Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə2/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   ...   175

 



O tərəfdən 

 

Rien ne vons tue un homme  



d’etre oblige de representer 

un pays


1

 



Jak Vaşe, 

Andre Bretona məktub 

 

 



 

Görəsən,  Sibillaya  rast  gələcəyəm?  Hər  dəfə  evdən  çıxıb  Sen  küçəsiylə  gedərək  Kont 



çayı sahilboyuna baxan alaqapıya çatanda çayın üzərindəki zeytun və külrəngi havada konturlar 

seçilməyə başlayan kimi, onun da incə qaməti Dez-ar körpüsündə peyda olur; gah o baş-bu başa 

hərəkət edir, gah da arada dəmir sürahilərə söykənib sulara baxır. Beləcə, küçəyə çıxıb körpünün 

pillələriylə  yuxarı  qalxaraq  onun  suyun  üzərində  əyilmiş  ensiz  hissəsinə  çatıb  Sibillaya 

yaxınlaşmaq  yetər  ki,  o  da  bu  görüşün  mənim  düşündüyüm  kimi  gözlənilmədən  –  həyatda  ən 

gözlənilən şey yalnız bir-birinə cızıqlı vərəqdə məktub yazan və diş məcununu səliqəylə tübikin 

dibinə kimi sıxan adamların öz görüşləriylə bağlı əvvəlcədən razılığa gəlməsidir – baş verməsinə 

zərrə qədər təəccüblənmədən gülümsəsin.  

İndisə o, yəqin ki, körpüdə yoxdur. Onun şəffaf dərili zərif çöhrəsi  çox güman ki, Mare 

məhəlləsinin  köhnə  girişlərində  görünüb-yox  olur,  bəlkə  də,  kartof  qızartması  satan  qadınla 

söhbətləşir,  ya  da  Sevostopol  bulvarında  sosiska  yeyir.  Buna  baxmayaraq,  körpüyə  qalxdım, 

ancaq Sibilla orada yox idi. Artıq o, mənə yolda da rast gəlmirdi, bir-birimizin harada yaşadığını 

bilsək  də,  bizim  Parisin    tipik  və  yalançı  tələbə  evciklərinin  hər  küncünü  tanısaq  da,  Braka, 

Girlandayoya,  Maks  Ernstə  açılan  kiçik  pəncərəciklər  olan  və  yöndəmsiz  karnizlərə,  yaxud 

qəribə  divar  kağızlarına  sancaqlanmış  bütün  poçt  kartoçkalarını  tanısaq  da,  bir-birimizin  evinə 

getmirdik.  Biz  körpüdə,  kafelərin  eyvanlarında,  ya  da  pişiklərin  sevişdiyi  Latın  məhəllələrinin 

həyətlərində görüşməyə üstünlük verirdik. Biz küçələri veyillənərək bir-birimizi axtarmasaq da, 

dəqiq  bilirdik  ki,  görüşmək  üçün  avaralanırıq.  Ah,  Sibilla,  sənə  oxşayan  hər  bir  qadında, 

doğrudan  da,  qulaqbatırıcı  sakitlik,  şiddətli,  lakin  cansız    sükut  var  və  bu  sükut  axır  bir  gün 

bağlanmış yaş çətir kimi qəmli-qəmli büzüşəcək. Sibillanın çətiri kimi, o çiskinli mart axşamında 

Monsuri  parkında  yarğana  qurban  verdiyimiz  köhnə  çətir,  yəqin,  sənin  yadında  olar.  Biz  onu 

                                                

1

 

 Инсаны щеч бир шей щяр щансы юлкяни тямсил етмяк зяруряти гядяр юлдцрмцр (фран.). 



 

qolumuz getdikcə selbələdik; sən onu Həmrəylik meydanından tapmışdın, cırıq olsa da, ondan əl 



çəkmirdin, xüsusən də, metroda və ya avtobusda camaatın arasına soxulub həmişəki kimi dilxor, 

dalğın, tavanda iki milçək şəkli cızan alabəzək kostyum və ya əcaib naxışlarla bağlı düşüncələrə 

dalırdın.  O  gecə  isə  birdən  leysan  tökməyə  başladı,  biz  parka  girən  kimi  sən  lovğa-lovğa  öz 

çətirini  açmağa  başlamışdın  ki,  birdən  əllərində  fəlakət  baş  verdi  və  soyuq  şimşəklər,  qara 

buludlar,  quşların  yuvalarından  qopan  zir-zibil  başımıza  töküldü;  biz  güclü  yağışın  altında 

havalanmış adamlar kimi gülüşdük, sonra qərara gəldik ki, meydandan tapılmış çətir, adına layiq 

şəkildə  parkda  ölməlidir  və  qəti  surətdə  hörmətsiz  şəkildə  zibilliyə,  ya  da  çəpərin  dalına  atıla 

bilməz. Odur ki, onu mümkün qədər səliqəylə yığdım və biz parkın ən yüksək yerinə qalxdıq, o 

yerə  ki,  orada  körpü  dəmiryolunun  üzərindən  keçir  və  mən  çətiri  var  gücümlə  yüksəklikdən 

sənin  valkiriyanın  nifrinlərini  xatırladan  bağırtının  sədaları  altında  dibini  ot  basmış  yarğana 

tolazladım. O, üzəri yaşıl sularla, azğın yaşıl sularla örtülü gəmi kimi yarğanın dibinə düşdü, 

a la 

mer qui est plus felonesse en ete qu’en hiver,

1

 



qəddar dalğalar, Sibilla, – biz, Juenvilin və parkın 

vurğunları,  yaşıl  ağaclar,  ya  da  hansısa  gülməli  macar  filminin  aktyorları  kimi  bir-birimizə 

sarılaraq  onun  son  sığınacaq  yerinin  bütün  adlarını  hələ  çox  sadalayacağıq.  O  isə  orada  qaldı, 

otların  arasında, balaca  və qara,  lap ölü  böcək kimi. Tərpənib-eləmirdi də, adətən olduğu kimi 

heç bir yayı-filanı da açılmamışdı. Vəssalam. Onun işi bitdi. Bizimsə, Sibilla, heç nə vecimizə 

deyildi.  

Niyə mən Dez-ar körpüsünə gəldim? Axı bu dekabr həftəsinin dördüncü günü sağ sahilə 

gedib  Lombar  küçəsindəki  kiçik  kafedə  çaxır  içməyə  hazırlaşmışdım.  Orada  madam  Leoni 

ovcuma baxıb mənə uzun yol və gözlənilməz xoşbəxtliklər vəd edir. Mən heç vaxt səni madam 

Leoninin  yanına aparmamışam ki,  falına  baxsın,  bəlkə,   sənin ovcuna baxıb  mənim  haqqımda 

həqiqətləri deməsindən qorxmuşam,  çünki sənin  gözlərin  həmişə  mənimçün dəhşətli  bir güzgü 

olub,  özünsə  maşın  kimi  ancaq  təkrarlamağı  bacarırsan,  bizim  bir-birimizi  sevmək 

adlandırığımız  şey  isə  mənimçün,  Sibilla,  əllərimdə  sarı  çiçəklər  sənin  qarşında  dayanmaqdan 

ibarətdi, sənsə  iki  yaşıl şam tutmusan  və külək dönüklük və ayrılıq  yağışını ağır-ağır üzümüzə 

çırpır, şiddətlənərək istifadə olunmuş metro biletlərini başımıza tökür. Beləcə, mən səni heç vaxt 

madam  Leoninin  yanına  aparmamışam,  Sibilla;  və  mən  bilirəm  ki,  sən  özün  mənə  Verney 

küçəsindəki kitab köşkünə necə girməyini görməmi istəmədiyini demisən. O köşkdə büzüşmüş 

bir  qoca  minlərlə  kataloq  kartoçkasını  dolduraraq  istorioqrafiya  üzrə  lazım  olan  hər  şeyi  bilir. 

Sən ora pişik balasıyla oynamağa gəlirdin və qoca heç bir şey soruşmadan səni içəri buraxırdı, 

çünki sən arabir ona  lazım olan kitabları  yuxarı rəflərdən götürüb verirdin. Və  sən  böyük qara 

borulu sobanın istisinə qızınır, ancaq bunu mənim bilməyimi istəmirdin. Bütün bunları vaxtında 

demək  lazım  idi,  ancaq  bədbəxtlik  baş  verdi:  bununçün  fürsət  tapmaq  çətin  idi,  hətta  indinin 

                                                

1

 



 Йайда гышдакындан да гяддар дяниз (фран.). 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə