэяр 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə